Şəkil 8. Sidik əmələgəlmənin əsas prosesləri.
1 – yumaqcıq kapsulunun boşluğuna ultrafiltrasiya;
2 – maddələrin kanalcıq daxilindən qana və kanalcıqyanı mayeyə
reabsorbsiyası; 3 – kanalcıq hüceyrələrində əmələ gələn maddələrin qana
və kanalcıq daxilinə sekresiyası;
4 – maddələrin qandan kanalcıq daxilinə sekresiyası; 5 – hüceyrələrin
luminal membranında natrium kanalı; 6 – natriun nasosu; 7 – hüceyrə
kontaktları (oxla maddələrin hüceyrəarası mayedən nefronun mənfəzinə və
əks istiqamətdə diffuziyası göstərilmişdir).
nb
37
II FƏSİL
BÖYRƏK XƏSTƏLİKLƏRİNİN MÜAYİNƏ ÜSULLARI
Kliniki müayinə üsulları
1.
Əsas müayinə üsulları
I. Subyektiv müayinə üsulları (sorğu - interrogatio)
Şikayətlər (molestio). Böyrək xəstəlikləri zamanı xəstələr bel
nahiyəsində ağrılar, sidik ifrazı aktının və ifraz olunan sidiyin miq-
darının, rənginin pozulması, ödemlər, baş ağrıları, başgicəllənməsin-
dən şikayət edirlər. Bəzi xəstələr isə görmənin pozulması, ürək nahi-
yəsində ağrı, təngənəfəslik, iştahasızlıq, ürəkbulanma, qusma, həra-
rətin yüksəlməsindən narahat olurlar.
Bəzən böyrək xəstəlikləri uzun illər xəstələri narahat etmir. Belə
halda xəstələrdə tədricən böyrəklərin büzüşməsi baş verir və ancaq
xroniki böyrək çatışmazlığının aşkar kliniki əlamətləri meydana
çıxdıqda xəstə həkimə müraciət edir.
Ağrının lokalizasiyasının təyin olunması xüsusi əhəmiyyət kəsb
edir. Böyrək mənşəli ağrılar adətən bel nahiyəsində, qabırğaaltı
sahədə olur. Sidik axarının patoloji dəyişiklikləri zamanı ağrı sidik
axarı boyunca qarnın yan nahiyələrində meydana çıxır. Sidik kisəsi
xəstəliklərində ağrı qasıqüstü nahiyədə hiss olunur.
Ağrının irradiasiyası bel və qarnın yan nahiyəsi, XII qabırğaaltı
sahəyə, sidik axarının patoloji proseslərində budun yuxarı ön-içəri
sahəsinə, sidik kisəsi xəstəliklərində göbək-qasıq birləşməsi arasında
orta xəttə uyğun sahəyə ötürülür.
38
39
Ağrının belə irradiyasiya etməsinə səbəb bu orqanlara gedən və
həmin nahiyələri innervasiya edən sinir liflərinin onurğa beyninin
eyni seqmentlərindən çıxması və ya həmin seqmentlərə yaxın
yerləşməsidir.
Ağrılar bir və ya ikitərəfli ola bilər. Xarakterinə görə böyrək
xəstəliklərində ağrılar küt və sancı şəklində, vaxtaşırı və daimi olur.
Böyrəkdə ağrının baş verməsinə səbəb böyrək kapsulu və yaxud
ləyəninin gərilməsidir. Sidik axarının hər hansı maneə (daş, qan
laxtası, qatı irin) vasitəsilə tutulması onun spastik yığılmasına və
ağrıların baş verməsinə səbəb olur.
Böyrək nahiyəsində küt ağrılar kəskin qlomerulonefritdə, kəskin
pielonefritdə, paranefritdə, ürək dekompensasiyası zamanı («durğun
böyrək»), böyrək şişində müşahidə olunur.
Sancışəkilli ağrılar (böyrək sancısı) böyrəkdaşı xəstəliyində, sidik
axarının qan laxtası və irinlə tutulması, yaxud patoloji hərəkətli
böyrəyin sidik axarının bükülməsi nəticəsində meydana çıxır. Böy-
rək sancısı birdən-birə böyrək nahiyəsində kəskin, bəzən tədricən
başlayaraq getdikcə şiddətlənir, bir neçə saatdan tutmuş bir neçə
günə qədər davam edə bilər. Adətən böyrək sancısı uzun müddət
gəzdikdən və ya avtomobildə hərəkət etdikdən sonra baş verir, bəzən
isə adi sakit halda meydana çıxır.
Böyrək sancısı adətən birtərəfli olub, böyrək nahiyəsindən başla-
yaraq qarın, qasıq, bud nahiyələrinə, aralığa və xarici cinsiyyət
orqanlarına irradiasiya edir. Böyrək sancısı zamanı xəstə ağrının
azalması üçün yataqda müxtəlif vəziyyətlərdə oturmasına baxmaya-
raq heç cür rahat ola bilmir. Bundan fərqli olaraq qeyri-böyrək mən-
şəli xəstəliklərdə hərəkət vaxtı ağrılar artdığı üçün xəstə hərəkətsiz
uzanmağı üstün tutur. Böyrək sancısı zamanı ağrı qıcıqlarının günəş
kələfinə və aortaətrafı sinir kələfinə yayılması nəticəsində reflektor
olaraq ağrılar qarın nahiyəsinə ötürülür, xəstədə ürəkbulanma,
qusma, köpmə baş verə bilir, bu da bəzən səhv diaqnozun qoyulma-
sına gətirib çıxarır. Qarın boşluğu orqanları xəstəliklərindən fərqli
olaraq böyrək sancısı zamanı xəstənin ümumi vəziyyəti kafi olur.
40
Bununla belə nəbz tezləşir, hərarət normal olur (bəzən yüksəlir).
EÇS artır və leykositoz müşahidə olunmur. Uzunmüddətli böyrək
sancısı böyrəklərin irinli xəstəlikləri fonunda baş verirsə xəstənin
sifəti avazıyır, onu soyuq tər basır, halsızlıq, EÇS-in artması və ley-
kositoz müşahidə olunur.
Böyrək sancısının baş verməsinə səbəb əsasən böyrək ləyəninin və
ya sidik axarının daşları, böyrək sallanması, hidronefroz, böyrək
vərəmi, şiş, pielonefrit və s. olur. Bu zaman ağrının baş vermə səbə-
bini tək sidik yollarının mexaniki tutulub (məsələn: daş, qan laxtası və
s.) onların divarının və ya böyrək kapsulunun gərginləşməsi deyil,
həmçinin saya əzələlərin spastik yığılması və böyrək, yuxarı sidik
yollarının işemiyası ilə də izah etmək olar. Beləliklə, böyrək ağrıları
əsas üç mexanizm ilə baş verir – distenzion, spastik və işemik.
Ağrıların sakitləşməsində bu və ya digər müalicə vasitələrinin
effektliliyi bir daha onun hansı xəstəliyə aid olduğunu nümayiş etdi-
rir. Məsələn, isti vasitələr (isitqac, vanna) və ya spazmolitiklərdən
keçən ağrılar böyrəkdaşı, horizontal vəziyyətdə sakitləşən ağrılar
böyrək sallanması, analgetiklərin qəbulundan və böyrək nahiyəsinə
buz qoyulandan sonra keçən ağrılar paranefrit üçün xarakterikdir.
Böyrək xəstəlikləri zamanı sidik ifrazının pozulması, yəni gündə-
lik sidiyin miqdarının dəyişilməsi və yaxud onun ifraz olunma ritmi-
nin pozulması əlamətləri müşahidə olunur.
Müəyyən müddət ərzində ifraz olunan sidiyin miqdarına diurez
deyilir. Ona görə də həmişə diurez sözündən əvvəl vaxt göstərilməli-
dir; məsələn, dəqiqəlik diurez, gündəlik diurez və s.
Sağlam adam gün ərzində 1,5 l sidik ifraz edir (gündəlik diurez
1,5 l). Gündəlik diurez 2 l-dən çox olduqda poliuriya adlanır.
Poliuriya böyrək, yaxud qeyri-böyrək mənşəli ola bilir.
Böyrək mənşəli poliuriya adətən sidiyin nisbi sıxlığının azalması
(hipostenuriya) ilə gedir və çox ağır böyrək xəstəliklərində (xronik
pielonefrit və ya qlomerulonefritin son mərhələsində, xronik böyrək
çatışmazlığı), böyrək arteriolosklerozunda müşahidə olunur. Poliuri-
ya həmçinin kəskin böyrək çatışmazlığının 3-cü mərhələsində də baş
Dostları ilə paylaş: |