127
etməkdə böyük kompensator imkanlara malikdir. Hətta 50% nef-
ronların məhvi (normada hər böyrəkdə 1,2 mln nefron vardır) adətən
simptomsuz keçir və heç bir kliniki əlamət vermir. Ancaq yumaqcıq
filtrasiya sürəti (YFS) 60-30 ml/dəq-dən aşağı endikdə (bu
nefronların miqdarının 60-70% azalmasına uyğundur) orqanizmdə
sidik cövhəri, kreatinin və azot mübadiləsinin başqa son məhsulları
yığılır, onların qan zərdabında qatılığı yüksəlir. Terminal xroniki
böyrək çatışmazlığı (TXBÇ) baş verdikdə fəaliyyət göstərən nefron-
ların kütləsi 10%-dən aşağı düşür.
TXBÇ olan, o cümlədən, əvəzedici böyrək terapiyası (ƏBT) alan
xəstələrin sayı bütün dünyada durmadan artır. XBÇ ilə xəstələrin
sayının artmasının səbəbi böyrəklərin şəkərli diabet, arterial hiper-
tenziya, işemik və sair damar xəstəlikləri nəticəsində zədələnməsi və
həmçinin dünya əhalisinin son yaş həddinin artmasıdır. Bəzi ölkə-
lərdə XBÇ-nin geniş yayılması problemin yüksək tibbi-sosial əhə-
miyyətini təyin edir. Dünyanın çox ölkələrində ƏBT-ə sərf olunan
vəsaitlər bütün səhiyyə büdcəsinin əhəmiyyətli hissəsini tutduğu
üçün daima bu müalicə növünün təkmilləşdirilməsini və digər tə-
rəfdən böyrək xəstəliklərinin ilkin mərhələsində qoruyucu müalicə
üsullarının işlənib hazırlanmasını diqqət mərkəzinə çəkir. Müxtəlif
ölkələrdə, coğrafi ərazilərdə XBÇ-nin müxtəlif yayılma tezliyi mü-
şahidə olunur. ABŞ-da 1996-cı ildə 1 mln. əhalidən 1041 xəstə ƏBT
almışdır və həmin ildə müalicəyə yeni daxil olmuş TXBÇ ilə olan
xəstələrin sayı 268 nəfər/1 mln olmuşdur. Həmin ildə Yaponiyada
ƏBT 1 mln. əhali hesabına 1450 nəfər, yeni xəstələrin sayı 1 mln.
adama 200 nəfər olmuşdur. İngiltərədə yeni hadisələrin sayı ildə 80
nəfər/1 mln. təşkil etmişdir. Mərkəzi və Şərqi Avropada TXBÇ ilə
olan yeni xəstələrin sayı 1 mln. insana: Slovakiyada – 111, Xorva-
tiyada – 132, Çexiyada – 128, Polşada – 84,5 nəfər olmuşdur.
Rusiyada 2000-ci ildə dializ müalicəsi ilə xəstələrin təminatı 1
mln. insana 50,4 olmuş, Moskva şəhərində ƏBT 1 mln. insana 255,4
olmuşdur.
128
Nefroloqların fəaliyyətində XBÇ xəstələri ilə işləmək əsas yer
tutur, amma buna baxmayaraq bu diaqnoz ilk dəfə nefroloq yox,
başqa mütəxəssislər tərəfindən qoyulur. Ona görə də ümumi təcrübə
həkimlərinin, terapevtlərin, ailə və sahə həkimlərinin bu məsələyə
düzgün münasibətinin böyük rolu vardır, çünki diaqnoz qoyulduq-
dan sonra xəstə düzgün istiqamətə yönəldilməlidir. Vaxtında qoyul-
muş diaqnoz, nefroloqun məsləhətinə göndəriş və nefroprotektiv
müalicə çox hallarda XBÇ proqressinin inkişaf sürətini yavaşıdır.
Digər tərəfdən müasir kliniki təbabətin ən uğurlu nailiyyətlərindən
olan itirilmiş böyrək funksiyasının tam əvəz olunması üçün effektiv
üsulların vaxtında seçilməsi mümkün olur.
XBÇ təsnifatı. Son 20-25 ildə müxtəlif alimlər tərəfindən XBÇ-
nin 20-dən artıq təsnifatının verilməsinə baxmayaraq onların demək
olar ki, heç biri hamı tərəfindən qəbul olunub istifadə olunmur.
Əvvəllər XBÇ mərhələsinin təyini üçün istifadə olunan qan
plazmasındakı kreatininin səviyyəsi yumaqcıq filtrasiya sürətini tam
əks etmir, çünki bu göstərici bədənin əzələ kütləsindən, yaş
həddindən, cinsdən asılı olaraq dəyişir. ABŞ-da Kidney/Dialisiz
Outcomes Quality İnutiative (K/DOQİ) milli böyrək fondunun son
illərdə verdiyi təsnifata görə XBÇ 5 mərhələyə bölünür (cədvəl 7).
Cədvəl 7
Xroniki böyrək xəstəliklərinin təsnifatı (K/DOQİ)
Mərhələ Xarakteristika
YFS,
ml/
dəq/1,73 m
2
I Böyrək zədələnməsi - normal və ya yüksək YFS ilə 80-120
II
YFS yüngül azalması 60-79
III YFS
mötədil azalması 30-59
IV YFS
ağır azalması 15-29
V TXBÇ
<15
129
Təqdim olunan təsnifat praktiki istifadə üçün mürəkkəb və çətin
olduğu üçün kliniki təcrübədə asan istifadə olunan, sadə təsnifatdan
müvəffəqiyyətlə istifadə edirik (cədvəl 8).
I mərhələdə - XBÇ simptomları müşahidə olunmur, amma böyrək
zədələnməsi əlamətləri ön planda diqqəti cəlb edir. Belə əlamətlərə
nefrotik sindrom, tubulyar və ya sidik sindromu, arterial hipertenzi-
ya, proteinuriya, ödemlər və s. aiddir.
II mərhələdə – XBÇ simptomlarının müxtəlif kombinasiyası və
dərəcəsi müşahidə olunur. Bu mərhələdə yuxarıda qeyd olunan simp-
tomlara uremiya sindromu əlavə olur.
III mərhələdə – son mərhələ hesab olunur və əgər vaxtında dializ
müalicəsi başlanmazsa uremik intoksikasiyanın ağır təzahürləri mey-
dana çıxır.
Cədvəl 8
XBÇ
təsnifatı
Mərhələ Xarakteristika
YFS,
ml/
dəq/1,73 m
2
I Kompensasiya
(başlanğıc) 40-79
II Dekompensasiya
(aydın təzahür) 15-39
III Terminal
(son)
<15
Böyrək funksiyasının qiymətləndirilməsi üçün müxtəlif üsullar-
dan istifadə olunur. İnulinin klirensinin təyini YFS ölçülməsinin da-
ha dəqiq üsulu olmasına baxmayaraq çox zəhmət tələb etdiyi və ba-
halı olduğu üçün kliniki təcrübədə demək olar ki, istifadə olunmur.
Populyar bir üsul kimi YFS təyini üçün istifadə olunan endogen
kreatinin klirensi (Reberq sınağı) ambulator şəraitdə həmişə düzgün
130
yerinə yetirilmir. Bundan başqa kreatininin qanda səviyyəsi yüksəl-
dikdə YFS təyini yüksək nəticələr göstərir, çünki bu zaman kreati-
nin yumaqcıqda filtrasiya olunmasından əlavə kanalcıqdan sekresi-
yası vaş verir. Böyrək çatışmazlığının səviyyəsi yüksəldikcə bu poz-
ğunluğun miqyası artır. Belə ki, TXBÇ zamanı sidikdəki kreatininin
40%-ə qədəri sekresiya vasitəsi ilə xaric olur. Ona görə ambulator
şəraitdə və TXBÇ zamanı YFS göstəricisini tapmaq üçün D.Cock-
roft və M.Gault (1976) təklif etdikləri düsturun köməyi ilə
hesablama üsulundan istifadə olunur. Bu üsul ilə YFS qan zərda-
bında kreatinin səviyyəsinə, antropometrik göstəricilərə və cinsə gö-
rə hesablanaraq tapılır:
YFS =
(140-yaş) x (bədən çəkisi, kq) x 0,85
- qadın üçün
814 x qan zərdabında kreatinin, mmol/l
YFS =
(140-yaş) x (bədən çəkisi, kq)
- kişi üçün
814 x qan zərdabında kreatinin, mmol/l
Bu formulaya bəzi əlavə və düzəlişlər oluna bilər, məsələn, para və
ya tetraplegiya olan xəstələrdə YFS göstəricisini müvafiq olaraq 20 və
40% azaltmaq, qara dərili kişilərdə 12% artırmaq lazımdır. Həmçinin
ABŞ-da çox ciddi Modification of Diet in Renal Disease (MDRD)
tətqiqatı nəticəsində J.D.Koople və başq. (1989) tərəfindən hazırlan-
mış formula vasitəsi ilə də YFS-nı hesablamaq olar (Nephvol Dial.
Transplant, 2002, v. 17, s. 7, pp. 7-15). Bu üsul YFS-i nin MDRD for-
mulu ilə hesablanması adlanır.
YFS=170 x (kreatinin x 0,0113)
-0,999
x yaş
– 0,176
x (sidik cövhəri
x 2,8)
– 0,17
x albumin
0,318
;
və ya
YFS= 170 x kreatinin
-0,999
x yaş
– 0,176
x sidik cövhəri
– 0,17
x albu-
min.
0,318
15>15>
Dostları ilə paylaş: |