Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə25/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   21   22   23   24   25   26   27   28   ...   265

Gülüstan müqaviləsi 

 

57



Bütün bunları Rusiyaya çarına yazan Sisianov onun qarşısında  İbrahim 

xana general-leytenant rütbəsi verilməsi, qılıncla mükafatlandırılması və 

xan olmasını təsdiq edən fərman verilməsi haqqında vəsatət qaldırdı. Rus 

generalı eyni zamanda xanın oğlanları olan Məhəmməd Həsən ağaya və 

Mehdiqulu ağaya general-mayor rütbəsinin verilməsi haqqında çar 

qarşısında məsələ qaldırdı (26). 

17-ci yeger alayının mayoru Lisaneviç 1805-ci ilin fevralında 

Sisianovun məktubunu və Kürəkçay müqaviləsinin layihəsini  İbrahim 

xana aparandan sonra 2 ay müddətində Şuşa qalasında qalmalı olmuşdu. 

Mayor Lisaneviç Azərbyacan türkcəsini yaxşı bilirdi və ona görə onunla 

ünsiyyət qurmaq İbrahim xanın özü üçün də asan idi. Kürəkçay 

müqaviləsinin imzalanmasından sonra İbrahim xan Şuşa qalasına 

göndəriləcək rus qarnizonuna rəhbərliyin mayor Lisaneviçə 

tapşırılmasını xahiş etdi. General Sisianov Şuşa qalasına 500 nəfərlik bir 

rus dəstəsinin göndərilməsini planlaşdırırdı. Müqavilədə  nəzərdə 

tutulduğu kimi, bu rus dəstəsinin  ərzağı münasib qiymətlərlə xanlıq 

tərəfindən təmin edilməli idi. 

İbrahim xanın və onun oğlanlarının hərbi rütbələrə layiq görülməsi 

haqqında Sisianovun vəsatəti qəbul edildi və  təklif olunan rütbələrin 

verilməsi haqqında çar sərəncamı imzalandı. Bundan başqa, hərbi 

rütbəyə layiq görülən  şəxslər həmin  rütbəyə uyğun olan maaş almaq 

haqqı qazandılar (27). 

Kürəkçay müqaviləsinin imzalanmasına Sisianov çox böyük sevinc 

hissləri keçirsə də, bu müqavilənin uzun ömürlü olacağına heç də əmin  

deyildi. Xüsusilə, İbrahim xandan sonra xanlıq daxilində yarana biləcək 

vəziyyət general Sisianovun naigarançılığına səbəb olurdu. Çünki yaşı 

80-i ötmüş bu xanın dünyasını  dəyişəcəyi təqdirdə onun varislərinin 

hamısı Qarabağ xanlığı  uğrunda mübarizəyə qalxa bilərdilər. Bu 

varislərin Rusiyaya qarşı münasibəti isə heç də birmənalı deyildi. Ona 

görə  də onların Rusiya meylliliyini artırmaq üçün general Sisianov 

səxavətlilik göstərir, xanın övladlarına müxtəlif hədiyyələr bağışlayır və 

bu yolla onları  ələ almağa çalışırdı. Bu məqsədlə o mərkəzə  də çoxlu 

hədiyyə sifarişi verirdi (28).  

İbrahim xan Rusiya ilə müqavilə imzalanmasını Kürəkçay sahilində 

keçirdiyi bir neçə günlük məclislə qeyd etdi və görünür bununla o, rus 

hərbçilərində imzalanmış müqaviləyə  sədaqətli olacağı görüntüsü 

yaratmağa çalışırdı. Amma geri qayıtdıqdan sonra İbrahim xan heç də 

bütünlüklə Kürəkçay müqaviləsinə sadiq olmadığını nümayiş etdirdi. 

Sisianov yazdığı  məktubunda qeyd edirdi ki, İbrahim xan Rusiya 

təbəəliyini qəbul etsə  də onun sarayında və  ətrafında olan şəxslər 




Mehman Süleymanov 

 

58



içərisində Qacar sarayına meylli olanlar az deyildilər. Bundan başqa 

Kürəkçay müqaviləsində  İbrahim xanın nəvəsinin girov kimi Tiflisə 

göndərilməsi nəzərdə tutulsa da, İbrahim xan bu tələbə də əməl etməyə 

tələsmirdi. 1805-ci il iyun ayının 13-də  İbrahim xana yazdığı  mək-

tubunda Sisianov bu məsələyə toxunur və  İbrahim xandan tezliklə 

nəvəsini Tiflisə göndərməyi tələb edirdi (29). 

Sisianovla  İbrahim xanın sonrakı yazışmalarından da aydın görünür 

ki, Qarabağ xanı girov göndərilməsi barəsində Kürəkçay müqaviləsinin 

müvafiq maddəsinə əməl etmək fikrində deyildi və girov göndərilməsini 

hər vasitə ilə ləngidirdi. 

Sisianov isə Qarabağ xanlığını  nəzarət altına almaq üçün mayor 

Lisaneviçin rəhbərliyi altında çox da böyük olmayan bir qoşun dəstəsini 

xanlıq  ərazisinə göndərdi. Bu dəstə  əvvəlcə  Şuşa qalasının 10 

verstliyində olan Xanbağında yerləşdi, bir müddətdən sonra isə qala 

daxilinə gəldi (30). 

 

2. Qacar qoşunlarının Qarabağ üzərinə hücumu  

 

Kürəkçay müqaviləsini imzalamaqla İbrahim xanın Rusiya 



himayəsini qəbul etməsi Qacarlar sarayının sonsuz qəzəbinə səbəb oldu. 

Bu müqavilənin imzalanması Qarabağa və bütünlükdə  Şimali 

Azərbaycan xanlıqlarına olan şah iddialarına son qoyulması ola bilərdi. 

Qafqazın itirilməsi təhlükəsinin reallaşmaq üzrə olduğunu görən  şah 

sarayı daha qətiyyətli addımlar atmağı qərarlaşdırdı. 

Qacarlar sarayı  əslində heç vaxt Qafqazı yenidən  ələ keçirmək 

fikrindən  əl çəkməmişdi. Lakin qətiyyətli addımların atılmaması, saray 

bürokratiyasının  əhəmiyyətsiz məsələlər  ətrafında vaxt keçirməsi 

Qafqazın tədricən təsir sahəsindən çıxması və Rusiya işğalının Qafqazda 

genişlənməsi ilə  nəticələnirdi. Mövcud olan məlumatlara görə,  İbrahim 

xanın Rusiya meylliliyi güclənəndə Abbas Mirzə Azərbaycandan 

Tehrana gəldi və şah sarayında məsləhətləşmələr apardı. O, şaha və şah 

əyanlarına çatdırdı ki, təcili qoşun toplanıb rusların qarşısı alınmasa, on-

da rus qoşunları  nəinki bütün Azərbaycanı tutacaqlar, hətta Tehrana 

doğru da irəliləyə biləcəklər (31). 

 



Gülüstan müqaviləsi 

 

59



 

Fətəli şahın rus qoşunları ilə döyüş səhnəsi 

(Tarixdən məlumdur ki, Fətəli şah rus qoşunları ilə döyüşdə iştirak 

etməyib. Rəsm rəssam tərəfindən xəyali mövzu kimi işlənilmişdir) 

 



Mehman Süleymanov 

 

60



Fətəli özü də şah vəziyyətin ciddi olduğunu anlayırdı. Abbas Mirzə-

nin ixtiyarında isə elə böyük qüvvə yox idi ki, rus qoşunlarının qarşısını 

saxlaya bilsin. Ona görə  şah qoşun toplanmasına göstəriş verməklə 

bərabər, Abbas Mirzəyə də əlavə yardımlar göstərəcəyini bildirdi. Saray 

daxilində Abbas Mirzəyə qarşı  qısqanclıqdan doğan güclü müxalifət 

olmasına baxmayaraq, Fətəli şah onun fikirləri ilə razılaşdığını bildirdi və 

onu Cənubi Qafqaz uğrunda yeni döyüşlərə hazırlaşmaq üçün yenidən 

Təbrizə göndərdi. Bölgədə rus qoşunlarının mövcudluğuna son qoymaq 

üçün Fətəli şah böyük bir qoşunla Cənubi Qafqaza doğru hərəkət etməyi 

qərarlaşdırdı. Nəzərdə tutulmuşdu ki, Abbas Mirzə 50 minlik qoşun 

dəstəsi ilə rus qoşunları üzərinə hücuma başlasın, Fətəli şah isə 100 min 

nəfərlik qoşun dəstəsi ilə hücumu daha da genişləndirsin. Abbas Mirzə 

Tehrandan Təbrizə qayıdandan az sonra Fətəli  şah da böyük qoşun 

dəstəsi ilə Azərbaycana doğru hərəkətə başladı və bir neçə gündən sonra 

Soltaniyyə çəməninə yetişdi. Burada o, oğlu Əlixana, İsmayıl xan Dam-

ğaniyə  və  İsmayıl xan Qacara göstəriş verdi ki, öhdələrində olan 

dəstələrlə birlikdə Abbas Mirzənin qoşun dəstəsinə qoşulsunlar və onun 

dəstəsini daha da gücləndirsinlər (32). 

Yeni tarixi şəraitdə rus qoşunlarının Cənubi Qafqazda möh-

kəmlənməsi ilə  şah sarayı heç də barışmaq istəmirdi.  Əksinə,  İrəvan 

xanlığı  ərazisində aparılan döyüşlər Fətəli  şahda hətta Gəncənin də 

ruslardan geri alınması üçün müəyyən ümidlər yaratdı. Bunu Fətəli  şah 

onun qəbuluna gəlmiş kabardin hakimlərinə  də  bəyan etdi. Fətəli  şah 

bildirirdi ki, Abbas Mirzəni qoşun dəstəsi ilə Gəncə üzərinə göndərməyə, 

özü isə 1805-ci ilin avqust ayında Tiflis üzərinə hücum etməyə hazırlaşır. 

Fətəli şah və ona sığınmış olan gürcü şahzadəsi belə güman edirdilər ki,  

Quba xanı  Şeyxəli xanın və  Şamaxı xanı Mustafa xanın dəstəyi rus 

qoşunları üzərinə hücumu daha da uğurlu edəcəkdir (33). 

Kabardin hakimlərinə göndərdiyi məktubunda Fətəli  şah yaxın 

vaxtlar üçün öz planlarını bir daha açıqladı. Fətəli şahın sözlərinə görə, 

onun qoşunlarında 400 ədəd top da var idi. Fətəli  şah kabardin hakim-

lərinə yazırdı ki, bu hücum zamanı o, rusları  qıracaq, məhv edəcək və 

onları Gürcüstandan qovacaqdır. Sonra da Fətəli  şah Kabarda 

hakimlərindən tələb edirdi ki, Qacar qoşunlarının hücum xəbərini eşidən 

kimi onlar da öz silahlı  dəstələri ilə rusların üzərinə hücum etsinlər və 

Qacar qoşunlarına qoşulsunlar (34). 

Qarabağ üzərinə yürüşə başlamazdan  əvvəl Fətəli  şah  İbrahim xana 

bir daha məktub göndərdi və onu Rusiya ilə olan münasibətlərindən 

çəkindirməyə çalışdı. Fətəli  şah inandırmağa çalışırdı ki, rusların 

Qafqaza gəlişi uzunmüddətli ola bilməz və ona görə  də Rusiya 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə