Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə21/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   17   18   19   20   21   22   23   24   ...   265

Gülüstan müqaviləsi 

 

49



heç birinin himasəyi altına düşmək istəmirdi. O hələ ki, xanlığın 

müstəqilliyinə qarşı yönəlmiş  təcavüzə cavab vermək imkanı vardı  və 

xanlığın müstəqilliyinin qorunması naminə bu imkanlardan istifadə 

edirdi.  İbrahim xan onun üstünə yürüşə  gələn kəbinsiz arvadından 

doğulmuş  oğlu  Əbülfətə  xəbər göndərdi ki, Qarabağ  ərazisinə daxil 

olmadan geri qayıtsın. Əbülfət ağa isə bu təklifi qəbul etmədi və tezliklə 

Qarabağda hakimiyyəti  ələ keçirə biləcəyinə ümid etdiyindən hücumu 

davam etdirdi. Onun rəhbərliyi altında kifayət qədər yaxşı silahlanmış 

qoşun dəstəsi Tuğ  kəndində olan İbrahim xanın və  Məhəmməd Həsən 

ağanın üstünə hücum çəkdi, amma uğur qazana bilmədi. Çünki bir 

tərəfdən  İbrahim xan özü Qacar qoşunlarının hücumunun qarşısının 

alınması üçün hazırlıq görmüşdü. O biri tərəfdən xanın Zəngəzur 

mahalında olan oğlu Mehdiqulu ağa  şah qoşununun yaxınlaşması 

xəbərini eşidən kimi ətrafına topladığı  dəstəsi ilə  İbrahim xanın 

köməyinə  gəldi. Nəticədə  Əbülfət ağanın rəhbərliyi altında olan qoşun 

dəstəsi ağır məğlubiyyətə düçar oldu. Əbülfət ağanın özü isə azsaylı 

adamlarla geri qaçıb Arazın o tayına adlamağa məcburiyyətində qaldı 

(11). 


Döyüşün gedişində Qacar piyadalarından və atlılarından 1000 nəfərə 

yaxını Qarabağ qüvvələri  tərəfindən  əsir götürüldü (12). Bu barədə 

məlumatı polkovnik Karyaginə  məktub yazmış  İbrahim xanın oğlu 

Məhəmməd Həsən ağa verirdi. Həmin döyüşdən sonra Məhəmməd 

Həsən ağa Sisianova da məktub göndərdi. Eyni zamanda İbrahim xan da 

Məmməd ağa adlı birisi ilə Sisianova məktub göndərdi. İbrahim xan istər 

məktubunda, istərsə  də  şifahi ismarıcında Rusiya təbəəliyini qəbul 

etməyə hazır olduğunu bildirdi. Bu addımı atmaqla İbrahim xan özünü 

Qacar qoşunlarının növbəti yürüşlərindən sığortalamağa çalışırdı. Çünki 

şübhə yox idi ki,Qacar qoşunlarının təkrarlana biləcək  yürüşləri xanlığı 

çox ciddi sınaqlar qarşısında qoya bilərdi.

 

General Sisianov İbrahim xanın Rusiya təbəəliyinə hazır olması 



xəbərini məmnunluqla qarşıladı. O, İbrahim xanı yenidən  əmin etməyə 

çalışdı ki, Rusiya təbəəliyinə daxil olmaqla xanlığı mühafizə etmək və 

Qacar qoşunlarının yeni hücumlarından qorunmaq olar. Öz niyyətinə nail 

olmaq üçün general Sisianov Qarabağ xanının düşdüyü vəziyyətin 

kifatyət qədər təhlükəli olduğunu da onun nəzərinə çatdırırdı. O yazırdı 

ki, Qacar qoşunları Qarabağda üzləşdikləri məğlubiyyətlə razılaşmayacaq 

və yazın gəlməsi ilə Qarabağ xanlığı bir daha Qacar qoşunlarının yeni 

hücumuna məruz qalacaqdır. Bu növbəti təhlükədən nicat tapmağın 

yeganə yolunu isə Sisianov Qarabağ xanının Rusiyaya sığınmasında 

görürdü. Bununla belə general Sisianov onu da yaddan çıxarmırdı ki, 




Mehman Süleymanov 

 

50



Rusiya himayəsini qazanmaq üçün İbrahim xan müəyyən tələbləri qəbul 

etməlidir və o öz məktubunda həmin tələbləri bir daha təkrar edirdi. 

Konkret olaraq isə Sisianov tələb etdi ki, İbrahim xan tezliklə Gəncədən 

apardığı ilxını geri qaytarmalıdır. (13). 

Sisianov Qarabağ xanına yazdığı məktubu mayor Lisaneviç vasitəsilə 

göndərdi. Gürcü zadəganlarından olan Corayev adlı birisi də mayor 

Lisaneviçin yanına verildi. Corayev əvvəllər Sisianov tərəfindən İbrahim 

xanın yanına göndərilmişdi. Onun İbrahim xan haqqında,  Şuşa qalası 

haqqında müəyyən məlumatları var idi və ona görə də, onun Lisaneviçə 

köməyi dəyəcəyi güman edilirdi. Sisianov mayor Lisaneviç vasitəsilə 

İbrahim xana Qarabağ xanlığının Rusiyaya birləşdirilməsi haqqında 

müqavilə layihəsini də göndərdi. Sisianovun tələbinə  əsasən, Lisaneviç 

İbrahim xanı inandırmalı idi ki, müqavilənin imzalanması üçün 2 

günlüyə  Gəncəyə  gəlsin, müqavilənin imzalanmasından sonra isə rus 

qoşun dəstəsi ilə birlikdə  Şuşaya qayıtsın. Müqavilə  İbrahim xanla 

general Sisianov adından yazılmışdı  və onların hər ikisi tərəfindən 

imzalanmalı idi. Sisianov ehtimal edirdi ki, İbrahim xan Gəncəyə 

gəlməyə ehtiyatlana bilər. Başqa sözlə, İbrahim xan ruslara etibar etməyə 

də bilərdi. Ona görə də Sisianov İbrahim xanı əmin etməyə çalışırdı ki, 

ruslar belə  sədaqətsizliyi nümayiş etdirməzlər. Lisaneviç eyni zamanda 

öyrənməli idi ki, İbrahim xanın  ərzaq ehtiyatları qalıbmı? Çünki rus 

qoşunlarının  ərzaq ehtiyatı tükənməkdə idi. Mayor Lisaneviç həm də 

İbrahim xanın böyük oğlu Məhəmməd Həsən ağaya məktub gətirdi. O, 

Məhəmməd Həsən ağanı da rusların tərəfinə  çəkməyə çalışmalı  və 

Məhəmməd Həsən ağanı inandırmalı idi ki, Rusiya ilə qurulan 

münasibətlər onun da xeyrinə olacaqdır. Mayor Lisaneviç eyni zamanda 

atların geri qaytarılması  məsələsini qaldırmalı  və  Şuşa qalasının 

kəşfiyyatını aparmalı idi. İtmiş atların haqqının ödənməsini də Sisianov 

tələb edirdi. Amma tövsiyə edirdi ki, bu məsələdə ehtiyat nümayiş 

etdirsin və İbrahim xanı incik salmasın. Qala daxilində kəşfiyyat işlərinin 

aparılmasında məqsəd isə  gələcəkdə  Şuşa qalasına göndərilməsi  

planlaşdırılan rus qoşunlarının yerləşdirilməsi üçün daha münasib yerin 

müəyyənləşdirilməsi idi (14). 

Sisianov  İbrahim xana göndərdiyi məktubunda xüsusi olaraq 

vurğulayırdı ki, Rusiyanın himayəsinin qəbul edilməsini təsdiqləyən 

traktat  İbrahim xana öz xanlığında sakit yaşamaq və hakimiyyəti irsi 

olaraq ötürmək imkanı verəcək. Sisianov əmin etməyə çalışırdı ki, onun 

verdiyi vədlər mütləq həyata keçiriləcəkdir və İbrahim xan da buna görə 

narahat olmamalıdır(15). 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə