Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə39/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   35   36   37   38   39   40   41   42   ...   265

Mehman Süleymanov 

 

92



 

 

 



 

 

Q.İ.Lisaneviç general-leytenant rütbəsində. Rəs. C.Dou 

 

 

 



 

 



Gülüstan müqaviləsi 

 

93



Səbəbinə toxunmadan İbrahim xanın Şuşa qalasını tərk etməsi mayor 

Lisaneviçin yaxınlaşan təhlükə qarşısında  İbrahim xanın da yardım-

larından məhrum olması demək idi. Bundan başqa  İbrahim xanın  Şuşa 

qalasını tərk etməsi Şuşa əhalisində onsuz da ruslara qarşı mövcud olan 

barışmazlıq əhval-ruhiyyəsini daha da gücləndirə bilərdi.  İbrahim xanın 

qaladan kənarda olmasını mayor Lisaneviç özü üçün təhlükə sayırdı  və 

bu təhlükənin sovuşdurulması üçün o öz rəhbərləri ilə məsləhətləşmədən 

İbrahim xanın aradan götürülməsini və bununla da xanlığın daxilində 

antirus əhval-ruhiyyəsinin qarşısının alınmasını qərarlaşdırdı. 

N.Dubrovin hadisələrin sonrakı gedişini belə  təsvir edirdi: 1806-cı 

ilin may ayında  şah qüvvələri  Ərdəbilə toplaşıb oradan Naxçıvan və 

İrəvan istiqamətində hərəkət etmək niyyətində idilər. Bir qoşun dəstəsi də 

Qarabağ istiqamətində hərəkət etməli idi. Bu istiqamətdə isə çoxsaylı şah 

qüvvələrinin qarşısını almaq üçün kifayət qədər rus qüvvələri yox idi. 

General Nesvetayev hətta Qarabağa göndərmək üçün əlavə qüvvə tapa 

bilmədi.  İyun ayının 1-də Abbas Mirzə qoşunlarının 20 min nəfərdən 

ibarət olan avanqard dəstəsi Şuşa qalasına yaxınlaşdı. Bunu görəndə ma-

yor Lisaneviç İbrahim xandan tələb etdi ki, qalaya qayıtsın və ailə 

üzvlərini də ora gətirsin.  İbrahim xan isə  nəinki qayıtmadı,  əksinə 400-

500 nəfərlik dəstə toplayıb möhkəmlənməyə başladı. Bundan başqa 

İbrahim xan ətraf kəndlərə çaparlar göndərərək yerli əhalini narahat 

olmamağa çağırdı. O xəbər yaydı ki, əhali  şah qüvvələrinin Qarabağa 

gəlişindən narahat olmasın və  şah qüvvələrinin məqsədi yerli əhalini 

qorumaqdır. Bütün bunları  İbrahim xanın Rusiyaya xəyanəti kimi 

dəyərləndirən rus tarixçisinin məlumatına görə, mayor Lisaneviç əvvəlcə 

Cəfərqulu bəyi, sonra da Mehdiqulu ağanı İbrahim xanın yanına göndərdi 

və onların vasitəsilə  İbrahim xanı Rusiyaya xəyanət yolundan 

çəkindirməyə çalışdı. Müəllif mərhum Məhəmməd Həsən ağanın oğlu 

Cəfərqulu bəyi etibarlı ruspərəst kimi, Mehdiqulu ağanı isə ruslara loyal 

münasibətdə olan şəxs kimi təqdim edir və əlavə edirdi ki, onlar hər ikisi 

gün  ərzində  İbrahim xanı  təkidlə  Şuşa qalasına qayıtmağa çağırsalar da 

nəticə olmadı. Sözünün üstündə dayanan İbrahim xan əksinə, Cəfərqulu 

bəydən xahiş etdi ki, mayor Lisaneviçi həbs edib onun yanına gətirsin. 

Guya İbrahim xan onu da bildiribmiş ki, bu gecə ya özü şah qüvvələrinə 

birləşəcək, ya da şah qüvvələri qala divarları altında onunla birləşəcəkdir. 

Bu məlumatları  eşidəndə mayor Lisaneviç İbrahim xanı  həbs etmək 

qərarına gəldi (104). 

N.Dubrovinin yazdığına görə, mayor Lisaneviç 100 nəfərlik dəstə ilə 

İbrahim xanın həbsinə yollandı və  əsgərlərinə ilkin olaraq atəş açmamaq 

əmri verdi. Guya İbrahim xan ehtiyat tədbirlərinə  əl ataraq qaladan 




Mehman Süleymanov 

 

94



başlayıb yaşadığı çadıra qədər yol boyu mühafizəçilər düzdürmüşdü. 

Lisaneviç isə kəsmə yolla hərəkət etdiyindən rusları yalnız İbrahim xanın 

çadırına yaxınlaşan zaman müşahidə etmək mümkün oldu. Bildirilir ki, 

İbrahim xanın mühafizəçiləri heç bir sözə, xahişə baxmayaraq atəş 

açmağa başladılar. Onda Lisaneviç də atəş açmaq əmri verdi. İbrahim 

xan güllə ilə yerindəcə  qətlə yetirildi. Onun oğlunun və  qızının meyiti 

sonradan kolluqda tapıldı (105). 

Bununla da 1806-cı ilin iyul ayında Qarabağ xanlığının möh-

kəmləndirilməsində böyük xidmətləri olan İbrahimxəlil xanın həyatına 

təbəəliyini qəbul etdiyi Rusiyanın hərbçiləri tərəfindən son qoyuldu. 

Yuxarıda qeyd edilənlər rus tarixçilərinin fikirləri olduğu üçün həmin 

qeydlər daha çox İbrahim xanın qatili mayor Lisaneviçin amansızlığına 

haqq qazandırılmasına xidmət edir. Ona görə də sözsüz ki, bu fikirlərin 

birmənalı şəkildə qəbul edilməsi mümkün deyildir. Özlüyündə müəllifin 

yazılarında diqqəti cəlb edən bir sıra məqamlar da bunu göstərir. İbrahim 

xanın niyə görə Lisaneviçi qala daxilində  tərksilah etməməsi,  İbrahim 

xanın söylənildiyi kimi şah qüvvələri ilə birləşmək istəyirdisə niyə görə 

şah qüvvələrini qalada qarşılamaması,  ətrafında 400-500 nəfərlik dəstə 

olduğu halda niyə görə mayor Lisaneviçin 100 nəfərlik dəstəsinin 

qarşısını ala bilməməsi, mayor Lisaneviçin hücum zamanı İbrahim xanın 

ətrafının müqavimət göstərib-göstərməməsi və s. məqamlar müəyyən 

suallar doğurmaqdadır. Qarabağnamə müəlliflərinin yazdıqları da rus 

tarixçisinin fikirlərinə çox ciddi şəkildə yanaşılmasını tələb edir. 

V. Potto isə öz əsərində  İbrahim xanın qətlə yetirilməsinə rus 

hərbçilərinin təşəbbüsü kimi toxunmuşdur. Onun yazdıqlarında belə bir 

maraqlı  məqam var ki, İbrahim xan həftə sonu, yəni həftənin 4-5-ci 

günləri ailəsi ilə birlikdə qaladan kənarda vaxt keçirər və cümə günü 

axşamı geri qayıdardı. Çox güman ki, qətlindən  əvvəl də  İbrahim xan 

məhz istirahət məqsədilə bütün ailəsi ilə birlikdə şəhər kənarına çıxmışdı. 

Amma müəllif rus hərbçilərinin cinayətinə haqq qazandırmaq üçün 

İbrahim xanın qala kənarına ailəsi və uşaqları ilə birlikdə çıxmasını onun 

satqınlığı ilə bağlayır. Müəllifə görə, İbrahim xanın nəvəsi Cəfərqulu ağa 

(bəy) onun niyyətindən xəbər tutub mayor Lisaneviçə xəbər verdi. Mayor 

Lisaneviç də  İbrahim xanı  həbs etmək istəyərkən Qarabağ xanı  həlak 

oldu (106) 

Erməni salnaməçisi Mirzə Yusif Nersesovun “Tarixi-Safi” əsərində 

İbrahim xanın antirus mövqe tutması qeyd olunsa da, rusların  İbrahim 

xanın çadırını dörd tərəfdən mühasirəyə alaraq onu bütün ailəsi ilə 

birlikdə  qətlə yetirildiyi bildirilir (107). Açıq ruspərəst mövqedə olan 

Nersesov  İbrahim xanın mühafizəçiləri tərəfindən ruslara hər hansı bir 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə