Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   25   26   27   28   29   30   31   32   ...   105

 
95
Patogenez.  Böyrək hipertoniyasının patogenezi üç əsas mexa-
nizmlə əlaqələndirilir: 
1)
 
natrium və suyun bədəndə saxlanması; 
2)
 
pressor sistemin (renin-angiotenzin, simpato-adrenal) aktivl-
əşməsi; 
3)
 
böyrəklərin depressor sisteminin fəaliyyətinin zəifləməsi 
(böyrək prostaqlandinləri və kallikrein-kinin sistemi). 
Böyrəklərin diffuz xəstəliklərində natrium və suyun bədəndə sax-
lanması böyrək qan dövranının zəifləməsi, yumaqcıq filtrasiyasının 
azalması  və natriumun reabsorbsiyasının artması ilə  əlaqədardır. 
Böyrəklərdə natriumun sekresiyasının azalması hipervolemiyaya, 
dövran edən qanın həcminin artması, damar divarında natriumun art-
ması  və damar divarının  şişkinləşməsinə  səbəb olur. Belə damarlar 
angiotenzin və katexolaminlərin pressor təsirinə qarşı çox həssas 
olurlar. Bu mexanizm əsasən kəskin və xroniki böyrək catışmazlığı 
zamanı, kəskin qlomerulonefritdə müşahidə olunur. Böyrəklərin 
xroniki xəstəlikləri zamanı 20%-ə qədər xəstələrdə renin-angiotenzin 
sisteminin aktivləşməsi müşahidə olunur. Bunun səbəbi böyrək arte-
riolalarının və payarası arteriyaların daralması  nəticəsində böyrək-
lərin perfuziyasının azalmasıdır. Böyrəklərin ifrazetmə fəaliyyətinin 
pozulması  nəticəsində katexolaminlərin ekskresiyası azalır, onların 
bədəndə  səviyyəsi artır və bunun nəticəsində simpatiko-adrenal 
sistemin aktivliyi artır. 
Böyrək parenximasının sıradan çıxması  nəticəsində depressor 
maddələrin (prostaqlandin və bradikininlər) böyrəkdə əmələ gəlməsi 
azalır, böyrəklərin vazopressor maddələrin inaktivasiyasının pozul-
ması ilə yanaşı hipertoniyanın baş verməsinə səbəb olur. 
Klinika. Böyrək xəstəliklərində arterial hipertoniyanın klinikası 
arterial təzyiqin yüksəlmə  səviyyəsindən, ürək və damarların dəyi-
şiklik dərəcəsindən və böyrəklərin vəziyyətindən asılıdır. Böyrəklə-
rin diffuz xəstəliklərində hipertonik sindromun ağırlığı ləbil hiperto-
niyadan bədxassəli hipertonik sindroma qədərdir. Ləbil hipertoniya-
da xəstələr tez yorulmadan, tez qıcıqlanmadan, ürək döyünməsindən 


 
96
və baş ağrılarından şikayət edirlər. Bədxassəli hipertonik sindromda 
diastolik arterial təzyiqin yüksək olması, nəzərə çarpan retinopatiya 
(görmə diskinin ödemi, ocaqlı qansızmalar, plazmorragiya), bəzən 
görmənin zəifləməsi (hətta kor olma dərəcəsinə  qədər), hipertonik 
ensefalopatiya, ürək çatışmazlığı (əvvəl sol mədəcikdə, sonra böyük 
qan dövranında durğunluq) aşkar edilir. 
Vazorenal hipertoniya bir qayda olaraq dərman müalicəsinə qarşı 
davamlı olmaqla yanaşı çox vaxt bədxassəli hipertonik sindrom kimi 
meydana çıxır. Bu zaman xarakter əlamətlərdən böyrək arteriyası 
üzərində sistolik küyün eşidilməsidir. Böyrək hipertoniyası zamanı 
hipertonik krizlər, insult, ürək infarktı hipertoniya xəstəliyinə 
nisbətən az hallarda meydana çıxır. 
Müalicə.  Xəstəliyin müalicəsində  aşağıdakı prinsiplər  əsas 
götürülməlidir: 
1) gündəlik xörək duzunun qəbulunu 4 q-a qədər azaltmaq; 
2) dərmanları kiçik dozadan başlamaq; 
3) bir neçə dərmanı bir yerdə az dozada təyin etmək; 
4) əvvəl bir dərmandan başlamaq, sonra başqalarını bir-bir əlavə 
etmək; 
5) iki ildən artıq davam edən böyrək hipertoniyasını sonrakı dövr-
də daim müalicə etmək; 
6) böyrək çatışmazlığı olduqda arterial qan təzyiqini çox ehtiyatla 
aşağı salmaq  (böyrəklərin funksiyası pisləşir); 
7) hemodinamik varianta görə müalicəni başlamaq. Bunu təxmini 
olaraq bazal təzyiqin təyini ilə aşkar etmək olar: - arterial qan təzyiqi 
iki dəfə – uzanmış halda və 5 dəqiqədən sonra ayaqüstə ölçülür. 
Ölçmələr arasındakı  fərq 20-30 ml civə sütunundan çox olduqda 
hiperkinetik variantın olması haqda fikirkəşmək lazımdır. 
Müalicə  əsasən böyrəklərin funksional vəziyyətindən asılıdır. 
Yumaqcıq filtrasiyası 40 ml/dəq-dən çox olduqda tiazid sidikqovu-
cusu,  β-adrenoblokator və lazım olduqda vazodilatator, yaxud α-
adrenoblokator təyin edilir. 


 
97
Yumaqcıq filtrasiyası 40 ml/dəq.-dən aşağı düşdükdə tiazid-furo-
semidlə əvəz olunur. Ən çox böyrəklərin funksiyasını yaxşılaşdıran 
dərmanlar (AÇFİ qrupu preparatları, dopegit, prazozin, hidralazin) 
işlədilir. Diazoksid (100-200 mq) və propranololun (160-180 mq) 
kombinasiyasının effektivliyini xüsusi qeyd etmək lazımdır. 
Böyrəklərlə AH  münasibəti qüsurlu dövran şəklini alır, belə ki, 
başlanğıcda böyrək xəstəliyi yüksək arterial təzyiqi yaradırsa, sonra 
böyrək özü  arterial hipertenziyanın zədələdiyi hədəfə çevrilir ki, bu 
da XBÇ-nin inkişafına təkan verir. Ona görə böyrək xəstəliyi zamanı 
hipertoniyanın müalicəsi labüd şərtlərdən biri olur, hətta arterial 
təzyiqin göstəricilərinin 120/80 mm c.süt. səviyyəsinə salmaq tövsi-
yə olunur (B.Brenner, 1997). 
Nefroloji xəstələrdə AH müalicəsi ilk növbədə  bədənə qida ilə 
daxil olan natriumun miqdarını azaltmaq və  gündə istifadə olunan 
xörək duzunun miqdarını  5 q-a qədər endirmək tövsiyə olunur. İstis-
na olaraq böyrək  polikistozu, duz itirən nefrit və XBÇ-nin bəzi 
formaları ola bilər. BH zamanı hipotenziv terapiyanı əsas xəstəliyin 
patogenetik müalicəsi ilə müştərək aparmaq lazım gəlir. Bu zaman 
istifadə olunan preparatların (qlyukokortikoidlər, siklosporin A, he-
parin, dipiridamol, qeyri-steroid iltihab əleyhinə preparatlar və s.) da 
AH-ya təsiri nəzərə alınmılıdır. 
Hazırkı dövrdə BH müalicəsində istifadə olunan preparatları aşa-
ğıdakı qruplara bölmək olar: 
1.
 
Sidikqovucu preparatlar
2.
 
Angiotenzini çevirən fermentin inhibitoru (AÇFİ); 
3.
 
Kalsium antaqonistləri ; 
4.
 
β - blokatorlar; 
5.
 
α - blokatorlar; 
6.
 
Angiotenzin II reseptorlarının blokatorları. 
Diuretiklər. Böyrək xəstəliklərinin  əksəriyyəti bədəndə su və 
natriumun saxlanması ilə müşayiət olunduğu üçün diuretiklərin tət-
biqi bütün hallarda zəruri olmaqla, patogenetik cəhətdən də  əsas-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə