Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə22/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   18   19   20   21   22   23   24   25   ...   265

Gülüstan müqaviləsi 

 

51



Xanlığın irsi olaraq qorunub saxlanacağı  vədi yaranmış qarışıq 

vəziyyətdə  İbrahim xanı razı salmaya bilməzdi. Çox güman ki, bu vəd 

İbrahim xanı Rusiya tərəfi ilə daha fəal danışıqlar aparmağa sövq etdi. 

Ona görə  də, 1805-ci il fevral ayının 6-da Şuşaya çatan Lisaneviçin 

gətirdiyi təkliflər maraqla qarşılandı.  

Təxminən bir həftədən sonra mayor Lisaneviç Şuşada İbrahim xanla 

görüşdü və imzalanması  nəzərdə tutulan traktatın layihəsi ona təqdim 

olundu. Mövcud olan məlumata görə, Lisaneviçlə görüşün sabahı günü, 

yəni fevralın 15-də yerli bəylərin toplantısı çağırıldı və xanlığın Rusiya 

himayəsini qəbul etməsi məsələsi bu toplantıda müzakirəyə  çıxarıldı. 

Qarabağ  bəyləri xanlığın Rusiya himayəsini qəbul etməsinə razı 

olmadılar. Bununla belə, İbrahim xan Rusiyanın himayəsini qəbul etmək 

ideyasından əl çəkmədi və fevral ayının 21-də öz qərarını Lisaneviçə də 

açıqladı.(16). 

Yaranmış  vəziyyətdə  İbrahim xan rus generalının irəli sürdüyü 

təklifləri qəbul etməli oldu. Bunu o öz məktubu vasitəsilə Sisianova da 

bəyan etdi. İbrahim xanın Rusiya təbəəliyini qəbul etməyə razılığını 

bildirən məktubunu 1805-ci il mart ayının ortalarında Qarabağ xanın 

nümayəndəsi olan Məhəmməd ağa ilə  İbrahim bəy və gürcü zadəganı 

Caroyev Sisianova çatdırdılar. Sisianovun isə ona yazdığı cavab 

məktubundan belə bir qənaətə gəlmək mümkündür ki, İbrahim xanın rus 

təbəəliyinin qəbul edilməsi ilə bağlı Sisianovun hazırladığı müqavilənin 

imzalanmasına da hazır idi. Amma İbrahim xan Gəncəyə deyil, Gəncə vi-

layətinin sərhədinə gəlməyə və müqaviləni də orada imzalamağa razı idi. 

Sisianov bu təklifi qəbul etdi. Lakin İbrahim xana bildirdi ki, Bakıya və 

Gilana dəniz ekspedisiyasının göndərilməsinə hazırlıq apardığı üçün 

müqavilənin imzalanmasını bir qədər təxirə salmaq lazımdır (17). 

Qacar sarayı    isə Qarabağa hücum cəhdi baş tutmayandan sonra öz 

niyyətindən heç də əl çəkmədi. Məsələnin birdəfəlik həllini Qacar sarayı 

Qarabağa daha güclü qoşun dəstəsinin çıxarılmasında gördü. Bu 

məqsədlə  dərhal qoşun toplanmasına da başlandı. Lakin qoşunların 

hərəkətə  gətirilməsindən  əvvəl Qacar sarayı  İbrahim xanın danışıqlar 

yolu ilə itaətə gətirilməsi üçün bir də cəhd göstərdi. Ona görə də Fətəli 

şah Qarabağa öz elçilərini göndərdi. Bu elçiliyə Kərim xan, Rəhim xan 

və Abdulla xan kimi nüfuzlu şəxslər daxil idi. Şah adından qiymətli hə-

diyyələr aparan elçilər Fətəli  şahın vədlərini də xana çatdırmalı idilər. 

Qarabağ xanlığını  nəzarət altında saxlamağa çalışan  şah vəd edirdi ki

Qacar hakimiyyəti tanındığı halda Qarabağ xanlığından  şah xəzinəsinə 

çatan bütün vəsaitlər  İbrahim xan bağışlanacaqdır. Fətəli  şah  İbrahim 

xanı yola gətirmək üçün hətta öz övladlarından ikisini onun yanına girov 




Mehman Süleymanov 

 

52



göndərməyə  də hazır olduğunu bildirirdi. İbrahim xan isə  əvəzində 

Əsgərandakı qalaları və Şuşa qalasının üç verstliyində olan səngərləri şah 

qoşunlarının ixtiyarına verməli idi. Həmin yerlərdə yerləşdirilmiş şah qo-

şunları rus qüvvələrinin Qarabağ xanlığına aparan yollarını  kəsməli idi. 

Xanlıq ərazisində yerləşən şah qoşunlarının xərclərini də Qacar sarayı öz 

üzərinə götürürdü (18). 

1805-ci ilin əvvəllərində Qarabağ xanlığında cərəyan edən hadisələri 

Qarabağnamə müəlliflərindən olan Mir Mehdi Xəzani bir qədər fərqli 

şəkildə  təsvir etmişdir. O, Qacar sarayı ilə  İbrahim xan arasında 

münasibətlərin kəskinləşməsinə bir qədər fərqli prizmadan yanaşmışdır. 

Onun fikrincə, yaşının çoxluğu üzündən xanın fəaliyyət çevikliyini itir-

məsi, xanın övladları arasında çəkişmələrin artması, xanla övladları 

arasında fikir yekdilliyinin olmaması bu ziddiyyətin  əmələ  gəlməsinin 

başlıca səbəbləri idi. Mir Mehdi Xəzaninin yazdığına görə, müəyyən 

dairələr xanla övladları arasında nifaq yaranmasına nail oldular. 

Xüsusilə, Məhəmməd Həsən ağanı müdafiə edən Cəbrayıllı tayfasının 

xana müti olmaqdan imtina etməsi, xanın digər övladlarının da Məhəm-

məd Həsən ağaya rəğbətlə yanaşmaları  İbrahim xanda müəyyən təşviş 

yaratdı. Belə olanda, Mir Mehdi Xəzaniyə görə,  İbrahim xan Qacar sa-

rayında olan Əbülfət ağanı məsləhət üçün yanına dəvət etdi. Fətəli şah bu 

xəbəri eşidəndə Əbülfət ağanın Qarabağa yollanmasına razı oldu və ona 

5 min nəfərlik qoşun dəstəsi də verdi. Çünki şah  İbrahim xanın rus 

qoşunları ilə əlaqə yaratmaq meylindən xəbər tutmuşdu və ehtimal edirdi 

ki, Əbülfət ağanın öz dəstəsi ilə Qarabağda möhkəmlənməklə rusların ora 

gəlişinin də qarşısını ala bilər. Şah həm də tapşırmışdı ki, İbrahim xanın 

narahatçılığına səbəb olan Məhəmməd Həsən xan və bir sıra bəylər 

tutulub Qacar sarayına göndərilsin. Guya bundan sonra, Əbülfət ağanın 

Qarabağda qalmalı və İbrahim xana öz yardımlarını göstərməli idi (19). 

Mir Mehri Xəzaninin əsərində olan məlumatlara görə, İbrahim xanın 

övladları  Məhəmməd Həsən ağa, Mehdiqulu ağa və Xanlar ağa öz ara-

larında birləşib  Əbülfət ağaya müqavimət göstərməyi qərarlaşdırdılar. 

Məlumdur ki. Əbülfət ağa  İbrahim xanın milliyyətcə erməni olan 

kəbinsiz övrətindən doğulmuşdu. Ona görə xanın adı  çəkilən övladları 

xanlığın Əbülfət ağanın nəzarəti altına düşməsinə razı olmaq istəmirdilər. 

İbrahim xan özü də  oğlanlarının mövqeyi ilə razılaşmalı oldu və eyni 

zamanda anladı ki, Fətəli şahın Qarabağa qoşun göndərməsi yalnız İbra-

him xana kömək etmək niyyətindən doğmur.  Şahın başlıca məqsədi 

xanlığı öz nəzarəti altına almaq idi. Ona görə İbrahim xan Əbülfət ağaya 

xəbər göndərdi ki, daha Qarabağa gəlməsin və geri qayıtsın. Əbülfət ağa 

isə artıq hərəkətə başlamışdı və şahın himayəsi ilə Qarabağı ələ keçirmək 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə