25
olunurlar və bu zaman kanalcıq epitelisinin ferment sisteminin
iştirakı ilə oksigen istifadə olunmaqla enerji sərf olunur, başqa
maddələr isə passiv – diffuziya və osmos qanunlarına əsasən, enerji
sərf olunmaqla nəql olunurlar. Müasir təsəvvürlərə görə maddələrin
aktiv nəqli daşıyıcıların köməyi ilə baş verir, belə ki, onlar nəql
olunan maddələrlə müvəqqəti əlaqə yaradırlar. Daşıyıcılarla daşınan
maddələr arasında yaranan əlaqə sərbəst (passiv) baş verir, amma
bunların ayrılması enerji sərfi ilə həyata keçirilir, bu enerji də
kanalcıq epitelisinin bazal membranının daxili səthində zəngin olan
ATF hesabına təmin olunur.
Natriumun nəqli. Yumaqcıqlarda filtrasiya olunmuş natrium
ionlarının 80%-i kanalcığın proksimal hissəsində, 8 – 10%-i distal
hissədə və yığıcı borucuqlarda reabsorbsiya olunur. Proksimal kanal-
cıqda natrium osmotik ekvivalent miqdarda su ilə birlikdə reabsorbsi-
ya olunur, ona görə də bu hissədə kanalcıqdaxili maye qan plazmasına
nisbətən izoosmik olur. Henle ilgəyində natrium ancaq qalxan yoğun
seqmentə reabsorbsiya olunur.
Natriumun kanalcıq nəqli indiyə qədər tam aydınlaşdırılmamış
qalır. Hesab olunur ki, natriumun kanalcıq nəqli natrium – kalium
nasosu prinsipi ilə baş verir, bu da aşağıdakı kimi gedir. Natrium
elektrokimyəvi və konsentrasion qradiyentə əsasən kanalcıq maye-
sindən hüceyrəyə keçir, çünki hüceyrə daxilində onun qatılığı aşağı
olur, həmçinin hüceyrə membranın daxili səthinin mənfi yüklənməsi
də buna kömək edir. Hüceyrə daxilində bazal membranın yanında
natrium (hipotetik) daşıyıcı ilə birləşir, o da natriumu interstisial
sahəyə daşıyır. Bu sahədə natriumun qatılığı çox olduğu üçün onun
çıxarılması aktiv proses olub, enerji və oksigen sərf etməklə
konsentrasion qradiyentin əksinə baş verir. İnterstisial sahədə natrium
daşıyıcıdan ayrılır. Daşıyıcı bundan sonra kalium ilə birləşərək onu
yüksək konsentrasion qradiyentin əksinə hüceyrə daxilinə keçirir və
ondan ayrılır. Yenidən natrium ilə birləşən daşıyıcı onu interstisial sa-
həyə keçirir və s. Natrium-kalium nasosu enzim mexanizmə malik
26
olub, enerji və oksigenin sərf olunması ilə işləyərək hüceyrə daxilində
natriumun alçaq və kaliumun yüksək konsentrasiyasını təmin edir.
Natrium-kalium nasosunun natrium və kaliumun distal kanalcıq-
larda nəqlində rolu daha yüksəkdir, çünki bu zaman natrium intersti-
sial toxumada daha yüksək konsentrasion qradiyentə qarşı daşınır.
Burada natriumun nəqli aldosteronun köməyi ilə həyata keçirilir,
çünki aldosteron səviyyəsinin yüksəlməsi distal kanalcıqlarda natriu-
mun reabsorbsiyasını təmin edir. Proksimal kanalcıqlarda natriumun
reabsorbsiyası xlor və bikarbonat ionları ilə eyni vaxtda baş verir.
Xlor ionunun nəqli. Ümumi qəbul olunmuş mülahizələrə görə Cl
-
natriumun dalınca hərəkət edərək passiv reabsorbsiya olunurlar,
amma bəzi müəlliflərin fikirlərinə görə Henle ilgəyinin qalxan yoğun
seqmentində və distal kanalcıqlarda xlor nasosunun fəaliyyəti nəticə-
sində xlor ionları aktiv reabsorbsiya olunurlar. Fizioloji şəraitdə, yaş-
lı şəxslərdə natriumun və xlorun ekskresiyası nisbəti 1:1 bərabərdir.
Proksimal kanalcıqlarda xlor ionları hüceyrə vasitəsi ilə yox, hücey-
rəarasındakı sahə vasitəsi ilə nəql olunurlar.
Kaliumun nəqli. Böyrək yumaqcıqlarında filtrasiya olunmuş kaliu-
mun 90-95%-i proksimal kanalcıqlarda geri qana sorulur. Kaliumun
reabsorbsiyası Henle ilgəyində də davam edir, amma distal kanalcıq-
larda o nəinki reabsorbsiya olunur, həmçinin sekresiyaya uğrayır. Bu
zaman kaliumun reabsorbsiyası aktiv, amma sekresiyası passiv baş ve-
rir. Kaliumun, həmçinin natriumun aktiv reabsorbsiyası natrium-kalium
nasosu prinsipi ilə baş verir. Natrium nasosundan fərqli olaraq kalium
nasosu hüceyrənin bazal hissəsində yox, zirvəsində yerləşir. Kaliumun
kanalcıq nəqli natriumun nəqli və hidrogen ionlarının sekresiyası ilə sıx
əlaqəlidir.
Kalsium və maqneziumun nəqli. Sağlam şəxslər sidik ilə gün ər-
zində 100-300 mq kalsium, 60-120 mq maqnezium xaric edir. Kal-
sium və maqnezium kanalcıqlarda ancaq reabsorbsiya olunurlar. Bu
ionların reabsorbsiyası aktivdir və natriumun nəqli ilə müəyyən əla-
qəyə malikdir. Maqnezium əsasən (60%-ə qədər) proksimal kanal-
cıqlarda və Henle ilgəyinin qalxan yoğun seqmentində reabsorbsiya
27
olunur. Kalsiumun qatılığı proksimal kanalcıq epitelisində, kanalcıq
daxilindəki mayeyə nisbətən 1000 dəfə azdır, ona görə də kalsiumun
epiteliyə daxil olması konsentrasion qradiyentə görə passiv baş verir.
Kalsiumun hüceyrə daxilindən interstisial sahəyə keçməsi aktiv,
kalsium nasosu və ATF-azanın iştirakı ilə baş verir. Kalsiumun
transportu iki hormonun parathormon və kalsitoninin iştirakı ilə
tənzim olunur.
Fosfat və sulfatların nəqli. Sağlam şəxslər gün ərzində böyrəklər
vasitəsi ilə 400-800 mq qeyri-üzvi fosfor ifraz edir. Fosfatlar yumaq-
cıqda filtrasiya olunurlar və əsasən proksimal kanalcıqlarda reab-
sorbsiya edilirlər. İnsanlarda fosfat ionlarının sekresiya yolu ilə
bədəndən çıxarılması haqda hələlik inandırıcı məlumat əldə edil-
məmişdir. Fosfatların kanalcıq nəqlinin tənzim olunmasında əsas
rolu, proksimal kanalcıqlarda fosfatların reabsorbsiyasını azaltmaqla,
qalxanabənzərətrafı vəzin hormonu və reabsorbsiyanı artırmaqla boy
hormonu oynayırlar. Sulfat ionları proksimal kanalcıqlarda demək
olar ki, tam reabsorbsiya olunurlar.
Hidrogen, bikarbonat ionlarının və ammonyakın böyrəklərlə
ekskresiyası. Bu maddələrin kanalcıq nəqli hesabına böyrəklər
bədənin qələvi-turşu müvazinətinin (QTM) tənzim olunmasının aktiv
iştirakını təmin edir. Bədəndən turş və ya qələvi məhsulların artıq
hissəsini xaric etməklə böyrəklər qanın pH göstəricisini fizioloji
hüdudlar daxilində (7,35 – 7,45) saxlayır.
Hidrogen ionları əsasən proksimal kanalcıqlarda aktiv sekresiya
olunaraq natriuma «dəyişir»lər. 80-90% bikarbonatlar proksimal ka-
nalcıqlarda passiv, natriumun dalınca reabsorbsiya olunurlar. Distal
kanalcıqlarda proksimal kanalcıqlara nisbətən çox az miqdarda hid-
rogen ionları sekresiya olunur və bikarbonat ionları reabsorbsiya
olunurlar.
Bikarbonatların reabsorbsiyası sxematik olaraq aşağıdakı kimi
təsəvvür olunur. Hidrogen ionu, kanalcıq epitelisi tərəfindən
sekresiya olunaraq kanalcıq mayesi tərkibində bikarbonat ionu ilə
qarşılıqlı əlaqəyə girir. Nəticədə karbonat turşusu əmələ gəlir.
Dostları ilə paylaş: |