Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə6/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   2   3   4   5   6   7   8   9   ...   265

Mehman Süleymanov 

 

14



tutmasın. Mövcud faktlara görə, Jober Osmanlı soltanı ilə  də, onun 

şahzadələri ilə də gəzinti zaman görüşə bildi (26). 

Fətəli  şahın məktubunu alandan sonra Napoleonda Qacar sarayı ilə 

əlaqə qurmaq marağı xeyli artdı. Fransa imperatoru Cənubi Qafqaza 

qoşun çıxarmaq niyyətində olmasa da, bu bölgədə gedən prosesləri də 

yaxından izləyirdi. Onun Qacar sarayı ilə  əlaqə yaratmaqda qarşısına 

qoyduğu məqsədlərdən biri bu bölgədə Qacar qoşunlarının 

fəallaşdırılmasından ibarət idi. Napoleon çalışırdı ki, Cənubi Qafqaza 

güclü Qacar qoşunları çıxarılmasına və bununla da Rusiyanın diqqətinin 

Cənubi Qafqaza cəlb edilməsinə nail olsun. Güclü Qacar qoşunları 

qarşısına Rusiya daha böyük hərbi güc ayırmalı olacaqdı ki, bu da 

Rusiyanın Avropada zəifləməsinə yol aça bilərdi. 

Jober İrana tərəf yola düşəndən sonra Napoleon Qacar sarayına başqa 

bir elçisini də göndərməyi qərara aldı. Bu dəfə elçi kimi Rumiyo seçildi 

və ona da Joberə verilən tapşırıqlar verildi. Napoleonun yazışmalarından 

aydın olur ki, Rumiyoyo da geniş  səlahiyyətlər verilmişdi. O da Fətəli 

şaha Napoleonun məktubunu və şifahi təkliflərini çatdırmalı idi. 1805-ci 

il mart ayının sonlarında o da Fransadan İrana yola düşdü. Onun 

vasitəsilə göndərilən məktubda Napoleon hərarətli salamlarını Fətəli şaha 

çatdırmaqla Qacar sarayı ilə  əlaqələr yaratmağa da hazır olduğunu bil-

dirdi. Napoleon əlavə edirdi ki, şah sarayı Con Malkolmla bağladığı 

anlaşmanı ləğv edib ingilislərlə olan münasibətlərini dayandırmağa hazır 

olarsa, onda şahla möhkəm dostluğun və ittifaqın  əsasını qoyub öz 

səfirini Tehrana göndərməyə hazırdır. Bundan əlavə, Napoleon vəd 

edirdi ki, Rusiya tərəfindən işğal olunmuş Qafqazın və Gürcüstanın geri 

qaytarılması üçün şaha hərbi və maliyyə yardımı da etməyə hazırdır. 

Napoleon eyni zamanda bir dəstə hərbçinin də İrana göndərilməsinə razı 

olduğunu qeyd edirdi (27). 

“İran  şahı 1801-ci il müqaviləsini ləğv edəndə  və  İngiltərə ilə 

ittifaqdan imtina edəndə imperator (Fransa imperatoru nəzərdə tutulur –

M.S.) Tehrana səfir göndərəcək və  şahla ittifaq haqqında müqavilə 

imzalanacaq. Gürcüstanın və Cənubi Qafqazın digər vilayətlərinin İrana 

qaytarılması üçün isə imperator İrana pul və qoşun göndərəcək ki, onlar 

şah qoşunları ilə birlikdə Rusiyaya qarşı döyüşsün “ (28). 

Napoleon öz məktubunda onu da əlavə edirdi ki, güclü qoşunlara 

malik olmaq üçün İran daxilində silah istehsalı  mənimsənilməlidir, 

qoşunlara təlim-tərbiyə keçirilməlidir, döyüşçülər sürətlə  fəaliyyət 

göstərməyi bacarmalıdırlar, səyyar toplar hücumun genişləndirilməsində 

fəal iştirak etməlidirlər, sərhəd xətlərində möhkəm istehkam qalaları 

qurulmalıdır (29). 




Gülüstan müqaviləsi 

 

15



Napoleon heç şübhəsiz ki, xatırlanan bütün bu məsələlərin həyata 

keçirilməsinə yardım göstərməyə hazır olduğunu bildirirdi. 

Rumiyo İrana  doğru hərəkətə gec başlasa da 1805-ci il may ayının 

ortalarında İstanbulda Joberlə görüşə bildi. Bununla belə, onlar yenə ayrı-

ayrılıqda yollarını davam etdirdilər. Öncə Rumiyo hərəkətini davam 

etdirməli oldu. O, Hələbdən keçməklə Therana doğru hərəkət edirdi. 

Hərəkət marşrutunun belə uzun seçilməsi, həmçinin ayrı-ayrılıqda vəzifə 

icra olunması Napoleonun tapşırıqlarının gizli saxlanması istəyi ilə bağlı idi. 

Rumiyodan bir müddət sonra Jober də yoluna davam etdi. Onun İrana 

üz tutması haqqında hətta Fransanın  İstanbuldakı  səfirliyinin də çox az 

əməkdaşının xəbəri var idi. 1805-ci il may ayının 28-də Jober Trabzona 

çatdı  və özünü orada tacir kimi təqdim etdi. Sonra da ticarət işləri ilə 

məşğul olmaq adı ilə  Ərzruma doğru səfərini davam etdirdi. Mövcud 

olan məlumatlara görə, ingilislər onun məqsədini başa düşdülər və elə 

ingilislərin təhriki ilə də o, Bəyazid paşası tərəfindən bir müddət həbsdə 

saxlandı (30). Bununla da Joberin səfəri xeyli yubandı və onun haqqında 

hətta Napoleon da uzun müddət hər hansı bir məlumata malik olmadı. 

Mövcud olan başqa bir məlumata görə, Osmanlı  ərazilərində 

avropalıların təqib oluna biləcəyindən qorxaraq Jober erməni libası 

geyindi və  Bəyazidə  tərəf yola düşdü. Yolda onun da olduğu dəstənin 

qarşısını quldurlar kəsdilər və onu həbs etdilər. Bəyazid paşasının 

göndərdiyi dəstənin səyləri quldurları geriləməyə  məcbur etdi. Aparılan 

təhqiqatlar zamanı Joberin erməni deyil, fransalı olması aydınlaşdı  və 

yaranan şübhələrə görə Bəyazid paşası onu həbs etdi (31). 

Rumiyo 1805-ci il sentyabrın 25-də Tehrana çatdı. Qeyd etmək 

lazımdır ki, Fransanın Qacar sarayı ilə yarada biləcəyi münasibətlər 

İngiltərə  və digər dövlətlər tərəfindən diqqətlə izlənilirdi. Ona görə 

Rumiyonun səfəri də ciddi müşahidə  altında idi. O nəzərləri aldatmaq 

üçün yolunu Hələbdən salsa da ingilislər Rumiyonun hara yollandığından 

xəbər tutdular və Londona xəbər göndərdilər (32). 

Rumiyo Tehrana yetişən kimi şah  əyanları ilə danışıqlar başladı. 

Saray vəziri Mirzə Rzaqulu xan ölkənin vəziyyəti, xüsusilə qoşunların 

qarşılaşdığı çətinliklər barədə Fransa elçisinə məlumat verdi. Vəzir onun 

diqqətinə çatdırdı ki, sərbazların döyüş hazırlığı səviyyəsi çox aşağıdır və 

rus toplarının atəşləri qarşısında onların itkiləri xeyli çoxdur(33). 

Sentyabr ayının 30-da isə Rumiyonu şah qəbul etdi. Şah Rumiyonu 

Fransanın səlahiyyətli elçisi kimi qəbul edirdi və güman edirdi ki

Rumiyoya Fransa dövləti adından müqavilə imzalamaq səlahiyyəti 

verilmişdir. Ona görə də şah görüş zamanı bildirdi ki, əgər şah sarayı ilə 

Fransa dövləti arasında müttəfiqlik yaransa, onda heç dünya özü də 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə