Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   13   14   15   16   17   18   19   20   ...   105

 
56
şüşəsinə tökülür. Sentrifuqa edildikdən sonra çöküntü üzərindəki 
məhlul atılır, çöküntü əşya şüşəsi üzərində keçirilir, əvvəl kiçik bö-
yüdücü (ümumi tanışlıq üçün), sonra isə böyük böyüdücünün altında 
mikroskopda baxılır. Bu zaman sidikdə qanın formalı elementləri, 
silindrlər, duzlar öyrənilir. 
Eritrositlər dəyişilməmiş, yəni hemoqlobini itirməmiş (yaşıl-sarı 
rəngli disk şəklində) və dəyişmiş hemoqlobini itirmiş (rəngsiz, bir və 
ya ikikonturlu həlqə  şəklində) olur. Dəyişilmiş eritrositlər sidiyin 
xüsusi çəkisi aşağı düşdükdə müşahidə olunur, xüsusi çəki çox 
olduqda eritrositlər büzüşürlər. Sağlam adamların sidiyində 
mikroskopun görmə sahəsində 0-1, 1-2 eritrosit tapıla bilər. 
Eritrositlər sidiyə böyrəklərdən, yaxud sidik yollarından keçə 
bilirlər və bu hematuriya adlanır. Ancaq mikroskop altında aşkar 
edilən hematuriya mikrohematuriya, sidiyin adi gözlə müayinəsi 
zamanı qanlı olması makrohematuriya adlanır. Adi gözlə baxdıqda 
sidiyə 1 ml qan qarışdıqda belə onun qanlı olmasını aydın etmək 
mümkün olur. Hematuriyanın yumaqcıq, yaxud qeyri-yumaqcıq 
mənşəli olmasının xüsusi praktik əhəmiyyəti vardır. Yumaqcıq 
hematuriyası qlomerulonefritdə, qan laxtalanmasının pozulmasında 
və s. olur, daimi olması isə sidikdə zülalın da tapılması ilə xarak-
terizə olunur. 
Qeyri-yumaqcıq hematuriyası böyrəklərin və sidik yollarının 
daşları, şişləri zamanı təzahür edir, bu vəziyyətin arabir baş verməsi 
(sidiyin rəngi arabir tündləşir) və sidikdə zülalın olmaması ilə 
yumaqcıq hematuriyasından fərqlənir. 
Qanaxmaların yerini təyin etmək üçün üç qab sınağının da 
əhəmiyyəti vardır. Qanaxma sidik kanalında olduqda birinci porsiya-
da sidiyin rəngi daha çox intensiv, qanaxma sidik kisəsindən olduqda 
axırıncı porsiyada, başqa yerlərdə olduqda isə sidiyin boyanma 
intensivliyi bütün porsiyalarda eyni cür olur. 
Leykositlər sidikdə kiçik, yumru hüceyrələr formasında qeyd 
olunur. Sidiyin xüsusi çəkisi az olduqda onlar şişkinləşir. Normal 
sidikdə leykositlər  əsasən neytrofil leykosit formasında, mikrosko-


pun görmə sahəsində 1-2 ədəd (qadınlarda hətta 4-6 ədəd) olur. 
Bundan çox olduqda leykosituriya adlanır və sidik yollarının 
iltihabının (uretrit, prostatit, sistit, pielonefrit) olduğunu göstərir. 
İltihabın yerini təyin etmək üçün Tompsonun üç qab sınağı aparılır. 
Səhər sidik ifrazı zamanı birinci qaba sidiyin başlanğıc porsiyası, 
ikinci qaba orta, üçüncü qaba sidiyin axırıncı porsiyası ifraz olunur 
(şəkil 9). Leykositlərin bütün porsiyalarda olması böyrəklərin iltiha-
bını göstərir. Sidikdə  qələvi reaksiya olduqda hüceyrə elementləri 
parçalanır, ona görə leykosituriyanın səviyyəsi haqda fikir yürütmək 
çətin olur. Bəzən sidikdə eozinofillər aşkar edilir (onlar başqa leyko-
sitlərdən dənəvərliliyi ilə seçilir) ki, bu da xəstəliyin allergik təbiətli 
olmasını göstərir. 
 
 
 
 
Şəkil 9. Sidik çöküntüsünün 
mikroskopik şəkli. 
1 – leykositlər; 
2 – dəyişilməmiş eritrositlər; 
3 – az dəyişilmiş eritrositlər; 
4 – dəyişilmiş (qələviləşmiş) 
eritrositlər; 
5 – epitel hüceyrələri. 
 
 
Xroniki pielonefritdə leykosituriyanın dərəcəsi həmişə  xəstəliyin 
ağırlıq dərəcəsini göstərir. Aktiv iltihabi proseslər olmadıqda sidikdə 
leykositlərin miqdarı norma daxilində qala bilər. Hazırda 1940-cı 
ildə  Şternhaymer və Malbinin təklif etdiyi leykositlərin supravital 
rənglənməsi üsulu tətbiq edilir. Bu zaman xüsusi rəngləyici maddələ-
rin (su-spirt qarışığında 3 hissə-bənövşəyi gensian və 97 hissə safra-
nil) təsirindən leykositlər qırmızı, yaxud avazımış göy rəngə boyanır. 
 
57


Onların ölcüləri böyümüş, sitoplazma vakuollaşmış, dənəli olur və 
bu dənələr braun hərəkətində olurlar. Belə fərz edilir ki, pielonefritdə 
belə leykositlər tapılır və onlar Şternhaymer-Malbin hüceyrələri 
(«aktiv leykositlər») adlanır. Sonralar məlum oldu ki, belə hücey-
rələr sidik yollarının digər yerlərində  də iltihabi proses olduqda da 
aşkar edilə bilər. Aktiv leykositlərin meydana çıxmasının əsas səbəbi 
isə hipo-və izostenuriyadır. Ona görə sidiyin nisbi sıxlığını azaltmaq 
üçün müayinə zamanı sidiyə bir neçə damcı distillə olunmuş su əlavə 
edilir.  
Leykosituriya zamanı «aktiv leykositlərin» miqdarının artması 
sidik yollarının iltihabi xəstəliklərinin və ya pielonefritin aktivləş-
məsini göstərir (şəkil 10). 
 
 
 
 
 
  Şəkil 10. Sidik çöküntüsündə 
aktiv leykositlər; 
 
58
rən
safran
ı  və sidik kanalından düşür, xüsusi diaqnostik əhəmiyyəti 
olmur.  
а – metilen abısi ilə 
glənmiş; 
б – bənövşəyi gensian və 
ın ilə rənglənmiş. 
 
 
 
 
 
Sidik çöküntüsünün mikroskopiyası zamanı yastı, keçid və 
böyrək epitelisi hüceyrələrinə də rast gəlmək olar (şəkil 11). Yastı 
epitel hüceyrələri yumru, yaxud poliqonal formada olub, böyük 
ölçülü, rəngsiz, nüvəsi çox da böyük olmur. Sidiyə onlar cinsiyyət 
orqanlar


 
Şəkil 11. Sidik çöküntüsündə 
epitel hüceyrələri. 
1 – yastı epitel hüceyrələri; 
2 – keçid epitel hüceyrələri; 
3 – böyrək epitel hüceyrələri. 
 
 
 
 
 
 
 
Keçid epiteli (ölçüləri müxtəlif olur) nüvəsi dəyirmi, yastı epite-
lidən kiçik olurlar, böyrək ləyəni və sidik kisəsinin iltihabı zamanı 
sidikdə peyda olur. Böyrək epitelisi böyrək xəstəlikləri, hərarət, 
intoksikasiya və infeksion xəstəliklər zamanı sidikdə tapılır. 
Silindrlər – zülal və hüceyrədən əmələ gəlir, kanalcıq mənşəlidir, 
silindrik formada müxtəlif ölçüdə olur. Bir neçə növü vardır      
(şəkil 12). 
 
 
 
 
Şəkil 12. Sidik 
şöküntüsü
 
59
ndə silindrlər. 
1 – hialin; 
2 – dənəvər; 
3 – mumvarı; 
4 – epitel. 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə