Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   15   16   17   18   19   20   21   22   ...   105

 
64
miya, hipoxloremiya müşahidə olunur. Bu zaman itirilmiş kimyəvi 
maddələrin yerini doldurmaq üçün bəzi göstəricilər haqda məlumat-
ları bilməyin  əhəmiyyəti vardır. Elementlərin kütləsi dalton (D) ilə 
ölçülür və 1 dalton 1/12 karbon atomunun kütləsinə bərabərdir. Mə-
sələn, 1 molekula NaCl kütləsi 58,5 daltondur. Millimol hər hansı 
maddənin nisbi atom və ya molekula kütləsinə bərabər milliqram ilə 
ifadə olunmasıdır. Deməli, 1 molekula NaCl 58,5 D kütləsi olmaqla 
həmçinin 1 mmol NaCl  58,5 mq kütləsi vardır. 
Böyrəklərin  əhəmiyyətli summar funksiyalarından azotifrazedici 
funksiyasıdır və bunun köməyi ilə azot mübadiləsinin son məhsulları 
– qalıq azot, sidik cövhəri, kreatinin, sidik turşusu, indikan bədəndən 
çıxarılır. Böyrəklərin azotifrazedici funksiyası pozulduğu zaman bu 
maddələrin səviyyəsi qanda artır və sidik ilə onların ekskresiyası 
azalır. 
Qalıq azot termini qanda olan zülalların üçxlorsirkə turşusu və ya 
başqa maddələrlə çökdürəndən sonra qanda olan bütün zülalsız mad-
dələrin summar miqdarına deyilir. Qalıq azotun 50 %-ini sidik cövhəri 
təşkil edir, amma XBÇ-nin yaranması və proqress etməsi prosesində 
onun payı 70-90 %-ə    qədər arta bilər. Azotifrazetmə funksiyasının 
göstəricisi kimi qandakı qalıq azotun təyini az halda istifadə olunur, 
çünki onun səviyyəsi çoxlu böyrəkdənxaric faktorlardan asılıdır və 
həmçinin onun təyin olunma metodikası mürəkkəbdir. Normada qan-
da qalıq azotun səviyyəsi 14,3-28,6 mmol/l həddində olur. 
Böyrəklərin azotifrazedici funksiyasının vəziyyətini qandakı sidik 
cövhəri (karbamid) və kreatinin konsentrasiyası müəyyən qədər tam 
əhatə edir, çünki karbamidin 90 % və kreatininin hamısı böyrəklər 
ilə xaric olunur, qalan 10 % sidik cövhəri bağırsaq ilə xaric olur. 
 Karbamid  qaraciyərdə ammonyakdan sintez olunur. Qaraciyərin 
karbamid əmələ gətirmə funksiyasının pozulduğu zaman xəstədə ağır 
böyrək çatışmazlığının olmasına baxmayaraq qanda onun səviyyəsi 
ya qalxmır, ya da az yüksəlir, odur ki, bunu diqqətdə saxlamaq lazım 
gəlir. Digər tərəfdən qaraciyərin normal funksiyası zamanı sidik cöv-
hərinin qandakı qatılığı ekstrarenal faktorlardan asılı olaraq arta 


 
65
bilər: çoxlu ət məhsullarının qəbulu, bədən toxumasının zülallarının 
parçalanması (qızdırmalı vəziyyət, kəskin və xroniki irinli proseslər, 
şişlər, geniş yanıqlar, travma və s.), orqanizmin su-duz mübadiləsi-
nin pozulması (çoxlu qusma, davamedici ishal, qəbul olunan maye-
nin məhdudlaşdırılması, oliquriya), zülalların katabolizmi ilə gedən 
müxtəlif patoloji hallar. Böyrəklərin azotifrazedici funksiyasının sax-
landığı halda  ekstrarenal faktorları aradan qaldıran kimi qandakı 
yüksəlmiş sidik cövhərinin qatılığı normaya qayıdır.  Əgər bundan 
sonra karbamidin səviyyəsi normaya qayıtmırsa bu, böyrəyin azotif-
razedici funksiyasının pozulması kimi qiymətləndirilir. Normada 
qanda sidik cövhərinin səviyyəsi 2,5-8,33 mmol/l həddində olur. 
Böyrək çatışmazlığı zamanı bu göstərici 10-30 mmol/l və daha çox 
arta bilər. 
Karbamidin qandakı səviyyəsi renal və ekstrarenal səbəblərdən ası-
lı olduğu üçün onun qandakı  səviyyəsindən  əlavə onun gün ərzində 
sidik ilə ekskresiyası da təyin olunmalıdır. Normada gün ərzində sidik 
ilə 25-35 q (500 mmol/gün qədər) sidik cövhəri ifraz olunur. XBÇ 
zamanı qanda karbamidin yüksək səviyyədə olmasına baxmayaraq 
sidikdə onun gün ərzindəki ekskresiya miqdarı azalır, amma ekstrare-
nal səbəblər zamanı karbamidin sidik ilə ekskresiyası azalmır. 
Bəzən karbamidin sidikdəki konsentrasiyasının plazmadakı 
səviyyəsinə nisbətinin (U/P indeksi) təyin olunmasını tövsiyə edirlər. 
Bu göstərici artıq başlanğıc XBÇ zamanı belə azalmağa başlayır. 
Böyrəklərin azotifrazedici funksiyasını  aşkar etmək üçün qan 
plazmasında kreatininin səviyyəsinin təyini xüsusi əhəmiyyət kəsb 
edir. Qalıq azotun tərkibinə daxil olan bütün inqridientlərdən kreati-
ninin özünün stabilliyi ilə  fərqlənir. Kreatininin qanda səviyyəsi 
ekstrarenal səbəblərdən asılı deyil, gün ərzində və uzun müddət də-
yişməz qalır. Normada qan zərdabında kreatininin səviyyəsi 0,088 
mmol/l (0,044-0,088 mmol/l), gündəlik sidik ilə 1-2 q ekskresiya 
olunur. 
Kreatinin əzələlərdə əmələ gəlir, ona görə də onun keçici, yüngül 
artması agır fiziki işdən sonra, əzələlərin geniş  zədələnməsi baş 


 
66
verməsi, nəticəsində, amma onun yüksək artması ancaq böyrək çatış-
mazlığı zamanı müşahidə olunur. Müxtəlif etiologiyalı kəskin və xro-
niki böyrək çatışmazlığı olan xəstələrdə qan zərdabında kreatininin 
konsentrasiyası 2-5 dəfə, hətta daha çox arta bilir. Kreatininin səviyyə-
sinin yüksəlməsi karbamidin səviyyəsinin yüksəlməsindən gec baş 
verir və başlanğıc XBÇ zamanı da ləng yüksəlir, amma xəstəliyin ter-
minal mərhələsində sürətlə artır. Bunun əsas səbəblərindən böyrəklər-
dən kreatininin ekskresiyasının azalması ilə yanaşı distrofiyaya uğra-
mış  əzələlərdə çox əmələ  gəlib qana daxil olmasıdır. Həmçinin bu 
zaman kreatinin üçün U/P indeksinin azalması böyrək çatışmazlığının 
səviyyəsini qiymətləndirməyə imkan verir. Kreatininin qan zərdabın-
dakı  səviyyəsi böyrəyin azotifrazedici funksiyasını daha dəqiq ifadə 
etdiyi üçün karbamidin qanda səviyyəsinin təyinindən daha qiymətli 
müayinə testi sayılır. 
Kreatinin orqanizmdən böyrəklərlə, yumaqcıq filtrasiyası yolu ilə 
xaric edilir. Yumaqcıqda filtrasiya olunmuş kreatinin kanalcıqlarda 
reabsorbsiya və sekresiya olunmur. Amma bəzi patoloji proseslər 
zamanı proksimal kanalcıqların epitelisi kreatinini sekresiya etməyə 
başlayır. Məsələn, güclü nefrotik sindrom zamanı sidik ilə 
ekskresiya olunan kreatininin 30 % -ə    qədəri kanalcıq sekresiyası 
yolu ilə baş verir. Kreatininin bu yolla bədəndən çıxarılması XBÇ 
zamanı da baş verə bilir. 
Sidik turşusu – qalıq azotun komponentlərindən olub, nukleopro-
teidlərin tərkib hissəsi olan purin mübadiləsi nəticəsində əmələ gəlir. 
Sağlam insanın qan zərdabında sidik turşusunun səviyyəsi 0,147-
0,472 mmol/l olub, gündəlik sidik ilə ekskresiyası 0,5-1,5 q.-dır. 
Kəskin və xroniki böyrək çatışmazlığı zamanı  həmişə qanda sidik 
turşusunun qatılığı yüksəlir (hiperurikemiya). Sidik turşusunun qan-
da səviyyəsi ancaq böyrək çatışmazlığı zamanı yox, həmçinin ekstra-
renal səbəblərdən də (podaqra, sidik turşusu diatezi, leykozlar, sepsis 
və s.) arta bilər. 
İndikan qaraciyərdə indolun zərərsizləşdirilməsi nəticəsində sintez 
olur.  İndol bağırsaqlarda çürümə prosesləri nəticəsində  əmələ  gəlir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə