Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   14   15   16   17   18   19   20   21   ...   105

 
60
Hialin silindrlər – zülaldan əmələ gəlir, kənarları incə, səthi azca 
dənəlidir, kəskin və xroniki qlomerulonefritdə, nefrotik sindromda 
və fizioloji keçici proteinuriyada meydana çıxır. Hialin silindrlər 
sağlam adamlarda sidiyin pH-i aşağı olduqda və xüsusi çəkisi yük-
səldikdə müşahidə edilir (dehidratasiya zamanı). Güman edilir ki, 
hialin silindrlər qlyukoproteinlərdən əmələ gəlir, bunlar da kanalcıq-
larda sekresiya olunurlar, amma bu firki hələlik sübuta yetirmək 
mümkün olmamışdır. 
Dənəvər silindrlər – möhkəm dənəli kütlədən ibarətdir, dağılmış 
böyrək epitelisindən  əmələ  gəlir. Bunların olması kanalcıqların 
distrofik prosesləri zamanı baş verir. 
Mumvari silindrlər – homogen strukturlu, nəzərə çarpan kontur-
ları vardır, sarı  rənglidir. Onlar böyrəyin ağır, xroniki xəstəlikləri 
üçün xarakterikdir. Sidikdə epitelial, eritrositar, hemoqlobin, leyko-
sitar silindrlər də ola bilər. Bəzi silindr formalı törəmələr də  aşkar 
edilə bilər (silindroid), bunlar da əsasən amorf duzlardan ibarətdir.  
 «Təşkil olunmamış çöküntü» sidikdə  əsasən duzlar və amorf 
kütlədən əmələ gəlir. Sidikdə duzların xarakteri sidiyin kolloid halın-
dan, pH və s. asılıdır (şəkil 13, 14). Turş sidikdə urat, qələvi sidikdə 
oksalat, fosfat duzlarının kristalları aşkar edilir. Bəzən sidikdə sistin
tirozin, leysin kristallarına rast gəlinir və bunlar qaraciyərin yarımkəs-
kin distrofiyasında, fosforla zəhərlənmədə müşahidə edilir. Lipoidlərin 
sidikdə tapılması nefrotik sindrom üçün xarakterikdir.  
Sidikdə formalı elementlərin miqdarını  təyin etmək üçün xüsusi 
sınaqlardan istifadə olunur.  
Kakovski-Addis sınağı – sidikdə formalı elementlərin miqdarca 
təyini tətbiq edilir. 10 saat ərzində sidik yığılır, qarışdırılır, miqdarı 
ölçülür və sonra 12 dəqiqə ərzində ifraz olunan sidik götürülür (yəni 
sidiyin 1/50 hissəsi), sentrofuqada sınaq  şüşəsində 5 dəqiqə 2000 
dairə/dəq fırladıb üstündəki maye götürülür, 0,5 ml çöküntü götürü-
lür və qanı saymaq üçün kameraya yerləşdirilir. 


        
 
Şəkil 13. Türş reaksiyalı sidik 
çöküntüsündə duz 
Şəkil 14. Qələvi reaksiyalı 
sidik çöküntüsündə duz 
kristalları.
 kristalları. 
1 – tripelfosfat; 2 – ammonium urat; 3 – kalsium karbonat. 
 
 
Leykositlər, eritrositlər və silindrlər ayrıca sayılır. Normada erit-
rositlər 1. 000 000 qədər, leykositlər 2. 000 000 qədər və silindrlər 
20 000 qədər olur. 
Son zamanlar Neçiporenko üsulu ilə eritrositlər  və leykositlər 1 
ml sidikdə sayılır. Bu üsulun üstünlüyü ondadır ki, sidiyin orta por-
siyası götürülür (sidiyə sidik yollarından irinin, qanın düşməsi im-
kanı aradan qalxır), üsulun çatışmazlığı ondadır ki, sidiyin miqdarı 
nəzərə alınmır. Normada 1 ml sidikdə 1 000 eritrosit, 4 000 leykosit 
və 220 hialin sidindrlər olmalıdır.  
 
Bakterioskopik və bakterioloji müayinələr 
 
Sidik yolları xəstəliklərinin infeksiya mənşəyini aşkar etmək üçün 
steril qaba yığılmış sidik qidalı mühitə əkilir. Lazım gəldikdə vərəm 
mikrobakteriyalarına görə  də yoxlanılır. Böyrəklərin iltihabı  xəstə-
liklərində mikroorqanizmlərin antibiotiklərə qarşı  həssaslığı öyrəni-
 
61


 
62
lir, bu da antibiotik və başqa kimyəvi preparatların rasional istifadə 
olunmasına kömək edir. Sidikdə  bəzi mikroorqanizmlər və  vərəm 
çöpləri polimeraz zəncirvari reaksiyalarla (PZR) da təyin oluna bilər. 
Sidiyin 1 ml-də olan mikrobların sayı, yəni 1 ml sidiyi müvafiq 
qidalı mühitə əkdikdə 50 000 – 100 000 mikrob cismi tapılarsa həqi-
qi bakteriuriya adlanır və bunun şübhəsiz diaqnostik əhəmiyyəti var-
dır. 1 ml sidikdə 50 000-dən az mikrob cisminin tapılması yalançı 
bakteriuriya adlanır, əksər klinisistlərin fikrinə görə, patoloji əlamət 
kimi qiymətləndirilməməlidir, hərçənd ki, bu əlamətin müəyyən 
dövrdən sonra təkrarən tapılmasını diqqətsiz qoymaq olmaz və 
mütləq sidik yollarının infeksiyasının mümkünlüyünü müzakirə et-
mək lazımdır. 
Bakteriuriyanı  təyin etmək üçün bakterioskopik üsuldan da 
istifadə etmək olar. Kütləvi müayinə apardıqda bakteriuriyanın təyin 
olunması üçün kimyəvi üsullardan da istifadə olunur (nitrat testi, 
TTX – test, katalaza testi). Bu üsullar bakteriyalar tərəfindən əmələ 
gətirilən fermentlərdən bəzi kimyəvi maddələri yaradır  və bununla 
da sidiyin rəngini dəyişir. Amma başqa üsullarla müqayisədə bu 
üsullar yüksək faizdə səhv nəticələr verirlər.
 
 
Qanın müayinəsi
 
 
Böyrəklərin  əksər xəstəliklərinin kəskin dövründə  və ya onların 
kəskinləşməsi zamanı periferik qan göstəricilərinin, qanın biokimyəvi 
müayinəsinin nəticələrinin dəyişiklikləri aşkar edilir. Bu göstəricilərin 
dinamikada təhlil edilməsi nəinki düzgün diaqnozun qoyulmasını 
təmin edir, həmçinin xəstəliyin ağırlıq dərəcəsini, proqnozunu və 
aparılan müalicənin effektivliyini qiymətləndirməyə imkan verir. 
Mötədil və ya aşkar təzahür edən leykositoz kəskin və ya 
kəskinləşmiş xroniki pielonefrit, kəskin və ya kəskinləşmiş xroniki 
qlomerulonefrit, böyrəklərin sistem, yaxud revmatik xəstəliklər 
zamanı zədələnməsini göstərir. Amma qırmızı qurd eşənəyi üçün isə 
leykopeniya və ya leykositlərin normal sayı səciyyəvidir. XBÇ üçün 


 
63
leykositozun olması xarakterik olmaqla, həmçinin leykosit 
formulasının sola təmayülü, bəzən eozinofiliya müşahidə edilir. 
Böyrəklərdə iltihabi prosesin olmasının və onun aktivlik 
dərəcəsinin göstəricisi EÇS-dir. O, böyrəklərin birincili və  həm də 
ikincili xəstəliklərində sürətlənir. Belə ki, böyrəklərin ikincili 
xəstəliklərində EÇS-nin  əhəmiyyətli dərəcədə artması əsas xəstəlik 
ilə  əlaqədar olur. Nefrotik sindrom zamanı, səbəbindən asılı 
olmayaraq, EÇS-in çox yüksək göstəriciləri müşahidə edilir. 
Böyrək xəstəliklərinin başlanğıcı üçün eritrositlərin və hemoq- 
lobinin qanda miqdarının aşağı düşməsi xarakterik deyil. Tədricən 
artan və yüksək həddlərə çatan anemiya KBÇ, XBÇ, yarımkəskin 
(ekstrakapillyar) nefrit üçün xarakterikdir. Xroniki pielonefrit və 
nefrotik sindromda yüngül anemiya müşahidə olunur. 
Böyrəklərdə iltihabi prosesi göstərən qeyri-spesifik laborator 
testlərdən C – reaktiv zülalın, sial turşularının, fibrinogenin, xoleste-
rinin, ümumi zülal və onun fraksiyalarının təyini xəstəliyin kəskin 
fazası, yaxud onun kəskinləşməsi, nefrotik sindromun təyin olunma-
sında və onun ağırlıq dərəcəsinin təyin olunmasında xüsusi əhəmiy-
yət kəsb edir. 
Kəskin və xroniki böyrək çatışmazlığı, uzun müddət sidikqovucu-
ların tətbiqi zamanı qandakı elektrolitlərin tərkibinin, xüsusən nat-
riumun, kaliumun, kalsiumun, maqneziumun və xlorun konsentrasi-
yasının nəzarət olunması  tələb olunur. Normada qan zərdabında 
kaliumun qatılığı - 3,6-5,5 mmol/l, natriumun – 130-150 mmol/l, 
kalsiumun – 2,3-2,8 mmol/l, maqneziumun – 0,7-1,1 mmol/l, xlorun 
– 90-110 mmol/l arasında tərəddüd edir. Böyrək xəstəlikləri zamanı 
onların tərkibi əhəmiyyətli dərəcədə dəyişilir: oliquriya ilə müşayiət 
olunan KBÇ, kəskin qlomerulonefritdə, xroniki qlomerulonefritin 
kəskinləşməsində, nefrotik sindromda, yarımkəskin (ekstrakapillyar) 
qlomerulonefritdə göstərilən maddələrin konsentrasiyası qanda artır, 
əksinə poliuriya ilə müşayiət olunan xəstəliklərdə - xroniki pielo-
nefrit, KBÇ-nin poliuriya mərhələsi, XBÇ, ödemlərin getməsi döv-
ründə də, sidikqovucuların tətbiqi zamanı hiponatriemiya, hipokalie-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə