Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə32/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   28   29   30   31   32   33   34   35   ...   265

Gülüstan müqaviləsi 

 

75



tələb edirdi. Bir neçə gündən sonra Sisianov ona öz cavabını göndərdi. 

Hərbi qüvvə ilə yardım etmək imkanı olmayan Sisianov polkovnik 

Karyagini ruhdan düşməməyə çağırır və tövsiyə edirdi ki, dəstə üzvlərinin 

psixoloji əhval-ruhiyyəsinin qaldırılmasına çalışsın. Sisianov bir daha onun 

nəzərinə çatdırırdı ki, Tiflisdən çağırılan qüvvələr yetişməyincə ona kömək 

göndərilməsi mümkün deyildir.  O vaxta kimi isə  çıxış yolunu İbrahim 

xanın göndərəcəyi  ərzaq yardımına bağlayırdı. Mayor Lisaneviçə yazdığı 

məktubunda isə Sisianov onu qorxaqlıqda, polkovnik Karyaginə kömək 

göstərməməkdə ittihamlandırırdı. Sisianov polkovnik Karyaginin köməyinə 

çatmaq üçün Kartaliniyadan 9-cu yeger alayının 6-cı bölüyünün və 

Sevastopol muşketyor alayının bir taborunun yetişməsini gözləyirdi. Amma 

onun mayor Lisaneviçə yazdığı  məktubundan aydın olur ki, general 

Sisianov adları  çəkilən hərbi qüvvələrin  Gəncəyə vaxtında yetişəcəyinə 

inanmırdı (67). 

Şah qüvvələrinin təzyiq və hücumları isə davam edirdi. Abbas Mirzə 

qarşısında dayanan rus dəstəsini məhv etməklə Qarabağın taleyini həll 

etmək, həm də Gəncəyə aparan yolu açmaq istəyirdi. İyun ayının sonlarında 

Abbas Mirzə bütün qüvvələrini səfərbərliyə alaraq rus mövqelərinə hücum 

təşkil etdi. Topların bu döyüşə cəlb edilməsi Abbas Mirzənin zərbə gücünü 

artırmaqla rus düşərgəsində itkilərin sayını çoxaltdı. Polkovnik Karyaginin 

öz mövqeyini qorumaq üçün böyük cəhdlər göstərməsi  şah qüvvələrinin 

qarşısını saxlasa da təhlükəli vəziyyəti sovuşdurmaq mümkün olmadı. 

Vəziyyət elə böhranlı hal aldı ki, bir sıra rus döyüşçüləri labüd ölümdən 

xilas olmaq üçün əsir düşməyi üstün tutdular. Bunun nəticəsi idi ki, ağır 

döyüşlərdən birinin gedişində poruçik Lisenko üç unter-zabit və 33 nəfər 

yegerlə birlikdə  şah qüvvələri tərəfinə keçdilər. Bu hadisə  şah qüvvələrini 

xeyli ruhlandırdı  və rus mövqeləri üzərinə  təzyiqlər daha da gücləndirildi. 

Həmin günün axşamı daha 20 rus döyüşçüsü  şah qüvvələri tərəfinə 

keçməklə rusların sıralarını bir qədər də seyrəltdilər (68). 

Polkovnik Karyaginin dayandığı mövqelərdə apardığı döyüşlərin hər 

hansı bir nəticə verməyəcəyini və  əksinə, ötən hər günün onları tamamilə 

məhv olmaq vəziyyətinə çatdıracağını gördüyü üçün Şahbulaq qalasına 

çəkilib onun qalın divarlarına sığınmağı qərara aldı. Bu qalanın ətrafında da 

şah dəstələri dayandığından rusların buraya çəkilməsi müəyyən çətinlikləri 

ortaya çıxardı. Lakin bu qalaya çəkilmək rusların məhv olmaqdan yeganə 

çıxış yolu olduğu üçün polkovnik Karyagin dəstəsini bu hücuma 

hazırlaşdırmağa başladı. Nəhayət iyun ayının 28-i gecəsi polkovnik 

Karyagin Şahbulaq (Tərnəküt) qalasına geri çəkilməyə müvəffəq oldu (69). 

 



Mehman Süleymanov 

 

76



 

 

Şahbulaq qalası 

 

Şahbulaq qalasına asanlıqla çatmaq üçün polkovnik Karyagin 



dəstəsinin təchizat parkını döyüş meydanında tərk etdi, şah qoşunlarından 

əldə etdiyi zənburəkləri isə yerə basdırdı. Yalnız dəstənin topları 

əsgərlərin özü tərəfindən nəql edilməyə başladı. Erməni bələdçilərin 

müşayiəti ilə dəstə gecə ikən mövqeyini tərk etdi və Şahbulağa üz tutdu. 

Bununla belə, Qacar qoşunlarında Karyaginin dəstəsinin öz mövqelərini 

tərk etməsi tezliklə aşkar olundu və həmin dəstənin təqib olunması qərara 

alındı. Səhər açılana yaxın Karyaginin dəstəsi Şahbulaq qalasına yetişdi 

(70) 


Mənbələrdə olan məlumatlar göstərir ki, ruslar Şahbulaq qalasına heç 

də asanlıqla daxil olmadılar. Onların təslim olmaq təklifinə qalanı 

müdafiə edən şah qüvvələri rədd cavabı verəndə tərəflər arasında döyüş 

başladı. Rus toplarının sərrast atəşlərinin qala darvazasını dağıtması şah 

döyüşçülərini çaş-baş saldı  və onlar qaçıb-dağılmağa üz tutdular. 

Buradakı  dəstənin rəhbərlərindən biri olan Əmiraslan adlı  sərkərdə isə 

qala divarlarından yıxılıb dünyasını dəyişdi (71). 

Əsgəran ətrafında döyüşün keçirildiyi günlərdə polkovnik Karyaginin 

ixtiyarında 400 nəfərlik dəstədən 90 nəfər öldürüldü, 167 nəfər yaralandı 

və 54 nəfər isə əsir düşməyi üstün tutdu. Polkovnik Karyagin və mayor 

Kotlyarevski bir neçə güllə yarası aldılar. Böyük itkilərə məruz qalmış bu 

dəstənin Şahbulaq qalasına yetişməsi yerli ermənilərin bələdçiliyi ilə baş 

tutdu. Qalaya yetişəndən sonra isə ermənilər dəstənin  ərzaqla təmin 

edilməsi işində öz səylərini əsirgəmədilər. Erməni bələdçi gecə ikən qala 




Gülüstan müqaviləsi 

 

77



ətrafından mühasirəni adlamağa müvəffəq olaraq Kasapet kəndinə çatdı. 

Burada  ərzaq tədarükü etməklə  bərabər, dəstənin vəziyyəti haqqında 

general Sisianova da məlumat göndərdi. Yerli ermənilərin köməyi ilə 

polkovnik Karyaginin dəstəsinin  ərzaqla təmin edilməsi o biri günlərdə 

də davam etdirildi (72). 

Şahbulaq qalasına sığınmaları rusları heç də onları izləyən təhlükədən 

xilas etmədi. Pirqulu xan Qacarın rəhbərliyi altında olan dəstə Şahbulaq 

qalasını mühasirə etdi. Farsdilli mənbələrə görə, polkovnik Karyagin 

təhlükə  məngənəsini qıra bilmədiyini görəndə qarşı  tərəfə  məktub 

göndərdi və ona üç gün möhlət verilməsini xahiş etdi. Abbas Mirzə 

mərhəmətlilik nümayiş etdirərək bu xahişi qəbul etdi və qala üzərinə 

hücumun dayandırılmasına göstəriş verdi. Məlumata görə, polkovnik 

Karyagin bu fürsətdən bəhrələnərək verilən möhlətin üçüncü günü 

Şahbulaq qalasından da dəstəsi ilə birlikdə xəlvətcə qaçdı. Şah qüvvələri 

bundan xəbər tutdular və  dəstənin təqibinə başladılar. Ruslardan ələ 

keçənlər qılıncdan keçirildilər. Bununla belə, polkovnik Karyagin 

Cermuq dağına yetişib orada özünə və adamlarına sığınacaq tapdı (73). 

Qarabağnamə müəllifləri də bu hadisəni oxşar  şəkildə  təsvir edirlər. 

Daha müfəssəl məlumata malik olan M.M.Xəzaninin yazdıqlarına görə, 

Abbas Mirzə polkovnik Karyaginin dəstəsini təqib edərək  Şahbulaq 

qalasını mühasirəyə aldı. Şah qüvvələrinə yaxşı məlum idi ki, polkovnik 

Karyagin mayor Kotlyarevski və dəstənin döyüşçülərinin çoxu yaralıdır, 

ərzaq qıtlığı da dəstəni  əldən salıb və belə bir vaxtda dəstənin 

müqaviməti uzun sürə bilməz. Ona görə  də, Abbas Mirzə polkovnik 

Karyaginə  təslim olmaq barədə  təklif göndərdi. Abbas Mirzə 

məktubunda ruslara təslim olmağı, Qacar qoşunlarında xidməti davam 

etdirməyi təklif edirdi. Bunun əvəzində, Abbas Mirzə hərbçilərə yüksək 

maaş və mükafatlar vəd edirdi. Polkovnik Karyagin Abbas Mirzəyə xə-

bər göndərdi ki, onun sualına özü cavab verə bilməz və bu cavabı 

Sisianovdan almaq lazımdır. Polkovnik Karyagin bildirdi ki, əgər Abbas 

Mirzənin adamları toxunmasalar general Sisianova məktub göndərər və 

ondan aldığı cavabı da Abbas Mirzəyə yetirər. Abbas Mirzə bu təkliflə 

razılaşdı  və polkovnik Karyaginin çaparlarının rahat gedib-qayıtması 

üçün 4 günlük atəşkəs elan edildi. Bundan sonra polkovnik Karyagin 

Abbas Mirzənin məktubunu və öz məktubunu general Sisianova göndərdi 

(74). 


5 iyul 1805-ci il tarixində yazılmış məktubunda polkovnik Karyagin 

Sisianovun diqqətini bir daha dəstənin ağır vəziyyətinə yönəltdi.  

Polkovnik Karyagin general Sisianovdan təkidlə xahiş edirdi ki, özünü 

tezliklə ona çatdırsın.  Əldə olunmuş  məlumatlara  əsasən, Fətəli  şah da 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə