Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə79/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   75   76   77   78   79   80   81   82   ...   265

Gülüstan müqaviləsi 

 

189



Rusiya hakimiyyəti altında qalacağı təqdirdə şah sarayının xərcləri xeyli 

azalacaq və nəticədə Rusiya ilə münasibətlərin yaxşılaşması ilə ticarətdən 

gələn gəlirlər xeyli artacaqdır. Rusiya tərəfi əsaslandırmağa çalışırdı ki, 

Arazdan  şimaldakı  ərazilərin Rusiyanın hakimiyyəti altına düşməsi 

Rusiyadan daha çox şah sarayının mənafelərinə cavab verir və  buna görə 

də şah sarayı bu haqlı tələblə razılaşmalıdır. 

Şah sarayının danışıqların aparılması sahəsində qeyri-fəal mövqeyinə 

baxmayaraq, qraf Qudoviç yalnız səsləndirdiyi  şərtlərlə kifayətlənmək 

istəmirdi. O, şah sarayı qarşısında  şərt qoymaq istəyirdi ki, Xəzər 

dənizinə  hərbi gəmilər çıxarmaq səlahiyyətindən imtina etsin (40). 

Amma irəli sürülə biləcək  şərtlərin qəbul etdirilməsi üçün əvvəlcə  şah 

sarayını danışıqlara cəlb etmək lazım idi. Bu məqsədə nail olmaq üçün 

qraf Qudoviç 1808-ci il may aynın 25-də Abbas Mirzəyə yeni bir məktub 

göndərdi. Kifayət qədər həcmli olan bu məktubda qraf Qudoviç şah sara-

yını bir daha irəli sürülən şərtlərin qəbul olunmasına inandırmağa çalışdı. 

Bu məktubda da əsas məsələ Azərbaycan xanlıqlarının kimim işğalı 

altına verilməsi, iki dövlət arasındakı  sərhəd xəttinin Azərbaycan 

xanlıqları üzərində necə təsbit edilməsi idi. 

Həmin məktubda yeni bir fikir mövcud deyildi. Qraf Qudoviç şah 

sarayının təşəbbüsü  əsasında başlanan danışıqlara meylli olduğunu, bu 

danışıqların nəticəsinin şah sarayı üçün faydalı ola biləcəyini açıqlayırdı. 

Qraf Qudoviç onu da etiraf edirdi ki, imzalana biləcək sülh müqaviləsinin 

əsası iki dövlət arasında sərhəd xəttinin müəyyənləşdirilməsi məsələsidir. 

Qudoviç 1808-ci il mart ayının 25-də Abbas Mirzəyə yazdığı 

məktubunda onu da əsaslandırmağa çalışırdı ki, Rusiya Fransa ilə sülh 

müqaviləsi imzalayandan sonra Qacar sarayı beynəlxalq aləmdə 

təklənmişdir və Rusiyanın bu bölgədə öz siyasətini yeritməsinə heç kim 

mane olmayacaqdır. Onun fikrincə, Cənubi Qafqazda hegemonluq 

etməyə Rusiyanın daha ox haqqı vardır və o bu niyyətindən imtina 

etməyəcəkdir (41). 

Arazdan şimalda olan ərazilərin, əsasən də Azərbaycan xanlıqlarının 

dinc yolla bölüşdürülməsi istiqamətində  şah sarayı ilə Rusiya arasında 

aparılan yazışmalar və danışıqlar tərəfləri qane edən bir nəticəyə gətirib 

çıxarmadı. 

Qudoviçin Abbas Mirzəyə yazdığı  məktubu  şah sarayına pod-

polkovnik baron Vrede çatdırdı. Qraf Qudoviç baron Vrede  vasitəsilə 

eyni  zamanda general Qardana da məktub göndərdi. Qudoviç bir 

tərəfdən onu xatırladırdı ki, Rusiya ilə Fransa arasında sülh bağlanmalıdır 

və bu dövlətlərin nümayəndələri də biri digərinə qarşı  çıxmamalıdır. 

Yəni, Qudoviç onu xatırlatmağa çalışırdı ki, general Qardan İrandakı 




Mehman Süleymanov 

 

190



fəaliyyəti ilə Rusiyanın mənafelərini əksinə getməməlidir. Qudoviç eyni 

zamanda xahiş edirdi ki, general Qardan şah sarayını da tutduğu yoldan 

çəkindirsin və şah sarayını Rusiya ilə sülh müqaviləsi bağlamasına sövq 

etsin. Digər tərəfdən də Qudoviç xatırladırdı ki, Rusiya ilə Fransa da 

İngiltərəyə qarşı düşməm mövqedədir və ona görə  də general Qardanın 

nəzərinə çatdırılırdı ki, o, ingilislərin  şah sarayına yol tapmasına imkan 

verməsin. Qraf Qudoviç bütünlükdə general Qardanı inandırmağa 

çalışırdı ki, Fransa dövləti şah sarayına kömək etmək niyətində deyil və 

Fransanın İrandakı səfiri də bu yolu tutmalıdır. 

Qudoviçin həyasızlıqla dolu məktubları şah sarayının hədsiz qəzəbinə 

səbəb olduğundan Abbas Mirzə  də Qudoviçə oxşar cavab göndərdi: 

"Əlahəzrət, nümayəndəniz podpolkovnik Vrede ilə göndərdiyiniz 

məktubu aldım. Yazırsınız ki, Kür, Araz və Arpaçay çayları qadir Allah 

tərəfindən iki dövlət arasında sərhədin müəyyənləşdirilməsi üçün düz 

xətdir. Siz möhtərəmə gizli deyil ki, Mozdok ətrafında çox çaylar vaxtilə 

İran ilə Rusiya arasındakı sərhədi təşkil etmişdi və onlar da düz xətt kimi 

iki dövləti bir-birindən ayırırdı. Onu da yazırsınız ki, şah sarayı iddia 

olunan vilayətlərin heç bir xeyir götürmür və ona görə  də Rusiya ilə 

dostluq münasibətlərinə böyük fayda verəcək bu az əhəmiyyətli 

ərazilərin qurban verilməsi heç bir çətinlik yaratmamalıdır. Cavab 

verirəm ki, Rusiya da iddia olunan ərazilərdən heç bir qazanc 

götürməyəcəkdir. Buna görə də, daha yaxşı olardı ki, xeyirsiz vilayətləri 

oğruların əlinə verməkdənsə, onlar köhnə sahiblərinin əlində qalsın" (42). 

Abbas Mirzə sonra yazırdı ki, Fransanın Rusiya ilə müqavilə 

imzalamasını, Fransanın  şah sarayı qarşısında verdiyi vədləri yerinə 

yetirməyəcəyini  xatırlatmağın heç bir mənası yoxdur. Onun sözlərinə 

görə, Fransanın öz vədlərini yerinə yetirməyəcəyi heç də  fəlakət deyil. 

Bu ona əsas vermir ki, şah sarayı öz vilayətlərindən  əl çəksin və bu 

istiqamətdə öz səylərini əsirgəsin. 

Abbas Mirzə  əlavə edirdi ki, anlaşma imzalanan vaxtdan sonra 

Fransa hələlik öz vədlərinə xilaf çıxmamışdır. Onun yazdığına görə, əgər 

Fransa  belə vədə xilaf olsaydı onda Rusiya da onunla ittifaqa girməzdi. 

Abbas Mirzə bildirirdi ki, baron Vrede Tehrana səfər edəndən sonra şah 

sarayı Rusiya ilə sülhün bağlanmasını Fransa hökumətinə  həvalə 

etmişdir. Eyni zamanda şah sarayının Fransadakı  səfirinə tapşırıq 

verilmişdi ki, oradakı Rusiya səfiri qraf Tolstoyla əlaqəyə girsin və İran, 

Fransa və Rusiya arasında dostluq traktatının imzalanması  məsələsini 

müzakirə etsin (43). 

Abbas Mirzənin toxunduğu bu məsələlər general Qardanın 

yazışmalarında da öz əksini tapmışdı.  İranda olduğu müddət  ərzində 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə