Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   6   7   8   9   10   11   12   13   ...   105

 
34
sekresiyası azalır və ya tam kəsilir, nəticədə yığıcı borucuqların sidik 
cövhəri üçün keçiriciliyi azalır və onun reabsorbsiyası ya azalır, ya 
da tam kəsilir. Bu daxili beyin zonasında interstisial toxumada 
osmotik təzyiqin azalmasına səbəb olur, su az reabsorbsiya olur, 
çoxlu hipoosmolyar sidik ifraz olur. Böyrəyin  beyin maddəsinin düz 
damarları Henle ilgəyinin enən və qalxan hissələri kimi əks-axın 
sistemi təşkil edir. Qanın enən düz damar ilə piramidin zirvəsinə 
hərəkəti zamanı suyun sorulması  və osmotik qatılığın artması baş 
verir. Qanın piramidin məməciyindən böyrəyin qabıq maddəsinə 
tərəf hərəkəti zamanı ara toxumaya duzlar və başqa osmotik aktiv 
maddələr (sidik cövhəri) çıxır və damar daxilinə su keçir (Henle 
ilgəyində olduğu kimi). 
Böyrəyin sidiyin osmotik qatılaşdırılması qabiliyyəti  ƏADA-nın 
hər hansı komponentinin pozulması  nəticəsində baş verə bilər, 
məsələn, düz damarlarda qanın hərəkət sürətinin artması  və ya 
kanalcıq mayesinin nefron ilə hərəkət sürətinin artması. Sidiyin osmo-
tik qatılaşdırılmasının pozulması anadangəlmə və qazanılmış patoloji 
hallarda baş verə bilər. Məsələn, ailəvi şəkərsiz diabet zamanı proksi-
mal kanalcığın gödək olması  nəticəsində, onların suyu lazımi qədər 
reabsorbsiya edə bilməməsi nəticəsində;  şəkərsiz diabetdə ADH-nın 
az olması  nəticəsində distal kanalcıqlarda və  yığıcı borucuqlarda su-
yun az reabsorbsiya olması; böyrək mənşəli şəkərsiz diabetdə – ADH 
normal sekresiya olmasına baxmayaraq kanalcığın ona reaksiyası 
olmur; XBÇ zamanı  fəaliyyət göstərən nefronların miqdarının azal-
ması  nəticəsində beyin maddəsində lazımi yüksək osmotik təzyiq 
yarana bilmədiyi üçün, pielonefritdə – iltihabi proses nəticəsində  və 
yığıcı borucuqların divarının qalınlaşması, beyin maddəsində osmotik 
aktiv maddələrin lazımi səviyyəsi yarana bilmədiyi üçün normal sidik 
əmələgəlmə prosesi pozulur. 
Sidiyin osmotik qatılaşdırılması  və durulaşdırılması mexanizmi-
nin müasir təqdimatını nəzərə alaraq müxtəlif sidikqovucu dərman-
ların təsiri və onların yaratdığı osmotik diurez öz inandırıcı izahını 
tapmışdır. 


 
35
Osmotik diurez yumaqcıq filtrasiyasından sonra kanalcıqlardan 
normal miqdarda daxil olan osmotik aktiv maddələrin kanalcıq-
lardan reabsorbsiyasının azalması  və ya yumaqcıq filtrasiyasından 
sonra kanalcıqlara artıq miqdarda daxil olan osmotik aktiv 
maddələrin kanalcıq tərəfindən tam reabsorbsiya oluna bilməməsi 
nəticəsində baş verir. Osmotik aktiv maddələrin qatılığının kanalcıq 
mayesində artması  nəticəsində proksimal kanalcıqda suyun 
reabsorbsiyası azalır, Henle ilgəyi və distal kanalcıq mayesinin 
miqdarı  və sürəti artır.  Bu  öz  növbəsində osmotik qradiyentin 
yaranmasına mane olur və bu səbəbdən suyun distal kanalcıqlarda 
və  yığıcı borucuqlarda fakultətiv reabsorbsiyası azalır, hiperhidra-
tasiya zamanı baş verən su diurezi kimi vəziyyət yaranır. Amma su 
diurezi zamanı suyun reabsorbsiyasının azalması ADH-nın azalma-
sından baş verir. Osmotik diurezdə isə ADH lazımi miqdarda və 
hətta çox sekresiya olunur, (suyun artıq miqdarda çıxarılması orqa-
nizmin dehidratasiyasına səbəb olur) ona görə distal kanalcıqların 
və  yığıcı borucuqların keçiriciliyi saxlanmış olur. Amma beyin 
toxuması osmotik aktiv maddələrin yüksək qatılığını  əmələ  gətirə 
bilməməsi nəticəsində suyun burada reabsorbsiyası ya baş vermir, 
ya da azalır. Natriumun reabsorbsiyası pozulmur, ona görə 
tərkibində osmotik aktiv maddələrin miqdarı az olan çoxlu sidik 
ifraz olunur. 
Osmotik diuretiklər (mannitol, sidik cövhəri, 40%-li qlyukoza 
məhlulu, albumin və b.) bu mexanizm əsasında təsir edirlər. Salure-
tiklərin yeridilməsi zamanı baş verən osmotik diurez nefronun 
müxtəlif səviyyəsində osmotik aktiv maddələrin konsentrasiyasının 
qan plazmasında və yumaqcıq filtratında normal olmasına baxma-
yaraq natriumun reabsorbsiyasının blokadası nəticəsində baş verir. 
Beləliklə, tiazidlər natriumun reabsorbsiyasını kanalcıqların proksi-
mal hissəsində blokada edir, laziks (furosemid), uregit – nəinki 
proksimal kanalcıqlarda, hətta Henle ilgəyinin qalxan, yoğun hissə-
sində belə natriumun reabsorbsiyasını blokada edirlər. Reab-
sorbsiya olunmayan natrium kanalcığın mənfəzində suyu saxlayır 


 
36
və onun proksimal kanalcıqlarda obliqat reabsorbsiyasını, distal 
kanalcıqlarda fakultətiv reabsorbsiyasını azaldır, bu da diurezin 
artmasına səbəb olur. 
Böyrəklərin inkretor funksiyası.  Böyrəklərin ekskretor funksiya-
sından  əlavə inkretor funksiyası da vardır. Buna görə  bəzi orqan və 
sistemlərin fəaliyyətinə təsir edən bioloji aktiv maddələr ifraz olunur. 
Belə maddələrə renin, kininlər, prostaqlandinlər, eritropoetin, endote-
lin, 1,25 dihidroxolekalsiferol, urokinaza və b. aiddir.  
Renin, yukstaqlomerulyar aparatın (YQA) epiteloid hüceyrələrində 
əmələ gəlir, renin-angiotenzin-aldosteron sisteminin mühüm komponenti 
olub, fizioloji şəraitdə arterial təzyiqin tənzim olunmasında və patoloji 
halda arterial hipertenziyanın patogenezində əhəmiyyətli rol oynayır.  
Böyrək  kininləri (bradikinin, bradikininogen) və kallikrein güclü 
damargenişləndirici təsirə malik olmaqla böyrək qan dövranının 
tənzim olunmasında və natriumun ekskresiyasında aktiv iştirak edir.  
Böyrəklərin beyin maddəsində geniş  təsir spektrinə malik olan 
bioloji aktiv birləşmələr – prostaqlandinlər əmələ gəlir. Belə ki, pros-
taqlandin E

böyrək qan dövranını və natriumun ekskresiyasını artı-
rır, beləliklə, hipotenziv təsir göstərir. 
Əmələ gələn yeri YQA olması güman olunan eritropoetin sümük 
iliyində sütun hüceyrələrə  təsir edərək eritropoezi stimulə edir. 
Eritropoetinin əmələ gəlməsinin azalması və ya eritropoezin ingibi-
siyası XBÇ zamanı anemiyanın baş verməsinin patogenetik faktoru 
rolunu oynayır. Böyrəklərdə həmçinin urokinaza əmələ gəlir, o qanın 
fibronolitik aktivliyinə təsir edir və onu artırır.  
Bundan başqa böyrəklər heparin, vitamin D

və başqa aktiv 
birləşmələrin səviyyəsinin tənzimində iştirak edirlər. 
Beləliklə, fizioloji şəraitdə böyrəklərin qeyd olunmuş bütün funk-
siyaları 4 əsas proses nəticəsində (köməyi ilə) həyata keçirilir: 1 – 
yumaqcıq ultrafiltrasiyası; 2 – kanalcıq reabsorbsiyası; 3 – qandan 
maddələrin kanalcıq daxilinə sekresiyası; 4 – kanalcıq hüceyrələ-
rində əmələ gələn maddələrin qana verilməsi və ya kanalcıq daxilinə 
sekresiyası (şəkil 8).  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə