Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə13/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   9   10   11   12   13   14   15   16   ...   265

Gülüstan müqaviləsi 

 

29



ki, fransalı  hərbçilərin gəlişinə böyük ümidlər bağlanılırdı. Fransalı 

heyəti müşayiət edən Mirzə  Məhəmməd Rza Qəzvini Napoleonun 

məktubunu bu görüş zamanı Abbas Mirzəyə təqdim etdi. Abbas Mirzə öz 

yaxın əyanlarından birini Fransadan olan heyətin mehmandarı təyin etdi. 

Bir neçə gündən sonra Tehrana yola salınan general Qardana Ə.Dün

-

bəlinin yazdığına görə, xan titulu verildi. Mənbədə qeyd olunub ki, 



Fransa imperatoru ya müharibə yolu ilə, ya sülh yolu ilə Rusiyanın 

Gürcüstandan və  digər işğal olunmuş  ərazilərdən çıxarmağa söz 

vermişdi (63).  Mənbədə Napoleonun vəd verdiyi bəzi digər öhdəliklərə 

də toxunulmudur. 

Əslində isə Napoleon rus qoşunlarının Gürcüstandan və  işğal 

olunmuş Azərbaycan xanlıqları  ərazisindən çıxarılması üçün ciddi bir 

addım atmadı. Onun verdiyi vədlər söz olaraq qaldı. Fransa ilə imzalanan 

müqavilənin Qacar sarayı üçün müsbət və  əməli  əhəmiyyət kəsb edən 

tərəfi daha çox general Qardanın rəhbərliyi altında olan heyətin  İrana 

göndərilməsi oldu. Baxmayaraq ki, bu heyət  İrana çatmazdan əvvəl 

Fransa artıq Rusiya ilə Tilzit sülh müqaviləsini imzalamışdı  və general 

Qardanın heyəti də bu müqavilənin  şərtlərindən irəli gələn qeyri-

müəyyən  şəraitdə  işləməli olmuşdu. Bununla belə, Qacar qoşunlarının 

yenidən qurulması istiqamətində bu heyət müəyyən nəticələr əldə etməyə 

nail oldu. 

Qacar qoşunlarının yenidən qurulması istiqamətində müxtəsər olaraq 

aşağıdakı  işlər görüldü: Tehranda və  İsfahanda iki toptökmə zavodu 

tikildi,  əvvəllər  İranda tətbiq olunmayan süngü döyüşü qaydaları 

öyrədildi. Qoşunlarda vahid geyim forması  tətbiq olundu, piyada, atlı, 

topçu, istehkam qoşun növləri və qisimləri yaradıldı, dağ toplarından 

istifadəyə başlandı, “sərbaz” (əsgər) sözünün tətbiqinə başlandı. Yeni 

qoşun dəstələrinin Təbrizdə formalaşmasına başlananda yuxarıda qeyd 

edildiyi kimi, dövrün tanınmış şəxsi və yazıçısı, sonralar Qacar sarayının 

sədr-əzəmi olmuş Mirzə Əbülqasım Fərahanidən xahiş olundu ki, sıravi 

hərbçilər üçün yeni bir ad tapsın. Həmin dövrdə sıravi silahlılara rus sözü 

olan “soldat” kimi müraciət olunurdu. Fərahaninin təklifi ilə  qəbul 

olunan “sərbaz” sözü “sər” və “baxtən” fars sözlərindən düzəldilmişdi ki, 

“baş qoymaq ”, “baş vermək ” mənasında idi.  Yəni, sərbaz o şəxslər 

adlandırılırdı ki, onlar başlarını qurban verməyə hazır idilər (64). 

General Qardanın missiyası  əsasən, 1808-ci ilə  təsadüf edir. Bu 

zaman artıq Sisianovun yerinə başqası  təyin edilmiş  və  Cənubi 

Qafqazdakı rus işğalı da xeyli genişlənmişdi. Bir il ərzində Qacar 

qoşunlarını Rusiya qoşunları  səviyyəsinə çatdırmaq sözsüz ki, mümkün 

deyildi. Bunun üçün İranda tələb olunan iqtisadi imkan, siyasi iradə  və 




Mehman Süleymanov 

 

30



yeni bir hərbi təfəkkür mövcud deyildi. Məhz bunun görə idi ki, General 

Qardanın həyata keçirmək istədiyi bəzi islahatlar da müəyyən subyektiv 

və obyektiv çətinliklərlə qarşılaşırdı. 

             

 

 

General Qardanın heyət üzvləri 



 

Qoşunların yenidən qurulmasında piyadaların və atlıların təşkilinə 

böyük diqqət yetirilirdi. Nəzərdə tutulmuşdu ki, piyadalar və atlılar 

əvvəlki dağınıq vəziyyətdən çıxarılsın, onların qurumlanması, idarəçiliyi, 

təlim-tərbiyəsi müəyyən təcrübə üzərində aparılsın. Bu vəzifənin yerinə 

yetirilməsi üçün Qacar qoşunlarının piyada və atlılarını və hətta onların 

rəhbərliyini adət etdiyi çərçivədən kənara çıxarmaq elə  də asan başa 

gəlmədi. General Qardan heyətinin üzvü Trezel öz qeydlərində göstərirdi 

ki, iki fransalı zabit Təbrizə göndərildi. Bu zabitlər orada yerli atlılara 

Fransa süvarilərinə xas təlim verməli idilər. Amma Qacar atlılarının 

rəhbərlərindən olan Əmənulla xan və digər rəhbərlər yeni təlimlərə 



Gülüstan müqaviləsi 

 

31



barışmazcasına yanaşdılar və bu təlimlər müəyyən zəhmət tələb etdiyi 

üçün ondan imtina etdilər (65). 

Qacar qoşunlarının yenidən qurulması  çətinliklərindən biri onun 

tayfalar və elatlar üzrə toplanması idi. Yeni qoşun təlimi üçün onları 

əvvəlki çərçivədən çıxarmaq lazım idi və bu istiqamətdə  çətinliklə  də 

olsa müəyyən addımlar atmaq mümkün oldu. 

Görülən işlər nəticəsində Azərbaycanda,  İraqda (İranın cənub-qərb 

hissəsi nəzərdə tutulur – M.S.) və Mazandaranda yeni qüvvələr təşkil 

olundu. Azərbaycanda təşkil olunan qüvvələr “sərbaz “, İraq və 

Mazandaranda təşkil olunan dəstələrin sıravi heyəti isə “canbaz “ 

adlandırıldı. Mövcud məlumatlara görə, sərbazların baş komandanı 

Abbas Mirzə, canbazların baş komandanı isə sipəhdar Yusif xan Gürcü 

idi (66). 

  Sərbazlardan təşkil olunan qüvvələrin 12 alaydan ibarət olduğu 

bildirilir ki, onların da hər biri 1000 nəfərdən ibarət idi. Canbaz 

qüvvələrinin isə 8-9 alaydan (fövc) ibarət olduğu bildirilir. Qoşunların 

idarəçiliyinin təkmilləşdirilməsi üçün onlar kiçik struktur vahidlərinə 

bölündülər və bu struktur vahidlərinin rəhbərləri üçün də uyğun rütbələr 

müəyyənləşdirildi (67). 

Mirzə Məhəmməd Sadıq Vəqayeneqar öz əsərində yazırdı ki, general 

Qardanın səyləri nəticəsində qısa müddətdən sonra Azərbaycanda piyada 

qüvvələri yenidən təşkil edildi və onlara yeni üsüulla təlim verildi. Abbas 

Mirzənin təşəbbüsü ilə  şahın bütün öğlanları yeni hərbi təlimin 

öyrənilməsinə cəlb olundular.   Müəllifin yazdığına görə, 5 min nəfərlik 

yeni qoşun hazırlanandan sonra ilkin olaraq Abbas Mirzə onlara sıra 

baxışı keçirdi. Mirzə Məhəmməd Sadıq da təsdiq edir ki, Abbas Mirzənin 

qoşunları azərbaycanlılardan ibarət idi. Bildirilir ki, onlar tezliklə  hərbi 

təlimlərə yiyələndilər. Yeni yaradılmış qoşunlara sıra baxışının 

keçirilməsində Fətəli şah da iştirak etdi. Müəllifin yazdığına görə, Fətəli 

şahın iştirak etdiyi sıra baxışında 70 minlik qoşun dəstəsi var idi (68).  

Qoşunların yenidən qurulması Tehranda da aparılırdı. Qısa müd-

dətdən sonra kapitan Verdye Teranda formalaşdırdığı  və vahid geyimlə 

təchiz etdiyi 4 min nəfərlik dəstəni Fətəli  şaha təqdim etdi. Bu dəstə 

Fətəli  şahın o dərəcədə xoşuna gəldi ki, dərhal 50 min könüllünün bu 

qaydada hazırlanmasına göstəriş verdi. Abbas Mirzə isə qoşun təlim-

tərbiyəsinin yeni təcrübəsini tətbiq etməklə bərabər, qoşun rəhbərlərini də 

məcbur edirdi ki, həndəsəni və istehkam işlərini öyrənsin. Yeni təlim 

keçmiş qoşun başçılarını Abbas Mirzə dərhal Cənubi Qafqaza göndərirdi 

ki, onların səyi ilə Rusiyaya qarşı aparılan döyüşlərə yeni bir məzmun 

gətirilsin (69). 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə