Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   18   19   20   21   22   23   24   25   ...   105

 
73
boylama, sonra eninə skanlanır. Qarnın ön və yan tərəflərindən apa-
rılmış müayinələr böyrəklərin parenximası, kasacıq-ləyən sistemi və 
damarları haqda tam məlumat almağa imkan verir. Sağ böyrək ön 
tərəfdən qaraciyərdən keçməklə müayinə olunur, odur ki, o sola 
nisbətən daha yaxşı görünür, çünki qaraciyər ultrasəs siqnalını yaxşı 
ötürür. Sol böyrəyin öndən müayinəsi zamanı bağırsaq ilgəklərində 
olan qaz ultrasəs siqnallarına mane ola bilir. Bunun qarşısını almaq 
üçün ötürücü sol orta körpücük xəttində boylama yerləşdirilir. Böy-
rəyin həcmi və böyrək ləyənində, sinusunda aşkar edilmiş bəzi törə-
mələrin hərəkətliliyi haqda məlumat almaq üçün xəstəni böyrü üstə 
müayinə edirlər. Böyrəyin hərəkətliliyi nəfəsalma zamanı, dərin 
nəfəs alıb gücəndikdə (Valsalva sınağı) və şaquli vəziyyətdə vizual 
qiymətləndirilir və ya ölçülür. 
Normal böyrəklər.  Sağlam  şəxslərdə USM zamanı normal böy-
rəklərin uzunluğu 7,5 – 12 sm, eni 4,5 – 6,5 sm, qalınlığı 3,5 – 5,0 
sm-dir. Böyrəklər arasındakı  fərq 1,5 – 2 sm-dən çox olmamalıdır. 
Boylama istiqamətdə böyrək ovoid exoneqativ törəmə kimi vizuali-
zasiya olunur, ətraf toxumadan yaxşı fərqlənir. Böyrək sinusu böyrə-
yin mərkəzində yerləşərək, uzanmış sahə şəklində olub, atrmış exo-
genliyə malikdir. Köndələn müayinə zamanı onun forması oval və ya 
dairəvi forma alır. Böyrəyin xarici səthində qalınlığı 1,5 mm olan 
exopozitiv fibroz kapsula təyin olunur. Ondan kənara ətraf piy toxu-
ması aşağı exogen zona kimi vizualizasiya olunur. 
Böyrək parenximası çox incə, demək olar ki, anexogen daxili 
struktura malikdir. Bunu nəzərə almaq vacibdir, çünki normal 
struktura yanlış olaraq çoxlu kista kimi qiymətləndirilə bilər. Bəzi 
halda kapsula ilə sinus arasında çoxlu dairəvi exoneqativ törəmələr – 
böyrək piramidləri aşkar edilir. Onların diametri 0,5-dən 0,9 sm-ə 
qədər olur. Normal hallarda böyrək parenximasının sahəsinin 
sinusun sahəsinə nisbəti 2:1-ə bərabər olur və bu göstərici uşaqlarda 
çox, yaşlı şəxslərdə az olur. 
Kasacıqlarda az miqdarda sidik olduqda onlar kiçik dairəvi exo-
neqativ (mayeli), diametri normada 0,5 sm-dən çox olmayan  törəmə 


 
74
kimi aşkarlanır. Əksər hallarda böyrəyin qapısında ləyən də, xüsusən 
köndələn kəsikdə, qarının ön-yan tərəfindən müayinə apardıqda, 
təyin olunur, diametri 0,5 sm-dən çox olmamalıdır.  
Böyrək damarları qarnın ön divarından köndələn, yaxud çəp 
istiqamətlərdə müayinə apardıqda təyin oluna bilər. 
Böyrək anomaliyası. Böyrək anomaliyalarına-aplaziya (anadan-
gəlmə  tək böyrək), hipoplaziya, distopiyalar, böyrəklərin bir-birinə 
münasibət anomaliyaları, kistoz dəyişikliklər, yuxarı sidik yollarının 
ikiləşməsi aiddir. 
Böyrək aplaziyası USM köməyi ilə  təyin olunur. Bu zaman bir 
tərəfdə böyrək aşkarlanır, digər tərəfdə isə böyrək yerində olmur və 
onun distopiyası da (bel, qalça, çanaq) inkar edilir. 
Böyrək hipoplaziyasını iltihab nəticəsində büzüşmüş böyrəkdən 
fərqləndirmək çətin olur. Hipoplaziya zamanı orqanın ölçüləri kiçilir, 
amma parenximanın sahəsinin sinusun sahəsinə nisbəti normada ol-
duğu kimi qalır, həm də böyrəyin konturları və strukturu dəyişilmir. 
Bu sualın düzgün cavabını vermək üçün USM nəticələri başqa kli-
niki məlumatlarla müştərək qiymətləndirilməlidir. 
Böyrək polikistozu zamanı orqanın ölçüləri böyüyür, parenxima-
da çoxlu müxtəlif formalı və ölçülü exoneqativ zonalar vizualizasiya 
edilir. Müasir cihazların köməyi ilə diametri 1 sm-dən çox olan 
bütün kistalar aşkarlana bilir. 
Böyrək kistaları rahat təyin olunur, hamar konturlu olub dairəvi  
və ya oval formada, daxili strukturu olmayan exogen törəmə kimi 
aşkar edilir. Mərkəzdə yerləşən kistalar böyrək sinusunu deforma-
siyaya uğradır, böyük kistalar zamanı böyrəklərin ölçüləri böyüyür, 
konturları dəyişir. Solitar kistaların aşkarlanmasında USM-in etibar-
lılığı 98 % -dir. 
Parapelvikal kistalar sinusda və böyrək qapısı nahiyəsində yerlə-
şir. Onlar mərkəzdə yerləşən mayeli törəmə kimi oval, dairəvi for-
malarda olub bəzən hətta ləyən ilə çətin differensasiya olurlar. 
Multikistoz böyrəkdə müxtəlif ölçülü mayeli törəmələr praktiki 
olaraq bütün parenximada aşkarlanır və bəzən çoxsaylı kirəcləşmələr 


 
75
qeyd olunur. Polikistozdan fərqli olaraq bu xəstəlik birtərəfli olur
çünki böyrəyin ikitərəfli multikistozu həyat ilə uyuşmayan anomali-
yadır. 
Böyrək parenximasının  şişləri dairəvi və ya oval, kələ-kötür kon-
turlu törəmə kimi aşkar olunur, hətta bəzən böyrəyin ölçüləri də böyü-
yür. Yeni törəmə sinusda olduqda onun deformasiyası, kasacıq ləyən 
sistemini sıxdıqda onun genişlənməsi təyin edilir. Strukturuna görə şiş 
bərkimiş toxuma ilə yanaşı müxtəlif formada və ölçüdə mayeli törəmə 
ilə xarakterizə olunur. Diametri 2 sm.-dən çox olan şişlər USM ilə 
aşkar oluna bilirlər və üsulun etibarlılığı 97,3 %-ə bərabərdir. 
Kəskin pielonefrit zamanı paranefral toxumanın ödemi aşkar 
edilir. Böyrək karbunkulu kiçik ölçüdə olduqda (diametri 1-1,5 sm) 
parenximada seyrəkləşmiş törəmə kimi görünür, həmin nahiyədə 
böyrəyin konturu qabarır. Karbunkuldan fərqli olaraq vərəm kaver-
nası adətən daha böyük ölçülüdür, exopozitiv kapsulu aşkarlanır, 
bəzən kirəclər vizualizasiya olunur. 
Xroniki pielonefritin hər hansı  səhih ultrasəs  əlaməti yoxdur. 
Aşkar edilən - böyrək ölçülərinin azalması, konturun qeyri-düzgün-
lüyü, parenximanın, sinusun dəyişilməsi kliniki-laborator müayinə 
nəticələri ilə müştərək pielonefrit diaqnozunu qoymağa kömək edə 
bilər. Xəstəliyin çox inkişaf etmiş hallarında, böyrək büzüşməsi ilə 
nəticələnən təsadüflərdə diaqnoza, demək olar ki, şübhə qalmır. 
Bütün bunlara baxmayaraq xroniki pielonefritin diaqnozunu ancaq 
USM-ə əsasən qoymaq olmaz. 
Paranefral absesin diaqnozunu USM zamanı alınan nəticələrə əsasən 
qoymaq olur, bu zaman şiş ilə differensasiya etmək lazım gəlir. 
Böyrək vərəmi. Məhdud destruktiv proseslər (papillit) zamanı an-
caq kirəcləşmə olduqda müayinə patoloji prosesi aşkar edə bilir. 
Fibroz-kavernoz vərəmdə kaverna aydın konturlu, dairəvi və ya oval, 
exoneqativ törəmə kimi aşkar edilir. Vərəm pionefrozu praktiki ola-
raq kalkulyoz pionefrozdan fərqlənmir, amma daxilində exopozitiv 
törəmələr daş yox, kirəcləşmiş destruksiya ocaqları kimi qəbul olun-
malıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə