124
əzələlərdə zəiflik, üz dərisində qarışqa gəzmə hissiyyatı, aritmiya və
hətta əzələ iflici və ürəyin diastola fazasında dayanması baş verir.
Sidiyin müayinəsi zamanı hipostenuriya (hətta oliquriya olduqda
belə), mikrohematuriya, leykosituriya, silindruriya (hialin və dənə-
vər) aşkar edilir. Xəstə müalicə olunduqda 2-3 həftədən sonra diurez
tədricən bərpa olunur.
Diurezin bərpası ilə 3-cü dövr - poliuriya mərhələsi başlayır, bu za-
man sidiyin gün ərzində miqdarı 2-3 l-ə çatır. Bu zaman böyrəklərin
qatılaşdırma qabiliyyəti zəif olur və ona görə bəzən ilk günlər azo-
temiya artır. Xəstələr çoxlu su itirdikləri üçün bədənə əlavə əvəzedici
müalicə vasitələri (məhlullar) yeritmək lazım gəlir. Adətən sidiyin
xüsusi çəkisi tədricən artır, poliuriya azalır və qanda qalıq azotun
səviyyəsi tədricən normallaşır.
Qanda qalıq azotun səviyyəsinin normaya düşdüyü gündən sağal-
ma dövrü (4-cü mərhələ) başlayır. Bu mərhələ iki ilə qədər çəkir,
çünki bu müddət ərzində böyrəklərin qatılaşdırma fəaliyyəti, qanya-
radıcı orqanların işi və parenximatoz orqanlarda yaranmış distrofik
proseslərin bərpası baş verır.
Müasir müalicə üsullarının tətbiq edilməsinə baxmayaraq ölüm
hələ də yüksəkdir. Birinci mərhələdə xəstələr (şok, sepsis, qan döv-
ranı pozğunluqları, intoksikasiya və s.) tələf olurlar. Oliqoanuriya
mərhələsində xəstələrin ölümü uremik komadan, su-elektrolit poz-
ğunluğundan, qaraciyərin zədələnməsindən baş verir. Poliuriya döv-
ründə əsasən su-duz itkisi xəstələrin tələf olmasına səbəb ola bilər.
Müalicə. KBÇ-nin müalicəsi böyrəklərin fiziologiyasının və
orqanizmdə gedən dəyişikliklərin öyrənilməsi nailiyyətlərinə əsas-
lanmışdır. Bu zaman əsas məqsəd böyrəklərin itirilmiş fəaliyyətlərini
müvəqqəti əvəz etmək, beləliklə, ölüm faizinin qarşısını almaqdır.
Bütün müalicə tədbirləri aşağıdakı qruplara ayrılır: gigiyenik, pəhriz,
dərman, böyrəklərin dekapsulyasiyası, böyrəkdən və bədəndən kənar
dializ üsulları.
Dəriyə və ağız boşluğuna qulluq gigiyenik tədbirlərə aiddir. Belə
xəstələrin vəziyyətinin ağır olmasını nəzərə alaraq bunlara fərdi
125
qulluq etmək lazımdır. Dəri örtüyü gündə iki dəfə kamfora spirti
məhlulu ilə təmizlənir.
Xəstələrin pəhrizində əsas məqsəd zülalların azaldılması, kalori-
nin yağ və karbohidrat hesabına ödənilməsidir. Belə ki, aclıq zamanı
zülalların sürətli katabolizmi baş verərək qanda azotlu maddələrin
həddən çox artmasına; hiperkaliemiyaya, hiperhidratasiyaya səbəb
olur. Ona görə əvvəlcə xəstənin mədəsini 2%-li natrium-hidrokar-
bonat məhlulu ilə yuyub-təmizlədikdən sonra həmin zondla mədəyə
tərkibində 50 q şəkər və 50 q kərə yağı qarışdırılmış maye yeridilir.
Xəstə süni böyrək şöbəsində olduqda qidada zülalın miqdarı artırılır.
Veriləcək zülalın miqdarı 40-60 q olmaqla, orqanizmdə baş verən
dəyişikliklərdən asılı olaraq təyin edilir.
Xəstəliyin ilk mərhələsində (xüsusən şok zamanı) vena daxilinə
mannitol məhlulu (hər kq bədən çəkisinə 1 q) yeridilir. Eyni za-
manda şokdan çıxdıqdan sonra xəstələrə vena daxilinə laziks məh-
lulu yeridilir (10-20 ml). Lakin oliqo-anuriya baş verdikdə bu müali-
cə tədbirlərini tətbiq etmək olmaz. Hazırda qandan (bədəndən) azotu
çıxaran xüsusi dərmanlar yoxdur, lakin bir çox dərman maddələrinin
tətbiqi bəzi halda xüsusi əhəmiyyətə malikdir. Əgər böyrəklərin
fəaliyyəti zəifləmişsə, bu zaman vena daxilinə lespenefrili yeritmək
məsləhətdir. Retabolol tətbiqi ilə zülal katabolizminin qarşısını al-
mağa və habelə, qalıq azotun qanda artma sürətinin azalmasına nail
olmaq olar.
İnfeksion ağırlaşmaların qarşısını almaq üçün az nefrotoksik
təsirə malik olan penisillin qrupu antibiotiklərindən istifadə olunur,
amma anuriya zamanı bunlar yarı dozada təyin olunur. İnfeksion
ağırlaşmalar olduqda geniş spektrli təsirə malik olan antibiotiklərdən
istifadə olunur.
Əsasən damarların tonusunu saxlamaq üçün kardiamin,
sulfokamfokain, kofein tətbiq edilir, amma ürək çatışmazlığı olduqda
ürək qlyukozidləri tətbiq olunur.
Ürəkbulanma, qusma olduqda da xəstənin mədəsi yuyulur,
serukal, reqlan, sinet və s. dərmanlar istifadə olunur.
126
Ümumiyyətlə, anuriya zamanı gün ərzində bədənə daxil olan
mayenin miqdarı 300-500 ml-dən artıq olmamalıdır. Su-duz mübadi-
ləsinin pozğunluqlarının və asidozun aradan qaldırılması xüsusi
əhəmiyyətə malikdir.
Xəstələrə vitaminlərdən C və B qrupu təyin edilir. Qaraciyərin fəa-
liyyətinin pozğunluğunda hepatotrop maddələr tətbiq olunur. Anemiya
zamanı xəstələrə eyni qrupdan olan eritrosit kütləsi köçürülür.
KBÇ-nin müalicəsində istifadə olunan müalicə faktorlarından
süni diareyanı (75%-150 ml sorbit daxilə), bağırsaq dializini, qanın
dəyişilməsi və s. istifadə oluna bilər.
Son zamanlar peritoneal dializindən də istifadə olunur. Bu zaman
periton pərdəsinin KBÇ zamanı artıq dərəcədə toksik maddələrin
ifrazetmə qabiliyyətinə malik olmasını nəzərə alaraq ondan müalicə
məqsədi ilə istifadə olunur. Bunun üçün xüsusi hazırlanmış məhlulun
köməyi ilə periton boşluğunu yumaqla müəyyən qədər azotlu mad-
dələri bədəndən xaric etmək mümkündür. Orta xətt üzrə göbəkdən
aşağı nahiyədə qarın boşluğuna çoxlu deşikləri olan polietilen boru
salınır. Həmin boru vasitəsilə qarın boşluğuna hipertonik məhlul ye-
ridilir və 45 dəqiqə saxlandıqdan sonra (ekspozisiya) həmin boru va-
sitəsilə yeridilmiş məhlul xaric olunur. Sonra bu əməliyyat yenidən
təkrar edilir və 12-18 saat ərzində 20 l-ə qədər məhlulla periton pər-
dəsi yuyulur.
KBÇ-nin ən müasir müalicə üsullarına hemodializ, hemosorbsiya,
hemofiltrasiya, plazmaferez aiddir.
Xroniki böyrək çatışmazlığı
Xroniki böyrək çatışmazlığı (XBÇ) simptomokompleks olub ho-
meostazın pozulması ilə meydana çıxan, nefronların durmadan məh-
vinə səbəb olan, xroniki, ikitərəfli böyrək xəstəlikləri nəticəsində baş
verən, böyrəklərin funksiyasının uzun müddətli, proqressedici po-
zulmasıdır. Bununla belə, böyrəklər müxtəlif metabolitlərin ekskre-
siyasını, su-duz, qələvi-turşu, osmotik homeostazın sabitliyini təmin
Dostları ilə paylaş: |