Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə29/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   25   26   27   28   29   30   31   32   ...   265

Gülüstan müqaviləsi 

 

67



koxalarını  şahpərəst mövqe tutmağa meylləndirirdi. Nəticədə bir sıra 

məliklər və erməni koxaları Abbas Mirzənin qərargahına gələrək 

hədiyyələr alır və  şaha sədaqət nümayiş etdirməklə öz maraqlarını 

qorumağa  çalışırdılar (51). 

Qarabağ  əhalisi arasında ruslara və  İbrahim xana qarşı  təbliğat 

aparılmasını farsdilli mənbələr də  təsdiq edirlər (52). Əbülfət ağa yerli 

erməniləri  şaha tərəf çəkməyə çalışmaqla  İbrahim xanı da zəiflətmək 

istəyirdi. Ermənilərin belə üzüdönüklüyü isə Sisianovun özünü də 

təəccübə salmışdı. Rus qoşunlarının bölgəyə gəlməsi üçün hay-küy salan, 

Rusiya sarayı ilə əlaqələr yaratmaq istəyən ermənilərin bölgədə olan rus 

qüvvələrini və ya Rusiya himayəsini qəbul etmiş İbrahim xanı deyil, şah 

qüvvələrini müdafiə etməsi rus qüvvələrinin ağır olan vəziyyətini daha da 

ağırlaşdıra bilərdi. Bunun qarşısını almaq üçün Sisianov Qarabağ 

ermənilərinə müraciət etdi, onları  şah meylli mövqedən çəkindirməyə 

çalışdı: “Yəni siz indiyə kimi igidliyi ilə seçilən Qarabağ erməniləri sizin 

nüfuzlu Qarabağ xanınız Rusiya imperiyasının daimi təbəəliyini qəbul 

etdikdən sonra dəyişmişsiniz? Siz indi imperator qüvvələrinin qüdrətinə 

arxalanaraq daha da cəsur olmalı idiniz. Amma siz arvad xasiyyətli 

olmuşsunuz, yalnız ticarətlə  məşğul olan ermənilərin tayına 

çevrilmişsiniz ” (53). 

Müraciətinin sonunda Sisianov bir daha Qarabağ ermənilərini 

ayılmağa, əvvəlki görkəmlərini almağa və şah qüvvələrinə qarşı çıxmağa 

səsləyirdi. Ermənilərin belə üzüdönüklüyü rus qüvvələrinin təchizatında 

da müəyyən problemlər yarada bilərdi ki, bu da Sisianov üçün 

arzuolunmaz idi. 

 Yuxarıda qeyd edildiyi kimi, iyunun 9-da baş verən ilk döyüşün 

nəticələrinə görə, Sisianov Qarabağ xanından da narazı qaldı və bunu ona 

göndərdiyi məktubunda da açıqladı. Bu narazılıq ondan ibarət idi ki

həmin döyüşdə Qarabağ xanlığından azsaylı bir dəstə  iştirak edirdi. 

Sisianov ümid edirdi ki, Rusiya himayəsini qəbul etməklə  İbrahim xan 

xanlığın bütün gücünü Rusiya maraqlarının qorunmasına səfərbər 

edəcəkdir. Əslində isə belə olmadı. Sisianov şübhə etmirdi ki,  igidliyi ilə 

ad çıxarmış Qarabağ atlıları toplaşdığı halda rus qüvvələrinin köməyi ilə 

şah qoşunlarının qarşısını etibarlı şəkildə almaq mümkün idi. Sisianovun 

fikrincə, Qarabağ atlılarının toplanmamasının başqa bir səbəbi var idi ki, 

o da İbrahim xanın hələ  də  şah sarayı ilə münasibətlərini kəsməmişdi. 

Rus generalının fikrincə,  İbrahim xan hələ  də  həm Rusiya, həm də  şah 

sarayı ilə müəyyən münasibətlər saxlanmasına çalışmaqla ikibaşlı siyasət 

yeridirdi. Bölgədə kifayət qədər hərbi qüvvəyə malik olmayan Sisianovu 

isə belə bir mövqe təmin etmirdi. Ona görə  də Sisianov tələb edirdi ki, 




Mehman Süleymanov 

 

68



Qarabağ xanı  İrəvan xanı kimi ikibaşlı mövqe tutub ruslardan şah 

qüvvələrinə qarşı,  şah sarayından isə ruslara qarşı kömək istəməsin, 

İbrahim xan Rusiya sarayına sədaqətli olmasını  nəhayət ki, sübuta 

yetirsin (54). 

Bununla belə, Sisianov vəziyyətin ciddi olduğunu da anlayırdı. 

Yenicə Rusiya himayəsi altına alınan Qarabağ xanlığının qorunmasına 

nail olmaq üçün o, polkovnik Karyaginin rəhbərliyi altında bir yeger 

taborunu Qarabağa göndərdi. Bu tabor Lisaneviçin dəstəsi ilə birləşərək 

şah qoşunlarının hücumunun qarşısını almalı  və Qarabağın rus nəzarəti 

altında qalmasını təmin etməli idi. Amma Sisianov bu qüvvələrin də şah 

qoşunlarının qarşısının alınması üçün yetərli olmayacağını görürdü. Ona 

görə  nəzərdə tutulmuşdu ki, özü də Qarabağa göndərdiyi dəstələrin 

köməyinə hazırlaşsın və vəziyyət mürəkkəbləşəcəyi halda Tiflis alayının 

iki taboru ilə birlikdə Qarabağa yollansın (55). 

Sisianov bu barədə  İbrahim xana da məlumat çatdırdı  və onun 

qarşısında məsələ qaldırdı ki, heç olmasa İbrahim xan polkovnik 

Karyaginin dəstəsinin Qarabağa yetişməsinə  və mayor Lisaneviçin 

dəstəsi ilə birləşməsinə lazımi kömək göstərsin (56). 

 

3. Əsgəran döyüşü 

 

Rus qoşunlarının baş komandanı general Sisianovun Qarabağda 



cərəyan edən hadisələrlə bağlı apardığı yazışmalarından belə bir qənaətə 

gəlmək mümkündür ki, İbrahim xan siyasi manevr etməklə Rusiya 

qüvvələri ilə şah qüvvələrinin üz-üzə gəlməsində və onların ağır döyüşlərə 

girərək zəifləməsində maraqlı idi. Əslində, İbrahim xan tərəfindən belə bir 

siyasət yeridildiyini istisna etmək olmaz. Çünki əvvəldən də məlum idi ki, 

İbrahim xanın başlıca məqsədi məhz xanlığın müstəqilliyinin qorunması, 

onun işğalına və ya hər hansı bir dövlətin himayəsi altına düşməsinə yol 

verməmək idi. 

Sisianov kimi şah sarayı da İbrahim xanı öz tərəfinə  çəkməyə  hələ  də 

ümidini kəsməmişdi. Bunun nəticəsi idi ki, Ağoğlanda olan Pirqulu xan 

İbrahim xana məktub göndərdi və onu şah himayəsini qəbul etməyə çağırdı. 

Bir neçə gün gözləsə  də Pirqulu xan təkliflərinə  İbrahim xandan cavab 

almadı.  İbrahim xanın Sisianovla yazışmalarından aydın olur ki,  Pirqulu 

xandan aldığı  məktubu  İbrahim xan mayor Lisaneviçə  təqdim etmiş, o da 

həmin məktubu Sisianova göndərmişdi. Bununla İbrahim xan bir daha 

Qacar sarayının təkliflərini qəbul etmədiyini Sisianova nümayiş etdirdi. 

Həmin günlərdə Abbas Mirzə də öz ətrafı ilə birlikdə Ağoğlana gəlib çıxdı. 

Onun yetişməsindən sonra Pirqulu xan İbrahim xana daha bir məktub 




Gülüstan müqaviləsi 

 

69



göndərdi. Pirqulu xanın yazdıqlarından belə aydın olur ki, Abbas Mirzə 

dərhal Qarabağ xanlığı  dəstələrinin və rus qüvvələrinin üzərinə hücum 

etmək istəyirmiş. Pirqulu xan isə ona İbrahim xana göndərdiyi ilk təkliflərə 

cavab verməsini gözləməyi təklif edibmiş. Pirqulu xan ikinci məktubda 

yazırdı ki, Fətəli  şah özü də böyük saylı qoşun dəstəsi və çoxlu toplarla 

Qaradağın  Əhər qəsəbəsindən hərəkətə başlayıb və bir neçə gündən sonra 

Xudafərin körpüsünə çatacaqdır. O, Fətəli şahla Abbas Mirzənin birləşmiş 

qoşunlarının qarşısında isə duruş  gətirmək mümkün olmayacağını yazırdı. 

Pirqulu xan bir daha İbrahim xana təklif edirdi ki, Fətəli  şahın və Abbas 

Mirzənin görüşünə gəlsin və şah hakimiyyətini qəbul etdiyini bildirsin, ya da 

elə bir yer seçsin ki, özü oraya İbrahim xanın görüşünə  gəlsin.  Şah 

sərkərdəsi vəd edirdi ki, bununla İbrahim xanın bütün istəklərinə  əməl 

olunacaqdır. Pirqulu xan hətta  İbrahim xanın nümayəndəsinin də  şah 

düşərgəsinə göndərilməsinə razı idi. O, İbrahim xanı əmin etmək istəyirdi ki, 

şah himayəsindən uzaqlaşmaq cəhdlərinə görə də qorxmasın. Onun fikrincə

İbrahim xan da İrəvan xanı  Məhəmməd xan kimi hərəkət etməli və  Şuşa 

qalasının qapılarını şah qoşunlarının üzünə açmalıdır (56a). 

İbrahim xanın yazdığı  məktubdan aydın olur ki, o, Pirqulu xanın 

məktubunu gətirən elçiləri, habelə qala daxilində etibarsız saydığı  bəzi 

xanları həbs edib Lisaneviçə təhvil verdi. Bunları yazmaqla İbrahim xan bir 

daha Rusiyaya sədaqət nümayiş etdirdiyini göstərir və nəvəsini girov kimi 

Tiflisə göndərmədiyi üçün Sisianovu ondan şübhələnməməyə çağırırdı. 

Başqa sözlə, İbrahim xan bildirmək istəyirdi ki, nəvəsini Tiflisə göndərmə-

məsi hələ onun Rusiyaya olan qeyri-sədaqətsizliyi kimi yozulmamalıdır. 

İbrahim xanın yazdıığına görə o, Rusiya sarayına biganə olsaydı onda şah 

qüvvələrinin elçilərini qorxmadan həbs edib Rusiya tərəfinə təhvil verməzdi. 

Bütünlükdə isə,  İbrahim xan nəvəsinin hələ  də Tiflisə göndərilməməsini 

Əsgərandan keçən yolun təhlükəli olması ilə əlaqələndirirdi. 

Şuşa  ətrafında isə  vəziyyət təhlükəli olaraq qalırdı.  İbrahim xana 

göndərilən təkliflərə cavab alınmayanda Abbas Mirzə Şuşa üzərinə hücum 

etməyi qərara aldı. O, Nəcəfqulu xan Gorus adlı  sərkərdəsini bir dəstə ilə 

Ağoğlandakı düşərgəsinin mühafizəsində saxladı  və özü isə  Şuşaya doğru 

hərəkətə başladı.  Şuşa yaxınlığında Abbas Mirzə Qarabağa  əlavə kömək 

kimi göndərilən rus dəstəsinin  Əsgərana yaxınlaşması  xəbərini aldı  və 

dərhal da həmin qüvvənin qarşısının alınması üçün göstəriş verdi. Abbas 

Mirzə üçün aydın idi ki, həmin dəstə Şuşaya yaxınlaşacağı təqdirdə şah 

qoşunları mühasirəyə düşə bilərdi.  Əksinə,  Əsgərana yaxınlaşan dəstə 

məhv ediləcəyi təqdirdə  Şuşa daxilində olan qüvvələr həm canlı 

yardımdan, həm də ərzaq və təchizatdan məhrum ola bilərdilər. Bu da Şuşa 

qalasının süqutunu yaxınlaşdıra bilərdi. 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə