Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə20/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   16   17   18   19   20   21   22   23   ...   265

Gülüstan müqaviləsi 

 

47



200-300 nəfərlik dəstə istiqamətləndirilsin və bu dəstə  Əsgəranda 

yerləşdirilsin (7). 

İbrahim xanın Sisianova yazdığı məktubu isə İsrafil bəy adlı birisi rus 

qoşunları baş komandanına çatdırdı. Qarabağ xanı xanlıq  ərazisinin 

Qacar qoşunlarının hücumlarından qorumaq üçün rus qüvvələrinin 

yardım göstərməsini istədi. Sisianov bu xahişi Qarabağ xanlığının nəzarət 

altına alınması üçün əlverişli fürsət kimi qiymətləndirdi və onun 

gümanında Qarabağ xanı nəhayət öz xoşu ilə Rusiyanın himayəsi altına 

girməyə razılaşırdı. Ona görə  də Sisianov irəli sürdüyü tələblərinin icra 

edilməməsinə baxmayaraq İbrahim xanın Rusiya imperatoru adından 

bağışlandığını  bəyan etdi və  İbrahim xanın Rusiya təbəəliyinə daxil 

olması üçün şərtlərini yenidən irəli sürdü. Bu şərtlər qəbul olunacağı 

halda Sisianov Qarabağ xanlığının mühafizəsinə yardım göstərməyə 

hazır idi.  

General Sisianovun təklifləri aşağıdakılardan ibarət idi: 1)İbrahim 

xan Rusiyaya sədaqət nümayiş etdirməli; 2) Sisianov tərəfindən 

göndərilmiş rus nümayəndələri qarşısında İbrahim xan Rusiyaya sədaqət 

andını imzalamalı; 3) Şuşa qalasında rus qarnizonu yerləşdirilməli; 4) 

İbrahim xan böyük oğlunu zəmanət üçün ruslara girov verməli; 5) 

Qarabağ xanı Rusiya xəzinəsinə 10 min çervon vergi verməyə razı olmalı 

idi. Sisianov vəd edirdi ki, bu təkliflərin qəbul olunacağı halda Rusiya 

imperatoru  İbrahim xanın və onun varislərinin xanlığa olan hüququnu 

tanıyacaqdır. Təkliflərin qəbul olunduğunu  İbrahim xan dərhal bəyan 

etməli idi və bunun ardınca da öz oğlanlarından birini girov kimi 

Sisianovun yanına göndərməli idi. Yalnız bundan sonra İbrahim xanın 

köməyinə topla müşayiət olunan qoşun dəstəsi göndərilməli idi (8). 

 Sisianovun böyük ümidlərinə baxmayaraq İbrahim xan  onun 

təkliflərini heç də qəbul etmədi. Bu, hər şeydən əvvəl Qacar qoşunlarının 

Arazın şimalına çıxarılmasının təxirə salınması ilə bağlı idi. Yeni bir dinc 

fürsət yarandığı üçün İbrahim xan da Rusiya təbəəliyi altına düşməyə 

tələsmədi.  

Sisianov isə Qarabağ xanının bu qərarını  qəzəblə qarşıladı. 1804-cü 

ilin yay və payızında Sisianov bütün diqqətini  İrəvan qalasının 

alınmasına yönəltməli oldu. İrəvan qalasından geri çəkilən kimi o öz 

nümayəndəsini yenidən İbrahim xanın yanına göndərdi və tələblərini bir 

daha onun diqqətinə çatdırdı. Bu tələblər yuxarıda qeyd olunan tələblərin 

oxşarı idi. Yeni olan o idi ki, Sisianov İbrahim xanın oğlunun yerinə 

nəvəsinin də girovluğa verilməsini mümkün saydı  və bir də Rusiya 

xəzinəsinə verilməli olan illik verginin 8 min çervona endirilməsinə razı 

oldu (9). 




Mehman Süleymanov 

 

48



Qeyd edildiyi kimi, Sisianov 1804-cü ilin sonlarına yaxın  İrəvan 

xanlığı üzərinə hücumda ağır məğlubiyyətə düçar olub böyük itkilərlə 

geri qayıtdı. Sisianov gözləmədiyi bu məğlubiyyətin əvəzini Qarabağ və 

digər Azərbaycan xanlıqlarını  işğal etməklə  çıxmaq istəyirdi. Başqa 

sözlə, digər Azərbaycan xanlıqlarına təzyiqləri gücləndirməklə Sisianov 

həm tapdalanmış nüfuzunu geri qaytarmaq, həm də rus silahının gücdən 

düşmədiyini bir daha Azərbaycan xanlarına nümayiş etdirmək niyyətində 

idi. 


Sisianovun rəhbərliyi altında rus qoşunlarının  İrəvan  ətrafında 

uğursuzluğa düçar olması Qacar sarayını yenidən Azərbaycan xanlıqları 

üzərinə hücuma sövq etdi. Baxmayaraq ki, Sisisanov qoşunlarının məğ-

lub edilməsi daha çox İrəvan xanının qoşunlarının xidməti idi, bununla 

belə Qacar sarayı da özünü qalib sayıb yaranmış fürsətdən istifadə 

etməyi, rus qoşunlarını  sıxışdıraraq Cənubi Qafqazda möhkəmlənməyi 

qərara aldı. Qacar sarayı xüsusilə Qarabağ xanlığını ciddi nəzarət altına 

almaqda israrlı idi. Çünki İbrahim xanla rus qoşunları komandanlığı ara-

sındakı əlaqələrin fəallaşması Qacar sarayının ciddi təşvişinə səbəb olur-

du və bu təşvişin aradan qaldırılması üçün Fətəli  şah ciddi addımlar 

atılmasını vacib sayırdı. 

İrəvan yürüşündən geri qayıdandan sonra Fətəli  şah  İbrahim xanın 

üstünə 5 min nəfərlik qoşun dəstəsi göndərdi. 1805-ci ilin yanvarından 

Qarabağ xanlığına göndərilən həmin qoşun dəstəsinə  İbrahim xanın 

Qacar sarayında girov olan oğlu  Əbülfət ağa rəhbərlik edirdi. Bununla 

Fətəli şah Qarabağ xanını silah gücünə bütünlüklə nəzarət altına almağa 

yeni bir cəhd göstərdi. Qoşun dəstəsinin hərəkətə başlaması ilə İbrahim 

xana xəbər göndərildi ki, o, rus qoşunları ilə bütün əlaqələrini kəssin, rus-

ların Qarabağ xanlığına daxil olmasına yol verməsin. Bu tələblərə 

sədaqətli olacağını nümayiş etdirmək üçün xan böyük oğlu Məhəmməd 

Həsən ağanı və xanlığın bir sıra bəyzadələrini əlavə girov kimi Qacar sa-

rayına göndərməli idi. Əbülfət ağa isə Qarabağ xanının xanın yanında 

qalmalı  və onun bütün fəaliyyətini nəzarət altında saxlamalı idi. Daha 

doğrusu  İbrahim xan ondan icazəsiz heç bir qərar qəbul etməli deyildi. 

Fətəli şahın tələblərinin həyata keçəcəyi halda İbrahim xan oğlu Əbülfət 

ağanın girovuna çevrilməli idi. Bunun baş verəcəyinə Fətəli şah əmin idi. 

Çünki  İbrahim xanın üstünə böyük bir qoşun dəstəsi göndərilirdi və 

Qarabağ xanının bu qoşun dəstəsinə müqavimət göstərə biləcəyi 

inandırıcı görünmürdü (10). 

Ömrünün ixtiyar çağında olan İbrahim xan bu tələbləri qəbul etmədi. 

Bu heç də ondan irəli gəlmirdi ki, İbrahim xan Qacar himayəsinə yox, 

Rusiya himayəsinə üstünlük verirdi. İbrahim xan əslində bu dövlətlərdən 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə