34
sekresiyası azalır və ya tam kəsilir, nəticədə yığıcı borucuqların sidik
cövhəri üçün keçiriciliyi azalır və onun reabsorbsiyası ya azalır, ya
da tam kəsilir. Bu daxili beyin zonasında interstisial toxumada
osmotik təzyiqin azalmasına səbəb olur, su az reabsorbsiya olur,
çoxlu hipoosmolyar sidik ifraz olur. Böyrəyin beyin maddəsinin düz
damarları Henle ilgəyinin enən və qalxan hissələri kimi əks-axın
sistemi təşkil edir. Qanın enən düz damar ilə piramidin zirvəsinə
hərəkəti zamanı suyun sorulması və osmotik qatılığın artması baş
verir. Qanın piramidin məməciyindən böyrəyin qabıq maddəsinə
tərəf hərəkəti zamanı ara toxumaya duzlar və başqa osmotik aktiv
maddələr (sidik cövhəri) çıxır və damar daxilinə su keçir (Henle
ilgəyində olduğu kimi).
Böyrəyin sidiyin osmotik qatılaşdırılması qabiliyyəti ƏADA-nın
hər hansı komponentinin pozulması nəticəsində baş verə bilər,
məsələn, düz damarlarda qanın hərəkət sürətinin artması və ya
kanalcıq mayesinin nefron ilə hərəkət sürətinin artması. Sidiyin osmo-
tik qatılaşdırılmasının pozulması anadangəlmə və qazanılmış patoloji
hallarda baş verə bilər. Məsələn, ailəvi şəkərsiz diabet zamanı proksi-
mal kanalcığın gödək olması nəticəsində, onların suyu lazımi qədər
reabsorbsiya edə bilməməsi nəticəsində; şəkərsiz diabetdə ADH-nın
az olması nəticəsində distal kanalcıqlarda və yığıcı borucuqlarda su-
yun az reabsorbsiya olması; böyrək mənşəli şəkərsiz diabetdə – ADH
normal sekresiya olmasına baxmayaraq kanalcığın ona reaksiyası
olmur; XBÇ zamanı fəaliyyət göstərən nefronların miqdarının azal-
ması nəticəsində beyin maddəsində lazımi yüksək osmotik təzyiq
yarana bilmədiyi üçün, pielonefritdə – iltihabi proses nəticəsində və
yığıcı borucuqların divarının qalınlaşması, beyin maddəsində osmotik
aktiv maddələrin lazımi səviyyəsi yarana bilmədiyi üçün normal sidik
əmələgəlmə prosesi pozulur.
Sidiyin osmotik qatılaşdırılması və durulaşdırılması mexanizmi-
nin müasir təqdimatını nəzərə alaraq müxtəlif sidikqovucu dərman-
ların təsiri və onların yaratdığı osmotik diurez öz inandırıcı izahını
tapmışdır.
35
Osmotik diurez yumaqcıq filtrasiyasından sonra kanalcıqlardan
normal miqdarda daxil olan osmotik aktiv maddələrin kanalcıq-
lardan reabsorbsiyasının azalması və ya yumaqcıq filtrasiyasından
sonra kanalcıqlara artıq miqdarda daxil olan osmotik aktiv
maddələrin kanalcıq tərəfindən tam reabsorbsiya oluna bilməməsi
nəticəsində baş verir. Osmotik aktiv maddələrin qatılığının kanalcıq
mayesində artması nəticəsində proksimal kanalcıqda suyun
reabsorbsiyası azalır, Henle ilgəyi və distal kanalcıq mayesinin
miqdarı və sürəti artır. Bu öz növbəsində osmotik qradiyentin
yaranmasına mane olur və bu səbəbdən suyun distal kanalcıqlarda
və yığıcı borucuqlarda fakultətiv reabsorbsiyası azalır, hiperhidra-
tasiya zamanı baş verən su diurezi kimi vəziyyət yaranır. Amma su
diurezi zamanı suyun reabsorbsiyasının azalması ADH-nın azalma-
sından baş verir. Osmotik diurezdə isə ADH lazımi miqdarda və
hətta çox sekresiya olunur, (suyun artıq miqdarda çıxarılması orqa-
nizmin dehidratasiyasına səbəb olur) ona görə distal kanalcıqların
və yığıcı borucuqların keçiriciliyi saxlanmış olur. Amma beyin
toxuması osmotik aktiv maddələrin yüksək qatılığını əmələ gətirə
bilməməsi nəticəsində suyun burada reabsorbsiyası ya baş vermir,
ya da azalır. Natriumun reabsorbsiyası pozulmur, ona görə
tərkibində osmotik aktiv maddələrin miqdarı az olan çoxlu sidik
ifraz olunur.
Osmotik diuretiklər (mannitol, sidik cövhəri, 40%-li qlyukoza
məhlulu, albumin və b.) bu mexanizm əsasında təsir edirlər. Salure-
tiklərin yeridilməsi zamanı baş verən osmotik diurez nefronun
müxtəlif səviyyəsində osmotik aktiv maddələrin konsentrasiyasının
qan plazmasında və yumaqcıq filtratında normal olmasına baxma-
yaraq natriumun reabsorbsiyasının blokadası nəticəsində baş verir.
Beləliklə, tiazidlər natriumun reabsorbsiyasını kanalcıqların proksi-
mal hissəsində blokada edir, laziks (furosemid), uregit – nəinki
proksimal kanalcıqlarda, hətta Henle ilgəyinin qalxan, yoğun hissə-
sində belə natriumun reabsorbsiyasını blokada edirlər. Reab-
sorbsiya olunmayan natrium kanalcığın mənfəzində suyu saxlayır
36
və onun proksimal kanalcıqlarda obliqat reabsorbsiyasını, distal
kanalcıqlarda fakultətiv reabsorbsiyasını azaldır, bu da diurezin
artmasına səbəb olur.
Böyrəklərin inkretor funksiyası. Böyrəklərin ekskretor funksiya-
sından əlavə inkretor funksiyası da vardır. Buna görə bəzi orqan və
sistemlərin fəaliyyətinə təsir edən bioloji aktiv maddələr ifraz olunur.
Belə maddələrə renin, kininlər, prostaqlandinlər, eritropoetin, endote-
lin, 1,25 dihidroxolekalsiferol, urokinaza və b. aiddir.
Renin, yukstaqlomerulyar aparatın (YQA) epiteloid hüceyrələrində
əmələ gəlir, renin-angiotenzin-aldosteron sisteminin mühüm komponenti
olub, fizioloji şəraitdə arterial təzyiqin tənzim olunmasında və patoloji
halda arterial hipertenziyanın patogenezində əhəmiyyətli rol oynayır.
Böyrək kininləri (bradikinin, bradikininogen) və kallikrein güclü
damargenişləndirici təsirə malik olmaqla böyrək qan dövranının
tənzim olunmasında və natriumun ekskresiyasında aktiv iştirak edir.
Böyrəklərin beyin maddəsində geniş təsir spektrinə malik olan
bioloji aktiv birləşmələr – prostaqlandinlər əmələ gəlir. Belə ki, pros-
taqlandin E
2
böyrək qan dövranını və natriumun ekskresiyasını artı-
rır, beləliklə, hipotenziv təsir göstərir.
Əmələ gələn yeri YQA olması güman olunan eritropoetin sümük
iliyində sütun hüceyrələrə təsir edərək eritropoezi stimulə edir.
Eritropoetinin əmələ gəlməsinin azalması və ya eritropoezin ingibi-
siyası XBÇ zamanı anemiyanın baş verməsinin patogenetik faktoru
rolunu oynayır. Böyrəklərdə həmçinin urokinaza əmələ gəlir, o qanın
fibronolitik aktivliyinə təsir edir və onu artırır.
Bundan başqa böyrəklər heparin, vitamin D
3
və başqa aktiv
birləşmələrin səviyyəsinin tənzimində iştirak edirlər.
Beləliklə, fizioloji şəraitdə böyrəklərin qeyd olunmuş bütün funk-
siyaları 4 əsas proses nəticəsində (köməyi ilə) həyata keçirilir: 1 –
yumaqcıq ultrafiltrasiyası; 2 – kanalcıq reabsorbsiyası; 3 – qandan
maddələrin kanalcıq daxilinə sekresiyası; 4 – kanalcıq hüceyrələ-
rində əmələ gələn maddələrin qana verilməsi və ya kanalcıq daxilinə
sekresiyası (şəkil 8).
Dostları ilə paylaş: |