Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   10   11   12   13   14   15   16   17   ...   105

 
47
barmaqlarını qarnın arxa divarına söykənənə kimi qarın boşluğuna 
tərəf yeridir, sol əl isə bel nahiyəsinə təzyiq edərək onu sağ ələ tərəf 
yaxınlaşdırır.  Əlləri yaxınlaşdırandan sonra həkim bildirir ki, xəstə 
qarınla dərindən, sakit nəfəs almalıdır (qarın presini gərginləşdirmə-
mək  şərti ilə). Bu zaman böyrəyin aşağı qütbü tam aşağı düşür və 
əgər o böyümüşdürsə, yaxud sallanmışdırsa sağ  əlin barmaqları 
altına keçir və əllənir. Böyrəyin əllənməsini hiss edən həkim sağ əlin 
barmaqları ilə onu bir qədər qarın boşluğunun arxa divarına sıxır və 
barmaqlarını böyrəyin ön səthi üzərində sürüşdürür, aşağı qütbə 
keçir. Böyrəklər çox sallandıqda onların hər iki qütbü, ön səthi 
əllənilir. Bu zaman həkim böyrəyin forması, ölçüsü, səthinin vəziy-
yəti (hamar, kələ-kötür), ağrılı olub-olmaması, hərəkətliliyi, konsis-
tensiyası haqqında məlumat  əldə edir. Bimanual əllənməni xəstə 
böyrü üstə uzandığı vəziyyətdə də aparmaq olar. Yuxarıda göstəril-
miş palpasiya üsulu V.P. Obraztsov və N.D.Strajesko metoduna 
əsasən aparılır. 
Bu metodikadan fərqli olaraq sol böyrəyin  əllənməsi üçün təklif 
etdiyimiz üsul sadəliyi və həmçinin həkim üçün rahatlığı ilə fərqlənir. 
Üsulun aparılması qaydası belədir: sağ əl sol qabırğa - onurğa küncü-
nə arxadan qoyulur və sol əlin barmaqları sol qabırğaaltı sahəyə daxil 
olaraq qarnın arxa divarına doğru sıxılır və böyrək əllənir.  
Başqa üzvlərdən fərqli olaraq böyümüş, yaxud sallanmış böyrək 
ballotasiya edir. Bu üsul Qyuyon tərəfindən təklif  olunmuşdur. 
Bunu yoxlamaq üçün böyrək sağ əllə əlləndikdə sol əlin barmaqları 
ilə bel nahiyəsinə (qabırğa qövsü ilə uzun bel əzələsi arasında) qısa, 
cəld təkanlı  zərbələr edilir. Bu zaman sağ  əlin barmaqları 
böyrəklərin özünəməxsus hərəkətini hiss edir. Böyrək ləyəni həddən 
artıq irin, sidiklə dolduqda, onun böyüyüb gərginləşməsi nəticəsində 
bəzən maye möhtəviyyatının fluktuasiyası da hiss oluna bilər.  
Böyrək nahiyəsində  hər hansı bir törəməni  əllədikdə mütləq bu 
törəmənin böyrək olmasını  dəqiqləşdirmək lazımdır, çünki bəzən 
möhtəviyyatla dolu yoğun bağırsağı, böyrəkətrafı toxumaların 
şişlərini (lipoma, fibroma və s.), qaraciyərin böyümüş sağ payını, 


 
48
böyümüş öd kisəsini (sağ böyrəklə), böyümüş  və yerini dəyişmiş 
dalağı (sol  böyrəklə) böyümüş böyrək kimi qəbul edib səhvə yol 
verilir. Bunların qarşısını almaq üçün nəzərdə tutmaq lazımdır ki, 
böyrək lobya formasında olub, səthi hamardır,  əllədikdə yuxarı 
sürüşür və yenidən yerinə qayıdır (hərəkətlidir), ballotasiya edir, 
böyrək üzərində perkussiya zamanı timpanik səs alınır (bağırsaq 
ilgəkləri  ilə örtüldüyü üçün) və böyrəyi  əllədikdən sonra sidikdə 
zülal və eritrositlər peyda olur. Amma qeyd olunan əlamətlər 
nisbidir, çünki böyrəyin bədxassəli  şişləri zamanı  və  şişin  ətraf 
toxumaya yayılması  nəticəsində böyrək hərəkətliliyini itirir, 
konsistensiyası  bərkiyir, səthi kələ-kötür olur, çox böyük ölçülərdə 
şiş ətraf toxumaları kənara itələdiyi üçün perkussiyada küt səs alınır.  
Böyrəklərin ayaq üstə  əllənməsini S.P. Botkin təklif etmişdir. 
Xəstə üzü həkimə doğru ayaq üstə dayanır (həkim kətildə oturur), 
qarın presi əzələləri boşaldılır, gövdəni bir qədər önə  əyir. Belə 
palpasiya böyrək sallanmasını (nefroptoz) aşkar etməyə imkan verir. 
Nefroptozun üç dərəcəsi ayırd edilir: 
I dərəcə - böyrəyin aşaqı qütbü əllənir; 
II dərəcə - bütün böyrək əllənir; 
III dərəcə - böyrək hədsiz dərəcədə  hərəkətli olur, onurğa 
sütununun əks tərəfinə və qarın boşluğunun aşağı hissələrinə yerini 
dəyişir. 
 Palpasiya  zamanı sidik kisəsi haqda da məlumat almaq olar. 
Əgər qarnın ön divarı nazik və sidik kisəsi sidik ilə doludursa, onda 
sidik kisəsi elastik fluktuasiya edən törəmə kimi əllənilir. Həddən 
artıq böyümüş sidik kisəsi bəzən göbək nahiyəsinə çatır.  
 Bəzən böyrəyin proyeksiya olduğu nöqtədə bel nahiyəsində 
(qabırğa - onurğa sütunu nöqtəsində) XII qabırğanın belin uzun 
əzələləri ilə əmələ gətirdiyi bucaqda və sidik axarı boyunca ağrının 
olması da klinik əhəmiyyət kəsb edir. Sidik axarının qarnın ön 
divarına proyeksiya nöqtəsi yuxarıda (göbək nahiyəsində qarnın düz 
əzələsi kənarında) və  aşağıda (bispinal xəttin qasıq dağcığından 
keçən vertikal xətlə kəsişdiyi yer) təyin edilir. 


 
49
Tıqqıldatma (Percussio). Sağlam şəxslərdə böyrəkləri perkussiya 
etmək mümkün deyil, çünki böyrəklərin yerləşmə xüsusiyyəti və 
həm də öndən böyrəklərin bağırsaq ilgəkləri ilə örtülü olması buna 
mane olur (bağırsaq perkussiyada timpanik səs verir). Böyrəklər 
həddən artıq böyümüş olduqda bağırsaq ilgəklərini kənara itələyir və 
onda böyrək üzərində küt səs eşidilir.  
 Döyəcləmə simptomu böyrək xəstəlikləri haqqında daha çox 
məlumat verir. Həkim sol əlini xəstənin bel nahiyəsinə,  böyrəyin 
proyeksiyasına qoyur və sağ  əlin barmaqları  və ya kənarı ilə  qısa, 
çox da möhkəm olmayan zərbələr vurur. Əgər  xəstə bu zaman ağrı 
hiss edirsə, onda döyəcləmə simptomu müsbət sayılır və  əsasən 
böyrəkdaşı xəstəliyi, paranefrit, pielonefritdə və s. müşahidə olunur. 
Döyəcləmə simptomunun müsbət olması çox zaman böyrək xəstə-
liklərinin olması kimi səhv fikrə  səbəb olur, çünki miozit, radikulit 
və s. xəstəliklərdə də bu simptom müsbət ola bilər.  
 Perkussiya vasitəsilə sidik kisəsində sidiyin olub-olmaması, onun 
ölçülərini təyin etməklə çox lazımi məlumat almaq olur. Bunu təyin 
etmək üçün barmaq plessimetri qasığa paralel qoyub göbəkdən aşağı 
getməklə ağ xətt üzrə perkussiya edilir.  
Dinləmə (Auscultatio). Böyrək xəstəliklərində az istifadə edilir. 
Amma böyrək arteriyalarının stenozu zamanı göbək səviyyəsində 
qarnın yan tərəflərində  və yaxud böyrək arterio-venoz fistulası 
zamanı sistolik küyün eşidilməsi həkimin diqqətindən yayınmama-
lıdır.  
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə