41
verir. Böyrək xəstəliklərində baş verən poliuriya həmişə böyrəklərin
ağır zədələnməsinə dəlalət edir və kanalcıqlarda suyun reabsorbsi-
yasının azalması nəticəsində baş verir.
Qeyri-böyrək mənşəli poliuriya çoxlu miqdarda maye qəbul
etdikdə, ürək ödemlərinin azalması zamanı və sidikqovucular qəbul
etdikdə baş verir. Şəkərli diabetdə poliuriya sidiyin nisbi sıxlığının
artması, şəkərsiz diabetdə isə azalması ilə müşayiət olunur.
Sidiyin gündəlik miqdarının 500 ml-dən az olması oliquriya
adlanır. Böyrək mənşəli oliquriya kəskin qlomerulonefritdə, kəskin
böyrək çatışmazlığının oliqoanuriya mərhələsində təsadüf olunur.
Qeyri-böyrək mənşəli oliquriya az maye qəbul etdikdə, quru, isti
yerdə çox olduqda, həddən artıq tərlədikdə, qusduqda və ishal
zamanı, ürək çatışmazlığının dekompensasiya mərhələsində aşkar
edilir.
Gündəlik diurezin 50 ml-dən az olması anuriya adlanır. Anuriya
sidiyin yuxarı sidik yollarından sidik kisəsinə daxil olmasının
kəsilməsi kimi başa düşülməlidir. Anuriya bir neçə gün davam
edərsə xəstənin uremiya nəticəsində ölümünə səbəb ola bilər.
Anuriyalar sekretor və ekskretor olmaqla iki qrupa bölünür.
Sekretor anuriya şok, nefrotoksik maddələrlə zəhərlənmə zamanı baş
verir ki, nəticədə böyrəkdə sidiyin əmələ gəlmə prosesi pozulur.
Ekskretor anuriyada isə böyrəkdə sidiyin əmələgəlmə prosesi
pozulmur, lakin bəzi maneələr (daş, şiş, qan laxtası) zamanı sidik
böyrəklərdən sidik kisəsinə daxil olmur. Belə hallarda anuriya ilə
yanaşı böyrək nahiyəsində küt ağrı, böyrək sancısı, böyrəklərin
şişməsi və əllənməsi müşahidə edilir.
Adətən orta yaşlı adamlar gündə 5-6 dəfə və hər dəfə 200-300 ml
sidik xaric edir. Bəzən quru duzlu yeməklər qəbul etdikdə, çox
tərlədikdə, hava hərarəti yüksək olduqda siyimə aktları gec-gec, ək-
sinə soyuq havada, çoxlu maye qəbul etdikdə, poliuriya zamanı
siyimə aktları tezləşir.
Siyimə aktının tezləşməsinə pollakuriya, gec olmasına isə oliqo-
kuriya deyilir. Pollakuriya sidikliyin vərəmi, şişi, iltihabı, daşı,
42
parazitar xəstəlikləri, prostat vəzisinin xoşxassəli hiperplaziyası
zamanı baş verir. Sidik kisəsinin selikli qişasının kəskin iltihabında
(sistit) əmredici siyimə aktı müşahidə olunur; bu zaman xəstədə
siyimə aktına çağırış yaranırsa, xəstə üçün sidiyi saxlamaq qeyri-
mümkün olur.
Ümumiyyətlə, siyimə aktının pozulmasına dizuriya deyilir.
Amma gündəlik təcrübədə tez-tez, ağrılı və çətin olan sidik ifrazı
aktları bir terminlə - dizuriya ilə xarakterizə edilir.
Fizioloji şəraitdə gün ərzində ifraz olunan sidiyin təxminən 2/3
hissəsi gündüz və 1/3 hissəsi gecə ifraz olunur. Gecə ifraz olunan
sidiyin miqdarının artmasına nikturiya deyilir. Nikturiya xronik
böyrək çatışmazlığında, ürək dekompensasiyası zamanı müşahidə
olunur. Ürək dekompensasiyası zamanı nikturiya gündüz oliquriyası
ilə yanaşı olur (ürək nikturiyası), xroniki böyrək çatışmazlığı zamanı
isə gündüz poliuriyası fonunda müşayiət olunur (böyrək nikturiyası).
Xroniki böyrək çatışmazlığı fonunda bəzən böyrəklər xarici mühitin
dəyişən faktorlarına uyğun olaraq fəaliyyətlərini dəyişə bildikləri
üçün bərabər intervallarla, eyni miqdarda sidik ifraz edirlər ki, buna
da izuriya deyilir.
Sidiyin rənginin dəyişməsi bir çox böyrək xəstəliklərində və
başqa hallarda baş verir: ət suyu rəngində - makrohematuriya
(böyrəkdaşı xəstəliyi, qlomerulonefrit), düyü həlimi rəngində - irinli
sidik (pielonefrit), pivə rəngində - öd piqmentləri (sarılıqda), zəfəran
və başqa rəngdə (dərman preparatlarının qəbulu zamanı) müşahidə
olunur.
Beləliklə, xroniki böyrək çatışmazlığı olduqda sidiyin xüsusi
çəkisi qanın zülalsız ultrafiltratının (birincili sidiyin) xüsusi çəkisinə
(1008-1012) bərabər olur və bu izostenuriya adlanır. Əgər sidiyin
xüsusi çəkisi 1008-dən aşağı olarsa buna hipostenuriya deyilir.
Xəstələrin şikayətləri arasında ödemin olması xüsusi yer tutur.
Ödemlər kəskin və xroniki diffuz qlomerulonefritdə, nefrotik
sindromda, amiloidozda, anuriya ilə müşayiət olunan digər böyrək
xəstəliklərində təzahür edir. Başqa ödemlərdən fərqli olaraq böyrək
43
xəstəliklərində ödemlər dərialtı kövşək birləşdirici toxuma çox
inkişaf etmiş yerlərdən, xüsusən üzdən başlayır. Odur ki, xəstədən
ödemin əmələgəlmə ardıcıllığını öyrənmək xüsusi əhəmiyyət kəsb
edir.
Böyrək xəstəliklərində xəstələrdə yüksək qan təzyiqinin əmələ
gəlməsindən baş ağrısı, baş gicəllənməsi, ürək nahiyəsində ağrılar,
görmənin zəifləməsi və s. əlamətlər müşahidə edilir. Belə hallar
kəskin və xroniki diffuz qlomerulonefritdə, nefrangiosklerozda,
böyrəklərin büzüşməsində meydana çıxır.
Yuxarıda qeyd olunmuş xüsusi şikayətlərlə yanaşı xəstədə ümumi
şikayətlər də olur; zəiflik, iş qabiliyyətinin enməsi, halsızlıq, süstlük,
dəri qaşınması, iştahasızlıq, ağızda quruluq və pis dadın olması,
susuzluq, nəfəsdən pis iyin gəlməsi (ammonyak iyi – sidik iyi) və s.
Bu əlamətlər böyrəklərin xroniki xəstəlikləri nəticəsində onların
büzüşməsinin, xüsusən azot mübadiləsinin son məhsullarının həddən
artıq toplanması nəticəsində meydana çıxır.
Bundan başqa böyrəklərin funksiyasının kəskin pozulması –
kəskin böyrək çatışmazlığı nəticəsində baş verən anuriyada da 3-5
gündən sonra yuxarıdakı hallar ola bilər və hətta xəstənin tələf
olmasına gətirib çıxarar.
Böyrək və sidik yollarının iltihabı nəticəsində hərarətin yüksəl-
məsi və bəzən üşümə də müşahidə olunur.
Xəstəlik tarixi (Anamnesis morbi)
Bu zaman aşağıdakı suallara cavab almaq lazımdır:
1.
Xəstəlik nə vaxt başlanmışdır?
2.
Xəstəlik necə başlanmışdır?
3.
O, necə inkişaf etmişdir?
4.
Hansı müayinələr aparılmışdır, onların nəticələri?
5.
Hansı müalicələr aparılmışdır, onların təsiri?
Xəstəliyin başlanma vaxtını müəyyən etdikdə onun hər hansı
başqa xəstəliklə, xüsusən infeksiya ilə əlaqəsini aydınlaşdırmaq (an-
Dostları ilə paylaş: |