Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə15/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   11   12   13   14   15   16   17   18   ...   265

Mehman Süleymanov 

 

36



nümayəndə heyətinin və  şah sarayının xəbəri olmadan Fransa ilə  İran 

münasibətlərində gizli dəyişikliklərin baş verdiyi məlum oldu. 

Bu gizli dəyişikliklərin obyektiv bazası  əslində Finkinşteyn 

müqaviləsinin imzalanmasından az sonra, 1807-ci ilin iyununda qoyuldu. 

Həmin ay Fransa qoşunları Fridlend ətrafında Rusya qoşunlarına qalib 

gəldi və rastlaşdığı  məğlubiyyətdən sonra Rusiya çarı sülh müqaviləsi 

imzalanması üçün Napoleona müraciət etdi və 1807-ci il iyun ayının 4-də 

Tilzitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalandı (75). 

Napoleonun Tilzit müqaviləsini imzalaması onun Finkinteyn 

müqaviləsinin  İran-Rusiya münasibətlərinə, Rusiyanın Cənubi Qafqaz 

təcavüzünə aid olan maddələrdən imtina edilməsi demək idi. Başqa sözlə, 

Fransanın yardımlarına böyük ümidlər bağlayan  şah sarayı bu 

müqavilənin  şərtlərinə görə yenə  də Rusiya ilə  təkbaşına qalmalı oldu. 

Tilzit müqaviləsində birbaşa  İranla bağlı olan maddə yox idi. Amma 

Fransanın Rusiya ilə sülh bağlaması, Fransanın Rusiyaya qarşı 

müharibəni dayandırması, birbaşa  İranın vəziyyətinə  təsir edirdi və  şah 

sarayı yenidən təklikdə Rusiyaya qarşı müharibə aparmaq 

 

məcburiyyətində qalırdı. Eyni zamanda Avropa cəbhəsində Fransaya 



qarşı mövqe tutmuş rus qoşunlarının Qafqaza atılması ehtimalı  şah 

sarayının vəziyyətini daha da mürəkkəbləşdirirdi. 

Maraqlısı isə ondadır ki, Rusiya ilə Fransa arasında Tilzit mü-

qaviləsinin imzalanması  həm general Qardanın rəhbərlik etdiyi 

nümayəndə heyətindən, həm də  şah sarayından uzun müddət gizli 

saxlandı. Tilzit müqaviləsi imzalananda general Qardanın nümayəndə 

heyəti hələ İstanbulda idi və oradan Təbrizə doğru irəliləməli idi. Ehtimal 

var ki, hətta Tehrana çatanda belə general Qardanın Tilzit müqaviləsinin 

imzalanmasından xəbəri yox idi. 

Yuxarıda yazılanlardan göründüyü kimi, şah sarayı da Tilzit 

müqaviləsindən xəbərsiz Finkinşteyn anlaşmasının icrasında böyük 

nikbinlik və  fəallıq nümayiş etdirirdi. Şah sarayı yaxşı anlayırdı ki, 

Finkinşteyn anlaşması icra olunacağı  təqdirdə  Cənibi Qafqazda hərbi-

siyasi  şərait Rusiyanın zərərinə  dəyişə bilər.  Şah sarayının xəbəri 

olmadan imzalanan Tilzit müqaviləsi isə  əksinə, Qafqazda hərbi-siyasi 

şəraiti  İranın zərərinə  dəyişə bilərdi. Bu, əslində elə belə  də oldu. Şah 

sarayı sonradan Tilzit müqaviləsinin imzalanmasını Fransanın İrana qarşı 

xəyanəti kimi qiymətləndirdi.  Şah sonralar bu müqavilə ilə bağlı 

münasibətlərini belə açıqlamışdı: "Napoleon Tilzit müqaviləsinin 

imzalanması zamanı İranın mənafelərini nəzərə ala bilərdi. Fransa fateh 

ölkə kimi hansı  şərti irəli sürsə idi, məğlub Rusiya tərəfindən qəbul 

olunacaqdı. O zaman Napoleon İran üçün faydalı ola bilərdi" (76). 




Gülüstan müqaviləsi 

 

37



Elmi dövriyyədə olan sənədlərə  əsasən belə ehtimal etmək olar ki, 

hətta general Qardanın özü də Tilzit müqaviləsinin imzalanmasından 

1808-ci ilin əvvəlində  xəbər tutmuşdu. Fətəli  şah və saray əyanları bu 

hadisədən son dərəcə  məyus oldular. Çünki bu müqavilə Rusiyanın 

Avropa cəbhəsində  sərbəstlik  əldə edərək bütün qüvvələrini Cənubi 

Qafqaza yönəltməsinə imkan verəcəkdi. 

Şah sarayı Tilzit müqaviləsinin imzalanması ilə bağlı öz ciddi 

etirazını general Qardana və onun vasitəsilə Fransa sarayına çatdırdı. Şah 

sarayı bildirdi ki, İran tərəfi Finkinşteyn anlaşmasına sadiq qalaraq onun 

şərtlərinin icrasına da başlamışdır.  Başqa sözlə, ingilislərlə  əlaqələr 

kəsilmiş  və ingilis ticarət mərkəzləri ölkə  ərazisindən çıxarılmışdılar. 

Fransa isə bunun əvəzində Tilzit müqaviləsini imzalayarkən  İranın 

mənafelərini heç də nəzərə almamışdı (77). 

Bunun  əvəzində Fransa tərəfdən belə bir izahat verildi ki, Tilzit 

müqaviləsi imzalananda Finkinşteyn anlaşması  hələ  İran tərəfindən 

təsdiq edilməmişdi. Mümkün idi ki, şah sarayı onu heç qəbul etməsin. 

Fransa imperatoru əmin deyildi ki, İranla gələcəkdə yaxşı münasibətlər 

qurulacaq. Belə münasibətlərin olmadığı halda Fransa tərəfi Tilzit 

müqaviləsində İranın mənafelərini də müdafiə edə bilməzdi. 

Bu izahat şah sarayını sözsüz ki, razı salmadı  və  şah sarayı Rusiya 

qoşunları qarşısında tək qalacağını hiss etdiyi üçün Qardanın nümayəndə 

heyətinin köməyi ilə öz qoşunlarının yenidən qurulmasını diqqət önünə 

çəkdi. 

Mövcud olan məlumatlara görə, ilk vaxtlar Fransa tərəfindən Tilzit 



müqaviləsinin imzalanmasının gizli saxlanması, bu müqavilə imzala-

nandan sonra Fransa nümayəndə heyətinin rəhbərliyi altında şah qoşunla-

rının yenidən qurulmasının davam etdirilməsi Qacar sarayı ilə  İngiltə-

rənin yenidən yaxınlaşması meylinin qarşısının alınması ilə bağlı idi. 

Fransa sarayı qətiyyən istəmirdi ki, Qacar sarayı ilə İngiltərə arasındakı 

münasibətlər yaxşılaşsın və Qacarlar dövləti İngiltərənin təsiri altına düş-

sün. Ona görə də Fransa şah qoşunlarının yenidən qurulmasına yardımını 

davam etdirirdi. Baxmayaraq ki, Fransa artıq Rusiya ilə müttəfiq idi və 

fransalıların rəhbərliyi altında yenidən qurulan şah qoşunları da məhz 

Rusiya ilə müharibə aparmaq üçün nəzərdə tutulmuşdu. 

İranda qaldığı müddətdə general Qardan həm də  hər vasitə ilə  şah 

sarayının yenidən  İngiltərə ilə yaxınlaşmaq meylinin qarşısını almağa 

çalışdı. Fransanın xarici işlər naziri general Qardana göndərdiyi 

məktubunda onun qarşısına qoyduğu tapşırıqlardan biri məhz İngiltərənin 

Qacar sarayı ilə yaxınlaşmasının qarşısının alınması idi. Məktubda 

deyilirdi ki, Fətəli şahın hər hansı ingilis nümayəndəliyi ilə görüşməsinə 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə