Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə23/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   19   20   21   22   23   24   25   26   ...   265

Gülüstan müqaviləsi 

 

53



üçün  əlinə düşən fürsəti də fövtə vermək istəmirdi. Mövcud məlumata 

görə,  Əbülfət ağa hətta Bərgüşad çayına qədər olan yaşayış 

məntəqələrinin böyükləri vəzifəsinə öz adamlarını  təyin etdi. Bununla 

kifayətlənməyən Əbülfət ağa Qarabağın bir çox kəndlərinin və elatlarının 

bəylərini yanına çağırdı və onlardan xana tabe olmamağı tələb etdi. Və-

ziyyətin getdikcə mürəkkəbləşdiyini görəndə  İbrahim xan müqavimət 

göstərməyi qərara aldı və Məhəmməd Həsən ağa ilə birlikdə Tuğ kəndinə 

gəldi. Mehdiqulu ağa ilə Xanlar ağa isə  əlavə kömək toplanması üçün 

Zəngəzur tərəfə yola düşdü və Əbülfət ağa Tuğ üzərinə hücuma başlayana 

qədər onlar da özlərini  İbrahim xana yetirdilər. Məhz onların rəhbərliyi 

altında olan dəstənin vaxtında köməyə yetişməsi nəticəsində Əbülfət ağanın 

dəstəsini məğlub etmək mümkün oldu (20). 

Sisianovun yazışmalarından belə bir qənaətə gəlmək olar ki, 1805-ci ilin 

fevral-aprel ayları ərzində Fətəli şahın üç elçiliyi İbrahim xanın yanına gəldi. 

Amma İbrahim xan bu elçiliklərin şaha itaətlə bağlı gətirdikləri təkliflərinin 

heç birini qəbul etmədi (21). 

Qacar elçilərinin gətirdiyi təklifi  İbrahim xan birmənalı qarşılamadı. 

Dərhal da İbrahim xan bu barədə Sisianova məktub göndərdi. Bu məktubla 

İbrahim xan çox güman ki, Sisianova  onunla ciddi və ehtiyatlı 

davranılmasını çatdırmaq istəyirdi. Yazışmalardan və elə sonrakı 

proseslərdən də görünür ki, İbrahim xan Qacar sarayının təklifini qəbul 

etmədi. Amma Fətəli şah elçilərinin Şuşaya gəlməsi istər-istəməz Sisianovu 

ciddi təşvişə salırdı. Sisianov qorxurdu ki, bu gediş-gəlişlərin nəticəsində İb-

rahim xan Qacar şahının təklifini qəbul edə bilər. Çünki konkret tarixi 

şəraitdə, Sisianovun ixtiyarında Qarabağ xanlığını şah qoşunlarından qoruya 

biləcək yetərincə qüvvə yox idi. Belə olanda isə İbrahim xan çıxış yolu kimi 

Qacar sarayına sığına bilərdi. Sisianov Qarabağ xanına yazdığı cavab 

məktublarında bildirirdi ki, əgər İbrahim xan Rusiya təbəəliyini qəbul edirsə, 

onda  imzalanacaq müqavilənin şərtlərinə görə o, qonşu xanlarla və hakim-

lərlə ünsiyyəti yalnız Gürcüstanın baş komandanının (yəni, Sisianovun) 

razılığı ilə qura bilərdi. Ona görə Sisianov İbrahim xanı birtərəfli  şəkildə 

Qacar sarayı ilə danışıqlara getməkdən çəkindirməyə çalışırdı (22). 

Hər halda məlumdur ki, İbrahim xan şah elçilərinin gətirdiyi təklifləri 

qəbul etmədi.  Əvəzində isə 1805-ci il aprel ayının sonu və may ayının 

əvvəllərində bu müqavilənin imzalanmasına  əməli hazırlıq işləri baş-

landı. 


1805-ci il may ayının əvvəlində Qarabağ xanlığı ilə Gəncənin sərhəd 

xəttini təşkil edən Kürəkçay sahilində  İbrahim xanla Sisianovun görüşü 

və danışıqları baş tutdu. İbrahim xanı bu görüşdə  oğlanları  Məhəmməd 

Həsən ağa, Mehdiqulu ağa, Xanlar ağa və Qarabağın bir sıra tanınmış 




Mehman Süleymanov 

 

54



bəyləri müşayiət edirdilər.  İbrahim xanın dəvəti  əsasında kürəkəni olan 

Şəki xanı  Səlim xan da ora gəldi. Aparılan danışıqların nəticəsi kimi, 

1805-ci il may ayının 14-də Qarabağ xanı Rusiyanın təbəəliyini qəbul 

etmək barədə andı və tərtib olunmuş müqaviləni imzaladı. Bu müqavilə 

sonradan Kürəkçay müqaviləsi kimi tanındı.  

İbrahim xanın imzaladığı  sədaqət andında bildirilirdi ki, o, Rusiya 

imperatoruna sədaqətli olmaqla ona xidmət etməyə, dövlətə fayda 

verməyə, dövlətin maraqlarına cavab verməyən  əməllərin qarşısını 

almağa çalışmaqla xanlığı imperator adından idarə etməyə, dövlət 

sirlərini qorumağa, Rusiyanın yerdəki canışınınə şərtsiz tabe olmağa və s. 

söz verir (23). 

On bir maddədən ibarət olan Kürəkçay müqaviləsi də İbrahim xanın 

sədaqət andı ruhunda tərtib olunmuşdu. Rusiya İbrahim xanın  şərtsiz 

tabeçiliyinə nail olmağa çalışsa da müqavilədə xanlığın müstəqilliyini 

təmin edə biləcək müəyyən məqamlar mövcud idi. Doğrudur, müqavilə 

xanın və onun varislərinin hakimiyyətini müəyyən nəzarət altına alırdı. 

Bununla belə, ona bütünlükdə əməl olunacağı təqdirdə Qarabağ xanlığını 

və xanlıq daxilində yerli hakimiyyəti qoruyub saxlamaq mümkün idi. 

Müqavilənin giriş hissəsində göstərilirdi ki, bu müqavilə Qarabağ 

xanı  İbrahim xanla Rusiya imperatoru Aleksandr Pavloviçin iradəsini 

həyata keçirən tam infanteriya (piyada) generalı Pavel Sisianov arasında 

Qarabağ xanının Rusiya təbəəliyini qəbul etməsi ilə imzalanır. 

Müqavilənin 1-ci maddəsi  İbrahim xanın Rusiya təbəəliyini qəbul 

etməsini təsbit edirdi. Maddədə deyilirdi: “Mən  Şuşalı  və Qarabağlı 

İbrahim xan öz adımdan, varislərim və vəliəhdim adından İran və ya hər 

hansı bir dövlətin hər hansı vassallığından və ya hər hansı ad altında olsa 

da hər cür asılılığından təntənəli surətdə  həmişəlik imtina edərək və 

bütün dünya qarşısında bununla bildirirəm ki, mən özüm və varislərim 

üzərində bütün Rusiyanın böyük imperator həzrətlərinin və onun yüksək 

varislərinin və vəliəhdlərinin ali hakimiyyətindən başqa heç bir dövlətin 

hakimiyyətini tanımıram, həmin taxt-taca sədaqət vəd edirəm çünki onun 

sadiq quluyam və bu haqda, adətə görə müqəddəs Qurana and 

içməliyəm” (24). 

Müqavilənin ikinci maddəsində Rusiya hakimiyyəti adından Rusiya 

təbəəliyini qəbul edən  İbrahim xanın və onun varislərinin xanlıq 

daxilindəki hakimiyyətinin qorunub saxlanacağına vəd verilirdi: “ 

İmperator həzrətləri zati-aliləri həzrətlərinin belə  səmimi söz verməsini 

qəbul edərək özünün və vəliəhdinin adından imperator sözü ilə vəd edir 

və söz verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandan və 

onun varislərindən öz sadiq təbəələri kimi mərhəmət və nəcib havadarlığı 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə