Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə52/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   48   49   50   51   52   53   54   55   ...   265

Gülüstan müqaviləsi 

 

123



oldu. Lakin çox keçmədi ki, Səlim xan yenidən ləzgilərlə danışıqlara 

başladı. Bu barədə alınan məlumat Sisianovun qəzəb və təşvişinə səbəb 

oldu. Çünki Səlim xanın ruslardan aralanmaq cəhdi günü-gündən daha da 

qabarıqlaşırdı.  Əldə edilmiş  məlumatlara görə isə  Səlim xan ləzgilərin 

yanına öz nümayəndəsini göndərmiş, Fətəli  şahın məktubunu gətirən 

nümayəndəni isə xoş münasibətlə qəbul etmişdi. Sisianov həm ləzgiləri, 

həm də Fətəli şahı Rusiyanın düşməni sayırdı və ona görə Səlim xandan 

tələb etdi ki, öz seçimini etsin – ya ləzgilər, ya da rus qoşun dəstəsi. 

Sisianov bildirirdi ki, əgər Səlim xan ləzgilərə arxalanmaq istəyirsə, 

ondan xanlıq  ərazisindəki rus qoşun dəstəsini geri çəkəcəkdir. Səlim 

xanın diqqətinə çatdırılırdı ki, rus qoşun dəstəsinin geri çağırılması onun 

üçün ağır nəticələr verə bilər. Xüsusilə, Səlim xana Şamaxı xanının 

təhlükəsi xatırladıldı. Sisianov hədələyici şəkildə bildirdi ki, Şamaxı xanı 

Mustafa xan və onun yanında sığınacaq tapmış  Məhəmməd Həsən xan 

Şəki xanlığı üzərinə hücum üçün fürsət gözləyirlər. Rus qoşun dəstəsinin 

Şəki xanlığından geri çəkilməsi belə bir fürsəti yarada bilərdi (31). 

Səlim xan bu ittihamların heç birini qəbul etmədi və Rusiya 

təbəəliyinə  sədaqətli qaldığını  və imzaladığı müqavilənin  şərtlərini 

pozmayacağını bildirdi. Lakin sonrakı müşahidələr göstərdi ki, Səlim 

xanın fəaliyyəti yenə  də rusları qane etmirdi. Xüsusilə, Rusiyanın 

düşməni olan şəxslərlə və qüvvələrlə Səlim xanın əlaqədə olması ruslar 

tərəfindən həyəcanla qarşılanırdı. Kaxetiya şahzadəsi Ancik Beburovun 

Şəki xanlığında olması, Abbas Mirzənin,  İbrahim xanın oğlu  Əbülfət 

ağanın, gürcü şahzadəsi Aleksandrın nümayəndələrinin  Şəki xanlığında 

olmasını Sisianov Səlim xanın Rusiyaya sədaqətsizliyi kimi 

qiymətləndirirdi. Sisianov mayor Rebinderə göstəriş verdi ki, Rusiya 

üçün etibarsız  şəxslərin  Şəki xanlığı  ərazisinə  gəlməsi nəzarət altında 

saxlansın və belələrinin tutularaq ruslara təhvil verilməsi üçün Səlim 

xana təzyiq  göstərilsin (32). 

Sisianovu isə daha çox Səlim xanın ləzgilərlə əlaqə yaratmaq cəhdləri 

qorxudurdu. Çünki ləzgi silahlı dəstələrinin Şəki xanlığına gətirilməsi ilə 

xanlıq  ərazisindəki azsaylı rus dəstəsini sıxışdırıb oradan çıxarmaq 

mümkün idi. Sisianovun aldığı yeni məlumata görə, Səlim xan Surxay 

xana 300 rublluq hədiyyə yollayaraq ondan 1000 nəfər ləzgi silahlılarının 

Şəki xanlığına göndərilməsini xahiş etmişdi. Surxay xan da alınan 

məlumatlara görə,  Şəki  ərazisinə göndəriləcək ləzgi silahlılarının 

maaşının müəyyənləşdirilməsi üçün Qazı əfəndi adlı birisini Səlim xanın 

yanına göndərdi (33). 

Lakin mövcud faktların araşdırılması göstərir ki, 1805-ci ildə  Şəki 

xanlığı  ərazisinə  ləzgi silahlıları  gəlməmişdilər. Bununla belə, Səlim 




Mehman Süleymanov 

 

124



xanla rus qoşunları arasında anlaşılmazlıq qalmaqda idi.1805-ci ilin 

sonlarına yaxın Səlim xan 500 nəfərlik rus qoşun dəstəsini ərzaqla təmin 

etməkdən imtina etdi. Səlim xan bunu onunla izah etdi ki, xanlıq 

ərazisində  qıtlıq olub, əhalidən bu qədər  ərzaq toplamaq qeyri-

mümkündür. Onun fikrincə, ərzaq zorla toplanacağı təqdirdə Şəki əhalisi 

köç edib başqa yerlərə gedəcəkdi.  Ərəşdə olan qoşun dəstəsinin atları 

üçün təyin olunan samanın da yalnız yarısı Səlim xan tərəfindən tədarük 

olunmuşdu. Rus qoşun dəstəsi üçün kazarmaların tikilməsinə  də  Səlim 

xan lazımi diqqət ayırmırdı. Bunun nəticəsi idi ki, 1805-ci ilin sonlarında 

rus hərbçilərinin bir hissəsi hələ də çadırlarda yaşayırdılar (34). 

1805-ci ilin noyabr ayında Sisianov Şamaxı xanlığının da Rusiyaya 

birləşdirilməsi üçün ciddi addımlar atmaq qərarına gəldi. Şamaxı xanlığı 

üzərinə yürüş  həyata keçirmək üçün Sisianov Səlim xandan da silahlı 

dəstə təşkil etməyi və həmin dəstəni Sisianovun ixtiyarına verməyi tələb 

etdi. Səlim xan 500 nəfərlik atlı silahlı  dəstə toplamalı  və Göyçay 

yaxınlığında həmin dəstə Sisianovun dəstəsinə qatılmalı idi. Səlim xan 

isə Sisianovun tələb etdiyindən artıq sayda silahlı dəstə topladı. Bu top-

lanış Ərvətən məntəqəsində keçirildi. Bu məntəqəyə nəzərdə tutulandan 

artıq silahlı atlıların toplanması rus hərbçilərinin təşvişinə  səbəb oldu. 

Ruslara bildirildi ki, bura toplanan atlılar arasından 500 nəfər seçilib rus 

dəstəsinin tərkibinə göndəriləcək, qalanlar isə buraxılacaqdır. 500 

nəfərlik dəstə seçilib rusların ixtiyarına veriləndən sonra yerdə qalan 

atlılar evlərinə buraxılmadı və Sisianovun Şamaxı xanlığı üzərinə yürüşü 

başa çatana kimi həmin atlılar toplu şəkildə saxlanıldılar (35). 

Səlim xanın Sisianovla Mustafa xan arasında vasitəçilik etmək 

cəhdinin uğursuzluğu da rusların narazılığına səbəb oldu. Sisianovun 

özünün Mustafa xanla danışıqlar aparmaq cəhdi gözlənilən nəticə 

vermədikdə, rus generalı  Şamaxı xanlığı üzərinə qoşun çəkməyi və 

Şamaxı xanlığını zor gücünə Rusiyaya birləşdirməyi qərara aldı. Sisianov 

planlaşdırırdı ki, Mingəçevir yaxınlığında dəstəsi ilə Kür çayını adlasın 

və  Şəki xanlığının  ərazisindən keçməklə  Şamaxı üzərinə  hərəkətini 

davam etdirsin. Sisianovla Səlim xanın yazışmalarından belə bir qənaətə 

gəlmək mümkündür ki, Səlim xan 1805-ci il noyabr ayının əvvəllərində 

vasitəçilik üçün Sisianov qarşısında məsələ qaldırdı  və ondan 2 həftə 

vaxt istədi. Bu müddət  ərzində o, Mustafa xanla əlaqə yaratdı  və onu 

Sisianovla görüşə razı salmağa çalışdı. Mustafa xanın təhlükəsizliyinə 

zəmanət vermək üçün Səlim xan öz oğlunu ona girov verməyə də hazır 

idi. Mustafa xan Sisianovun yanında olduğu müddətdə Səlim xanın oğlu 

Şamaxıda qala bilərdi.  Mustafa xan isə buna razı olmadı. 

Müəyyənləşdirilən vaxt başa çatanda Sisianov qoşun dəstəsi ilə  hərəkət 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə