102
β-blokatorlar böyrək qan dövranına, YFS, diurezə, natriumun
ekskresiyası göstəricilərinə təsir etmir. Yüksək dozada renin-
angiotenzin sistemini blokada edir və hiperkaliemiyaya səbəb ola
bilir.
β-blokatorların bradikardiya, ürək çatışmazlığı, sinus düyününün
zəifliyi, atrio-ventrikulyar blokada, bronx astması zamanı tətbiqi əks
göstərişdir.
α -adrenergik reseptorların blokatorları. BH müalicəsində
istifadə olunan
α-blokatorların təsir mexanizmi onların seçici olaraq
postsinaptik damar
α
1
-reseptorlara təsirinə əsaslanır. Bu qrupa daxil
olan və hipertoniyanın müalicəsində istifadə olunan dərmanlar 5
saylı cədvəldə verilmişdir.
Cədvəl 5
BH müalicəsində istifadə olunan
α -blokatorlar
Preparat Doza,
mq
Gündəlik qəbulu,
dəfə
Prazozin 1-15
3-4
Terazozin (Kornam) *
5-10
2
Alfuzozin (Dalfaz) *
5-10
1
Doksazozin (Kardura) *
4-8
1
Tamsulozin (Omnik) *
400
1
* - Bu preparatlar həmçinin prostat vəzin xoşxassəli hiperplaziya-
sının müalicəsində istifadə olunur.
α-blokatorların istifadəsi zamanı xəstələrdə postural hipotenziya,
baş gicəllənməsi, yuxululuq, ağızda quruluq, seksual disfuksiya mü-
şahidə oluna bilər.
Angiotenzin II reseptorların (AT
1
reseptorlar) blokatorları.
Bu qrup preparatlar angiotenzin II təsirini həyata keçirən AT
1A
və
103
AT
1B
reseptorları blokada edirlər. Bu qrupa daxil olan dərmanlar 6
saylı cədvəldə verilmişdir.
Bu qrup preparatların nefroprotektiv rolu yüksək qiymətləndirilir
(M.Martinez Maldonado, 2001), amma iqtisadi cəhətdən isə diuretik-
lər, AÇFİ, KA,
β-blokatorlar daha cəlbedicidirlər (A.İ.Martınov və b.,
2001).
Cədvəl 6
BH müalicəsində istifadə olunan angiotenzin II reseptorları-
nın blokatorları
Preparat Doza,
mq
Gündəlik qəbulu, dəfə
Lozartan (Kozaar)
50-100
1-2
Valsartan 80 1
Kandesartan 4-6-8 1
Xəstələrdə böyrək xəstəliklərinin klinik təzahürlərinə görə BH-
nin müalicəsində hipotenziv preparatların müxtəlif kombinasiyaları
tərəfimizdən işlənmiş və tətbiq olunmuşdur. Bütün kombinasiyalar
əksər hallarda ilgək diuretikləri fonunda aparılır.
I kombinasiya - AÇFİ +
β-blokatorlar - 50 yaşdan aşağı olan
xəstələrdə, taxikardiyada, ürək çatışmazlığı olmadıqda tətbiq olunur.
II kombinasiya - AÇFİ + KA - bradikardiya, şəkərli diabet
(verapamil) və yaşlı xəstələrdə istifadə edilir.
III kombinasiya - AÇFİ +
α-blokatorlar - arterial hipertoniyanın
prostat vəzin xoş xassəli hiperplaziyası ilə müştərək təsadüflərində
istifadə edilir.
IV kombinasiya - AÇFİ + angiotenzin II reseptorları blokatorları -
başqa hipotenziv dərmanlar effektsiz olduqda tətbiq olunur.
Hipertonik krizlərdə nifedipin 10 mq dozada dilin altına qoyul-
maqla istifadə olunur.
104
Beləliklə, çoxillik təcrübələrə əsaslanaraq qeyd edirik ki, BH
müalicə sxemləri nəinki yüksək AH nəzarətdə saxlamağa imkan ve-
rir, həmçinin böyrək xəstəliklərinin müalicə nəticələrini yaxşı-
laşdırmağa və XBÇ-nin sürətli inkişaf tempinin qarşısını alır.
Vazorenal arterial hipertenziya
Müxtəlif müəlliflərin məlumatına görə bütün hipertenziyalar
arasında vazorenal hipertenziya 2-5%, simptomatik hipertenziyalar
arasında 10%-dən çox təşkil edir.
Renovaskulyar hipertenziyanın əsasında böyrək arteriyasının bir
və ya ikitərəfli, yaxud da onun şaxələrinin stenozu durur. Bu səbəb-
dən patoloji daralmış nahiyədən vahid zaman ərzində daxil olan qa-
nın miqdarı azalır, bu da böyrək toxumasının (stenozun dərəcəsinə
uyğun) işemiyasına səbəb olur. Son zamanlar böyrəklərin qan təchi-
zatının pisləşməsi nəticəsində (hipertoniya xəstəliyi, böyrək arteriya-
larının aterosklerotik daralması) onların zədələnməsi böyrəklərin
işemik xəstəliyi termini ilə adlandırılmağa başlanmışdır.
Etiologiya. Hazırda vazorenal hipertenziyaya səbəb ola bilən 20-
dən çox xəstəlik və patoloji hal mövcuddur.
60-85% hallarda renovaskulyar hipertenziyanın əsas səbəbi 40-
50 və ondan böyük yaş həddində böyrəyin və onun şaxələrinin ate-
rosklerozudur. Ateromatoz düyün arteriyanın mənfəzini 50-90% da-
raltdıqda renovaskulyar hipertenziyanın kliniki təzahürləri baş verir.
Sağ və sol böyrək arteriyaları eyni tezliklə zədələnir, düyünün yer-
ləşdiyi yer əksər halda böyrək arteriyasının girəcəyinə, yaxud onun
proksimal 1/3 hissəsinə təsadüf edir. Əksər halda proses birtərəfli,
1/3 müşahidələrdə ikitərəfli olur ki, bu da 2/3 xəstələrdə bədxassəli
arterial hipertenziyaya səbəb olur. 10% hallarda, xüsusən kişilərdə
böyrək arteriyasının aterosklerozu tromboz ilə nəticələnir.
Tezliyinə görə ikinci yeri tutan və böyrək arteriyasının stenozuna
səbəb olan böyrək arteriyasının fibromuskulyar displaziyasıdır (hi-
perplaziyasıdır).
105
Fibromuskulyar displaziya əsasən gənc yaşlarda (12-44 yaşda),
qadınlarda kişilərə nisbətən 4-5 dəfə daha yüksək tezliklə təsadüf
olunur. Xəstəliyin etiologiyası məlum deyildir, amma onun anadan-
gəlmə olması haqda fərziyə vardır.
Morfoloji cəhətdən fibromuskulyar displaziya zamanı aşkar edi-
lən böyrək arteriyalarının və ya onun şaxələrinin əsasən orta, az
miqdar xarici qatlarının distrofik və sklerotik dəyişiklikləri ilə xarak-
terizə olunur. Bu zaman damar divarının əzələ elementlərinin hiperp-
laziyası mikroanevrizmlərlə müştərək rast gəlir, nəticədə daralmış
yerlər genişlənmiş hissələrlə (anevrizma) növbələnir (arteriya mun-
cuqlu boyunbağıya oxşayır).
Bəzi hallarda intimanın zədələnməsi üstünlük təşkil edir və bu
intimal forma fibromuskulyar displaziya haqda danışmağa əsas verir.
Patoloji proses adətən yayılmış xarakterli olur, amma 2/3 hallarda bir
tərəfdə təsadüf olunur.
Vazorenal hipertenziyanın səbəblərindən biri Takayasu xəstəliyi və
ya nəbzin olmaması xəstəliyi ola bilər. Bu xəstəlik həmçinin qeyri-
spesifik aortoarteriit, yaxud aortanın və onun şaxələrinin panarteriiti
də adlandırılır və ilk dəfə 1908-ci ildə Takayasu tərəfindən yazılmış-
dır. Xəstəlik yayılmış xarakter daşıyır və böyrək arteriyasını da pro-
sesə cəlb edə bilir.
Vazorenal hipertenziyanın başqa səbəblərindən 17-22% halda
aortanın və böyrək arteriyalarının qeyri-spesifik arteriitini göstərmək
lazımdır. Morfoloji cəhətdən xəstəlik birləşdirici toxumanın fibrinoid
şişməsi və nekrozu, arteriya divarının hiperplaziyası nəticəsində onun
mənfəzinin daralması və ya tam tutulması ilə xarakterizə olunur. Bu
zaman nəbz bir ətrafda zəifləyir, ya da itir, ona görə də aortoarteriiti
nəbzin olmaması xəstəliyi də adlandırırlar. Xəstəliyin etiologiyası
məlum deyildir. Patogenezi autoimmun mexanizmlər ilə izah edilir.
Kliniki olaraq iltihabi prosesin aktivləşməsi subfebril hərarət,
leykositoz, EÇS-in artması, hiperqammaqlobulinemiya, hiperfibrino-
genemiya, C reaktiv zülalın peyda olması ilə xarakterizə olunur.
Dostları ilə paylaş: |