Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   20   21   22   23   24   25   26   27   ...   105

 
79
yod tərkibli kontrast maddə - 30-50% 25-40 ml triombrast (veroqrafin, 
urotrast və s.) yeridilir. Sonra 7, 15 və 25-ci dəqiqələrdə böyrəklərin 
rentgen şəkli çəkilir. Kontrast maddə böyrəklər tərəfindən ifraz olunmaq-
la onun funksional vəziyyəti haqda məlumat verir. Bundan başqa böyrək-
lərin yerləşməsi, forması, ölçüləri, böyrək kasacıq-ləyən sisteminin, sidik 
axarının vəziyyəti haqqında məlumat əldə edilir, eyni zamanda böyrək-
lərdə olan daş, şiş və s. aid dəyişikliklər aşkar edilir. 
Böyrək çatışmazlığı olduqda kontrast maddə ifraz olunmadığı 
üçün ekskretor uroqrafiyanın diaqnostik əhəmiyyəti olmur, hətta 
böyrək çatışmazlığında bunun aparılması  əks-göstəriş sayılır. Ona 
görə ekskretor uroqrafiya aparmaq üçün həmişə Zimnitski sınağı 
yerinə yetirilməlidir.  Əgər sidiyin nisbi sıxlığı bir və ya bir neçə 
porsiyada 1.016-dan yüksək olmazsa, onda ekskretor uroqrafiya yox, 
infuzion uroqrafiya aparılır.  
İnfuziyon uroqrafiyaya göstərişlər: 
1.
 
Xəstədə xronik böyrək çatışmazlığı olduqda; 
2.
 
Sidik yollarının tam vəziyyətini müəyyən etmək lüzumu mey-
dana çıxdıqda; 
3.
 
Ekskretor uroqrafiyada məlumat az olduqda. 
İnfuzion uroqrafiyanı yerinə yetirmək üçün 10-15 dəqiqə ərzində 
vena daxilinə 200-250 ml 25%-li kontrast maddə yeridilir. Birinci 
rentgen şəkli kontrast maddə yeridilən kimi edilir. Sonrakı şəkillərin 
çəkilmə vaxtı əvvəlki şəkillərin nəticələrindən asılı olur. 
Bəzən ekskretor və infuzion uroqrafiyaların nəticələri aydın olma-
dıqda xəstələrə retroqrad ureteropieloqrafiya edilir. Bunun üçün 
sidik kisəsinə yeridilmiş sistoskopdan sidik axarına xüsusi kateter 
(18-25 sm) salınır və kateterlə yodlu maddə (3-5 ml), yaxud oksigen 
yeridilərək böyrək ləyəninin rentgen şəkli çəkilir.
 
 
Böyrək arterioqrafiyası 
 
Bəzi böyrək xəstəliklərinin - böyrək şişi, kistası, polikistoz, böyrək 
damarlarının stenozu diaqnozunu dəqiq qoymaq üçün böyrək angioq-
rafiyası (arterioqrafiya, venoqrafiya) edilir. Arterioqrafiya əməliy-


 
80
yatını yerinə yetirmək üçün Seldinger üsulu ilə bud arteriyasından 
aortaya xüsusi kateter yeridilir və böyrək arteriyalarından yuxarı 
səviyyəyə çatdırılır (lazım olduqda kateterin ucu böyrək arteriyasına 
salınır - selektiv arterioqrafiya) və kateterlə 60-80 ml kontrast maddə 
vurmaqla ardıcıl rentgen şəkillər çəkilir. Alınmış  şəkillərdə böyrək 
arteriyaları  və onların  şaxələri, böyrək parenximası  və kasacıq-ləyən 
sistemi görünür. 
 
Rentgen kompyuter tomoqrafiyası (KT)  
 Son illər nefroloji xəstələrin müayinəsində geniş istifadə olunur. 
Üsul ardıcıl olaraq bədənin köndələn laylarının alınmasına və  məlu-
matların ağ-qara və  rəngli  şəkildə ekrana verilməsinə  əsaslanır. Sonra 
nəticələrin rentgen şəkli çəkilir, ya da printerdə çap olunur. 
Nefrologiyada KT böyrək şişlərinin, polikistozunun və daşlarının, 
böyrəküstü vəzilərinin şişlərinin diaqnozunu qoymağa, böyrək trav-
malarında onların zədələnmələrini təyin etmək üçün istifadə edilir. 
Qeyri-invaziv üsullar arasında KT ən dəqiqlərdən sayıla bilər, çünki 
bəzi hallarda kontrast maddə ilə  də aparıla bilər. KT, USM və 
maqnit-rezonans üsullarının istifadəsi böyrək xəstəliklərinin dəqiq 
diaqnozunu qoymağa imkan verməklə pnevmoren və presakral 
retropnevmoperitonium kimi invaziv üsullardan imtina etmək imka-
nını vermişdir.  
 
Maqnit-rezonans tomoqrafiyası 
Maqnit-rezonans tomoqrafiyası (MRT) nisbətən yeni, inkişaf 
edən, qeyri-invaziv, yüksək informativ müayinə üsuludur. Üsulun 
üstünlüyü ondan ibarətdir ki, bu zaman böyrəklərin, peritonarxası 
sahənin və qarın boşluğu orqanlarının nəinki horizontal (köndələn), 
istənilən müstəvidə (frontal, sagital) dəqiq  şəklini almaq mümkün 
olur. Müxtəlif proyeksiyalarda alınmış məlumatların tutuşdurulması 
böyrəkdəki patoloji ocağın (şiş, kista, konkrement, destruksiya, 
sidiyin retensiya zonaları  və s.) dəqiq vəziyyəti haqda məlumat 
almağa, onun sağlam böyrək toxumasına, damarlara, kasacıq-ləyən 


 
81
sisteminə  və  həmçinin qonşu orqanlara münasibətini aydınlaşdır-
mağa imkan verir. Ətraf orqanların, damarların, limfa düyünlərinin 
vəziyyətinin öyrənilməsi  şiş prosesinin xarakteri, yayılması haqda 
dəqiq məlumatlar əldə etməyə kömək edir. MRT müayinəsi rentgen-
kontrast maddələrə qarşı həssaslığı olan insanlarda, ateroskleroz pro-
sesi nəticəsində angioqrafiyanın aparılması mümkün olmadıqda, xro-
niki böyrək çatışmazlığında belə  xəstələrdə aparılması mümkün 
olduğu üçün qiymətli sayılmalıdır. Şüa yükünün olmamasını da nə-
zərə aldıqda üsulun əvəzolunmazlığı bir daha özünü sübut edir. 
MRT kontrast maddə ilə aparıla bilər. Maqnivist – paramaqnit 
kontrast maddə 0.2 ml/kq dozada bir dəfə vena daxilinə vurulur. 
Müayinəyə  məhdudiyyət kimi xəstədə klaustrofobiyanı, bədəndə 
metal protezlərin, fiksatorun olması qeyd olunmalıdır.  
 
Radioizotop müayinə üsulları 
Radioizotop nefroqrafiya böyrəyin funksiyasını öyrənmək üçün 
tətbiq edilir. Xəstənin venasına I
131
 
ilə nişanlanmış hippuran, yaxud 
diobrast yeridilir, sonra çoxkanallı radioqrafik cihazın köməyi ilə hər 
böyrəyin funksiyasını ayrıca və qanın nişanlanmış maddədən təmiz-
lənməsini (böyrəyin summar sekretor funksiyası) öyrənir. Bu müayi-
nə xroniki qlomerulonefritdə, pielonefritdə, böyrək vərəmi və ami-
loidozunda, böyrəkdən sidiyin xaric olmasının pozulmasında diaq-
nozu dəqiqləşdirilməyə kömək edir. 
Bəzi hallarda böyrək skanlanır. Bu zaman bədənə Hg
203
 
ilə 
nişanlanmış neohidrin yeridilir. Preparat böyrəklər tərəfindən xaric 
olunur. Xüsusi qamma-skaner cihazının köməyi ilə preparatın böy-
rəkdə toplanması qeyd olunur. Bu zaman böyrəyin ölçüləri, böyrək 
şişləri, kistası və başqa xəstəlikləri aşkar edilir. 
 
Sidik kisəsinin kateterizasiyası  
Sidik kisəsinin kateterizasiyası diaqnostik məqsədlə (sidiyin 
müayinə üçün götürülməsi, anuriyanı  təyin etmək), yaxud müalicə 
məqsədilə (kisədə  yığılmış sidiyi buraxmaq üçün, sidik kisəsini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə