Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə9/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   5   6   7   8   9   10   11   12   ...   265

Mehman Süleymanov 

 

20



ölkənin istibdadından azad etsin. Fransa İranı müharibə vaxtı da, sülh vaxtı 

da tək buraxmayacaqdır " (46). 

Fransa nümayəndəsi Javer geri qayıdan kimi Fətəli  şahla görüşü və 

Fətəli şahdan eşitdiyi təklifləri Napoleona çatdırdı. Bu məlumatı Napoleon 

razılıqla qarşıladı. Çünki Qacar sarayı ilə formalaşmaqda olan münasibətlər 

onun strateji niyyətlərinə cavab verirdi. Qacar sarayı ilə əlaqələrin daha da 

möhkəmləndirilməsi və bu əlaqələrin hərbi-siyasi müttəfiqlik səviyyəsinə 

çatdırılması üçün 1807-ci ilin əvvəllərində Napoleon daha iki nüma-

yəndəsini Tehrana göndərməyi qərarlaşdırdı. Onlardan biri Napoleonun 

qardaşı  oğlu Loanin Lablanş, o biri isə Ruman Bonten idi. Bonten hərbi 

mühəndis idi və Napoleonun tapşırıqlarına  əsasən o, şah qoşunlarının 

cəbhədəki vəziyyəti ilə tanış olmalı idi. Nümayəndələrin hər biri ayrı-

ayrılıqda Napoleonun məktubunu aparırdı (47). Joain Lablanş sonradan 

general Qardanın gəlişinə  qədər Tehranda qaldı  və  əslində  həmin müddət 

ərzində Fransa sarayının Qacar sarayı yanındakı nümayəndəsi vəzifəsini icra 

etdi. 


Bu nümayəndələr vasitəsilə Napoleon tərəfindən  şaha göndərilmiş 

məktublardan biri 1807-ci il yanvar ayının 17-də imzalanmışdı. Bu zaman 

Napoleon  Şərqi Avropada müharibə aparmaqla Polşanı  nəzarət altına 

almışdı. Məktubunda Napoleon əvvəlcə Polşada  əldə etdiyi uğurlar 

barəsində  Fətəli  şahı  məlumatlandırır, Prusiyanın fəth olunması haqqında 

xəbər verirdi. Napoleona görə, onun Avropada apardığı müharibə Rusiyanı 

da gücdən salmışdı  və ona görə  Fətəli  şaha təklif edirdi ki, qoşunları ilə 

Rusiya qoşunları üzərinə güclü hücuma keçsin, Gürcüstan və digər 

ərazilərdən rusları  sıxışdırsın, rusları  Xəzər  ətrafından geri qovsun. Sonra 

Napoleon təklif edirdi ki, Fransa, Osmanlı və Qacar dövlətləri arasında üçlü 

ittifaq yaradılsın və bu üçlü ittifaq düşmənlərə qarşı birgə mübarizə aparsın. 

Napoleon məktubunun sonunda yazırdı ki, belə bir ittifaqın yaradılması 

üçün Fətəli şahın elçisinin gəlməsini gözləyir (48). 

Belə üçlü ittifaqın yaradılması üçün Napoleon Osmanlı sarayına da 

təklif göndərdi. Napoleon III Səlimə göndərdiyi məktubunda Osmanlı 

soltanını İranla çox əsirlik qarşıdurmaya son qoymağa və Qacar dövləti ilə 

birlikdə Rusiyaya qarşı birgə mübarizəyə çağırırdı. Napoleon eyni zamanda 

Osmanlı soltanından xahiş etdi ki, Berlindəki Osmanlı səfirini onun yanına 

göndərsin və Qacar sarayının elçisi ilə birlikdə üçtərəfli müttəfiqlik mü-

qaviləsi bağlansın (49). 

Mövcud məlumatlara görə, Fətəli  şah bu təklifə müsbət yanaşdı  və 

Napoleonun görüşünə yollanmış Mirzə  Məhəmməd Rza xana da bu 

məzmunda müqavilənin imzalanmasına göstəriş verdi. Napoleonun 

yazışmalarında olan faktlar da bunu təsdiq edir. Napoleonun Fətəli şahın 




Gülüstan müqaviləsi 

 

21



elçisi ilə görüşü 1807-ci il aprel ayının 27-də baş verdi. Bu görüş zamanı 

da heç şübhəsiz ki, üç dövlət arasında müttəfiqlik anlaşmasının imzalanması 

məsələsi müzakirə olundu. Napoleona görə, Osmanlı dövləti ilə İran arasın-

da uzun müddətdir ki, xoş münasibətlər olmasa da ümumi düşmən olan 

Rusiyaya qarşı mübarizə onları yaxınlaşdıra bilər. Bununla belə, Osmanlı 

dövləti ilə Qacar dövlətini bir-birinə yaxınlaşdırmaq cəhdi baş tutmadı  və 

bunun nəticəsi kimi də üç dövlət arasında ittifaq müqaviləsinin imzalanması 

da alınmadı. Onda qərara alındı ki, Fransa həm Osmanlı dövləti ilə, həm də 

Qacar sarayı ilə ayrıca müqavilə imzalasın. 1807-ci il may ayının 4-də Şərqi 

Prusiyanın Finkinşteyn məntəqəsində Fransa ilə Qacar sarayı arasında 

müqavilə imzalandı. Tarixi ədəbiyyatda Finkinşteyn müqaviləsi kimi 

tanınan bu sənədi Fransa tərəfindən nazir More, Qacar sarayı tərəfindən isə 

Məhəmmədəli Mirzə  və elçi Mirzə  Məhəmməd Rza xan imzaladılar. Bu 

müqavilə Fransa ilə Qacar sarayı arasında münasibətləri və iki dövlətin 

Rusiyanın Qafqazdakı təcavüzünə qarşı əməkdaşlıq niyyətlərini rəsmiləşdir-

di (50). 

Farsdilli tarixi ədəbiyyatda olan məlumata görə, Osmanlı dövləti Qacar 

dövlətinə qarşı bir sıra iddialar irəli sürdü ki, bu da üçtərəfli müqavilənin 

imzalanmasına imkan vermədi. Bu iddiaların arxasında sərhəd məsələləri də 

var idi. Guya ərazi iddialarının Osmanlı dövlətinin xeyrinə  həll edilməsi 

üçün Osmanı səfiri Napoleondan da köməklik göstərməyi xahiş etdi. Fransa 

imperatoru isə iki dövlət arasında olan narazılıqların aradan qaldırılmasından 

daha çox onların birgə və ayrı-ayrılıqda köməyindən öz maraqları naminə 

istifadə edilməsi haqqında düşünürdü. Fransa Osmanlı dövlətinin Rusiyaya 

qarşı qoşun işlədəcəyi halda hətta Gürcüstanın, Krımın və Qara dənizin 

Osmanlı dövlətinin nəzarətinə keçməsinə çalışacağını da bəyan etdi (51). 

Napoleonun yanına göndərilən nümayəndə heyətinə Mirzə Rzaxan 

Qəzvini rəhbərlik edirdi. Həmin nümayəndə heyəti  Napoleonla Polşanın 

Finkinşteyn məntəqəsindəki düşərgəsində görüşdü. Napoleon, şah sarayının 

nümayəndə heyətini mehribanlıqla qarşıladı və 1807-ci ilin may ayının 4-də 

iki ölkə arasında Finkinşteyn anlaşması kimi tanınan ittifaq anlaşması 

imzalandı. Bu anlaşma Fransa ilə Qacarlar sarayı arasında formalaşan mü-

nasibətləri iki dövlətin Rusiyanın Qafqazdakı  təcavüzünə qarşı 

əməkdaşlığını rəsmiləşdirdi (52). 

Finkinşteyn anlaşması 16 maddədən ibarət idi. Anlaşmanın 2-ci 

maddəsində Fransa dövləti  İranın istiqlalına hörmətlə yanaşdığı, 3-cü 

maddəsində Gürcüstanın İrana məxsusluğu, 4-cü maddədə Gürcüstanın rus 

qoşunları tərəfindən tərk edilməsi üçün Fransa tərəfindən lazımi cəhdlərin 

göstəriləcəyi, 5-ci  maddədə  şah sarayında Fransanın səfirliyini təsis 

ediləcəyi bildirilirdi. 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə