Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə19/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   15   16   17   18   19   20   21   22   ...   265

Gülüstan müqaviləsi 

 

45



Rus qoşunları  Gəncə yaxınlığında olarkən yerli əhali canları  və malları 

üçün qorxduqlarına görə mal-qaranı sürüb Qarabağ xanlığı  ərazisinə 

aparmışdı. Sisianovun digər bir tələbi ondan ibarət idi ki, Gürcüstan 

ərazisinə qaçıb gizlənmiş məlik Cəmşidin Qarabağda qalan oğlunu və ai-

ləsini Sisianova təhvil versin. Nəhayət, Sisianov Qarabağ xanından tələb 

edirdi ki, nümayəndəsini və ya oğlanlarından birini danışıqlar aparmaq 

üçün Sisianovun yanına göndərsin. Bu danışıqlarda Qarabağ xanının 

hansı  şərtlər daxilində Rusiya təbəəliyinə  qəbul olunacağı müzakirə 

edilməli idi (2). 

Sisianov coğrafi  şəraitinə görə Qarabağ xanlığını Azərbaycanın 

(Cənubi Azərbaycan da nəzərdə tutulur) və bunun davamı kimi bütün 

Fars dövlətinin qapısı kimi dəyərləndirirdi (3). Şimali Azərbaycan 

xanlıqlarını işğal edib cənuba doğru irəliləmək və Qacar sarayının Şimali 

Azərbaycan xanlıqlarına olan iddiadan imtina etməyə  məcbur etmək 

üçün Sisianov Qarabağ xanlığının işğalına böyük əhəmiyyət verirdi.  

Bu işdə Sisianov ermənilərin fəliyyətinə xüsusi önəm verirdi. Hələ 

bölgəyə  gəlməmişdən  əvvəl Rusiya çarı I Aleksandr da ona Şimali 

Azərbaycan xanlıqlarının işğalında erməni elementlərindən istifadə edil-

məsini tövsiyə etmişdi. Rusiya çarı bildirirdi ki, ermənilər ticarətlə məş-

ğul olurlar və onlar Asiyanın bütün ticarətini öz əllərində  cəm-

ləşdirmişlər. Çarın fikrincə, ermənilər Azərbaycan xanlıqları  ərazisində 

çox  əziyyət çəkirlər və onların öz hökumətləri ilə  təmin edilməsi yaxşı 

olardı (4). 

Qarabağ  və  İrəvan xanlığının işğalında erməni elementlərindən 

istifadə edilməsi Rusiyanın işğal siyasətinin həyata keçirilməsində 

Sisianovun işini xeyli asanlaşdıra bilərdi. Ancaq bölgəyə gəldikdən sonra 

Sisianov  əmin oldu ki, ermənilər nə  İrəvan xanlığının, nə  də Qarabağ 

xanlığının ictimai-siyasi həyatında ciddi bir rola malik deyildirlər. Ona 

görə  də, bu xanlıqların gələcək statusunun müəyyənləşdirilməsini 

Sisianov həmin xanlıqların xanları  və onların övladları ilə 

aydınlaşdırmaq məcburiyyətində qaldı. 

İbrahim xan isə Rusiya təcavüzünün Qarabağ sərhədinə çatdığını gö-

rəndə Sisianovla əlaqə qurmaq məcburiyyətində qaldı. O rus generalına 

məktub yazdı  və Mirzə  Məhəmmədəli adlı birisi ilə oni Siainova 

göndərdi. İbrahim xan rus generalının hədə dolu məktubunun qarşısında 

ona cavab yazmalı olsa da, Rusiya təbəəliyini qəbul etmək haqqında 

konkret fikir bildirmədi. Bu da Sisianovun hədsiz qəzəbinə səbəb oldu və 

o, imperiyapərəst yırtıcı mahiyyətini və insanlarla ünsiyyət 

qabiliyyətsizliyini bir daha nümayiş etdirdi. Sisianova görə,  İbrahim 

xanın göndərdiyi məktubda məkr hiss olunurdu və ona görə    qəzəblə 




Mehman Süleymanov 

 

46



bildirdi ki, İbrahim xan tərəfindən möhürlənmiş  məktubu qəbul etmir. 

Sisianov qəzəblə belə bir məktubun göndərilməsinin Qarabağ xanının qa-

nı bahasına başa gələcəyi ilə  hədələdi. O, İbrahim xana çatdırırdı ki, 

Qacar qoşunlarına ümid etməsin və rus silahının gücündən ehtiyatlansın. 

Sisianovun yazdığına görə, rus silahının qarşısında  Şuşa qalası da taqət 

gətirməyəcəkdir. Ona yazdığına görə, bir vaxtlar Cavad xan da qalasının 

möhkəmliyinə  əmin idi. Amma rus qoşunları  hər  şeyi dağıtdı. Sisianov 

bir daha həqarətli  şəkildə özünü güclü adlandırır və ondan gücsüz olan 

Qarabağ xanının isə ona tabe olmalı olduğunu bildirirdi. Bundan sonra 

Sisianov  əvvəlki məktubunda irəli sürdüyü şərtlərini bir daha 

təkrarlayırdı. 

İbrahim xan bu hədələrdən çəkinmədi və Sisianovun irəli sürdüyü 

tələbləri yerinə yetirmədi. Onda Sisianov qərara aldı ki, mayor 

Lisaneviçin rəhbərliyi altında Qarabağ xanlığı  ərazisinə silahlı  dəstə 

göndərsin və silah gücünə öz tələblərini qəbul etdirsin. Mayor Lisaneviç 

1804-cü il mart ayının əvvəlində silahlı dəstə ilə Qarabağa gəldi. Qarabağ 

əhalisi rus dəstəsinin gəlməsindən xəbər tutanda mal-qaranı yaylaqlara 

sürdü. Ona görə  Gəncə  əhalisinə aid edilən mal-qaranı  Gəncəyə 

qaytarmaq mümkün olmadı. Mayor Lisaneviçin gücü ona çatdı ki, 

Qarabağ xanlığı  ərazisindən bir sıra erməni ailəsini Gəncə  ərazisinə 

aparsın. Mövcud olan məlumatlara görə, mayor Lisaneviçin silahlı  dəs-

təsi Qarabağ xanlığı ərazisində silahlı müqavimətlə də rastlaşdı (6). 

1804-cü il may ayının  əvvəllərində xanlıq  ərazisində yenidən Qacar 

qoşunlarının hücum edəcəyi barəsində  xəbərlər yayıldı. Həmin 

məlumatlara görə, Abbas Mirzə Ərdəbil yaxınlığında topladığı qoşunları 

hərəkətə  gətirərək Qarabağ istiqamətində irəliləyirdi. Baxmayaraq ki, 

Sisianovun irəli sürdüyü tələblər Qarabağ xanlığında yerinə 

yetirilməmişdi, bununla belə  İbrahim xan kömək üçün rus qoşunlarına 

müraciət etməyi qərara aldı. Konkret tarixi şəraitdə  İbrahim xan iki 

böyük dövlətin çoxsaylı qoşunlarının təhlükəsi altında idi. Bu dövlətlərin 

heç biri ilə etibarlı münasibətlərin qurulması  və ya onların işğalçılıq 

niyyətlərindən çəkindirilməsi mümkün deyildi. Bununla belə İbrahim xan 

rus generalına müraciət etməyə üstünlük verdi və Sisianovun yanına 

nümayəndəsini göndərdi. Çünki Sisianov ilkin vədlərində Rusiya 

təbəəliyini qəbul edəcək Qarabağ xanlığının müstəqilliyinin saxlanmasını 

mümkün sayırdı.    

 Qacar  qoşunlarının ehtimal olunan təhlükəsi ilə bağlı Qarabağ xanı 

polkovnik Karyaginə  də  məktub ünvanladı. Həmin məktubda xahiş 

olundu ki, polkovnik Karyagin ya özü Qarabağ  ərazisinə silahlı  dəstə 

göndərsin, ya da Gəncədən Qarabağ  ərazisinə bir topun müşayiəti ilə 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə