134
yarıyuxululuğu diqqəti cəlb edir. Sidik ifrazı çox zaman pozulmuş
olur.
Dəri avazımış, sarımtıl, yaxud qəhvəyi topraq rəngində (uroxrom
piqmentinin bədəndə ləngiməsi nəticəsində), quru və elastikliyini
itirmiş olur. Dəri qaşınması nəticəsində çox hallarda dəridə dırnaq
cızması izləri nəzərə çarpır. Tər vəzilərinin atrofiyası və piy
vəzilərinin degenerasiyası nəticəsində XBÇ zamanı xəstələr
tərləmirlər («braytiklər tərləmirlər»). Bəzən dəri üzərində müxtəlif
yaralara, allergik səpgilərə və qançırlara təsadüf olunur. XBÇ-nin
erkən mərhələlərində ödemlərə təsadüf olunur, son mərhələsində isə
ödem xarakterik deyildir. Bu mərhələdə xəstələr hədsiz arıqlayırlar
və onların əzələlərində atrofiya baş verir. Xəstəliyin axırıncı
həftələrində isə sidiyin gündəlik miqdarının azalması bəzən çox
böyük ödemlərə səbəb ola bilər.
Tənəffüs orqanlarındakı dəyişikliklər təngnəfəslik və asidoz nəti-
cəsində baş verən Kusmaul tipli təngnəfəslik kimi özünü göstərir.
Ağciyərdə azot mübadiləsinin son məhsullarının yığılması və
durğunluq ağır dəyişikliklər törədir. Rentgenoqramda ağciyərlərin
kökləri nahiyəsində kəpənək qanadlarına oxşar kölgə görünür ki, bu
da «uremik ağciyər», «sulu ağciyər» adlanır. Xəstəliyin ağır halında
plevra boşluğuna maye yığılır (hidrotoraks). Alveolarası kapillyar-
larda baş verən durğunluq alveolarası sahəyə mayenin yığılmasına
səbəb olur. Bəzən də xəstələrdə pnevmoniya müşahidə edilir ki,
bunun da səbəbi uremiya zamanı xəstələrin infeksiyalara qarşı
müqavimətlərinin aşağı düşməsidir. Amma buna baxmayaraq iltihabi
proses zamanı bədən hərarəti çox da yüksəyə qalxmır, bu da uremiya
üçün xarakterikdir.
Ürək - qan-damar sisteminin vəziyyəti əsasən arterial hipertenzi-
yanın səviyyəsindən asılıdır. Böyrək arterial hipertenziyası, xüsusən
XBÇ zamanı, başqa mənşəli arterial hipertenziyalardan fərqli olaraq
çox ağır formada təzahür edir və əksər təsadüflərdə bədxassəli
hipertoniya gedişini alır. Bunun nəticəsində ürək əzələsinin hipertro-
fiyası baş verir ki, bu da miokardın distrofiyası və ürək ritminin
135
pozulması ilə birlikdə ürək çatışmazlığına gətirib çıxarır. İlk əvvəl
kiçik qan dövranında durğunluq olduğu üçün təngnəfəslik, ürəkdö-
yünmə və ürək astması meydana çıxır (çox vaxt gecələr). Tədricən
böyük qan dövranında durğunluq inkişaf edir, qaraciyər böyüyür,
aşağı ətraflarda ödemlər əmələ gəlir, hətta anasarka baş verir. Belə
xəstələr çox zaman ürək çatışmazlığından tələf olurlar.
XBÇ-nin ən ağır fəsadlarından biri uremik perikarditdir ki, bu da
hemodializlə müalicə olunmadıqda 2-3 həftə ərzində xəstənin tələf
olacağını xəbər verir. Odur ki, bu zaman eşidilən perikardın sürtün-
mə küyünü «braytikin matəm marşı» adlandırırlar. Ümumiyyətlə
götürdükdə XBÇ zamanı xəstələrin 50%-dən çoxu ürək-damar sis-
temi tərəfindən baş verən ağırlaşmalar nəticəsində tələf olurlar.
Mədə-bağırsaq sistemində baş verən dəyişikliklər stomatit, paro-
tit, qastrit, enterit, kolit və uremik psevdoperitonit kimi təzahür edir.
Xəstələrin dili quru, üstü qəhvəyi rəngli ərplə örtülmüş olur, susuz-
luq onlara çox əziyyət verir (hüceyrədaxili təzyiqin artması nəticə-
sində). Ürəkbulanma, qusma, iştahasızlıq, ağızda pis dadın olması
bir tərəfdən uremik intoksikasiya, digər tərəfdən uremik qastritin
əlamətləridir. XBÇ zamanı mədə-bağırsaq sistemi vəziləri bədəndəki
zəhərlənməni aradan qaldırmaq məqsədilə çoxlu miqdarda azot
mübadiləsinin son məhsullarını (sidik cövhəri, kreatinin, ammonyak
və s.) ifraz edirlər. Bu da mədə-bağırsaq sistemi üzvlərinin selikli
qişalarının zədələnməsinə, ishala, xora əmələ gəlməsinə və qanax-
malara səbəb olur.
Kalsium-fosfor mübadiləsinin pozulması ilə əlaqədar sümük-
oynaq sistemində ağır dəyişikliklər baş verir. D previtaminin büzüş-
müş böyrəklərdə aktiv formaya keçə bilməməsi nəticəsində kalsiu-
mun bağırsaqlardan qana sorulması prosesi pozulur, hipokalsemiya
baş verir. Hipokalsemiya nəticəsində ikincili hiperparatireoz inkişaf
edir, bu da sümüklərdən kalsium ionlarının səfərbər olunmasına sə-
bəb olur. Beləliklə, xəstələrdə osteomalyasiya və metastatik kalsifi-
kasiya baş verir. Bunların inkişaf etməsində XBÇ zamanı müşayiət
olunan hiperfosfatemiya da böyük rol oynayır. Sümüklərdə baş verən
136
dəyişikliklər fibroz osteit formasında gedir, bunun da klinik təzahürü
sümüklərdə ağrının baş verməsidir. Rentgen müayinəsində osteo-
porozla birlikdə ostefibroz prosesi aşkar olur.
Sinir sistemində və psixiki fəaliyyətdə baş verən dəyişikliklər hıç-
qırma, hipotermiya, əzələ qıclığı, psevdotetaniya, süstlük, yuxululuq,
koma şəklində təzahür edir. Bu və digər pozğunluqların baş vermə-
sinin əsas səbəblərindən uremik intoksikasiyanı, yüksək arterial hiper-
tenziyanı, su-duz mübadiləsinin pozulmasını, xüsusən maqneziumun
qanda səviyyəsinin artmasını və beyin ödemini göstərmək olar.
XBÇ həmişə böyrəklərin əsas xəstəliyinin son mərhələsi olduğu
üçün sidik sistemi tərəfindən meydana çıxan dəyişikliklər həmin
xəstəliyin əlamətlərini ifadə edir. Bununla belə sidiyin müayinəsində
hipostenuriya və sidiyin mikroskopiyasında çöküntü elementlərinin
aşkar olması diqqəti cəlb edir. Buna görə XBÇ-nin son mərhələsində
əsas böyrək xəstəliyini təyin etmək çox çətin olur, bəzən hətta
mümkün olmur.
XBÇ zamanı ağır anemiya aşkar edilir ki, bunun da səbəbi
büzüşmüş böyrəklərdə eritropoetininin (qlyukoproteid) əmələ gəlmə-
sinin pozulmasıdır. Sümük iliyinin müayinəsi xəstələrdə eritropoetik
toxumanın hiperplaziyaya uğramasını göstərir. Anemiya ilə yanaşı
leykositoz və EÇS-in artması, koaquloqrammada isə hipokoaqulyasi-
ya müəyyən edilir. EÇS-in XBÇ zamanı artması iltihab mənşəli de-
yildir, amma buna baxmayaraq praktiki həkimlər çox halda yanlış
mövqe tutaraq bunu iltihabın nəticəsi kimi qiymətləndirirlər. Qanın
biokimyəvi müayinəsində sidik cövhərinin, kreatininin, sidik turşu-
sunun artması ilə yanaşı çox zaman hiponatriemiya, hiperkaliemiya,
hipokalsiemiya, hipermaqniemiya və metabolik asidoz aşkar edilir.
Müalicə. XBÇ-nin müalicəsi iki qrup üsulların köməyi ilə aparılır:
1. Konservativ müalicə üsulları;
2. Aktiv müalicə üsulları və ya ƏBT.
Konservativ müalicə üsulları pəhriz, medikamentoz vasitələr,
dərman bitkiləri, fizioterapevtik, sanator-kurort müalicələrini əhatə
Dostları ilə paylaş: |