Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə56/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   52   53   54   55   56   57   58   59   ...   265

Mehman Süleymanov 

 

134



Fətəli  şahın elçiləri ilə Sisianovla münasibətlər qurulmazdan əvvəl 

görüşmüşdü və  həmin görüş haqqında Sisianovun da məlumatı var idi. 

Ona görə də Mustafa xan onun Rusiyanın düşməni olan dövlətlə əlaqələr 

qurmaqda  ittihamlandırılması ilə barışmadı (50). 

General Sisianovu qəzəbləndirən digər bir məqam Mustafa xanın 

Şamaxı xanlığının Rusiyaya birləşdirilməsi haqqında müqavilə imzalan-

ması üçün Kürəkçay  ətrafına gəlməkdən imtina etməsi idi. Sisiasnov 

onun tələbinə qarşı iradə nümayiş etdirilməsini şəxsiyyətinin təhqiri kimi 

qəbul edirdi və bunun üçün də Mustafa xana özünə xas ironiya ilə 

məktub göndərdi. Sisianov bildirdi ki, imzalanacaq müqavilənin  şərt-

lərinə əsasən, Mustafa xan Gürcüstanın baş hakiminin (yəni Sisianovun) 

iştirakı ilə Rusiya imperatoruna sədaqət andı  qəbul etməlidir. Ona görə 

də o tələb edirdi ki, Mustafa xan bir neçə  əyanı ilə birlikdə Kürəkçay 

yaxınlığına gəlsin və müqaviləni orada imzalasın. Mustafa xanın 

təhlükəsizliyinə təminat verilməsi üçün Sisianov knyaz Eristovu Mustafa 

xanın olmadığı günlərdə Şamaxıda saxlamağa hazır idi (51). 

General Sisianovun təkidli tələbinə baxmayaraq, Mustafa xan xanlığı 

tərk edərək Kürəkçaya getməkdən imtina etdi. O bəyan etdi ki, bu tələbi 

qəbul etməmək üçün onun əsasları vardır və  həmin  əsaslar Sisianovun 

nümayəndələrinin diqqətinə çatdırıldı. Mustafa xan bütünlükdə 

müqavilənin harada imzalanacağına görə narahatçılığı  əbəs sayırdı. O 

təklif etdi ki, general Sisianov öz etibarlı nümayəndələrini onun yanına 

göndərsin və  həmin nümayəndələrin iştirakı ilə  həm müqavilə, həm də 

Rusiya imperatoruna sədaqət andı qəbul edilsin. Şamaxı xanı Sisianovun 

nümayəndələrinin  Şamaxıda təntənə ilə qarşılaşacağına söz verdi. 

Mustafa xan Sisianov tərəfindən onun etibarsızlıqda günahlandırılmasını 

qəbul etmədi. Əksinə, məktubunun sonunda o, Sisianova anlatdı ki, onun 

ruslara qarşı inamsızlığı vardır və general Sisianov onun narahatçılıq-

larını aradan qaldıranda ikilikdə görüş keçirməyə də hazır olacaqdır (52). 

Bütün təkidlərinə baxmayaraq, general Sisianov öz tələblərini 

bütünlüklə Mustafa xana qəbul etdirə bilmədi. Belə olanda general 

Sisianov özünün sınanmış vasitəsi olan güc tətbiqinə  əl atmağı 

qərarlaşdırdı. Sisianov əvvəlcə rus qoşun dəstəsini  Şəki xanlığına 

çıxarmaqla Şamaxı xanlığına yaxınlaşmaq, qoşunların yaxında olduğunu 

göstərməklə Mustafa xana təzyiq etmək istədi. Bununla bağlı Sisianov 

Şəki xanlığındakı rus qoşun dəstəsinin rəhbəri mayor Rebinderə müvafiq 

göstəriş verdi. General Sisianov Mingəçevir yaxınlığında Kür çayını 

adlamaq istəyirdi. O, mayor Rebinderdən tələb etdi ki, çoxlu ağac qırıb 

Mingəçevir yaxınlığına gətirsin ki, Kürü adlamaq üçün həmin ağaclardan 

sal düzəldilsin (53). 




Gülüstan müqaviləsi 

 

135



Sonradan Sisianov sadəcə güc nümayişi etdirmək deyil, doğrudan da 

Şamaxı xanlığı üzərinə hücum təşkil etməyi qərar aldı. Bu məqsədlə Kür 

çayını adlamaq üçün Mingəçevirə doğru istiqamət götürdü.  

Mustafa xan isə görünür, açıq müqavimət göstərməyin onun üçün və 

xanlıq üçün yaxşı qurtarmayacağını hiss edirdi. Ona görə də Şamaxı xanı 

Rusiya təbəəliyinə  qəbul edilməsi üçün müqavilə imzalamaq məqsədilə 

general Sisianovla Tərtər çayı ətrafında görüşməyə razı oldu. 

Mustafa xanın yazdıqlarından belə bir qənaətə  gəlmək mümkündür 

ki, Tərtər çayı sahilində görüş keçirmək də Sisianovun nümayəndəsi 

Eristov tərəfindən təklif olunmuşdu. Mustafa xan bu təklifə razılığını bil-

dirərək öz nümayəndəsini Sisianovun yanına göndərsə də rus generalı ar-

tıq bu razılaşmadan da imtina etdi. Sisianov Mustafa xanı müharibə ilə 

hədələdi və bəyan etdi ki, ya onun təklifi birmənalı şəkildə qəbul olun-

malıdır, ya da Mustafa xan Fitdağda müharibə ilə qarşılaşmalıdır (54). 

 Sisianov Mustafa xanın yaxınları  və qoşunu ilə Fitdağdakı qalada 

yaxşı müdafiə olunmaq imkanından xəbərdar idi. Ona görə  də yürüşə 

daha böyük qoşun dəstəsi çıxarmağı planlaşdırırdı. Bununla bağlı o, 

İbrahim xana da məktub yazdı  və ondan 1000 nəfərlik qoşun dəstəsi 

göndərilməsini tələb etdi. Sisianov həmin dəstəyə xanın oğlu Mehdiqulu 

ağanın rəhbərlik etməsini istədi. O tələb edirdi ki, dəstə yürüşə hazır 

vəziyyətdə olsun və  işarə verilən kimi hərəkət etsin. Sisianov eyni 

zamanda Qarabağ ərazisində olan mayor Lisaneviçin dəstəsini də yürüşə 

cəlb etməyi planlaşdırırdı (55). 

General Sisianov eyni zamanda Şəki xanı Səlim xandan 500 nəfərlik 

bir dəstənin hazırlanmasını tələb etdi. Yuxarıda qeyd edildiyi kimi, 1805-

ci il noyabr ayının ortalarında Səlim xan Sisianovla Mustafa xan arasında 

vasitəçilik etmək təşəbbüsünü ortaya atdı  və  məlum olduğu kimi bu 

təşəbbüs bir nəticə vermədi. Belə olanda Sisianov dəstəsi ilə Mingəçevir 

yaxınlığında Kür çayını adlamağı  qərara aldı. 1805-ci il noyabr ayının 

30-da Sisianov dəstəsi ilə Kür çayını adladı  və  Şəki xanlığı  ərazisi ilə 

hərəkətini davam etdirərkən Səlim xanın hazırladığı 500 nəfərlik qoşun 

dəstəsi də ona qoşuldu. General Sisianov Şamaxı yaxınlığına kimi 10 

günlük yürüş  həyata keçirdi və 1805-ci il dekabr ayının 11-də Yeni 

Şamaxıdan 5 verst aralı olan Burumarx adlı  məntəqəyə yetişdi. Rus 

qoşun dəstəsinin  Şamaxıya doğru irəliləməsi Mustafa xan tərəfindən 

diqqətlə izlənilirdi və bu yürüş  əslində Mustafa xanın iradəsinin  əksinə 

olaraq həyata keçirilirdi. Rus qoşun dəstəsi Burumarx ətrafında düşərgə 

salanda yaxınlıqdakı yüksəkliklərin birində Mustafa xanın 80 nəfərlik atlı 

dəstəsi göründü. Bu dəstədən qorunmağı Sisianov kazaklara tapşırdı. 

Sisianovun yazdığına görə, kazaklar Mustafa xanın atlıları ilə danışıqlara 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə