Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə58/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   54   55   56   57   58   59   60   61   ...   265

Mehman Süleymanov 

 

138



keçirildi. Mustafa xanın imzaladığı müqavilənin Kürəkçay 

müqavilələrindən fərqli məqamları var idi. Həmin müqavilənin məzmunu 

aşağıdakı kimi idi (61). 

Müqavilənin giriş hissəsində deyilirdi ki, Mustafa xan Şirvanlı  və 

bütün vəzifələri və ordenləri sadalanan tam infanteriya (piyada-M.S.) 

generalı Pavel Sisianov Mustafa xanın bütün ailəsi, nəsilləri və mülki ilə 

birlikdə Rusiya imperiyasının təbəəliyinə daxil olması haqqında 

aşağıdakı şərtlərlə müqavilə imzaladılar; 

Birinci maddədə Mustafa xan öz üzərinə götürürdü ki, özü, varisləri 

və davamçıları fars dövlətinin və ya digər dövlətin asılılığından imtina 

edir və  bəyan edirdi ki, Rusiya imperatorunun, onun varislərinin və 

davamçılarının hakimiyyətindən başqa digər hakimiyyəti tanımayacaqdır. 

Mustafa xan Rusiya imperatoruna sədaqətli olacağına söz verir və bunun 

üçün Quran üzərində and qəbul edəcəyini bildirirdi. 

İkinci maddədə isə təsbit olunmuşdu ki, Rusiya imperatoru Mustafa 

xanın təmiz vədlərini qəbul edərək özü və davamçıları adından Mustafa 

xana və onun davamçılarına mərhəmət və qayğı vəd edir. Bu mərhəmətin 

və qayğının sübutu kimi Rusiya imperatoru Mustafa xanın və onu 

davamçılarının hakimiyyətinin saxlanmasına söz verirdi. 

Üçüncü maddədə bildirilirdi ki, Mustafa xan Rusiya imperatorunun 

və onun varislərinin hakimiyyətini qəbul etdiyi üçün, Mustafa xanın və 

onun oğlunun xanlığı, oğlu olmadıqda qardaşının xanlığı Rusiya 

imperatoru tərəfindən təsdiqlənəcək, təsdiqləyici sənəd olan imperator 

fərmanı Gürcüstanın baş komandanı  tərəfindən xana çatdırılacaq və 

möhürlə  təsdiqlənmiş  fərman alınandan sonra yeni xan Rusiya 

imperatoruna sədaqət, Rusiya imperatorunun hakimiyyətinin tanınması 

haqqında and imzalayacaq. 

Dördüncü maddəyə görə, Rusiya imperiyasına sədaqətin, Rusiya 

imperiyası hakimiyyətini tanımağın sübutu kimi Mustafa xan vəd edirdi 

ki, Gürcüstanın baş komandanı ilə razılaşdırılmadan  ətraf hakimlərlə 

əlaqəyə girməyəcəkdir. Həmin hakimlərin nümayəndələri və məktubları 

gələndə isə Mustafa xan onları saxlamalı  və onlarla bağlı Gürcüstanın 

baş hakiminin razılığını almalı idi. Rusiyaya düşmən olan Baba xanın 

(Fətəli  şahın – M.S.) sərdarlarından, xanlarından və başqalarından 

məktubu və nümayəndələri Mustafa xan qəbul etməməli,  əgər məktub 

gələrsə Mustafa xan onu açmadan Şəki xanlığındakı Ərəş qalasında olan 

rus qoşun dəstəsinin rəhbərinə göndərməli idi. 

Beşinci maddəyə  əsasən, Mustafa xanın xanlığı üzərində Rusiya 

imperatorunun hakimiyyəti tanındığı üçün Rusiya imperatoru özü  və 

varisləri adından aşağıdakıları  vəd edirdi: 1) Şamaxı xanlığının  əhalisi 




Gülüstan müqaviləsi 

 

139



Rusiyanın digər  əhalisi ilə  fərq qoyulmadan Rusiya imperatorunun 

təbəələri hesab olunacaq; 2) Mustafa xanın, onun varislərinin və nəslinin 

Şamaxı xanlığına haqqı saxlanılacaq; 3) Xanlığın daxili idarəetmə 

hakimiyyəti, məhkəmə, cəzalandırma, daxili gəlirlər Mustafa xanın 

ixtiyarına veriliəcək; 4) Müqavilə imzalanan vaxt Salyan Şamaxı 

xanlığının tərkibində olduğu üçün Mustafa xanın tabeliyində 

saxlanılacaq. Bundan başqa zərurət yarananda rus qoşun dəstələri Şamaxı 

xanlığını xarici müdaxilədən qorumalı idi. 

Altıncı maddəyə əsasən, Mustafa xan Rusiya təbəəliyinə meylliyinin 

əlaməti kimi aşağıdakıların icrasını öz üzərinə götürməli idi: 1) Əsli 

Qarabağlı olan ailələr  İbrahim xana qaytarılmalı idilər. Qarabağdan 

gələnlər arasında  əslən  şamaxılı olan ailələr isə geri qaytarılmamalı 

idilər; 2) Cavad məntəqəsinin Qarabağa məxsusluğu sübut olunacağı 

təqdirdə bu məntəqə Qarabağ xanlığına qaytarılmalı idi; 3) Həştərxandan 

Gürcüstana gedən karvanlar Şamaxı  ərazisindən keçərkən onların 

təhlükəsizliyi təmin edilməli idi. Bunun üçün Mustafa xan mühafizə qüv-

vəsi ayırmalı idi; 4) Kür çayının mənsəbində və Cavadda hərbi-istehkam 

tikililəri aparılmalı olsaydı, Mustafa xan Gürcüstanın baş komandanının 

təyin etdiyi qiymətlər əsasında işçi qüvvəsi təşkil etməli idi. 

Yeddinci maddəyə  əsasən, Rusiya imperatoru Mustafa xana öz 

mərhəmətinin və qayğısının əlaməti kimi Rusiya imperiyasının gerbi olan 

bayraq bağışlamalı idi. Bu bayraq hakimiyyət simvolu kimi xanın 

yanında qalmalı idi və yalnız xan müharibəyə yollanarkən həmi bayrağı 

özü ilə apara bilərdi. 

Səkkizinci maddədə Mustafa xanın Rusiya xəzinəsinə ödəməli 

olacağı verginin miqdarı öz əksini tapmışdı. Mustafa xan Rusiya 

imperatorunun Tiflisdəki xəzinəsinə ildə 8 min çervon ödəməli idi. Bu 

vergi il ərzində iki dəfəyə ödənməli idi. Fevral ayının 1-də verginin 

birinci yarısı, sentyabr ayının 1-də isə ikinci yarısı  təhvil verilməli idi. 

Bununla yanaşı Mustafa xan girov göndərmək haqqında da öz üzərinə 

öhdəlik götürdü. Müqavilədə  təsbit edildi ki, Mustafa xan uşaqsız 

olduğu, qardaşlarından birinin kor, digərinin isə xəstə olduğu üçün ilk üç 

ay müddətinə Şamaxı bəyləri olan Əhməd ağanı, Ağa bəyi, Muxay bəyi 

və İsmayıl bəyi  girov verməli idi. İlk üç ay keçəndən sonra isə Şıxəli bə-

yin, Ömər bəyin və Mustafa bəyin uşaqları növbə ilə girovluğa 

göndərilməli idi. 

Doqquzuncu maddəyə  əsasən, Tiflisə göndərilməli olan girovlara 

gündəlik xərc üçün pul ayrılmalı idi. Bəylərin hər birinə  gümüş pulla 10 

rubl, uşaqlar üçün isə 4 rubl verilməli idi. 



Mehman Süleymanov 

 

140



Onuncu maddəyə  əsasən, müqavilə  əbədi olaraq imzalanırdı  və heç 

bir dəyişikliyə məruz qalmalı deyildi. 

On birinci maddəyə əsasən, müqavilə Rusiya imperatorunun fərmanı 

və möhürü ilə  təsdiqləndikdən sonra 6 ay müddətində  və ya imkan 

yaranarsa ondan da tez təqdim olunmalı idi. 

İmzalanmış müqavilənin hər bir maddəsi Mustafa xanın möhürü ilə 

təsdiqləndi. Müqavilənin imzalanmasından sonra qeyd edildiyi kimi, 

Rusiya imperatoruna sədaqət andı da imzalandı. 

Şamaxı xanlığının Rusiyaya birləşdirilməsini Sisianov dərhal Rusiya 

sarayına məruzə etdi. Rusiya imperatorunun tapşırığına əsasən, Sisianov 

rus qoşunları ilə Azərbaycan xanlıqlarının üzərinə hücum etməməli və 

Rusiya qoşunlarının çətin vəziyyətə düşməsinə yol verməməli idi. 

Müdafiə mövqelərində qalmalı olduğu halda Sisianov apardığı  məkrli 

siyasəti nəticəsində Şəki və Şamaxı xanlıqlarını Rusiyaya birləşdirməyə 

nail oldu. Bu zaman o elə bir siyasət ortaya qoydu ki, rus qoşun dəstələ-

rinin yerdəyişmələri ilə Mustafa xana ciddi təzyiq göstərə bildi. Mustafa 

xan da rus qoşun dəstəsinin təzyiqi qarşısında yetərli müdafiə imkanları 

olmadığı üçün general Sisianovun tələblərini qəbul etməli oldu. Bununla 

Sisianov Rusiyanın Qafqazdakı  sərhədini  şərqə doğru bir qədər də 

genişləndirməyə müvəffəq oldu. 

General Sisianovla Mustafa xan arasında aparılan sonrakı yazışmalar 

göstərdi ki, bir tərəfdən yerli əhali rus işğalını birmənalı  şəkildə 

qarşılamadı. Digər tərəfdən də Mustafa xan Sisianovun tələblərini 

birmənalı  şəkildə  qəbul etmədi. Rus işğalı ilə barışa bilməyən  Şamaxı 

əhalisinin müəyyən hissəsi öz yerlərini tərk edib köçməyə üstünlük 

verdilər. Sisianov yuxarıda haqqında danışılan müraciətini də belələri 

üçün nəzərdə tutmuşdu və bununla köçlərin qarşısının alınmasına 

çalışdığını bildirirdi. Şamaxı  əhalisinin köçlərinin qarşısının alınması 

üçün Sisianov yerli bəylərin xidmətindən istifadə edilməsini də vacib 

sayırdı (62). 

Sisianovun verdiyi bütün vədlərə baxmayaraq rus əsgərlərinin 

Şamaxı  əhalisinə qarşı soyğunçuluğunun və talanlarının qarşısını almaq 

mümkün olmadı. Rus hərbçiləri yerli əhalidən zorla yem və ərzaq alır və 

onlar üçün narahatlıqlar yaradırdılar. Buna görə  də  əhalinin 

nümayəndələri Mustafa xanı himayə edirdilər. Mustafa xan da bununla 

bağlı öz narazılıqlarını general Sisianova çatdırdı. Qeyd etmək lazımdır 

ki, Sisianovla müqavilə imzalanandan sonra da Mustafa xan ruslara 

inanmırdı və Fitdağındakı qalada yaşamaqda davam edirdi. Fitdağındakı 

qalaya toplanmış əhali də qalanın kiçik olmasına baxmayaraq orada ya-

şamağa üstünlük verirdilər. Sisianov isə özünün tabeçiliyində hesab 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə