Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə37/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   33   34   35   36   37   38   39   40   ...   265

Gülüstan müqaviləsi 

 

87



aparılmış xeyli sayda heyvan geri qaytarıldı. Sisianov bu xəbərdən çox 

sevindi və ümid etdi ki, bu uğur daha çox adamım Cəfərqulu bəyin ətra-

fında birləşməsinə  və onun Qarabağ xanı üçün daha real namizədə 

çevrilməsinə səbəb olacaqdır (94). 

 

 

4. İbrahim xanın qətli  



 

Rusiya general və zabitlərinin ümidlərinin  əksinə olaraq Kürəkçay 

müqaviləsi imzalanandan sonra Qarabağda Rusiyameylli mövqe heç də 

tam aydınlığı ilə özünü göstərmədi. Bir tərəfdən Rusiya hakimiyyətinin 

dayağı ola biləcək kifayət qədər hərbi qüvvə Qarabağda yox idi. Digər 

tərəfdən də  İbrahim xanın siyasətində  və Qarabağ  əhalisinin  əhval-

ruhiyyəsində Rusiyapərəstlik özünün elə də aydın ifadəsini tapmırdı. Bu 

da Rusiya canişinlərini heç də qane etmirdi. Xüsusilə, Məhəmməd Həsən 

ağanın ölümü rus zabitlərinin təşvişini bir qədər də artırdı. Çünki onun 

ölümü, Mehdiqulu ağanın isə Sisianovun dəstəsində olması Qarabağ 

xanlığının idarəçiliyində bir boşluq yaratdı. Bu dövrdə  İbrahim xanın 

xanlığa iddialı olan və Abbas Mirzə düşərgəsində güzəran keçirən oğlu 

Əbülfət ağanın Qarabağa olan talançı yürüşləri artdı, yerli bəylər arasında 

ona rəğbət bəsləyənlərin sırası genişləndi. Xəstə günlərini keçirən 

İbrahim xanın bir çox hadisələrə müşahidəçi mövqeyində olması 

şahmeylli qüvvələrin fəallaşmasını daha da artırdı. 

İbrahim xanın  əmisi oğlu Mirzəli bəy yaranmış qarışıq vəziyyətdən 

istifadə edərək Gəncədə girovluqda olan oğlu Behbut bəyi oradan 

oğurlatdı  və onlar hər ikisi Əblüfət ağanın yanına qaçdılar. Bu da 

Sisianovla  İbrahim xan arasında olan münasibətlərin daha da 

soyuqlaşmasına səbəb oldu. Mirzəli bəy isə  ətrafında 300 atlı olan 

Əbülfət ağanın Qarabağ xanlığı ərazisində talanlar etməsinə əlavə dəstək 

oldu. Belə  əməlləri ilə  Əbülfət ağa yerli əhalini  İbrahim xandan narazı 

salmağa və əhalinin şaha olan meylini gücləndirməyə çalışırdı. Mövcud 

olan məlumatlara görə, bu dövrdə Abbas Mirzə  də  Təbrizdə 

möhkəmlənməyə və Azərbaycan xanlıqları üzərinə yeni yürüş keçirməyə 

hazırlaşırdı. 

Mirzəli bəyin oğlu Behbud bəyi Gəncədə rus girovluğundan 

qaçırması Sisianovu kifayət qədər təşvişə saldı. O da mayor Lisaneviçin 

ona yazdıqları ilə razılaşaraq xanlıq daxilində antirus mövqelərinin və ab-

havasının güclənməsini  İbrahim xanın idarəçiliyinin zəifləməsi ilə 

əlaqələndirirdi. Eyni zamanda belə bir hadisənin baş verməsinə görə 

Sisianov mayor Lisaneviçi də ittihamlandırırdı. Sisianova görə, mayor 



Mehman Süleymanov 

 

88



Lisaneviç azərbaycanlı  əhaliyə qarşı yumşaqlıq nümayiş etdirir və öz 

qətiyyətini göstərmirdi. Onun sözlərinə görə, Lisaneviçə buraxılan pulla 

o, azərbaycanlı ağalar arasında casus tapa və onun vasitəsilə baş verəcək 

hadisədən vaxtında xəbər tuta bilərdi. Ona görə Sisianov mayor 

Lisaneviçin Qarabağa göndərilməsi ilə bağlı qəbul etdiyi qərarında səhv 

etdiyini bildirirdi. Baş vermiş hadisənin aradan qaldırılması üçün 

Sisianov mayor Lisaneviçdən tələb etdi ki, Mirzəli bəylə  Fəzləli bəyin 

tapılması üçün lazımi işlər görülsün, lazım olarsa bunun üçün müəyyən 

maliyyə  vəsaitləri istifadə edilsin və necə olursa-olsun verilən tapşırıq 

yerinə yetirilsin.  Əks təqdirdə Sisianov onu hərbi tribunala verəcəyi ilə 

hədələdi.  (95). 

General Sisianov baş vermiş hadisə ilə bağlı İbrahim xana da məktub 

yazdı və onu da zəif idarəçilikdə günahlandırdı. O, İbrahim xana çatdırdı 

ki, indiki şəraitdə rus qoşunları  tərkibində    xidmət edən  İbrahim xanın 

oğlu Mehdiqulu ağanın  Şuşaya qayıtmasını  və onun xanlıqdakı 

satqınların cəzalandırılması ilə  məşğul olmasını  məqsədəuyğun sayır 

(96). 

Yanvar ayının 9-da Sisianov geri qayıtmasını  qərara aldığı 



Mehdiqulu ağaya məktub yazdı. Rus generalı Behbud bəyin Gəncədən 

qaçırılması  xəbərini ona çatdırmaqla belə bir hadisənin baş verməsini 

atası  İbrahim xanın qocalığı  və idarəçiliyi ciddi nəzarət altında saxlaya 

bilməməsi ilə  əlaqələndirirdi. Sisianov qeyd edirdi ki, atasına kömək 

göstərməsi məqsədilə onun Şuşaya qayıtmasını lazım bilir. Rusiya 

qoşunları komandanı Mehdiqulu ağadan tələb edirdi ki, Mirzəli bəy və 

Fəzli bəy kimi antirus mövqeli şəxsləri tapsın və onları ciddi 

cəzalandırsın. Sisianov eyni zamanda xəbərdar edirdi ki, əgər Mehdiqulu 

ağa xanlıq  ərazisində Rusiya mövqelərini qorumasa, onda Rusiya 

imperatoru qarşısında günahkar sayılacaq və ona ağır cəzalar veriləcəkdir 

(97).  

Qarabağnamə müəlliflərinin fikrincə, Mehdiqulu ağa  Şuşa qalasına 



yetişəndən sonra antirus mövqedə olanların qarşısının alınması ilə 

məşğul oldu (98). Bunun neçə  həyata keçirilməsi və hansı  tədbirlərin 

görülməsi haqqında isə müəlliflər yazmırlar. Hər halda müəlliflər 

Mehdiqulu ağanın atasına qarşı müxalifət təşkil etməsi haqqında 

məlumat vermirlər. 

Eyni zamanda xanlıq  ərazisində  şah mövqelərinin təmsilçisi olan 

Əbülfət ağaya qarşı da ciddi bir tədbir həyata keçirilməsi haqqında 

məlumat mövcud deyil. İbrahim xan isə  hər hansı  tərəfə qarşı  əsaslı 

münasibət nümayiş etdirmirdi. Şuşada rus qoşun dəstəsinin yerləşməsi 

onu rusmeylli kimi təqdim etməyə  əsas versə  də,  şah qüvvələrinə qarşı 




Gülüstan müqaviləsi 

 

89



heç də kəskin münasibət göstərmirdi. Çox güman ki, o, yenə də əvvəlki 

siyasətini davam etdirməklə,  şah qüvvələri ilə rus qüvvələrini üz-üzə 

qoymaqla hər iki tərəfin zəifləməsini istəyirdi. 

1806-cl ilin fevralında Bakı xanı ilə danışıqlar apararkən Sisianov 

qətlə yetirildi. Bu hadisə İbrahim xanı bir qədər təşvişə saldı. Ola bilsin 

ki, o, şah qüvvələrinin bu fürsətdən istifadə edərək böyük qüvvələrlə 

Qarabağ xanlığı üzərinə hücuma keçəcəyindən ehtiyat edirdi. Ona görə 

İbrahim xan öz adamlarını Qafqazdakı rus qoşunlarına müvəqqəti 

komandanlığı öz üzərinə götürmüş general Nesvetayevin yanına göndərdi 

və generaldan qarşılıqlı münasibətlərin davam etdiriləcəyinə bir əminlik 

aldı (99). 

Qeyd etmək lazımdır ki, bu barədə  xəbər verən Qarabağnamələr 

Rusiyanın Qafqazdakı hökmranlığı dövründə yazıldığından həmin 

mənbələrdə Rusiyaya qarşı  kəskin münasibət bildirilməsinə yol 

verilməmişdir. Ona görə bu əsərlərdə  İbrahim xanın Rusiya istilasına 

qarşı aydın mövqeyi də  işıqlandırılmamışdır. Rus tarixçilərinin 

qabartmağa çalışdığı məqamlara görə isə İbrahim xan Rusiya himayəsinə 

sədaqətli olan bir şəxs deyildi və bunu onun əməllərində  də görmək 

mümkün idi. Məsələn, elə Sisianovun vaxtında olduğu kimi, onun 

qətlindən sonra da İbrahim xan xanlıq ərazisində olan rus qoşun dəstəsi 

üçün yem və azuqə verməkdən imtina etdi. Şuşa qalasından rus qoşun 

dəstəsinin komandiri mayor Lisaneviç düşdüyü çətin vəziyyətin aradan 

qaldırılması üçün dəfələrlə  İbrahim xana müraciət etsə  də, o, məhsul 

sahələrinin  şah qoşunları  tərəfindən yandırılıb məhv edildiyini bəhanə 

gətirərək rus dəstəsinin təchizatına heç bir yardım göstərmədi. Rus 

hərbçiləri tərəfindən  İbrahim xana onun imzaladığı Kürəkçay 

müqaviləsinin şərtlərinin xatırlanması da heç bir nəticə vermədi. Əksinə, 

rus zabitinin davranışı  İbrahim xan tərəfindən xanlıq işlərinə müdaxilə 

kimi qiymətləndirilirdi (100). 

Rus zabitləri  İbrahim xanı imzaladığı Kürəkçay müqaviləsinin 

şərtlərinə əməl etməməkdə günahlandırdığı halda, heç Rusiya tərəfi özü 

də bu müqavilənin  şərtlərinə  əməl etmirdi. Rusiya tərəfi  İbrahim xanın 

hakimiyyətinin təhlükəsizliyinə  zəmanət versə  də, xanlığın  şah 

qoşunlarından müdafiə olunması üçün lazımi işlər görülmürdü. Araz 

yaxınlıqlarında düşərgə salmış  və sayı on minlərlə hesablanan şah 

qüvvələrinə qarşı Qarabağ xanlığı ərazisinə yuxarıda qeyd edildiyi kimi, 

mayor Lisaneviçin rəhbərliyi altında kiçik bir dəstə göndərilmişdi. Bu 

dəstənin də  vəzifəsi xanlığın müdafiəsi deyil, Şuşa qalasının, habelə 

İbrahim xanın fəaliyyətinin nəzarət altında saxlanması idi. Əslində, Qa-

rabağ xanlığı  əvvəllər olduğu kimi şah qoşunları qarşısında yenə  də 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə