Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   8   9   10   11   12   13   14   15   ...   105

 
41
verir. Böyrək xəstəliklərində baş verən poliuriya həmişə böyrəklərin 
ağır zədələnməsinə  dəlalət edir və kanalcıqlarda suyun reabsorbsi-
yasının azalması nəticəsində baş verir.  
Qeyri-böyrək mənşəli poliuriya çoxlu miqdarda maye qəbul 
etdikdə, ürək ödemlərinin azalması zamanı və sidikqovucular qəbul 
etdikdə baş verir. Şəkərli diabetdə poliuriya sidiyin nisbi sıxlığının 
artması, şəkərsiz diabetdə isə azalması ilə müşayiət olunur. 
Sidiyin gündəlik miqdarının 500 ml-dən az olması oliquriya 
adlanır. Böyrək mənşəli oliquriya kəskin qlomerulonefritdə, kəskin 
böyrək çatışmazlığının oliqoanuriya mərhələsində  təsadüf olunur. 
Qeyri-böyrək mənşəli oliquriya az maye qəbul etdikdə, quru, isti 
yerdə çox olduqda, həddən artıq tərlədikdə, qusduqda və ishal 
zamanı, ürək çatışmazlığının dekompensasiya mərhələsində  aşkar 
edilir. 
Gündəlik diurezin 50 ml-dən az olması anuriya adlanır. Anuriya 
sidiyin yuxarı sidik yollarından sidik kisəsinə daxil olmasının 
kəsilməsi kimi başa düşülməlidir. Anuriya bir neçə gün davam 
edərsə xəstənin uremiya nəticəsində ölümünə səbəb ola bilər. 
Anuriyalar sekretor və ekskretor olmaqla iki qrupa bölünür. 
Sekretor anuriya şok, nefrotoksik maddələrlə zəhərlənmə zamanı baş 
verir ki, nəticədə böyrəkdə sidiyin əmələ  gəlmə prosesi pozulur. 
Ekskretor anuriyada isə böyrəkdə sidiyin əmələgəlmə prosesi 
pozulmur, lakin bəzi maneələr (daş,  şiş, qan laxtası) zamanı sidik 
böyrəklərdən sidik kisəsinə daxil olmur. Belə hallarda anuriya ilə 
yanaşı böyrək nahiyəsində küt ağrı, böyrək sancısı, böyrəklərin 
şişməsi və əllənməsi müşahidə edilir. 
Adətən orta yaşlı adamlar gündə 5-6 dəfə və hər dəfə 200-300 ml 
sidik xaric edir. Bəzən quru duzlu yeməklər qəbul etdikdə, çox 
tərlədikdə, hava hərarəti yüksək olduqda siyimə aktları gec-gec, ək-
sinə soyuq havada, çoxlu maye qəbul etdikdə, poliuriya zamanı 
siyimə aktları tezləşir.  
Siyimə aktının tezləşməsinə pollakuriya, gec olmasına isə oliqo-
kuriya deyilir. Pollakuriya sidikliyin vərəmi,  şişi, iltihabı, daşı, 


 
42
parazitar xəstəlikləri, prostat vəzisinin xoşxassəli hiperplaziyası 
zamanı baş verir. Sidik kisəsinin selikli qişasının kəskin iltihabında 
(sistit)  əmredici siyimə aktı müşahidə olunur; bu zaman xəstədə 
siyimə aktına çağırış yaranırsa, xəstə üçün sidiyi saxlamaq qeyri-
mümkün olur. 
Ümumiyyətlə, siyimə aktının pozulmasına dizuriya deyilir. 
Amma gündəlik təcrübədə tez-tez, ağrılı  və  çətin olan sidik ifrazı 
aktları bir terminlə - dizuriya ilə xarakterizə edilir. 
Fizioloji  şəraitdə gün ərzində ifraz olunan sidiyin təxminən 2/3 
hissəsi gündüz və 1/3 hissəsi gecə ifraz olunur. Gecə ifraz olunan 
sidiyin miqdarının artmasına nikturiya deyilir. Nikturiya xronik 
böyrək çatışmazlığında, ürək dekompensasiyası zamanı müşahidə 
olunur. Ürək dekompensasiyası zamanı nikturiya gündüz oliquriyası 
ilə yanaşı olur (ürək nikturiyası), xroniki böyrək çatışmazlığı zamanı 
isə gündüz poliuriyası fonunda müşayiət olunur (böyrək nikturiyası). 
Xroniki böyrək çatışmazlığı fonunda bəzən böyrəklər xarici mühitin 
dəyişən faktorlarına uyğun olaraq fəaliyyətlərini dəyişə bildikləri 
üçün bərabər intervallarla, eyni miqdarda sidik ifraz edirlər ki, buna 
da izuriya deyilir. 
Sidiyin rənginin dəyişməsi bir çox böyrək xəstəliklərində  və 
başqa hallarda baş verir: ət suyu rəngində - makrohematuriya 
(böyrəkdaşı xəstəliyi, qlomerulonefrit), düyü həlimi rəngində - irinli 
sidik (pielonefrit), pivə rəngində - öd piqmentləri (sarılıqda), zəfəran 
və başqa rəngdə (dərman preparatlarının qəbulu zamanı) müşahidə 
olunur. 
Beləliklə, xroniki böyrək çatışmazlığı olduqda sidiyin xüsusi 
çəkisi qanın zülalsız ultrafiltratının (birincili sidiyin) xüsusi çəkisinə 
(1008-1012) bərabər olur və bu izostenuriya adlanır.  Əgər  sidiyin 
xüsusi çəkisi 1008-dən aşağı olarsa buna hipostenuriya deyilir. 
Xəstələrin  şikayətləri arasında ödemin olması xüsusi yer tutur. 
Ödemlər kəskin və xroniki diffuz qlomerulonefritdə, nefrotik 
sindromda, amiloidozda, anuriya ilə müşayiət olunan digər böyrək 
xəstəliklərində təzahür edir. Başqa ödemlərdən fərqli olaraq böyrək 


 
43
xəstəliklərində ödemlər dərialtı kövşək birləşdirici toxuma çox 
inkişaf etmiş yerlərdən, xüsusən üzdən başlayır. Odur ki, xəstədən 
ödemin  əmələgəlmə ardıcıllığını öyrənmək  xüsusi əhəmiyyət kəsb 
edir.  
Böyrək xəstəliklərində  xəstələrdə yüksək qan təzyiqinin  əmələ 
gəlməsindən baş  ağrısı, baş gicəllənməsi, ürək nahiyəsində  ağrılar, 
görmənin zəifləməsi və s. əlamətlər müşahidə edilir. Belə hallar 
kəskin və xroniki diffuz qlomerulonefritdə, nefrangiosklerozda, 
böyrəklərin büzüşməsində meydana çıxır. 
Yuxarıda qeyd olunmuş xüsusi şikayətlərlə yanaşı xəstədə ümumi 
şikayətlər də olur; zəiflik, iş qabiliyyətinin enməsi, halsızlıq, süstlük, 
dəri qaşınması, iştahasızlıq, ağızda quruluq və pis dadın olması, 
susuzluq, nəfəsdən pis iyin gəlməsi (ammonyak iyi – sidik iyi) və s. 
Bu  əlamətlər böyrəklərin xroniki xəstəlikləri nəticəsində onların 
büzüşməsinin, xüsusən azot mübadiləsinin son məhsullarının həddən 
artıq toplanması nəticəsində meydana çıxır. 
Bundan başqa böyrəklərin funksiyasının kəskin pozulması – 
kəskin böyrək çatışmazlığı  nəticəsində baş verən anuriyada da 3-5 
gündən sonra yuxarıdakı hallar ola bilər və  hətta xəstənin tələf 
olmasına gətirib çıxarar. 
Böyrək və sidik yollarının iltihabı  nəticəsində  hərarətin yüksəl-
məsi və bəzən üşümə də müşahidə olunur. 
 
Xəstəlik tarixi (Anamnesis morbi) 
Bu zaman aşağıdakı suallara cavab almaq lazımdır: 
1.
 
Xəstəlik nə vaxt başlanmışdır? 
2.
 
Xəstəlik necə başlanmışdır? 
3.
 
O, necə inkişaf etmişdir? 
4.
 
Hansı müayinələr aparılmışdır, onların nəticələri? 
5.
 
Hansı müalicələr aparılmışdır, onların təsiri? 
 
 
Xəstəliyin başlanma vaxtını müəyyən etdikdə onun hər hansı 
başqa xəstəliklə, xüsusən infeksiya ilə əlaqəsini aydınlaşdırmaq (an-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə