Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   9   10   11   12   13   14   15   16   ...   105

 
44
gina, qrip, skarlatina, otit, yuxarı  tənəffüs orqanlarının katarı)  və 
yaxud zəhərlənmə, dərman qəbulu ilə  əlaqəsinin peyvənddən sonra 
baş verməsini aydınlaşdırmaq lazımdır. 
Xəstəliyin başlanğıc dövründə dizurik əlamətlərə, sidikdə qanın 
olması (hematuriya), böyrək sancılarına, qan təzyiqinin artmasına, 
ödemlərin olmasına diqqət yetirilməlidir. 
Xəstəlik  əlamətlərinin davametmə müddəti, tədricən inkişaf 
etməsi, dinamik xüsusiyyəti, aparılan müalicələrin təsiri və s. nəzərə 
alınmalıdır. 
Həyat tarixi (Anamnesis vitae).  
Xəstənin iş şəraiti (yelçəkəndə olmaq, soyuqdəymə üçün əlverişli 
şərait, zəhərli maddələrlə işləmək və s.) nəzərə alınır. Bundan başqa 
qadınlarda hamiləlik vaxtı ödemin,  hipertoniyanın və proteinuriya-
nın olması barədə suallar aydınlaşdırılır. 
Ağciyərin vərəmi olan xəstələrdə böyrək vərəminin, amiloidozun 
olması ehtimalı artıq olur. Osteomielit, bronxoektaziya xəstəliyinin 
böyrək amiloidozuna səbəb olmasını nəzərə almaq lazımdır. 
 
II. Obyektiv müayinə üsulları 
 
Vizual müayinə  (İnspectio).  Ən  əvvəl xəstənin ümumi vəziy-
yətinin təyin olunması  həkimə lazımi məlumatları verir. Uremik 
koma və yaxud ağır vəziyyət xronik və  kəskin böyrək çatışmazlığı 
üçün xarakterikdir. Vizual müayinə vasitəsi ilə xəstənin ağır, orta və 
qənaətbəxş  vəziyyətləri ayırd edilir. Çox vaxt ağır böyrək çatış-
mazlığı olan xəstələr özlərini qənaətbəxş hiss edirlər, yaxud, yataqda 
sakit uzanır, bəzən gəzirlər və belə  vəziyyət həkimləri səhv nəticə 
çıxarmağa vadar edir. Əslində belə  xəstələrdə qanın biokimyəvi 
müayinəsi zamanı qalıq azotun həddən çox artması, asidoz, su-duz 
mübadiləsinin ağır pozğunluğu və anemiya aşkar edilir. Ona görə 
baxış çox diqqətli aparılmalı, hər hansı kiçik əlamətin belə üstündən 
izahsız keçmək məsləhət görülmür.  
Xəstələrin vəziyyəti aktiv, passiv və bəzən məcburi ola bilər. 


 
45
Aktiv vəziyyət bir çox böyrək xəstəliklərində müşahidə olunur. 
Passiv vəziyyət uremik koma zamanı təsadüf edilir. 
Məcburi vəziyyət paranefritdə  və yaxud ürək çatışmazlığı ilə 
ağırlaşan böyrək çatışmazlığında müşahidə olunur. 
Ödemlər - böyrək xəstəlikləri üçün çox xarakterik əlamətdir. Belə 
ki, kəskin və xronik qlomerulonefrit, nefrotik sindrom, böyrək ami-
loidozu, kəskin və xronik böyrək çatışmazlığında ödem müşahidə olu-
nur. Bu zaman ödem əsasən üzdən başlayır (başqa xəstəliklərdə müşa-
hidə olan ödemdən fərqli olaraq) ki, bunun da səbəbi dərialtı boş 
birləşdirici toxumanın çox olması ilə əlaqədardır. Xəstənin sifəti ava-
zımış, göz qapaqları  şişmiş, xüsusən gözün alt qapağı nahiyəsində 
ödem nəzərə çarpır, göz yarığı daralmış olur. Buna nefrotik sifət 
(facies nephritica) deyilir. Sonralar xəstəliyin daha da inkişaf etməsi 
nəticəsində ödemlər gövdədə, aşağı  və yuxarı  ətrafda müşahidə 
olunur, boşluqlara maye yığılır – anasarka baş verir. 
Xəstənin dərisinin rəngi dəri arteriolalarının spazmı  nəticəsində 
avazımış olur. Bəzən isə anemiyanın baş verməsi avazımanı daha da 
aydın nəzərə çarpdırır. Ürək mənşəli ödemdə sianozun artıq nəzərə 
çarpması onu böyrək mənşəli ödemdən fərqləndirməyə imkan verir. 
Bəzən böyrək xəstəliklərində (məsələn, nefrotik sindromda, ami-
loidozda) mumabənzər avazıma müşahidə olunur. 
Böyrək xəstəliklərinin son mərhələsi olan böyrək büzüşməsi baş 
verdikdə uremiya meydana çıxır. Bu zaman xəstəyə baxış vaxtı 
dəridə qaşınma nəticəsində dırnaq cızıntıları aşkar edilir, dil quru və 
ərplə örtülmüş olur, ağızdan və  dəridən ammonyak iyi (foettor 
uremiecus) gəlir.  
Qarın və bel nahiyəsinə baxış böyrək xəstəlikləri üçün xarakterik 
olan  əhəmiyyətli dəyişiklik aşkar etmir. Amma bel əzələlərinin 
gərginliyinin artması  nəticəsində asimmetriya (spondilyoz zamanı), 
ağrı skoliozu və yaxud paranefrit zamanı bel nahiyəsinin 
şişkinlənməsi aşkar edilir. Böyrək  şişi və ya polikistozu zamanı 
xəstədə qarnın ön divarının qabarması qeyd olunur. Bəzən sidik 
ifrazının çətinləşməsi ilə  əlaqədar (prostat vəzinin adenoması) 


 
46
dolmuş, genişlənmiş sidik kisəsi arıq adamlarda qasıqüstü nahiyədə 
nəzərə çarpır. 
Ən  əsas  əlamətlərdən biri də sol böyrəyin  şişləri zamanı sol 
toxum ciyəsi venalarının genəlməsinin müşahidə olunmasıdır (vari-
kosele). 
Əlləmə (Palpatio). Böyrəklərin  əllənməsi böyrək xəstəliyi haq-
qında mühüm məlumat verir. Bir qayda olaraq böyrəklər xəstənin 
horizontal (uzanmış) və vertikal (ayaq üstə) vəziyyətlərində  əllə-
nilməlidir. 
Sağlam şəxslərdə böyrəklər qarnın arxa divarına yaxın yerləşdiklə-
rinə  və öndən qabırğa qövsləri maneəçilik göstərdiyinə görə onların 
əllənməsi xeyli çətinləşir, odur ki, əllənmirlər. Qarın presinin zəiflə-
məsi, arıqlama nəticəsində böyrəklər bir qədər sallandığı üçün hətta 
sağlam adamlarda əlləmək mümkün olur. Amma böyrəklər əsasən bö-
yüdükdə (şiş, hidronefroz, pionefroz, polikistoz), sallandıqda,  distopiya 
zamanı əllənirlər. Böyrəklər öz yataqlarında  yerləşərək fizioloji halda 
tənəffüs zamanı  və  bədən vəziyyətinin dəyişməsi ilə  əlaqədar 2-3 sm 
yerlərini dəyişirlər. Ona görə  nəfəsalma fazasında və ayaq üstə böy-
rəklərin əllənməsi ehtimalı artır.  
Uzanmış  vəziyyətdə qarın presinin gərginliyi azaldığından 
böyrəklərin əllənməsi mümkün olur, lakin hərəkətli böyrək isə ayaq 
üstə yaxşı əllənir. 
Uzanmış  vəziyyətdə böyrəklərin  əllənməsi. Xəstə arxası üstə 
uzanır, başı alçaq  yastıqda, əlləri döşü üzərində, qarın presi boşalmış 
vəziyyətdə olur. Həkim xəstənin sağ  tərəfində, kətildə oturur, sol 
əlini sağ bel nahiyəsinə (qabırğa-onurğa sütunu küncündə) XII 
qabırğadan bir qədər aşağı elə qoyur ki, barmaqlar onurğa 
sütunundan bir qədər aralı olur. Sol böyrəyi əllədikdə sol əl onurğa 
sütununun sol tərəfinə keçirilir və sol bel nahiyəsinə qoyulur. Sağ əl 
qarın üzərində qabırğa qövsündən aşağı ona perpendikulyar 
vəziyyətdə qarnın düz əzələlərindən bir qədər kənara qoyulur. Sonra 
xəstəyə, qarın  əzələlərinin tam boşaldılması üçün, dərin, həmahəng 
nəfəs almaq təklif olunur. Nəfəs vermə fazasında həkim sağ  əlinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə