Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə47/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   43   44   45   46   47   48   49   50   ...   265

Gülüstan müqaviləsi 

 

113



qoşunlarının növbəti yürüşlərinə qoşulmağa hazırlaşsınlar. Məhəmməd 

Həsən xanın nəzərinə isə çatdırılırdı ki, ehtiyacları haqqında şah sarayına 

məlumat versin və  həmin ehtiyacların aradan qaldırılacağına da əmin 

olsun (7). 

Şəki xanlığının xaricində olduğu kimi, daxilində  də kifayət qədər 

mürəkkəb bir durum mövcud idi. Məhəmməd Həsən xanın qardaşı Səlim 

xanın xanlıqda hakimiyyət iddialarını ortaya qoyması xanlıq daxilindəki 

parçalanmanı gücləndirməkdə idi. Rus qoşunlarının köməyinə istinad 

etmək ümidi isə Səlim xanı daha qətiyyətli addımlar atmağa sövq edirdi 

ki, bu da Məhəmməd Həsən xanın nigarançılığını artırmaya bilməzdi. 

Məhəmməd Həsən xanın qacarlara meyli Səlim xanla rus hərbi 

komandanlığı arasındakı  fəaliyyət birliyini daha da yaxınlaşdırırdı. 

Sisianov üçün də  Səlim xana istinad edilməsi  Şəkidə möhkəmlənmək 

üçün bir fürsət yaradırdı. 

General Sisianov Səlim xana vədlər verməklə eyni zamanda ondan 

Şamaxı xanı Mustafa xanın rus təbəəliyinə  cəlb edilməsi üçün istifadə 

etməyə çalışırdı. Səlim xanla Mustafa xanı bir tərəfdən nikah qohumluğu 

birləşdirirdi. Mustafa xan Səlim xanın qızını özünə nikah etdirmişdi (8). 

Digər tərəfdən də  Səlim xan Mustafa xana sığınmışdı  və onun yanında 

yaşayırdı.  Şəki xanlığının  ələ keçirilməsi üçün Səlim xan general 

Sisianovla  əlaqə yaratdı, ondan kömək istəməklə xan olacağı  təqdirdə 

ruslar qarşısında bir sıra öhdəlikləri boynuna götürəcəyini vəd etdi. Sisi-

anov Səlim xanın müraciətini müsbət qarşıladı. Rus generalı Səlim xana 

kömək göstərməklə onun vasitəsilə  İbrahim xana da müəyyən təsir 

göstərməyi planlaşdırırdı (9). Çünki Səlim xanla İbrahim xan da nikah 

qohumluğuna malik idilər.  İbrahim xanın qızı  Səlim xana nikah 

edilmişdi. 

1804-cü il ərzində general Sisianovla Səlim xan arasında fəal yazışma 

aparıldı. Bu yazışmalarda Səlim xan rus generalını Qacar qoşunları, rus 

işğalı ilə barışmayan gürcü şahzadələri haqqında məlumatlandırırdı. 

Səlim xan məktublarının birində Sisianova Mustafa xanın rus təbəəliyinə 

gətirilməsinə çalışacağına söz verdi. Sisianovun fikrincə, bu ilk növbədə 

elə Mustafa xanın özünə lazım idi. Rus generalına görə, Mustafa xan 

yalnız Quba xanı ilə yaxşı münasibətdə idi. Onun da məqsədi  Şamaxı 

xanlığını parçalamaq və Salyanı öz nəzarəti altına almaq idi. Sisianov 

yazırdı ki, Mustafa xan Rusiya təbəəliyini qəbul etsə xanlığının 

parçalanmayacağına əmin ola bilərdi (10). 

Rus qoşunlarının köməyinə  əmin olan Səlim xan Şamaxı xanı 

Mustafa xanın qoşun dəstəsi ilə  Şəkiyə hücum etdi. Bu hücum uğurla 

nəticələndi.  




Mehman Süleymanov 

 

114



Məhəmməd Həsən xan Şamaxı qoşunlarının hücum xəbərini eşidəndə 

bu hücumun qarşısının alınması üçün hazırlıq işlərinə başladı. Lakin Şəki 

xanlığının nüfuzlu adamlarının heç də hamısı Mustafa xanın qoşun 

dəstəsi ilə qarşı-qarşıya gəlməyə razı olmadılar. Bundan əlavə, Mustafa 

xanın qoşun dəstəsi həm də say üstünlüyünə malik idi. Belə olanda 

Məhəmməd Həsən xan döyüşə girmədən məğlub olduğunu bildirdi. 

Mustafa xan təslim olmuş Məhəmməd Həsən xanı əsir edərək Şamaxıya 

göndərdi. Səlim xana isə bildirdi ki, onun etibarına şübhə ilə yanaşır və 

əgər  Şəki xanı olmaq istəyirsə  gərək oğlunu və  qızını  Şamaxıda girov 

saxlasın. Səlim xan bu tələbi qəbul etdi. Lakin Mustafa xan gizli olaraq 

Şəkiyə öz nayibini göndərdi. Mustafa xanın nayibi Şəkini idarə etməklə 

bərabər, həm də Məhəmməd Həsən xanın var-dövlətini ələ keçirməli idi. 

Səlim xan bundan xəbər tutan kimi Məhəmməd Həsən xan tərəfindən kor 

edilmiş digər qardaşı Fətəli bəyə və Şəki əhalisinə xəbər göndərdi ki, yad 

nayibin  Şəkidə hakimlik etməsinə imkan verməsinlər.  Şəki  əhalisi 

doğrudan da Mustafa xanın nayibinin hakimiyyətinə imkan vermədilər və 

onu  Şəkidən qovdular. Belə olanda Mustafa xan Fətəli bəylə  əlaqə 

yaratdı  və ona oğlunu girov göndərəcəyi halda xan olmasına kömək 

edəcəyini vəd etdi. Fətəli bəy dərhal oğlunu girov kimi Mustafa xanın 

yanına göndərdi. Səlim xana isə  Şamaxı xanlığı  ərazisində mülk 

veriləcəyi bildirildi. Səlim xan bu təklifə razılıq görüntüsü yaradıb 

Mustafa xandan xəlvət  Şəkiyə  gəldi. Yerli əhali və eləcə  də  Fətəli bəy 

onu yenidən xanlığa bərpa etdilər. 

Bununla da, 1805-ci ilin fevralında Səlim xan Şəki xanlığını  ələ 

keçirdi. O dərhal da general Sisianovla əlaqə yaratdı  və nümayəndəsi 

Mustafa bəy adlı birisi ilə ona Şəki xanlığını  ələ keçirdiyini çatdırdı. 

Səlim xan eyni zamanda onun Rusiya təbəəliyinə qəbul olunmasını xahiş 

etdi. General Sisinov rus meylli Səlim xanın  Şəki xanı olmasından 

sevindi. Çünki Səlim xanın mövqeyi Şəki xanlığını dinc yolla Rusiyaya 

birləşdirilməsinə yol aça bilərdi. Bununla belə, general Sisianov Səlim 

xandan Rusiya təbəəliyinə  qəbul olunmaq üçün bəzi  şərtlərin qəbul 

edilməsini tələb etdi. Səlim xan ilk növbədə  oğlunu girov kimi 

Sisianovun yanına göndərməli idi. Sonra Səlim xan Rusiya xəzinəsinə 

ildə 7 min çervon vergi verməli, xanlıq  ərazisində yerləşdiriləcək 500 

nəfərlik rus qoşun dəstəsini ərzaq və yeməklə təmin etməli və nəhayət rus 

zabitlərinin rəhbərliyi altında torpaq qalanın tikilməsinə köməklik 

göstərməli, tikinti işlərinə lazım olan sayda işçi qüvvəsi ayırmalı idi. Bu 

şərtlərə razılıq bildiriləndən sonra Şəki xanlığının Rusiya himayəsinə 

qəbul olunması rəsmiləşdirilə bilərdi (12). 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə