Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə24/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   20   21   22   23   24   25   26   27   ...   265

Gülüstan müqaviləsi 

 

55



heç vaxt əsirgəməyəcəkdir, buna sübut olaraq imperator həzrətləri, zati-

alilərinin (xan nəzərdə tutulur-M.S.) və onun varislərinin ölkəsinin 

bütövlüyünün saxlanılmasına öz imperator zəmanətini verir”. 

Üçüncü maddədə bildirilirdi ki, Rusiyanın təbbəliyini qəbul edən 

İbrahim xan, Sisianovun yanında Rusiyaya sədaqət andını qəbul etməlidir. 

İbrahim xandan sonra onun böyük oğlu və ondan sonra xanlığa yiyələnən 

varisləri Rusiyanın Gürcüstandakı canişini qarşısında sədaqət andını  qəbul 

etməli və sonra onun xanlığını təsdiq edən fərman almalı idi. 

Dördüncü maddədə Qarabağ xanı öz üzərinə başqa bir öhdəlik 

götürürdü. Bu maddəyə  əsasən Rusiyanın Gürcüstandakı baş hakiminin 

icazəsi olmadan İbrahim xan digər xanlıqlarla  əlaqəyə girə  və onların 

elçilərini qəbul edə bilməzdi. Digər xanlıqlardan alınmış  məktublar 

mühüm məsələyə aid olsaydı Gürcüstanın baş hakiminə göndərilməli və 

onun qərarını öyrənməli idi. Məktub xüsusi ciddi əhəmiyyət daşımazdısa, 

onda onun yalnız məzmunu Gürcüstan hakiminə çatdırılmalı idi. Bundan 

başqa  İbrahim xan fəaliyyəti barəsində yanında olan Gürcüstanın baş 

hakimin nümayəndəsi ilə  məsləhətləşməli və öz qərarları haqqında ona 

məlumat verməli idi. 

Müqavilənin 5-ci maddəsində  İbrahim xanla Rusiya imperiyası 

arasında qarşılıqlı münasibətlərin aydınlaşdırılması istiqamətində daha 

bir neçə  məsələyə öz münasibətlərini bəyan etdilər.  Əvvəlcə, Rusaiya 

imperatoru adından bəyan edildi ki, xanlığın əhalisi Rusiya imperiyasının 

əhalisindən fərqləndirilməyəcək və  bərabər hüquqa malik olacaqdır, 

İbrahim xanın və onun varislərinin xanlıq üzərindəki hakimiyyəti 

dəyişməz olaraq qalacaqdır; Qarabağ xanlığı daxilində idarəetmə  və 

hakimiyyət, məhkəmə  və divanxana işləri, xanlıq daxilində toplanan 

vergilər xana mənsub olacaqdır. Qarabağ xanının və ailəsinin təhlükəsiz-

liyinin qorunması adı altında  Şuşa qalasına 500 nəfərlik qoşun dəstəsi 

yeridilməli idi. Vəziyyət mürəkkəbləşdiyi halda Gürcüstanın baş 

hakiminə icazə verilirdi ki, həmin dəstəni gücləndirsin. 

Altinca maddədə  İbrahim xanın bəzi öhdəlikləri öz əksini tapmışdı: 

“Mən  Şuşalı  və Qarabağlı  İbrahim xan, mənim sadiq təbəəlik istəyimin 

əlaməti olaraq söz verirəm: 1) istər indi, istərsə də sonralar yuxarıda adı 

çəkilən qoşuna lazım olan buğda və darı yarmasını (Gürcüstan) baş 

hakiminin müəyyən etdiyi qiymətlə  tədarük edəcəyəm, çünki onların 

Yelizavetpoldan gətirilməsi ya çox çətindir, ya da tamamilə qeyri-

mümkündür; 2) qoşunların  Şuşa qalasında yerləşdirilməsi üçün qoşun 

rəisinin bəyəndiyi evləri ayıracaq və lazımi qədər odunla təmin edə-

cəyəm; 3) Şuşa qalasına Yelizavetpol tərəfdən yoxuşu sahmana salacaq 

və yolu arabaların gedişi üçün yararlı edəcəyəm; 4) hökumət  Şuşa 




Mehman Süleymanov 

 

56



qalasından Cavada kimi yolu qaydaya salmaq istəsə, onda bu iş üçün 

lazım olacaq işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə  mənə 

verilməlidir” (25). 

Müqavilənin 7-ci maddəsində qeyd olunurdu ki, Rusiya imperatoru 

Şuşa və Qarabağ xanı və onun varislərini böyük ehtiram əlaməti olaraq 

üzərində Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir. Bu bayraq 

xanlığın və xanlıq daxilində hakimiyyətin rəmzi sayılmaqla  İbrahim 

xanın yanında saxlanılmalı  və xan müharibəyə yollanarkən bayraq da 

onunla aparılmalı idi. 

Müqavilənin 8-ci maddəsində  İbrahim xanın  Rusiya dövlət 

qarşısında öz üzərinə götürdüyü öhdəliklər təsbit olunmuşdu. Baxmaya-

raq ki, İbrahim xan Qarabağ xanlığından gəlirlərdən istifadə etməkdə 

müstəqil idi, bununla belə  vəd edirdi ki, Rusiya imperatorluğunun 

Tiflisdə yerləşən xəzinəsinə ildə 8000 çervon vəsait ödəyəcəkdir. Bu 

vəsait il ərzində iki dəfə ödənməli idi. Birinci hissə fevralın 1-də, ikinci 

hissə isə sentyabrın 1-də ödənməli idi. İlk vəsait 4000 çervondan ibarət 

olmaqla Kürəkçay müqaviləsi imzalanandan dərhal sonra ödənməli idi. 

Bundan başqa İbrahim xan böyük oğlu Məhəmməd Həsən ağanın ikinci 

oğlu Şükürallahı girov kimi Tiflisə göndərməyi də boynuna götürürdü. 

9-cu maddədə deyilirdi ki, xanın Tiflisə göndərəcəyi girovun 

dolanması üçün Rusiya xəzinəsindən gündə 10 gümüş manat ayrı-

lacaqdır. 10-cu maddədə müqavilənin  əbədilik bağlandığı  və onun heç 

vaxt dəyişikliyə  uğramayacağı  təsbit olundu. Müqavilənin sonuncu 

maddəsində onun imzalandığı tarix göstərilir və bildirilirdi ki, bu 

müqavilə onun imzalanmasından sonrakı 6 ay ərzində Rusiya imperatoru 

tərəfindən təsdiq olunacaqdır. 

Beləliklə, İbrahim xanın imzaladığı Kürəkçay müqaviləsi ilə Qarabağ 

xanlığı Rusiyanın hakimiyyəti altına düşdü. Adı  çəkilən müqavilədə 

Qarabağ xanlığına müəyyən səlahiyyətlər nəzərdə tutulsa da, əslində 

xanlıq Rusiya sarayının idarəçiliyini qəbul etdi və  İrəvan xanlığı 

ətrafında aldığı  zərbədən sonra Sisianov çar sarayının böyük sevincinə 

səbəb olan bir müqaviləyə imza atmağa nail oldu. Heç bir silahlı 

müqavimətlə olmadan Qarabağ xanlığı kimi böyük bir xanlıq Rusiyanın 

cənginə keçdi. Rus generalı Sisianov Qarabağ xanlığının işğalını 

yuxarıda qeyd edildiyi kimi, Azərbaycana və fars dövlətinə açılan 

qapının  ələ keçirilməsi kimi qiymətləndirirdi. Onun fikrincə, Qarabağ 

eyni zamanda Gürcüstanı Bakıya da yaxınlaşdırırdı  və Gürcüstanla Ba-

kının əlaqələrinin qurulması üçün bu şəhəri 1806-cı ilin yay ayında işğal 

etməyi planlaşdırırdı. Sisianov onu da qeyd edirdi ki, Qarabağın işğal 

edilməsi Rusiyanın bölgə ilə ticarət  əlaqələrini də genişləndirə bilər. 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə