Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə11/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   7   8   9   10   11   12   13   14   ...   265

Gülüstan müqaviləsi 

 

25



General Qardan İran  ərazisində olan missiyasına  şah qoşunlarının 

yenidən qurulmasına kömək görüntüsü verilsə  də, o eyni zamanda 

Napoleonun gizli tapşırıqlarını da yerinə yetirməkdə idi. General Qardan 

İran  ərazisində olduğu zaman buradan Hindistana hücum imkanlarını 

araşdırmalı  və bu hücumun təşkili üçün zəmin yaratmalı idi. Eyni 

zamanda Fransanın düşmənləri olan Rusiyanın və  İngiltərənin 

zəiflədilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi də general 

Qardanın vəzifələrinə daxil idi. Bu məqsədlə liman şəhərləri, Hindistana 

aparan yollar öyrənilməli idi. Napoleon açıq etiraf edirdi ki, İran bizim 

üçün bir tərəfdən Rusiyaya qarşı mübarizə meydanıdır, bir tərəfdən də 

Hindistan üzərinə hücum meydanıdır. 

General Qardanın heyətinin hazırlanıb  İrana göndərilməsinə xüsusi 

diqqət yetirilirdi. Əvvəla, bu heyətin tərkibinin seçilməsi nəzarət altında 

saxlanılırdı. Heyət həm çoxsaylı idi, həm də onun tərkibinə müxtəlif ix-

tisaslı hərbçilər daxil edilmişdilər. Qacar qoşunlarının yenidən qurulması 

işi ilə  də bu hərbçilər məşğul olmalı idilər. Nümayəndə heyətinin 

tərkibinə seçilənlərin öz ixtisasları üzrə lazımi təcrübəyə malik olması 

nəzərə alınırdı. 

General Qardanın heyəti iki dəstədən ibarət idi. Birinci dəstə 

siyasətçilərdən və diplomatlardan təşkil olunmuşdu və bu dəstə Fransanın 

Qacar sarayındakı  səfirliyi funksiyasını öz üzərinə götürməli idi. İkinci 

dəstə isə  hərbçilərdən ibarət idi. Bu dəstəyə ümumqoşun zabitləri, 

topçular, istehkamçılar, topoqraflar,  hərbi həkimlər və başqaları daxil 

idi.  Şah sarayının xahişlərini nəzərə alaraq Napoleon hələ Finkinşteyn 

anlaşması imzalanmazdan əvvəl, 1807-ci il aprel ayının 12-də İrana hərbi 

heyət göndərilməsi haqqında  əmr imzaladı. Amma belə bir əmrin 

imzalanması iyun ayınn  əvvəlində elan olundu (56). Finkinşteyn 

anlaşmasının imzalanması isə belə bir əmr üçün hüquqi baza oldu. Belə 

bir heyətin formalaşdırılması və ona rəhbərlik edilməsi general Qardana 

tapşırıldı. 

Doğrudur, tarixi araşdırmalarda Finkinşteyn anlaşmasında  şah 

sarayının öz  üzərinə götürdüyü öhdəliklər qeyri-real sayılır. Napoleonun 

İranın ağır daxili vəziyyətindən xəbərdar olduğu və  şah qoşunlarının 

ingilislərə qarşı müharibə etmək iqtidarında olmadığı qeyd edilir (57). 

Bununla belə, general Qardanın rəhbərliyi altında hərbi nümayəndə 

heyətinin  İrana göndərilməsini anlaşmanın  əməli  əhəmiyyəti kimi 

qiymətləndirmək olar. Qacar sarayı ilə Fransa arasında sonradan 

tamamilə  fərqli münasibətlərin yaranması üzündən general Qardan öz 

missiyasını sona qədər yerinə yetirə bilməsə də, hər halda onun heyətinin 



Mehman Süleymanov 

 

26



köməyi ilə Qafqaz cəbhəsinə göndəriləcək qoşunların təkmilləşdirilməsi 

sahəsində xeyli əməli işlər görüldü. 

General Qardanın heyətinin yola düşməsindən  əvvəl Napoleon 

tərəfindən onun üçün xüsusi bir təlimat hazırlandı. Finkinşteyn 

anlaşmasının imzalanmasından 11 gün sonra imzalanmış bu təlimatda 

general Qardanın qarşısında dayanan vəzifə  və tapşırıqlar təsbit 

olunmuşdu (58). Təlimatda general Qardanın Fransa sarayı ilə  əlaqə 

saxlamaq yolları və  onun hərəkət marşrutu göstərilmişdi. Qeyd olunurdu 

ki, general Qardan İstanbuldan keçməklə  İrana doğru irəliləməli idi. 

Napoleon təlimatın  əvvəlində general Qardana topladığı  məlumatların 

Fransaya göndərilməsi yolları, vasitələri və üsulları haqqında da öz 

məsləhətlərini verirdi. Napoleon general Qardana tapşırdığı  məsələləri 

Rusiya-İran münasibətlərinin xarakteri, Fransanın İrana yardımı və Fran-

sanın Hindistana yürüş planları  ətrafında qruplaşdırmaq olar. O xatırla-

dırdı ki, İran Rusiya ilə müharibə  vəziyyətindədir, Rusiya Gürcüstanı 

işğal edib və rus sarayı indiyə kimi Qacarlar hakimiyyətini rəsmən 

tanımayıb. Onun fikrincə, bu məqamları qabartmaqla İran daxilində, şah 

sarayında Rusiyaya qarşı  təbliğatı genişləndirmək olar. General Qardan 

eyni zamanda çalışmalı idi ki, Qacar sarayı ilə Osmanlı dövlətinin 

ittifaqına nail olsun və ittifaqa girmiş bu dövlətlər birlikdə Qara dənizlə 

Xəzər dənizi arasında Rusiyaya qarşı müharibə aparsınlar. Çünki Rusiya 

əslində dövlətlərin hər ikisi üçün eyni dərəcədə təhlükə törədirdi. 

Təlimatın sonunda Napoleon bir daha xatırladırdı ki, general 

Qardanın qarşısında dayanan başlıca vəzifələrdən biri Fransa, Osmanlı və 

İran üçbucağının təşkilinə və Rusiya əleyhinə ittifaqın yaradılmasına nail 

olunmasıdır. Napoleon hətta Monqolustana qədər əl uzatmaq  arzularını 

da gizlətmirdi. Belə böyük ərazilərin nəzarət altına alınması onun 

fikrincə, Rusiyanın imkanlarını xeyli məhdudlaşdırmış olardı. 

General Qardan, şah sarayının əyanlarının nəzərinə çatdırmalı idi ki, 

İran Rusiyanın və ingilis müstəmləkələrinin təzyiqinə  məruz qalmışdır. 

İngiltərənin və Rusiyanın işğalçılığı  nə  qədər genişlənsə,  İrana olan 

təzyiq dı o qədər arta bilər. Napoleona görə  şah sarayı ingilis işğalına 

qarşı vaxtında müqavimət göstərməsə  və ya ingilislərə qarşı mübarizə 

aparan Fransaya yardım göstərməsə, onda İran  İngiltərənin 

müstəmləkəsinin şimal hissəsinə çevrilə bilər. Napoleonun fikrincə, İran 

Rusiyanın təbii düşməni idi və general Qardan bunu öz fəaliyyətində 

nəzərə almalı idi. 

Şah qoşunlarına təlim verilməsi məsələsi də başlıca vəzifə kimi 

general Qardana tapşırıldı. Napoleon ondan tələb edirdi ki, döyüşlər 

zamanı  əldə etdiyi bütün təcrübəni  şah qoşunlarına öyrətsin və  şah 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə