Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   26   27   28   29   30   31   32   33   ...   105

 
98
landırılmış hesab olunmalıdır. Diuretiklərin (natriuretiklərin) hipo-
tenziv təsiri ürək atımının azalmasına səbəb olan mübadilə qabiliy-
yətli natriumun, artıq suyun bədəndən xaric olması  və ümumi pe-
riferik müqavimətin azalması hesabına baş verir. Böyrəklərin funk-
siyaları lazımi səviyyədə olduqda tiazid diuretiklərdən (hidroxlor-
tiazid) və tiazidəbənzər diuretiklərdən (indapamid) istifadə   olun-
malıdır. XBÇ olan xəstələrə  və  şəkərli diabetdə ilgək diuretikləri 
(furosemid, etakrin turşusu, bumetanid) istifadə olunmalıdır. 
Diuretiklərin mənfi təsirlərindən hipokaliemiyanı (tiazidlərin tət-
biqi zamanı daha çox), hiperqlikemiyanı (tiazidlər,  furosemid),    
hiperurikemiyanı (tiazidlər), mədə-bağırsaq pozğunluqlarını, impo-
tensiyanı göstərmək lazımdır. 
Angiotenzini çevirən fermentin inhibitorları. Bu qrupa daxil 
olan dərman preparatları AÇF (kininaza II) təsirini tormozlamaqla, 
bir  təfərdən angiotenzin  I-in angiotenzin II-yə çevrilməsinin qarşısı-
nı alır, digər tərəfdən toxuma kininlərinin parçalanmasını dayandırır. 
Hətta son illər AÇFİ preparatlarının böyrəkqoruyucu təsiri aşkar 
edilmişdir (Opil L.H.,1992). Yumaqcıqdaxili qan təzyiqini endir-
məklə AÇFİ qrupu preparatları böyrək qan dövranını yaxşılaşdırır, 
bununla da nefroprotektiv təsir göstərir, böyrəyin işemik xəstəliyinin 
proqressinin dayanmasına səbəb olur, qlomerulosklerozun inkişaf et-
məsinin qarşısını alır və yaxud onun inkişaf tempini ləngidir. Həmçi-
nin böyrək xəstəlikləri zamanı müşahidə olunan ürəyin sol mədəci-
yinin hipertofiyasının dərəcəsinin də AÇFİ qrupu preparatları  tərə-
findən enməsinin müşahidə olunması haqda elmi araşdırmaların 
nəticələri əldə edilmişdir. 
  2 saylı cədvəldə ən çox tətbiq olunan AÇFİ və onların dozaları 
verilmişdir.                                                                                     
 
 
 
 
 


 
99
Cədvəl 2 
BH müalicəsində istifadə olunan AÇFİ 
 
Preparat Doza, 
mq 
Gündəlik qəbulu, dəfə 
Kaptopril 75-100 

Enalapril 5-10-20  1-2 
Ramipril 2,5-5 

Perindoril 4-8 

Silazapril 2,5-5 

Fozinopril 10-20 

Kvinapril 20-40 

Trandolapril 2-4 

Lizinopril 10-40-80 

Benazepril 10-20-40 

 
Bizim kliniki təcrübəmizə görə bu preparatlar xəstələr tərəfindən 
yaxşı keçirilirlər, uzun illər BH-nin müalicəsində istifadə olunur. 
Amma müalicənin başlanğıcında bəzi xəstələrdə (xüsusən yaşlı şəxs-
lərdə) qanda kreatinin və kaliumun səviyyəsinin yüngül yüksəlməsi 
müşahidə oluna bilər ki, bu dəyişikliklər də dərmanı kəsməməklə özü 
keçir. Tək-tək hallarda AÇFİ preparatlarının tətbiqindən sonra qan 
plazmasında kreatininin səviyyəsi 30 %-dən çox artır, onda preparatın 
verilməsi dayandırılır.  Əksər hallarda XBÇ olan xəstələrdə uzun 
müddət AÇFİ ilə müalicə böyrəklərin funksiyasının yaxşılaşmasına 
səbəb olur. Qlomerulonefritin müalicəsi zamanı bu preparatların pro-
teinuriyanı azaltması da qeyd olunmuşdur (H.Herlitz və b, 2001). 
AÇFİ-nin tətbiqi zamanı öskürək, hipotoniya, baş  ağrısı, baş gicəl-
lənməsi müşahidə oluna bilər.  
AÇFİ-nin tətbiqi hər iki böyrək arteriyası stenozunda, ağır ürək-
böyrək çatışmazlığında, ağır XBÇ-da və hamiləlikdə əks göstərişdir 
(İ.E.Tareeva və b, 2001). 


 
100
Kalsium antaqonistləri (KA). Bu qrup dərman preparatlarının 
təsir mexanizmi arteriolaların genişlənməsi və ümumi periferik 
müqavimətin azalması ilə əlaqədardır. Həmçinin bu qrup preparatla-
rın endotel hormonu olan endotelinin vazo-konstruktiv təsirini bloka-
daya alması da sübuta yetmişdir. Kliniki təcrübədə    ən çox tətbiq 
olunan KA preparatları 3 saylı cədvəldə verilmişdir.  
 
                                                                                         Cədvəl 3 
BH müalicəsində istifadə olunan KA 
 
Preparat Doza, 
mq 
Gündəlik qəbulu, 
dəfə 
Nifedipin 30-40 
3-4 
Riodipin 30-40 
3-4 
Nifedipin-retard 30-60 

İsradipin 5-10 

Felodipin 5-10 

Amlodipin 5-10 
1-2 
Nifebradil 240-480 

Verapamil 180 

Diltiazem 60-90-180 
2-3 
 
KA hipotenziv təsirlə yanaşı antisklerotik və antiaqreqant xassə-
lərinə malik olduqları üçün yaşlı  xəstələrdə daha çox tətbiq olun-
malıdır (E. İ.Çazov, 2001). KA eyni zamanda böyrək qan dövranını 
artırır, ona görə natriurez də artır, həmçinin yumaqcıqdaxili hiper-
tenziyanı azaltmaqla yumaqcıq filtrasiyası sürətini (YFS) artırır. Böy-
rəklərin qorunması onların hipertrofiyasının qarşısının alınmasına 
əsaslanır ki, bu da XBÇ-nin inkişafını ləngidir (P.Mene, 1997). KA-
nın istifadəsi zamanı taxikardiya, aritmiya, sifətin qızarması (nife-
dipin), bradikardiya, atriovenrtrikulyar blokada, qəbizlik (verapamil) 
müşahidə oluna bilər. 


 
101
 
β-adrenergik reseptorların blokatorları.  Bu qrup preparatların 
təsir mexanizmi ürəyin vurğu həcminin azalması, böyrəklərdə reninin 
sekresiyasının tormozlanması, ümumi periferik müqavimətin (ÜPM) 
azalması, postqanqlionar simpatik sinir uclarında noradrenalinin azad 
olmasının azalması, ürəyə venoz qayıdışın və dövr edən qanın azalması 
ilə izah olunur. 
β-blokatorların  diuretiklərlə birlikdə  tətbiqi daha 
effektivdir (B.A.Sidorenko və D.V.Preobrajenskiy, 2001). 
Təcrübədə çox istifadə olunan bu qrup preparatlar 4 saylı 
cədvəldə verilmişdir. 
Cədvəl 4 
BH müalicəsində istifadə olunan 
β-blokatorlar 
Preparat Doza, 
mq 
Gündəlik qəbulu, 
dəfə 
1 2  3 
Propronalol* 80-640 
2-4 
Nadolol * 
80-320 
2-4 
Oksprenolol* 120-400 
2-4 
Pindolol * 
10-60 
3-4 
Labetolol ** 
200-1200 
2-4 
Atenolol 100-200 
2-3 
Metoprolol 100-400 
2-3 
Betaksolol 5-20 
1-2 
Talinolol 150-600 
1-3 
Karvedilol ** 
25-100 
1-2 
* -  Qeyri-selektiv  
β-blokatorlar. 
** - 
α  və β-reseptorları blokada edən preparatlar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə