Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə2/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   2   3   4   5   6   7   8   9   ...   265

Gülüstan müqaviləsi 

 

5



Yəni, əfqan şahı İngiltərə ilə Qacar sarayının ortaq düşməninə çevrildi və 

ona görə də ona qarşı müştərək müqavimət yarandı (1). 

 1798-ci  ildə hind əyanlarının rəhbərliyi altında Hindistnda ingilis 

işğalına qarşı üsyan baş verdi və  Əfqanıstan  şahı Zaman şah da hind 

üsyanını  dəstəkləməyə başladı. Bundan başqa hind əyanları ingilislərə 

qarşı başladıqları üsyanın nəticəsinə nail olmaq üçün Napoleondan da 

hərbi yardım istədilər. Napoleon da bir hərbi dəstəni hind əyanlarının 

yardımına göndərdi (2). 

Bir tərəfdən  Əfqanıstanın, digər tərəfdən də Napoleonun  hind 

üsyanına yardım göstərməsi Hindistan kimi zəngin bir ölkəni  əldən 

buraxmaq istəməyən ingilis sarayının ciddi narahatçılığına səbəb oldu. 

Bu narahatçılığın qarşısının alınması üçün Hindistanda bərqərar olmuş 

ingilis komandanlığı Qacarlar sarayı ilə  əlaqə yaratmağı  məqsədəuyğun 

saydı. 1798-ci ildə Hindistanın ingilis hakimi qərara aldı ki, Mehdiəli xan 

adlı elçisini Qacarlar sarayına göndərsin. Ingilis təbəəliyini qəbul etmiş 

Mehdiəli xan Buşehrdə yerləşən ingilis ticarət kompaniyasının nü-

mayəndəsi idi və onun Qqacarlar sarayına olan missiyasına böyük 

ümidlər bağlanılırdı. Qeyd etmək lazımdır ki, Mehdiəli xan Qacarlar 

sarayında çox hörmətlə qarşılandı və onun vasitəlilə  Qacarlar sarayı ilə 

ingilislər arasında yeni əməkdaşlığın bünövrəsi qoyuldu. İngilis tərəfinin 

təklifinə əsasən, Fətəli şah hind qiyamına yardım edən əfqan qoşunlarına 

qarşı qoşun çıxarmağa razı oldu. Zaman xan öz qoşunlarının əsas hissəsi 

ilə Hindistan sərhədində olanda Fətəli  şahın qoşun dəstəsi  Əfqanıstana 

doğru hərəkətə başladı. Qoşun dəstəsini Qacarlar sarayına pənah gətirmiş 

Zaman şahın qardaşı Mahmud da müşayiət edirdi. Onun iştirakı ilə Herat 

və Qəndəhar tezliklə ələ keçirildi. Pişavər və Lahoru tutaraq Dehliyə hü-

cum etməyə hazırlaşan Zaman xan Qacar qoşunlarının irəliləməsi 

xəbərini eşidən kimi Hindistandan geri çəkildi və  Əfqanıstana qayıtdı. 

Qəndəhar ətrafındakı döyüşdə o məğlub oldu və  tutularaq kor edildi (3). 

Zaman  şahın məğlub edilməsi ilə ingilislərin Hindistandakı 

hakimiyyətinə qarşı yaranmış təhlükə bir müddət aradan qalxdı. Qacarlar 

sarayı ilə ingilislərin bu əməkdaşlığından Fətəli  şah  əslində heç nə 

qazanmadı. Fətəli  şah yalnız ona ümid edirdi ki, ingilislərin köməyi ilə 

Əfqanıstan və Hindistana qədər olan ərazilər Qacar hakimiyyəti altına 

salına bilər. Hakimiyyətində yenicə möhkəmlənməyə başlamış  Fətəli 

şahda hətta Əfşarlar dövlətinin sərhədini bərpa etmək xəyalları da var idi. 

Amma ingilislər heç də bunu istəmirdilər. İngilislərə görə Qacarlar döv-

lətinin möhkəmlənməyə başlaması ilk növbədə elə ingilislərin özləri 

üçün təhlükə ola bilərdi. Nadir şahın tarixi Hindistan yürüşünün nəticə-

lərindən ruhlanıb yeni fatehlik arzularına düşməsi qacarlar sarayını  nə 




Mehman Süleymanov 

 

6



vaxtsa ingilislərlə üzbəüz qoya bilərdi. Belə bir ehtimalın reallığa 

çevrilməməsi üçün isə ingilislər Qacarlar dövlətinin zəifləməsində, 

çətinliklər məngənəsində qalmasında maraqlı idi. Hətta tarixçilər ehtimal 

edirlər ki, Rusiya ilə Qacarlar dövləti arasında müharibənin 

qızışdırılmasında da bu və ya digər dərəcədə ingilislərin əli var idi. Yəni, 

bu müharibənin başlanması Qacarlar dövlətini kifayət qədər zəiflədər və 

bu dövlət tərəfindən Hindistan üzərinə ola biləcək hücum gümanlarını də 

heçə endirərdi (4). 

XVIII əsrin sonunda ingilislər hələ Fransa təhlükəsinə görə elə də narahat 

deyildilər. Ancaq XIX əsrin elə ilk illərində ingilislər üçün Fransa 

təhlükəsi də ortaya çıxdı. Həmin vaxtlar Hindistanda belə  məlumatlar 

yayıldı ki, Rusiya çarı Pavel və Napoleon arasında olan anlaşmaya əsasən 

bu iki ölkənin qoşunlarının Qacarlar dövləti  ərazisindən keçməklə 

Hindistana çıxarılması planlaşdırılır.    

Mövcud olan məlumatlara görə, Fransa tərəfindən  İran  ərazisindən 

keçməklə Hindistana hücum edilməsi imkanları araşdırılmağa başlanmış 

və bu iş 1800-cü ildə başa çatdırılmışdı. Bu planın həyata keçirilməsi 

üçün Napoleon və Rusiya imperatoru qərara almışdılar ki, Volqa çayı 

sahillərində  İran  ərazisindən keçməklə Hindistana hücum üçün hazırlıq 

bazaları yaradılsın. Bu planın həyata keçirilməsi üçün Qacar sarayının 

məlumatlandırılmasına və Qacar dövlət ilə anlaşma  əldə edilməsinə 

ehtiyac var idi. Bunun üçün qərara alındı ki, Qacar sarayına nümayəndə 

göndərilsin. Amma Rusiya imperatoru Pavelin dünyasını dəyişməsi ilə bu 

plan həyata keçməmiş qaldı (5). 

İngilislər Fransa ilə Rusiya arasında aparılan danışıqlardan xəbərdar 

idilər. Bu danışıqların və sövdələşmələrin uğurla nəticələnməsi Fransanın 

və Rusiyanın isti sulara doğru irəliləməsinə yol aça bilərdi. Əslində, həm 

Rusiya, həm də Fransa bunda maraqlı idilər. Bu planların qarşısının 

alınması üçün də ingilislər yenidən üzlərini Qacar sarayına tərəf 

çevirdilər. İngilislər istəyirdilər ki, Qacar sarayı ilə münasibətləri yenidən 

genişləndirsinlər və bununla Fransanın quru yolla Hindistan üzərinə 

hücuma keçməsinin qarşısını alsınlar. 

Fransa nigarançılığının aradan qaldırılması üçün Hindistanın ingilis 

hakimiyyəti 1799-cu ilin sonlarında kapitan Con Malkolmu Qacar 

sarayına səfir təyin etdi. Bu təyinat baş verəndə Mehdiəli xanın elçiliyi 

hələ başa çatmamışdı. Çox güman ki, qərb siyasətinə  və maraqlarına 

daha dərindən bələd olduğu üçün Con Malkolmun elçiliyi Mehdiəli xanın 

elçiliyinə üstün tutuldu. Con Malkolm təcrübəli hərbçi olduğu kimi, artıq 

şərqlə də yaxından tanış idi və fars dilini də bilirdi. 1799-cu il dekabr ayı-

nın sonlarında Con Malkolm bir neçə hərbçinin müşayiəti ilə yola düşdü. 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə