Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə42/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   38   39   40   41   42   43   44   45   ...   265

Gülüstan müqaviləsi 

 

99



səbəblə bağlanmasının  əsası yoxdur. Bu qətl Lisaneviç və onu əhatə 

edənlər tərəfindən qəsdən planlaşdırılmış və törədilmiş bir akt idi. 

 

5.İbrahim xanın qətlindən sonra  

Qarabağda hərbi-siyasi vəziyyət 

 

İbrahim xan qətlə yetiriləndə Mehdiqulu ağa da və Sisianov 



tərəfindən xanlığın varisi kimi nəzərdə tutulmuş  Cəfərqulu ağa da Şuşa 

qalasında idilər. Mayor Lisaneviç xanlıq daxilində narazılıqların və 

həyəcanların qarşısını vaxtında almaq üçün əhalini toplayıb Mehdiqulu 

ağanı Qarabağ xanı elan etdi. İbrahim xanın nəvəsi Cəfərqulu ağa 

Mehdiqulu ağanın xan elan edilməsinə özlüyündə sakitliklə yanaşdı  və 

ciddi etiraz bildirməyə cəsarət etmədi (118). 

Çox güman ki, Cəfərqulu ağa etiraz etməyin bir nəticə verməyəcəyini 

görürdü. Çünki mövcud həyəcanlı vəziyyətdə mayor Lisaneviç Mehdiqlu 

ağanın xanlığının tərəfdarı olmuşdusa, onu müdafiə edəcəyi də şübhəsiz 

idi. 


İbrahim xanın qətli isə xanlıq  əhalisi arasında geniş  həyəcanlara 

səbəb oldu. Bunun nəticəsində  əhali arasından Arazın cənubuna kütləvi 

köçlər genişləndi. Onların  əksəriyyəti Qaracadağda məskunlaşdılar. Bu 

köç elə geniş miqyas aldı ki, Abbas Mirzə tərəfindən Ataulla Şahsevənə 

bu köçlərin nizamlanması haqqında göstəriş verildi. 

Rus hərbçilərinin vəhşiliklərindən qorxuya düşən  əhali arasında 

antirus mövqe açıq xarakter aldı. Mehdiqulu xan əhalinin antirus əhval-

ruhiyyəsinin aşıq qarşıdurmaya keçməsinə yol verməmək üçün mahal 

nayiblərinə, bəylərə, nüfuzlu adamlara məktublar göndərdi və onları 

sakitliyə çağırdı. Bu məktubda Mehdiqulu xanla Lisaneviç arasında 

qarşılıqlı anlaşma yarandı və az sonra hətta Mehdiqulu xan əhali arasında 

rus hərbi qüvvələri üçün azuqə və yem toplanmasına da başladı. 

Bir tərəfdən Abbas Mirzənin rəhbərliyi altında olan şah qüvvələrinin 

Ağoğlanda düşərgə salması, digər tərəfdən də  İbrahim xanın qətlindən 

sonra xanlıq daxilində ruslara qarşı narazılıqların genişlənməsi və 

xanlığın nəzarətdən çıxa bilmək ehtimalı rus qoşunları komandanlığını 

məcbur etdi ki, müəyyən qəti tədbirlər həyata keçirilsin. Bununla bağlı 

qərara alındı ki, Troitski muşketyor alayının iki taboru general-mayor 

Nebolsinin komandanlığı altında Qarabağ istiqamətinə göndərilsin. 

Baxmayaraq ki, Şuragöl-Pəmbək istiqamətində  də hadisələr rusların 

xeyrinə olmayaraq inkişaf edirdi və burada da əlavə rus qüvvələrinə 

ehtiyac var idi, general Nesvetayev Qarabağ istiqamətində olan təhlükəni 

daha qorxulu saydı  və general Nebolsinə  əmr etdi ki, polkovnik 



Mehman Süleymanov 

 

100



Karyaginin komandirliyi altında olan 17-ci yeger alayının salamat qalmış 

qüvvələrini də özünə birləşdirib hərəkətə başlasın. Polkovnik Karyaginin 

rəhbərliyi altında olan dəstənin birləşdirilməsindən sonra general 

Nebolsinin rəhbərliyi altında 1092 nəfər piyada, 113 nəfər kazak və 8 

ədəd top var idi. Bu qüvvələri ilə Nebolsin bir neçə gündən sonra 

Əsgərana yetişdi və burada şah qoşunlarının dəstələri ilə qarşılaşdı (120). 

Rus mənbələrinə görə, general Nebolsin burada 16 verstlik yolu 

əlbəyaxa döyüşlərlə adlamalı oldu. Abbas Mirzənin  əsas qüvvələri 

Ağoğlanda dayandığından Nebolsin Əsgəran  ətrafında olan şah 

qüvvələrinin müqavimətini qırmağa müvəffəq oldu. Rus mənbələrinə 

görə, Lisaneviçin rəhbərliyi altında olan dəstə də Şuşa qalasını tərk edib 

Əsgəran 


ətrafında Nebolsinin dəstəsinə qoşuldu (121). 

Qarabağnamələrdə isə bildirilir ki, mayor Lisaneviç Şuşa qalasında qaldı. 

Mehdiqulu xan da Qarabağ atlılarından təşkil etdiyi dəstə ilə  Əsgərana 

rus generalının yanına yollandı. M.M.Xəzaninin yazdığına görə, general 

Nebolsinin Əsgərana gəlməsi təxminən  İbrahim xanın qətlindən 15 gün 

sonraya təsadüf edir (122). 

Əsgəran yaxınlığında general Nebolsin iki gün Abbas Mirzənin 

qoşun dəstəsinin hücumunu gözlədi. Görünür, Əsgəran ətrafında döyüşə 

girmək Abbas Mirzəni qane etmirdi. Ona görə  də öz düşərgəsindən 

hərəkət etmədi. Belə olanda general Nebolsin irəli hərəkət etməyi qərara 

aldı. O ümid edirdi ki, Abbas Mirzə də ona doğru irəliləməyə başlayacaq. 

Rus hərbçilərinin irəliləməsi xəbərini eşidəndə Abbas Mirzə  də  hərəkət 

əmri verdi və Xanaşen dərəsi rayonunda iki qoşun dəstəsi üz-üzə  gəldi 

(123). 


Xanaşen ətrafında tərəflər arasında döyüş başlandı. Səhərin açılması 

ilə tərəflər bir-birinin üstünə atıldılar. Qarabağnamələrə görə, Mehdiqulu 

xan da bu döyüşdə  iştirak edirdi. Onun rəhbərliyi altında olan Qarabağ 

atlıları  həm bir başa döyüşə qatıldılar, həm də yeri gəldikcə ruslara 

bələdçilik edirdilər. İyul ayının 15-də baş verdiyi iddia olunan bu döyüş 7 

saat davam etdi. Günün sonunda Abbas Mirzənin dəstəsi təzyiqə davam 

gətirməyərək geri çəkilmək məcburiyyətində qaldı. Mövcud olan məlu-

mata görə,  şah qüvvələri arasında xeyli öldürülən və  əsir götürülən var 

idi. Ruslar arasında isə 10 nəfərin öldürüldüyü və yaralandığı bildirilir. 

Nebolsin geriləməkdə olan Abbas Mirzə  dəstəsini təqib etsə  də, onları 

haqlaya bilmədi.  Şah qüvvələri təchizat  əşyalarının çoxunu ataraq geri 

çəkildi və Araz çayının cənubuna adladı (124). 

Rus mənbələrinə görə isə rus hərbçilərindən 8 nəfər öldürüldü, 56 

nəfər də yaralandı (125). 




Gülüstan müqaviləsi 

 

101



Erməni müəllifi rus dəstəsinin bu döyüşdə xeyli itki verdiyini qeyd 

edir. Doğrudur, müəllif bu döyüşdə rus dəstəsinə  bələdçilik edən Avan 

yüzbaşının ruslara göstərdiyi sonsuz fədakarlığını qabartmağa, 

ermənilərin də Qarabağ hadisələrində söz sahibi olduğunu vurğulamağa 

çalışırdı. Bununla belə, onun yazdığına görə, polkovnik Karyagin 

yaralandı, dəstəsinin isə yarısı  həyatını itirdi. Müəllifə görə,  əgər Avan 

yüzbaşının köməyi olmasaydı polkovnik Karyaginin dəstəsi bütünlüklə 

məhv ola bilərdi (126). 

Farsdilli mənbələrdə Xanaşen döyüşünün gedişi bir qədər 

özünəməxsus fərqləri ilə  təsvir edilmişdir. Qacarlar dövrünün 

müharibələrinin daha müfəssəl tarixini yazmış Ə.Dünbəli bildirir ki, rus 

qüvvələri Xanaşenə yetişib hakim yüksəkliklərdə mövqe tutdular və 

döyüşə girişməyə  cəsarət etmədilər. Abbas Mirzə Xanaşenə yetişəndən 

sonra iki gün rus qüvvələrinin aşağı enəcəyini və döyüşə girəcəyini 

gözlədi. Rusların hərəkətə gəlmədiyini görəndə yerli adamların vasitəsilə 

onlara xəbər çatdırıldı ki, guya tarlalara, ota, ələfə od vurulub və  şah 

qüvvələri də indi təchizat çətinlikləri içindədir. Yalnız bundan sonra 

ruslar  şah qüvvələri ilə döyüşə girdilər.  Şah qoşunları  tərkibində olan 

Bestam ərəbləri, İran tüfəngdarları irəli çıxarıldılar və onlar hətta ruslarla 

əlbəyaxa döyüşə girdilər. Bu döyüş axşama qədər davam etdi və heç bir 

tərəfin uğuru olmadan başa çatdı. Mənbəyə görə, Abbas Mirzənin 

dəstəsinin doğrudan da təchizat çətinlikləri var idi. Arxada qalmış 

ərazilərdə isə yem və azuqə toplanması imkanı yox idi. Ona görə  də 

Abbas Mirzə daha çətin vəziyyətlə qarşılaşmamaq üçün geri çəkilmək 

əmri verdi və Araz çayının cənubuna adlayaraq orada düşərgə qurdu 

(127). 


Hər halda farsdilli mənbədə olan məlumat da onu göstərir ki, Abbas 

Mirzə növbəti dəfə Qarabağda uğur əldə edə bilmədən geri çəkildi. 

Abbas Mirzənin Qarabağ xanlığı ərazisinə keçməsi ilə onun yanında 

olan  Əbülfət ağa da bir dəstə ilə xanlıq  ərazisinə daxil olaraq talançı 

basqınlar edir, əhali üçün müxtəlif problemlər yaradırdı. Qarabağın bir 

sıra qaçqın bəyləri də ona qoşularaq hətta kəndlərin bütünlüklə 

Qarabağdan köçürülməsini də  həyata keçirirdilər. Abbas Mirzə öz 

qoşonu ilə Qarabağdan geri çəkiləndən sonra mayor Lisaneviç və 

Cəfərqulu ağa silahlı  dəstə ilə  Zəngəzur istiqamətinə yollandılar ki, 

Əbülfət ağanın qanunsuz əməllərinin qarşısını alsınlar, yurdlarından 

köçürülmüş  əhalini geri qaytarsınlar. Cəfərqulu ağa rəhbərliyi altında 

olan dəstəsi ilə  Əbülfət ağanən dəstəsinə Qafan və Ordubad dağlarında 

yetişdi və bu dəstələr arasında döyüş baş verdi. Cəfərqulu ağa öz dəstəsi 

ilə  Əbülfət ağaya üstün gəldi, yurdundan köçürülən  əhalini geri 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə