Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə53/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   49   50   51   52   53   54   55   56   ...   265

Gülüstan müqaviləsi 

 

125



etmək qərarına gəldi. Bu zaman Səlim xanın nümayəndəsi yenidən 

Sisianovun yanına gələrək vasitəçilik üçün 4 gün vaxt verilməsini xahiş 

etdi (36). 

Lakin məlumdur ki, Səlim xanın vasitəçiliyi heç bir nəticə vermədi və 

1806-cı ilin fevralında Sisianov qətlə yetiriləndə  Səlim xanla rus 

qoşunları arasında münasibət gərgin olaraq qalmaqda idi. 

 

2. Şamaxı xanlığının Rusiyaya birləşdirilməsi 

 

Gəncə xanlığının işğalından sonra general P.D.Sisianov digər 



Azərbaycan xanlıqları kimi  Şamaxı xanlığının işğalı üçün də  əməli 

addımlar atmağa başladı. General Sisianovla Şamaxı xanı Mustafa xan 

arasındakı təmaslar və yazışmalar isə daha əvvəldən başlamışdı. 1803-cü 

ilin sonlarında Mustafa xan rus generalına məktub göndərdi və  həmin 

məktubda ticarət yüklərinin Salyanda yüklənməsinə icazə verilməsini 

istədi. Çox güman ki, bu istək Salyanın ticarət dövriyyəsinə qatılması və 

Salyanın ticarət gəlirlərinin artırılması arzusu ilə bağlı idi. Sisianov Gən-

cəni işğal edəndən bir neçə gün sonra Mustafa xanın məktubuna cavab 

verdi və onun xahişini rədd etdi. Sisianova görə bu xahişə əməl edilməsi 

o zaman mümkün olardı ki, Şamaxı xanlığı Rusiyanın himayəsinə qəbul 

edilmiş olaydı. General Sisianov təkidlə Mustafa xanın Rusiya təbəəliyini 

qəbul etməyə  və  Gəncə xanı Cavad xanın taleyindən ibrət götürməyə 

çağırdı. Rus silahının gücünə Mustafa xanı inandırmaq üçün Sisianov 

qeyd etdi ki, Gəncənin mühasirəsinin uzanması məsələnin dinc yolla həll 

etmək istəyindən irəli gəlirdi. Sonra da o, Mustafa xana tövsiyə edirdi ki, 

Rusiya himayəsinə daxil olmaqla bağlı öz nümayəndəsini onun yanına 

göndərsin (37). 

Rusiya üçün bütün Azərbaycan xanlıqlarının işğalı aparılan dövlət 

siyasətinin mahiyyətini təşkil edirdi. Şamaxı xanlığının işğalı isə rusların 

hərbi daşınmalarının təşkili üçün xüsusi əhəmiyyət təşkil edirdi. Şamaxı 

xanlığını  işğal etməklə rus hərbi yüklərini Həştərxan-Bakı-Gəncə-Tiflis 

marşrutu üzrə daşımaq mümkün idi. Bu marşrut ruslar üçün daha 

münasib marşrut idi. Ona görə  də,  Şamaxı xanlığına nəzarətin  ələ 

keçirilməsi diqqət mərkəzində saxlanılırdı. Bölgədə formalaşan hərbi-

siyasi vəziyyət üzündən  Şamaxı xanlığının Rusiyaya birləşdirilməsi 

istiqamətində 1805-ci ilin əvvəllərində  fəallaşma daha da genişləndi. 

Həmin ilin əvvəlində Sisianov Şəki xanlığını  ələ keçirdi, Səlim xanın 

vasitəsilə Mustafa xana təsir göstərməyə  və onu Rusiya təbəəliyinə 

meylləndirməyə cəhd göstərdi. Lakin onun bu cəhdi bir nəticə vermədi. 

Mustafa xan Rusiyaya qarşı münasibətdə kifayət qədər ciddi və prinsipial 




Mehman Süleymanov 

 

126



mövqe tutmaqda davam edirdi. O birmənalı  şəkildə ruslara qarşı 

barışmaz mövqe nümayiş etdirirdi. 

Mustafa xanı bu mövqedən çəkindirmək üçün Sisianiov 1805-ci ilin 

mart ayında ona məktub göndərdi. Həmin məktub 1805-ci il mart ayının 

7-də imzalanmışdı. Bu vaxt Şəki xanı Səlim xan Rusiya təbəəliyini qəbul 

etməyə söz versə  də, Kürəkçay müqaviləsi hələ imzalanmamışdı. 

Sisianovun Mustafa xana məktubunda isə  Şəki xanlığı artıq Rusiya 

ərazisi kimi təqdim olunurdu. Ona görə Sisianov Şamaxı xanlığını 

Rusiyanın qonşusu adlandırır və Mustafa xanı dinc qonşuluq münasibət-

lərinə çağırırdı. Rus generalı  bəyan edirdi ki, Nuxanın və  Səlim xanın 

düşmənləri Rusiyanın düşmənləri kimi qəbul ediləcək və onlara qarşı sərt 

münasibət nümayiş etdiriləcəkdir. Sisianov onu da əlavə edirdi ki

Qafqazda olduğu il ərzində sadəcə danışıqlarla məşğul olmamış və dediyi 

sözü rus silahının gücü ilə  həyata keçirmişdi. Sonra da Mustafa xana 

Rusiya təbəəliyini qəbul etmək təklif olunurdu. Sisianova görə, Rusiya 

təbəəliyini qəbul etmək Mustafa xan üçün öz hakimiyyətini qoruyub 

saxlamaq istiqamətində  ən sərfəli yol idi. General Sisianov Mustafa 

xanın hansı  şərtlər altında Rusiya təbəəliyinə girə bilməsini də yazılı 

şəkildə ona çatdırdı. Həmin şərtlər aşağıdakılar idi: 

1. Mustafa xan bir dəfəlik olaraq digər bir dövlətin asılılığından 

imtina etməli, öz üzərində yalnız Rusiya imperatorunun və onun 

varislərinin hakimiyyətini qəbul etməli idi

2. Mustafa xan Rusiya imperatoruna sədaqət andı qəbul etməli idi; 

3. Mustafa xan yazılı  şəkildə öz üzərinə öhdəlik götürməli idi ki, 

Gürcüstanın baş hakiminin razılığı olmadan ətraf hakimlərlə  təmas 

qurmayacaqdır; 

4. Mustafa xan Şamaxı qalasına rus qoşun dəstəsini yerləşdirməli və 

ya da bu qoşun dəstəsi üçün yeni qala tikməli idi; 

5. Mustafa xan münasib qiymət əsasında Şamaxıda yerləşdirilmiş rus 

qoşun dəstəsi üçün lazımi miqdarda taxıl və darı yarması tədarük etməli 

idi; 

6.  Şamaxı qalasında rus hərbçiləri üçün mənzil ayırmalı  və bu 



mənzilləri odunla təmin etməli idi; 

7. Şamaxı xanı Rusiya xəzinəsinə ildə 8 min çervon vergi verməli idi; 

8. Mustafa xan Rusiyaya sədaqətinin zəmanəti kimi böyük oğlunu 

girov verməli idi. 

Bu  şərtlərin yerinə yetiriləcəyi təqdirdə Rusiya tərəfi də müəyyən 

öhdəlikləri öz üzərinə götürürdü. Başqa sözlə,  Şamaxı xanı Rusiya 

imperatorunun himayəsi altına alınmalı, Şamaxı xanlığının irsiliyi təmin 

edilməli, xanın bütün əmlakı qorunmalı, Rusiya imperatoru tərəfindən 




Gülüstan müqaviləsi 

 

127



Şamaxı xanı  və onun varislərinə bayraq və gerb verilməli idi. Mustafa 

xanın xanlığı  və ondan sonra gələcək xanların xanlığı Rusiya 

imperatorunun fərmanı ilə təsdiqlənməli idi (37). 

Mustafa xana məktubun çatdırılması Qazaxdakı rus qoşun dəstəsinin 

tərkibində olan mayor Tarasov adlı birisinə tapşırıldı. Mayor Tarasov 

tanıdığı 5 nəfər azərbaycanlını yanına alıb Gəncə  və Nuxa xanlıqları 

ərazisindən keçməklə  Şamaxıya doğru hərəkət etdi. Mayor Tarasov 

general Sisianovun məktubunu təqdim etməklə  bərabər, Mustafa xanla 

danışıqlar aparmalı  və onu Rusiya təbəəliyinin üstünlüyünə inandırmalı 

idi. Mayor Tarasov özü ilə  Tərki  şamxalının məktubunu da aparırdı. 

Həmin məktubda Dağıstan hakimlərinin Mustafa xana qarşı düşmən 

münasibətdə olduğu bildirilirdi. Çox güman ki, mayor Tarasov bununla 

da Mustafa xanı inandırmalı idi ki, həmin düşmənçilikdən qurtarmağın 

yeganə yolu Rusiya himayəsinin qəbul edilməsidir. Mustafa xana 

Salyanın  Şamaxı xanlığı  tərkibində qalacağı da çatdırılmalı idi. Mayor 

Tarasov çalışmalı idi ki, tez bir zamanda geri qayıtsın və mümkün 

olardısa Mustafa xanın cavabını da özü ilə gətirsin (38). 

Müəyyən hazırlıqdan sonra mayor Tarasov Şamaxıya yola düşdü və 

1805-ci il mart ayının sonlarında Mustafa xanla görüşə bildi. Sisianovun 

məktubu və Rusiya təbəəliyinə  qəbul olunmaq şərtləri ilə tanışlıqdan 

sonra Mustafa xan öz mövqeyini məktubla ifadə etdi və həmin məktubu 

mayor Tarasovun dəstəsinə qoşduğu Musaxan bəy adlı birisi ilə 

Sisianova göndərdi. Məktub kifayət qədər ehtiyatla yazılmış bir məktub 

idi. Onun məzmununa əsasən, Mustafa xan Rusiya təbəəliyinə müəyyən 

meyllilik göstərirdi. Amma Rusiya təbəəliyinə  qəbul olunacağı halda 

lazımi təşviq və dəstəyi almayacağına öz təəccübünü gizlətmirdi. Başqa 

sözlə, Mustafa xan Sisianova çatdırırdı ki, könüllü şəkildə öz 

hakimiyyətindən əl çəkməyin əvəzində Rusiya ona heç nə vəd etmirdi. 

Mustafa xan məktubunun  əvvəlində yazırdı ki, bir çox Dağıstan 

hakimləri Rusiyaya birləşmək  əvəzində Rusiya xəzinəsindən böyük 

miqdarda maliyyə  vəsaiti alırlar. Azərbaycan xanlarına isə belə  vəsait 

verilmirdi. Mustafa xan onu da bildirirdi ki, Fars hakimləri də (yəni 

Qacar sarayı) Fars tabeliyini qəbul edəcəyi halda Mustafa xana böyük 

mükafatlar vəd edirdilər. Mustafa xan bəyan edirdi ki, o da güclü bir 

dövlətə xidmət etməyə hazırdır ki, bir vaxtlar ona aid olan Salyanı, 

Bakını,  Şəkini yenidən öz hakimiyyəti altına ala bilsin. Onun sözlərinə 

görə,  Şəki xanlığı Rusiyanın səyləri nəticəsində artıq  əlindən çıxmışdı.  

Yeni statusda Mustafa xanın  ətraf hakimlərlə  təmas qurmaq səlahiyyəti 

də  əlindən alınırdı.  Şamaxı  ərazisində yerləşdiriləcək rus qoşun 

dəstəsinin təmin edilməsi Mustafa xana tapşırılır və bununla yanaşı 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə