Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə44/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   40   41   42   43   44   45   46   47   ...   265

Mehman Süleymanov 

 

104



və rifahını təmin edən imperator I Aleksandr bildiririk: qoy bizim şahanə 

lütf və qayğımıza, imperatorluq qüdrət və mərhəmətimizə ümid bağlayan 

Qarabağ vilayətinin bütün ali üləma, hörmətli başbilənləri, görkəmli və 

şərafətli  əyanları, bəyləri, sərkərdələri, kəndxudaları, ağsaqqalları  və 

bütün rəiyyətləri bilsinlər ki, keçən il – 1220-ci ildə (1805) mərhum 

İbrahim xan, bizim şahlıq canişinimiz olan general knyaz Sisianovla 

bilrikdə bir “Andlı öhdəlik” tərtib etmişdilər və general onu dərhal 

imperatorluq dərgahına çatdırmışdır. Biz həmin “Andlı öhdəliyin” tələb 

və  şərtləri ilə tanış olduqdan sonra mərhum xanın irəli sürdüyü bütün 

arzu və  tələbləri, öz sonsuz şahanə lütf və qayğıkeşliyimizlə qarşılayıb 

onu bütün Qarabağ xanı ilə birlikdə himayəmizə alıb onları ali Rusiya 

dövlətimizin qədim sədaqətli təbəələri sırasına daxil edərək mərhum 

İbrahim xanı xüsusi imperatorluq fərmanı ilə Qarabağ vilayətinin 

müstəqil hakimi elan etdik və təminat verdik ki, Qarabağın imperatorluq 

təbəəliyinə daxil olan bütün rəiyyətləri, mərhum xanın varisləri daima 

imperatorluq tərəfindən lazımınca mühafizə olunacaq və dünya durduqca 

bu ocaqdan çıxan onun varisləri nəsildən-nəslə Qarabağın xanlıq taxtına 

oturub müstəqil surətdə hökmdarlıq etmək hüququ ilə təmin olunacaqdır. 

İbrahim xanın bir iğtişaş nəticəsində qətlə yetirilməsi kimi hüznlü bir 

hadisədən sonra yenə  sədaqətli vilayət rəiyyətlərinin məişətlərini təmin 

etmək sahəsində əlahəzrətin xeyirxah fikirləri və münasibəti dəyişməmiş 

qaldı. 


Əlahəzrət verdiyi sözə  əməl edərək öz şahlıq mərhəməti və qayğısı 

ilə yüksək rütbəli vərəsə general-mayor Mehdiqulu ağanı  mərhum 

atasının yerinə  bərqərar edib Qarabağ vilayətinin xanlıq taxtına oturtdu 

və bu qərarı imperatorluq turqası (fərmanı) ilə təsdiq etdi. Eyni zamanda 

lazım bilindi ki, bu fərman məlumat üçün bütün Elbrus və Gürcüstan 

əyalətlərində  şahlıq canişini olan qraf Qudoviçə  də göndərilsin. 

Aliməqam Mehdiqulu xana da qətiyyətlə bildirir ki, o, Qarabağ 

vilayətində qüdrətli Rusiya dövlətinin himayəsi və mərhəməti sayəsində 

xanlığı möhkəm  ələ alsın. Onun atası  mərhum  İbrahim xana verilmiş 

bütün xoş  vədlər və  şərtlərin hamısının təməni eynilə qüvvədə 

saxlanılsın. 

Belə bir mövqedə əlahəzrət imperatorun fərmanı ilə lazım görüldü ki, 

həmin bu şahanə  fərman və elannamə vasitəsilə Qarabağ xanlığının 

böyük üləma fazilləri, görkəmli  şəxsləri,  əyan-əşrəfləri, bəyləri, 

sərkərdələri, kəndxudaları, ağsaqqalları  və başqa  əhalisinin hamısı 

bilməlidir ki, aliməqam general Mehdiqulu xan əlahəzrət imperatorun 

mübarək fərmanı ilə xanlıq rütbəsi alıb Qarabağ vilayətinə müstəqil 

hakim təyin edilmişdir. Lazımdır ki, bütün əhali ona tabe olub, baş 




Gülüstan müqaviləsi 

 

105



əyərək sözündən çıxmasın. Xanın əmrilə və hakimiytətinə aid olan bütün 

qayda-qanunlara əməl etsinlər. Xanlıq xeyrinə olan işlərdə ona köməklik 

edib zərərli hərəkət və  əməllərdən uzaq olsunlar. Eyni zamanda əmin 

olsunlar ki, imperatorluq öz ali mərhəməti və qayğısı ilə  həmişə onlara 

lazım olan köməyi əsirgəməyəcəkdir” (132). 

Qarabağnamə müəlliflərinin yazdığına görə, Mehdiqulu xan bütün 

kəndxudalar və yerli bəylərlə  bərabər Tiflisə  gələrək qrafla görüşdü. O 

biri gün  isə böyük mərasim keçirildi və  həmin mərasimdə Mehdiqulu 

xana Qarabağ xanı  təyin edilməsi barədə çar fərmanı, qiymətli daşlarla 

bəzədilmiş  qılınc və bayraq təqdim edildi. Qudoviç eyni zamanda vəd 

etdi ki, Mehdiqulu xana xanlığın idarə edilməsi üçün hərtərəfli yardım 

göstərəcəkdir (133). 

Mövcud olan məlumatlara görə, qraf Qudoviç Mehdiqulu xana 

kömək göstərməklə  bərabər, həm də ona inanırdı  və  hətta Qarabağdakı 

rus hərbi dəstəsinin komandiri podpolkovnik Kotlyarevskiyə də tapşırdı 

ki, xanlığın daxili işlərinə qarışmasın (134). 

Qarabağın xanlıq dövrü tarixinə toxunan erməni müəllifləri bir qayda 

olaraq məlikliklərin müstəqilliyini, erməni dövlətçiliyi uğrunda aparılan 

mübarizənin Rusiya sarayı  tərəfindən dəstəklənməsini, erməni milli-

azadlıq mübarizəsini qabartmağa çalışırlar. Belə bir güman yaranır ki, 

Rusiya sarayı ciddi-cəhdlə erməni milli-azadlıq mübarizəsini 

dəstəkləyərək Qarabağda xristian əhalisinin müsəlman zülmündən 

qurtarılması və Qarabağda xristian dövlətinin qurulmasına xüsusi maraq 

göstərirdi.  Əslində isə yuxarıda qeyd edildiyi kimi, Rusiya işğalçılıq 

siyasətinin həyata keçirilməsi üçün ermənilərdən və Qarabağ xristianla-

rından yalnız öz məqsədləri üçün istifadə edilməsini maraqlarına uyğun 

bilirdi. Çünki ermənilərin və Qarabağ xristianlarının istəklərinə və məkrli 

əməllərinə uyun olaraq Rusiya sarayı Qarabağda xristian qurumunun 

yaradılması üçün heç bir cəhd göstərmədi. Hətta  İbrahim xan qətlə 

yetiriləndən sonra onun varisinin kim olacağı Rusiya sarayı  tərəfindən 

araşdırılarkən də xanlıqda xristianların hakimiyyətə gətirilməsi heç yada 

da düşmədi və bu barədə hər hansı bir təşəbbüs də ortaya atılmadı. Sankt-

Peterburqda yaşayan ermənilərin qızışdırıcı  məktublarına cavab olaraq 

isə Qarabağ  məlikləri bildirirdilər ki, artıq onlara ciddi əhəmiyyət 

verilmir və hətta onların rus qoşunları tərkibindəki mübarizələri belə rus 

komandanlığı  tərəfindən lazımınca qiymətləndirilmir. Yəni, Rusiya 

sarayı  vəziyyəti reallıqla qiymətləndirərək erməniləri və yerli xristian 

əhalini Qarabağın taleyinin müəyyənləşdirilməsinə  təsir göstərəcək bir 

element kimi qəbul etmirdi. Erməni müəllifi qeyd edirdi ki, İbrahim 

xanın qətlindən sonra ermənilər və Qarabağ  məlikləri artıq Qarabağda 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə