Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə30/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   26   27   28   29   30   31   32   33   ...   265

Mehman Süleymanov 

 

70



Abbas Mirzə qoşunlara istirahət vermədən dərhal Əsgəran istiqamətinə 

yollanmağı qərarlaşdırdı. İsmayıl bəy qoşun çərxçisi təyin edildi. Tanınmış 

sərkərdələr olan Pirqulu xan Qacar, Əli xan Qovanlı, Sadıq xan Əzadanlı atlı 

dəstələrin rəhbərləri təyin edildilər. Fərahani və Kəzzaz tüfəngdarları Hacı 

Allahverdi xan Qacarın rəhbərliyi altına verildilər. Qoşun dəstəsi yenidən 

qruplaşdırıldı  və Abbas Mirzə qoşunların mərkəzində mövqe tutdu. Axşam 

qürubuna üç saat qalmış Abbas Mirzənin qoşun dəstəsi Əsgəran yaxınlığına 

yetişdi (57). 

Əsgərana yaxınlaşmaqda olan rus dəstəsi polkovnik Karyaginin rəhbərliyi 

altında olan dəstə idi. Tərkibində 16-cı yeger alayının 400 döyüşçüsü və iki 

topu olan bu dəstə iyun ayının 21-də hərəkətə başladı və həmin ayın 24-də 

Əsgəran yaxınlığındakı  Şahbulaq çayına yetişdi. Elə burada da Karyaginin 

dəstəsi Abbas Mirzənin döyüşçüləri ilə üzbəüz gəldi və tərəflər arasında qanlı 

döyüş başladı. Rus mənbələrinə görə, şah qoşunları 3 min nəfərlik bir dəstə 

idi. Amma bu dəstənin sürətli hücumu Karyaginin dəstəsini uzun müddət 

müdafiə olunmağa məcbur etdi. Arada yaranan fürsətdən istifadə edərək rus 

dəstəsi axşama yaxın  Əsgərana yetişə bildi. Daha irəliləmək mümkün 

olmadığı üçün rus dəstəsi Qarağacı  məntəqəsindəki müsəlman qəbiristan-

lığında mövqe tutmalı oldu (58). 

Həmin qəbiristanlıq döyüş aparmaq tutmaq üçün elə də münasib bir yer 

deyildi. Çoxsaylı təchizat arabaları ilə qəbiristanlıq daxilindəki dar cığırlarla 

irəliləmək çətin idi. Amma Karyagin geri qayıdıb Şahbulaqda mövqe tutmağı 

da məqsədəuyğun saymadı. Şah qoşunlarının təhlükəsindən qorunmaq üçün 

ruslar arabalardan dövrə qurdular, onların ətrafında xəndək qazdılar, xəndək 

boyunca isə daşlar düzdülər. Toplar atəş  vəziyyətinə  gətirildi. Abbas Mirzə 

rusların bu müdafiə  tədbirlərindən heç də  çəkinmədi və öz tüfəngdarlarına 

müvafiq mövqelər tutmağı  əmr etdi. Fars mənbələrinə görə, Fətəli  şah 

oğlunun rəhbərliyi altında olan qoşun dəstəsinin ruslarla qarşılaşdığını eşitcək 

Damğani dəstəsini və öhdəsində 4 top olan Hüseynqulu xan Qacarı da Abbas 

Mirzənin köməyinə göndərdi. Bu qüvvələrin  Əsgəran  ətrafına yetişməsi 

Abbas Mirzənin zərbə qüvvəsini daha da gücləndirdi (59). 

Güclənmiş şah qüvvələri dərhal rusların müdafiə mövqelərinin üzərinə 

hücuma keçdilər və  tərəfələr arasında ciddi bir döyüş başladı. Bu döyüşlə 

rusların mövqelərini  ələ keçirmək mümkün olmasa da hər halda onların 

Şuşaya irəliləmək niyyətinin qarşısı alındı. Rus mənbələrinə görə, 

Karyaginin dəstəsindən 33 nəfər öldürüldü və 164 nəfər yaralandı. Atlar 

arasında da itkilər çox idi. Polkovnik Karyagin üç güllə yarası aldı, onun 

köməkçisi mayor Kotlyarevski isə ayağından yaralandı. Ona görə  də pol-

kovnik Karyagin Şuşa qalasına doğru irəliləmək imkanını  əldən  verdi 

(60). 



Gülüstan müqaviləsi 

 

71



 

 

 



 

Abbas Mirzə 

 

 



 

  



Mehman Süleymanov 

 

72



 Farsdilli  mənbələrdən biri həmin döyüşü təsvir edərkən yazır ki, 

Abbas Mirzə rus qoşun dəstəsinin yaxınlaşması  xəbərini eşidən kimi 

qoşunları Allahverdi xan Xəzinədara və Mehdiqulu xan Qovanlıya 

tapşırdı. Özü isə  İsmayıl xan Damğani, Pirqulu xan Şambayati,  Əlixan 

Qovanlı, Sadıq xan Əzadanlı, habelə  Fərahani, və  Kəzzazi atlıları  və 

piyadaları ilə Əsgərana tərəf yola düşdülər. Bu yürüşdə onu bir neçə top 

da müşayiət edirdi. Dəstə axşama yaxın Sisianovun göndərdiyi qüvvə-

lərlə rastlaşdı  və  dərhal da döyüşə girdi. Hava qaralana kimi tərəflər 

arasında döyüş davam etdi. Mənbə döyüşün ağır keçdiyini və Abbas Mir-

zənin bu döyüş zamanı xüsusi mərdanəlik nümayiş etdirdiyini xəbər 

verir. Hücum zamanı Sadıq xan Əzadanlı yaralandı, bir neçə dəstə başçısı 

isə dünyasını  dəyişdi. Döyüş kifayət qədər gərgin keçdiyi üçün Pirqulu 

xan Qacar şahın yanına çapar göndərdi və ondan kömək istədi. Rus 

qoşun dəstəsinin qəbiristanlıqda yerləşməsi, gecə ikən müdafiə  xətti 

boyunca rusların xəndək qazmaları faktı bu mənbədə  də  təsdiq olunur. 

İkinci gün səhər tezdən tərəflər arasında döyüş davam etdi. Həmin gün 

Kəzzazi və  Fərahani tüfəngdarları  ətraf yüksəkliklərdə mövqe tutdular, 

atlılar isə üç tərəfdən rus mövqeləri üstünə hücumu davam etdirdilər (61). 

Ümumən, bu döyüş zamanı polkovnik Karyaginin dəstəsi kifayət 

qədər ağır bir vəziyyətlə üzləşdi. Sisisnovun bu vəziyyətdən xəbər tutub-

tutmadığını söyləmək çətindir. Hər halda Sisianov bu ümiddə idi ki, pol-

kovnik Karyaginin ön dəstəsi çətin  şəraitlə üzləşəcəyi təqdirdə  İbrahim 

xan və mayor Lisaneviç onun köməyinə çata bilərdilər. 

Sisianovun ümid etməsinə baxmayaraq İbrahim xan polkovnik 

Karyaginə kömək göstərmədi. Rus generalı bundan da çox qəzəbləndi və 

iyunun 23-də  İbrahim xana göndərdiyi məktubunda öz qəzəbini açıq 

bəyan etdi. Sisianov İbrahim xana belə yazırdı: “...Siz istəyirsiniz ki, mən 

özüm qoşunla gəlim və sizin əvəzinizə farslarla döyüşüm? Siz isə öz 

tərəfinizdən Rusiya qoşunlarına azacıq da olsa kömək etməyəsiniz? Siz 

polkovnik Karyaginə heç bir kömək etmədiniz ki, o, mayor Lisaneviçlə 

görüşsün və Şuşa qalasına gəlsin” (62). 

İbrahim xan vəd etmişdi ki, Qarabağa göndərilən Karyaginin 

dəstəsinin azuqə  və  təchizat məsələlərinin həllinə  də kömək 

göstərəcəkdir. Sisianov artıq buna da inanmırdı və İbrahim xandan izahat 

istəyirdi.  İbrahim xan isə qalada üsyan qalxması ehtimalından 

ehtiyatlandığı üçün Karyaginin kömək göndərə bilmədiyini yazırdı  və 

əlavə olaraq yenidən Sisianovdan kömək göndərilməsini xahiş edirdi. 

Sisianov isə cavab məktubunda qəzəblə  İbrahim xandan soruşurdu ki, 

göndərdiyi dəstəyə kömək etmədiyi halda ona əlavə kömək göndərməyə 

arxayın ola bilərmi? 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə