Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   11   12   13   14   15   16   17   18   ...   105

 
50
2. Əlavə müayinə üsulları 
 
Laborator və instrumental müayinə üsulları 
 
Sidiyin müayinəsi. Böyrək və sidikçıxarıcı yolların xəstəlikləri-
nin və ümumiyyətlə bütün başqa orqan və sistemlərin xəstəliklərinin 
düzgün diaqnozunun qoyulmasında sidiyin müayinə olunmasının 
xüsusi əhəmiyyəti vardır. Müxtəlif xəstəliklər zamanı sidiyin fiziki-
kimyəvi xassələri, tərkib hissəsi dəyişir və bunların aydındaşdırıl-
ması nəinki bəzi xəstəliklər haqda mühakimə yürütməyə, hətta mad-
dələr mübadiləsinin bəzi pozğunluqlarının dərəcəsini də təyin etmə-
yə imkan verir.  
Sidiyin müayinəsinin nəticəsinin dəqiq olması üçün onun götü-
rülmə qaydasına riayət etmək lazımdır. Adətən müayinə üçün səhər 
duran kimi sidiyi götürmək lazımdır. Bunun üçün əvvəlcədən xəstə 
özünü ilıq su ilə yumalı, sonra isə sidiyin ilk şırnağını buraxmalı və 
qabı  şırnağın altına qoymalıdır (şırnaq kəsilməmək  şərtilə). Belə-
liklə, təmiz qaba yığılan sidik 1-2 saat ərzində laborator müayinədən 
keçirilməlidir.  Əks halda sidiyin fiziki-kimyəvi xassələri dəyişər, 
formalı elementlər parçalanar və nəticədə cavab dəqiq olmayacaqdır. 
Bəzi  şübhəli hallarda qadınlardan sidiyi müayinə üçün kateterlə 
götürmək lazım gəlir.  
 
Sidiyin fiziki xassələri 
Sidiyin miqdarı. Gündəlik sidiyin miqdarı (gündəlik diurez) yaşlı 
şəxslərdə adətən 800 ml ilə 1500 ml arasında dəyişir. Gündəlik 
diurezin 500 ml-dən az və 2000 ml-dən çox olması patoloji hal 
sayılır. 
Sidiyin rəngi.  Normal halda sidiyin rəngi onda həll olmuş 
maddələrin miqdarından asılı olaraq samanı-sarı, yaxud sarımtıl-
kəhrəba rəngində olur. Bu rəngi sidiyə normal halda onda həll olmuş 
uroxromlar, urobilinoidlər, uroeritrinlər verirlər. Qədul edilən bəzi 


 
51
qida maddələri və yaxud dərmanlar (məsələn, amidopirin, aspirin, 
qəbul etdikdə sidiyin rəngi çəhrayı-qırmızı, bədənə metilen abısı 
daxil etdikdə isə göyümtül-yaşıl olur) sidiyin rəngini dəyişir. Öd 
piqmentləri (bilirubin) sidiyin rəngini yaşıl-qonura, çoxlu miqdarda 
eritrositlər isə «ət suyu» rənginə dəyişir. Sidikdə irin, bakteriya, duz 
olduqda da onun rəngi dəyişir və şəffaflığı itir.  
Sidiyin iyi. Adətən sidiyin zəif spesifik iyi olur. Bir neçə saatdan 
çox saxlanıldıqda, yaxud sidik yollarında durğunluq olduqda sidiyin 
tərkibində olan sidik cövhəri bakteriyaların təsirindən ammonyaka 
çevrilir və sidik ammonyak iyi verir. Sidikdə keton cisimcikləri 
olduqda (məsələn, şəkərli diabet zamanı) sidik çürümüş alma iyi verir. 
Sidiyin xüsusi çəkisi.  Sidiyin xüsusi çəkisi (sidiyin nisbi sıxlığı) 
onda həll olmuş üzvi və qeyri-üzvi maddələrin miqdarından asılıdır. 
Norma 1,001 ilə 1,040 arasında dəyişilir. Sidiyin xüsusi çəkisini 
ölçən cihaz urometr adlanır. Bu 1,000-dən 1,050-yə  qədər  şkalası 
olan areometrdir. Xüsusi çəkini ölçmək üçün sidik silindrə tökülür 
və içərisinə urometr salınır. Sidiyin miqdarı az olduqda iki dəfə 
distillə olunmuş su ilə durulaşdırılır və alınan rəqəmin son iki 
kəmiyyəti ikiyə vurulur. Gün ərzində sidiyin xüsusi çəkisi müxtəlif 
ola bilər (adətən 1,010-1,025 hədd daxilində). Bu da sidikdə  həll 
olmuş sidik cövhəri, kreatinin, sidik turşusu, natrium, kalium, 
kalsium və s. duzların miqdarından asılı olub, orta hesabla, gün 
ərzində bütövlükdə 60 q-a qədər olur. Sidiyin xüsusi çəkisi zülalsız-
laşdırılmış qan plazmasının xüsusi çəkisindən (1,008-1,012) az olar-
sa hipostenuriya, eyni olarsa izostenuriya, 1,028-dən çox olarsa 
hiperstenuriya adlanır. 
Sidiyin xüsusi çəkisi onda həll olmuş maddələrin miqdarından 
başqa həmin maddələrin molekul çəkisindən də asılıdır. Yüksək 
molekul çəkili maddələr (məsələn, protein) xüsusi çəkini dəyişməklə 
yanaşı onun osmotik təzyiqini dəyişmir. Sidiyin osmotik qatılığını 
əsasən onda həll olmuş elektrolitlər və sidik cövhəri yaradır. 
Osmotik qatılıq mosm/l ilə ifadə olunur və sağlam  şəxslərdə 
maksimal osmotik qatılıq 910 mosm/l-a çatır. Sidikdə qlyukozanın 


 
52
yüksək qatılığı zamanı (qlyukozuriya) xüsusi çəki çox artır və 1,030-
1,040-a çatır (şəkərli diabetdə). Müəyyən edilmişdir ki, 1 mq%
 
qlyukoza sidiyin xüsusi çəkisini təxminən 0,004, 1%-ə, zülal sidiyin 
xüsusi çəkisini 0,0003-ə qədər artırır. 
Beləliklə, böyrək xəstəlikləri, yaxud başqa orqan və sistemlərin 
xəstəlikləri zamanı sidiyin xüsusi çəkisi artıb və ya  azala bilir. Belə 
ki,  şəkərsiz diabetdə, çoxlu maye qəbul etdikdə, xronik böyrək 
çatışmazlığı, kəskin böyrək çatışmazlığının poliuriya mərhələsində, 
ürək-ödemlərinin çəkilməsi mərhələsində sidiyin xüsusi çəkisi azalır 
və  əksinə  şəkərli diabetdə, az maye qəbul etdikdə, ishal, qusma 
zamanı, ürək çatışmazlığında sidiyin xüsusi çəkisi artır. 
Sidiyin ümumi müayinəsində xüsusi çəki göstəricisinin 
əhəmiyyəti azdır, lakin bu analizdə belə xüsusi çəki 1.018-dən yuxarı 
olduqda böyrəklərin fəaliyyəti normal hesab edilir. Sidiyin xüsusi 
çəkisinin dəyişilməsinə Zimnitski sınağı ilə qiymət verilir.  
 
Sidiyin  kimyəvi  xassələri 
Sidiyin reaksiyası.  Sidiyin reaksiyası pH-4,5-8,4 arasında tərəd-
düd edərək zəif-turş, yaxud zəif-qələvi olur. Sağlam adamlarda, adə-
tən adi qida rejimində sidiyin pH 6,0 olur. Sidiyin reaksiyası  həm 
qidanın təsirindən (məsələn,  ət yeməkləri sidiyin reaksiyasını turş 
mühitə meyl etməyə, meyvə-tərəvəz isə  qələvi mühitə doğru 
dəyişməyə  səbəb olur), dərman maddələrinin tətbiqindən (sidik 
qovucu dərmanlar, kortikosteroidlər, metionin, penisillin və s.) və 
həmçinin bəzi xəstəliklərin təsirindən dəyişə bilər (məsələn,  şəkərli 
diabet, böyrək vərəmi, asidoz, hipokaliemik alkalozda sidiyin pH 
azalır, amma qusma zamanı, sidik yollarının xroniki iltihabi 
xəstəliklərində bakterial-ammonyak qıcqırması baş verəndə pH 
artır). Sidiyin reaksiyası xüsusi lakmus kağızlarının köməyi ilə təyin 
edilir. 
Sidiyin reaksiyasını öyrənmək xüsusi əhəmiyyətə malikdir, çünki 
orqanizmdə  qələvi-turşu vəziyyəti haqda mühakimə yürütmək olur, 
digər tərəfdən sidiyin pH-dan asılı olaraq sidikdə  həll olmuş  bəzi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə