Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   16   17   18   19   20   21   22   23   ...   105

 
67
İndikan orqanizmdən ancaq böyrəklərlə ekskresiya olduğu üçün ağır 
böyrək çatışmazlığı zamanı onun qan zərdabındakı  səviyyəsi 50-100 
dəfə artmış olur. İndikan əsasən ağır XBÇ zamanı qanda artdığı üçün 
onun böyrək çatışmazlığının erkən diaqnostikasında rolu yoxdur.  
  
Böyrəklərin funksiyalarının müayinəsi 
 
Böyrəklərin funksional vəziyyətinin təyini xəstəliyin nozoloji 
formasının təyin olunmasından az əhəmiyyətli deyildir. Nefroloji 
təcrübədə böyrəklərin summar (məsələn, azotifrazedici) və həmçinin 
parsial (yumaqcıq filtrasiyası, kanalcıq reabsorbsiyası, sekresiyası) 
funksiyaları təyin olunur.  
 
Sidiyin nisbi  sıxlığına görə böyrəklərin funksional vəziyyətinin 
təyiniSaglam bədəndə suyun miqdarı azaldıqda sidiyin də miqdarı 
azalır, onun nisbi sıxlığı artır və əksinə bədənə artıq maye daxil ol-
duqda sidiyin miqdarı artır, nisbi sıxlığı azalır. Beləliklə, böyrəklər 
bədənin daxili mühitinin sabitliyini təmin edir və  bədəndə izovole-
miya, izohidriya, izoioniya, izoosmiya halını təmin edir. Bunlar anti-
diuretik və antinatriuretik reflekslərin köməyi ilə baş verir. Dehidra-
tasiya zamanı hüceyrəxarici mayenin osmotik konsentrasiyası  və 
antidiuretik hormonun (ADH) ifrazı artır, bu da suyun kanalcıq 
rezorbsiyasına kömək edir. Bədənə artıq miqdarda maye daxil olduq-
da hüceyrəxarici mayenin osmotik təzyiqi azalır, bunun nəticəsində 
ADH ifrazı azalır, bu da suyun rezorbsiyasını azaldır, diurez artır. 
Patoloji halda böyrəklərin beyin maddəsində osmotik qradiyent yara-
na bilmədiyi üçün onların qatılaşdırma və durulaşdırma fəaliyyətləri 
pozulur (durulaşdırma fəaliyyəti, yəni böyrəyin osmotik aktiv 
maddələrin susuz rezorbsiya etməsidir).  
Zimnitski sınağı.  Bu sınağı 1923-cü ildə S.S.Zimnitski 
böyrəklərin fəaliyyətini öyrənmək üçün təklif etmişdir. Üsulun əsas 
üstünlüyü ondadır ki, sınaq xəstənin adi rejimində aparılır. 


 
68
Sınaq bir gün ərzində aparılır, xəstə  hər 3 saatdan bir sidiyi ayrı-
ayrı qablara yığır (8 porsiya). Hər porsiyada sidiyin miqdarı və nisbi 
sıxlığı təyin olunur. Sonra gecə və gündüz ifraz olunan sidiyin miqdarı 
hesablanır və müqayisə edilir. Sidiyin nisbi sıxlığının gün ərzində 
dəyişməsini öyrənməklə onun maksimal həddi müəyyən edilir. Nor-
mada porsiyalarda sidiyin miqdarı 50-250 ml arasında, onun nisbi 
sıxlığı 1,005-1,028 arasında meyl edir, gündüz sidiyin miqdarı gecə 
sidiyin miqdarından iki dəfə çox olur. Gecə sidiyin miqdarının artması 
(nikturiya) böyrəklərin funksiyasının pozulmasını göstərir. Sidiyin 
xüsusi cəkisi 1,008-dən aşağı olduqda hipostenuriya adlanır və 
böyrəyin fəaliyyətinin ağır pozulmasını göstərir.  Əgər sidiyin xüsusi 
çəkisi 1,008-1,012 arasında (yəni zülalsız qan plazmasının xüsusi 
çəkisinə  bərabər) olduqda izostenuriya adlanır. Poliuriya, hipos-
tenuriya və nikturiya həmişə ağır böyrək çatışmazlığından xəbər verir.  
Zimnitski sınağı zamanı hətta bir porsiyada belə sidiyin nisbi sıxlığı 
1,018-1,020-dən yüksəkdirsə, onda böyrək fəaliyyətinin qənaətbəxş 
olması haqda nəticə çıxarılır. 
Zimnitski sınağına modifikasiya olaraq 1952-ci ildə C.D.Reyzel-
man hər ifraz olunan porsiya sidiyi ayrı  yığmağı tövsiyə etmişdir. 
Testin qalan komponentləri Zimnitski sınağı kimi aparılır.  
Durulaşdırma sınağı.  Səhər acqarına xəstəyə 30-45 dəqiqə 
ərzində 1-1,5 l su və ya açıq rəngli çay verilir. Sonra 4 saat ərzində 
hər yarım saatdan bir sidik yığılır. Sidiyin hər porsiyasının miqdarı 
və nisbi sıxlığı yoxlanılır. Sağlam adamlarda 4 saat ərzində 75% 
içilmiş su xaric olur və nisbi sıxlığı 1,003-1,001-ə düşür, birinci 
porsiya daha aşağı olur. Bədən kütləsinin hər kq-na 22 ml məhlul 
yeritməklə bu sınağın dəqiqliyi daha da artırılır. Böyrəyin funksiyası 
pozulduqda sidiyin nisbi sıxlığı 1,006-1,007 üzərində «monoton» 
olaraq qalır, çıxan sidik isə bədənə daxil edilmiş məhluldan xeyli az 
olur. Ağır böyrək çatışmazlığında sidiyin nisbi sıxlığı 1,009-1,011 
olur, bu da ultrafiltratın nisbi sıxlığına bərabərdir. Yüksək arterial 
təzyiq və ödemlər olduqda sınağın aparılması əks göstərişdir.  


 
69
Qatılaşdırma sınağı.  36 saat ərzində  xəstə maye içmir və duru 
yeməklər yeyir, beləliklə, bədənin dehidratasiyası yaradılır. Sidik 3 
saatlıq intervalla gün ərzində 8 porsiyada yığılır (Zimnitski sınağı 
kimi). Hər porsiyanın miqdarı  və sidiyin nisbi sıxlığı  təyin edilir. 
Sağlam şəxslərdə sidiyin xüsusi çəkisi 1,028-dən yüksək olur, böy-
rək çatışmazlığı olduqda xüsusi çəki 1,022-dən yuxarı qalxmır. Sına-
ğın nəticəsi gündəlik diurez 400 ml-dən az olduqda hesab olunur. 
Kəskin böyrək xəstəliklərində, ürək-damar və böyrək çatışmazlı-
ğında, arterial hipertenziyada sınaq əks göstərişdir.  
Klirens sınaqlarıBöyrəklərdə gedən ayrı-ayrı prosesləri yumaq-
cıq filtrasiyası, böyrək plazma dövranı, bəzi maddələrin kanalcıqla 
nəql olunması (məsələn, qlyukozanın reabsorbsiyası), yad maddələ-
rin sekresiyası, sidik cövhəri və elektrolitlərin sidikdə xaric olma 
intensivliyi öyrənilir. Böyrək çatışmazlığını  aşkar edib, dərəcəsini 
təyin etmək üçün qanda sidik cövhəri, indikan, qalıq azotu, kreatinin, 
kalium, natrium, kalsium, maqnezium və fosfatların səviyyəsinin 
yoxlanmasına əsaslanmaq olar.  
Fəaliyyət göstərən böyrək parenximasının 75%-i məhv olduqda 
böyrək çatışmazlığı meydana çıxır. Ona görə fəaliyyətli nefron kütlə-
si məfhumu meydana çıxır və onun təyin edilməsi xüsusi əhəmiyyət 
kəsb edir. Fəaliyyətli  nefron kütləsinin yumaqcıq filtrasiyası göstəri-
cisi (normada 65-120 ml/dəq.), qlyukozanın maksimal reabsorbsi-
yasının səviyyəsi (norma 300-500 ml/dəq.) və s. təyin olunur. 
Böyrək funksiyasını öyrənmək üçün ən çox istifadə olunan klirens 
(clear – təmizləmə) sınaqlarıdır. Bu sınaq Van-Slaykın təklif etdiyi 
kimi bir çox maddələrin böyrəklərlə ifraz olunması prinsipinə 
əsaslanır. Bu üsulla yumaqcıq filtrasiyası  və suyun kanalcıqlarda 
reabsorbsiyası  təyin edilir. Bunun üçün elə maddələrdən istifadə 
olunur ki, onlar ancaq yumaqcıqda filtrasiya olunur, kanalcıqlarda 
isə nə reabsorbsiya, nə də sekresiya olunurlar. 
Hər hansı maddənin plazmadan yumaqcıq vasitəsilə 1 dəqiqə 
ərzində sidiyə keçən miqdarı həmin maddənin 1 dəqiqə ərzində xaric 
olunan sidikdəki miqdarına bərabər olmalıdır. Deməli, yumaqcıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə