Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə38/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   34   35   36   37   38   39   40   41   ...   265

Mehman Süleymanov 

 

90



müdafiəsiz idi. Verilən vədlərə baxmayaraq rus qoşunları komandanlığı 

xanlığın qorunması üçün hələ  də xanlıq  ərazisinə kifayət qədər qüvvə 

göndərməmişdi. Bundan başqa rus zabitləri hələ Qarabağın yerli silahlı 

dəstələri üçün mövcud olan azuqə və yemə də göz dikmişdilər. Belə bir 

şəraitdə  İbrahim xan da müvafiq siyasət yeritmək məcburiyyətində qa-

lırdı. Xüsusilə də 1806-cı ilin yazında şah qüvvələrinin yenidən Qarabağ 

xanlığına hücuma hazırlaşması xəbərləri İbrahim xanı ciddi seçim qarşı-

sında qoydu. Qarabağ xanlığını 1805-ci ilin yayında  şah qüvvələri 

tərəfindən törədilmiş talanlardan xilas etmək, bunun nəticəsi kimi 

qıtlığın, aclığın vüsət almasına yol verməmək üçün İbrahim xanın rus 

qüvvələrinə ümidi yox idi. Çünki rus qüvvələrinin buna imkanı yox idi. 

Sisianovun ölümündən sonra onun yerini tutacaq bir şəxsin Rusiya sarayı 

tərəfindən müəyyənləşdirilməməsi isə bütünlükdə Rusiyanın Azərbaycan 

xanlıqları ilə bağlı siyasətinin gələcəyi suallar doğururdu. 

1806-cı ilin yazında  şah qüvvələrinin Qarabağa yenidən hücum 

edəcəyi real xarakter aldı. Bu dövrdə  İbrahim xanın rus hərbçiləri ilə 

münasibətləri xeyli gərginləşdi. Rus tarixçisi N.Dubrovin ilkin 

mənbələrdən geniş istifadə etməklə yazdığı  əsərində  İbrahim xanla 

münasibətlərin gərginləşməsini onun şah himayəsini qəbul etməyə meylli 

olması ilə  əlaqələndirirdi. Müəllif bildirir ki, İbrahim xan Rusiya 

təbəəliyini qəbul etmək barədə müqaviləyə imza atsa da, fars meylliliyini 

saxlayırdı. Xüsusən, xanlığın işlərinə rusların müdaxilə etməsi guya onun 

Rusiyaya münasibətini dəyişmişdi. Onun yazdıqlarına görə, İbrahim xan 

şah taxt-tacının  şahzadəsi Abbas Mirzə ilə tez-tez əlaqə saxlayır və 

onunla gizli yazışma aparırdı. Onların arasındakı bu əlaqələr, habelə 

Abbas Mirzə elçilərinin tez-tez İbrahim xanın yanına gəlməsi isə rusların 

xoşuna gəlmirdi. Guya İbrahim xan Abbas Mirzəyə göndərdiyi və ruslar 

tərəfindən  ələ keçirilən məktublarının birində Rusiya təbəəliyini qəbul 

etdiyinə görə onu bağışlamağı xahiş edir və vəd edirdi ki, əgər ona şah 

qüvvələri yardım edərsə rusları çox qısa zaman ərzində Qarabağ torpaq-

larından çıxarmaq mümkündür. Qarşılıqlı münasibətlərin yaxşı-

laşdırılması xatirinə guya İbrahim xan öz iki qızını  Fətəli  şahın 

oğlanlarına ərə verməyə hazır olduğunu da bildirmişdi (101). 

Farsdilli mənbələr də  İbrahim xanın ruslar tərəfindən qətlinin 

səbəblərinə toxunarkən bir-birindən fərqli olan versiyalar irəli 

sürülmüşdürlər. Hər halda bu mənbələrdə İbrahim xanda rus təbəəliyinə 

qarşı bir nifrətin yarandığı  və bu təbəəlikdən qurtulmağın yeganə yolu 

kimi Qacar sarayına müraciət edilməsi öz əksini tapmışdır. “Məəssər-e 

Soltaniyyə”dəki məlumatlara görə, Sisianovun qətlindən sonra İbrahim 

xanda Qacar sarayına müraciət etmək meyli daha da gücləndi. Çox 




Gülüstan müqaviləsi 

 

91



güman ki, İbrahim xan Sisianovun qətlə yetirilməsindən sonra Rusiyanın 

Cənubi Qafqazdakı gücünün zəifləyəcəyi qənaətinə  gəlmiş  və ona görə 

də Qacar sarayı ilə münasibətlərə yenidən baxmaq məcburiyyətində 

qalmışdı. Bildirilir ki, bundan sonra İbrahim xan öz nümayəndələrini şah 

sarayına göndərdi. Fətəli  şah Qarabağ xanının bu mövqeyini razılıqla 

qarşılayaraq onunla yeni münasibətlər qurmağa hazır olduğunu bildirdi. 

Bu xəbəri alandan sonra İbrahim xan öz nümayəndəsini Ərdəbildə olan 

Abbas Mirzənin yanına göndərdi və Abbas Mirzədən xahiş olundu ki, 

Əbülfət ağanı silahlı  dəstə ilə Qafan istiqamətində, Fərəculla xan 

Şahsevəni isə Çanaxçı yolundan Qarabağa göndərsin.  Əbülfət ağa və 

Fərəculla xan Qarabağa doğru hərəkətə başlayaraq Araz çayı  kənarında 

düşərgə saldılar. Burada Əbülfət ağaya xəbər çatdı ki, Cəfərqulu bəy  

İbrahim xanın Qacar sarayı ilə  əlaqələrinin genişləndirilməsi haqqında 

rusları  məlumatlandırıb və  İbrahim xan da ailəsi ilə birlikdə ruslar 

tərəfindən qətlə yetirilib (102). 

Mirzə Məhəmməd Sadıq Vəqayeneqar isə əsərində İbrahim xanın ailə 

üzvləri ilə birlikdə  qətlə yetirilməsini ruslar tərəfindən törədilən kütləvi 

qətl kimi dəyərləndirirdi. Mirzə  Məhəmməd Sadıq da İbrahim xanda 

rusların sədaqətinə  və etibarına inamsızlıq yarandığını yazırdı. Müəllifə 

görə,  İbrahim xan “Rusiya ilə saziş bağlanmasını  hər vətənpərəstin 

şərəfinə zidd əməl” kimi qəbul etdi. Bildirilir ki, İbrahim xan nəvəsi 

Cəfərqulu bəyin yanında Abbas Mirzə ilə düşmənçilik xəttini tutmaqdan 

peşman olduğunu və onunla barışıq niyyətində olduğunu bəyan etmişdi. 

Müəllifə görə, Cəfərqulu bəy Qarabağ xanlığının Rusiya nəzarətindən 

kənarlaşmasını istəmirdi. Bunu müəllif Cəfərqulu bəy ilə bir erməni qızı 

arasındakı eşq macərası ilə əlaqələndirirdi. Müəllifə görə, Cəfərqulu bəy 

bilirdi ki, ruslarla münasibətlər gərginləşsə, Tiflisdə yaşayan həmin 

erməni qızı ilə daha əlaqə saxlaya bilməyəcəkdir. Adı çəkilən müəllif öz 

əsərində  Cəfərqulu bəyin tanışı olan erməni qızı  məkrli bir insan kimi 

təsvir etmişdir. Bir sözlə guya Rusiyadan uzaqlaşmaq istəməyən 

Cəfərqulu bəy  İbrahim xanın Qacar sarayı ilə yaxınlaşması haqqında 

ruslara məlumat çatdırdı və ruslar da İbrahim xanın bu əməlinə görə onu 

ailəsi ilə birlikdə qətlə yetirdilər (103). 

Rus tarixçilərinin iddiasına görə, İbrahim xanın rus təbəəliyindən üz 

çevirməsi Fətəli şah tərəfindən böyük məmnunluqla qarşılandı. Fətəli şah 

hətta Qarabağa,  İbrahim xanın köməyinə  hərbi dəstə göndərməyi, ona 

120 min rubl maliyyə  vəsaiti ayırmağı  və Qaradağı  Əbülfət ağanın 

idarəçiliyinə verməyi vəd etdi. Belə  vədləri alandan sonra İbrahim xan 

guya mayor Lisaneviçin müdaxilələrinə dözmədiyi üçün Şuşa qalasında 

qala bilməyəcəyini bəhanə  edib  qala  kənarında çadır qurdu və ailəsi ilə 

ora köçdü. 

 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə