Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə66/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   62   63   64   65   66   67   68   69   ...   265

Mehman Süleymanov 

 

156



Farsdilli mənbələrin verdiyi məlumata görə, Bakı sakinlərinin mal-

qarasının ruslar tərəfindən aparılması onların  ərzaq ehtiyatlarının 

tükənməsi ilə bağlı idi. Sərt qış  şəraitində rusların kənardan tez bir 

zamanda ərzaq yardımı almaq imkanı yox idi (102). Buna görə də onların 

qarşılarına çıxan mal-qaranı aparmaqdan başqa çarələri yox idi. 

Farsdilli mənbələrdə Hüseynqulu xanın rus qoşunlarından müdafiə 

olunmaq üçün Abbas Mirzədən kömək istəməsi haqqında da məlumat 

vardır (103). Bu zaman Abbas Mirzə  Təbriz  ətrafında idi və sonradan 

Ərdəbil  ətrafında düşərgə saldı. General Sisianovun  Şamaxı  və Qazax 

yürüşləri onun tərəfindən də ciddi izlənilirdi. Lakin o da hava şəraitinin 

mürəkkəbliyi üzündən Azərbaycan xanlıqları üzərinə çoxsaylı qoşun 

dəstəsi aparmaq imkanına malik deyildi. Mənbələrdəki məlumata görə, 

Abbas Mirzə Bakı xanı Hüseynqulu xandan kömək göstərilməsi haq-

qında xəbər alında Hüseynqulu xan Qacar adlı sərkərdəsini qoşun dəstəsi 

ilə, habelə Əsgər xan Əfşarı 1000 atlı ilə köməyə göndərdi. Abbas Mirzə 

özü isə rus qoşunları ilə növbəti döyüşə hazırlıq üçün düşərgəsini 

Təbrizdən  Ərdəbilə  dəyişdi ki, döyüş bölgəsinə daha da yaxınlaşsın. 

Verilən məlumatlara görə, Abbas Mirzənin göndərdiyi Hüseynqulu xan 

Qacar dəstəsi ilə Kür çayı üzərindəki körpünün mühafizəsində dayandı. 

Pirqulu xan Bakı  ətrafında  Şeyxəli xanın dəstəsi ilə birləşərək 

Hüseynqulu xana kömək göstərilməsi üçün mövqe tutdu. Əsgər xan isə 

dəstəsi ilə qalaya daxil ola bildi. 

Hüseynqulu xanın qətiyyətli mövqe nümayiş etdirməsinə baxma-

yaraq, general Sisianov Bakı qalasını güc işlətmədən alacağına müəyyən 

bir ümidlə yanaşırdı. Ona görə 1806-cı il fevral ayının 1-də o, Bakı 

xanına növbəti məktubunu göndərdi. General Sisianov yeni məktubunda 

Bakı xanının Rusiya təbəəliyini qəbul etməyə müsbət cavab verməmə-

sindən razı qalmadığını yazdı  və  əlavə etdi ki,  onun Bakı xanına olan 

narazılıqlarının əsasını Allahverdi bəy tərəfindən imzalanan müqavilənin 

şərtlərinə əməl edilməməsi təşkil edir. Bu məktubun məzmunundan gör-

mək mümkündür ki, Bakı xanı  şəhəri mühasirə etmiş rusları sadəcə 

müşahidə etməklə kifayətlənmirdi, həm də ruslara qarşı silahlı müqa-

viməti davam etdirirdi. Bununla bağlı xan döyüşçüləri qaladan kənarda 

mövqe tutaraq fürsət yaranan kimi rusları atəşə məruz qoyurdular. Bakı 

xanının adamları ruslar haqqında məlumat da toplamağa çalışırdılar. Belə 

məlumat toplayanların bəziləri hətta Sisianov tərəfindən həbs də edil-

mişdi. Bunlar isə rusların təşvişinə  səbəb olurdu. Sisianov məktubunda 

bir daha Bakı qalasının təhvil verilməsini tələb etdi və Hüseynqulu xanı 

bu addımı atmağa inandırmaq üçün Volqa kazak alayının komandiri 

mayor Tarasovu da onun yanına göndərdi (104). 




Gülüstan müqaviləsi 

 

157



Lakin Hüseynqulu xan Sisianovun hədə-qorxusu qarşısında Bakı 

qalasının ruslara təhvil verməyə razı olmadı. O, Əbülhüseyn bəy adlı nü-

mayəndəsi ilə Sisianova göndərdiyi məktubunda da Sisianovun intizarın-

da olduğu cavabı vermədi. Ona görə general Sisianov Hüseynqulu xanı 

bir daha xəbərdar etdi ki, Bakı şəhəri liman şəhəri olduğu üçün orada rus 

qarnizonu yerləşdirilməlidir, liman şəhərində toplanan gömrük gəlirləri 

yalnız xanın istifadəsində qalmamalıdır, Bakıda tacirlərin sıxışdırıl-

masına son qoyulmalıdır və  nəhayət Bakı  şəhəri təslim edilməklə  bəra-

bər, Bakı xanı böyük oğlunu girov verməlidir. Sisianov bu şərtlərinin ic-

rasını Bakı xanından tələb edirdi. Bu tələblərin və şərtlərin əks olunduğu 

məktubla bərabər, Sisianov bu dəfə Narv draqun alayının podpolkovniki 

knyaz Elisbar Eristovu da Hüseynqulu xanın yanına göndərdi (105). 

Hüseynqulu xan bu dəfə rus generalının bu məktubuna yazdığı 

cavabında Bakını  təhvil verməyə  və Rusiya təbəəliyini qəbul etməyə 

hazır olduğunu bildirdi. General Sisianov bu xəbəri sevinclə qarşıladı və 

Bakı xanlığının hansı şərtlər altında təhvil alınacağını bildirdi: 1) xanlıq 

ərazisində bütün əhalinin dini ibadətlərini azad şəkildə icra etmək hüququ 

qorunacaq; 2) xanlığın idarə edilməsi hüququ Hüseynqulu xan və onun 

varisləri üçün saxlanılacaq; 3) Bakı xanı  məhkəmə  və  cəzalandırma 

üzərində nəzarəti öz əlində saxlayırdı. Cinayət məsələlərinin həllində isə 

Bakı komendantı iştirak etməli idi; 4) gömrük gəlirlərindən başqa xanlıq 

ərazisində toplanan gəlirlər xanın ixtiyarında qalacaq; 5) Qafqazda 

yerləşən rus qoşunlarının ehtiyacının ödənməsi üçün zəruri olan duz və 

neft rus qoşunlarına havayı verilməli idi; 6) Bakı ətrafında rus qarnizonu 

üçün münasib binalar ayrılmalı idi; 7) Bakı xanı Rusiyaya sədaqət andı 

qəbul etməkdən  əlavə, öz oğlunu da girov verməli idi; 8) Bakı xanı 

bölgənin baş komandanına ( yəni Sisianova) və onun təmsilçisinə sözsüz 

tabe olmalı idi; 9) qəbul etdiyi sədaqət andına  əməl etməməsi xanın 

xanlıqdan kənarlaşdırılması ilə nəticələnməli idi (106). 

Hüseynqulu xan general Sisianovun irəli sürdüyü tələblərə qarşı öz 

razılığını və münasibətini Əbülhəsən bəyə çatdırdı. Əbülhəsən bəy də Si-

sianovla görüşündə onun Hüseynqulu xanla görüşünün və Bakı qalasının 

açarlarının ona təhvil verilməsinin tarixini razılaşdırdı. Bu razılaşmaya 

əsasən, 1806-cı il fevral ayının 8-də  səhər çağı Sisianov Bakı divarları 

yaxınlığında Hüseynqulu xanla görüşməli və bu görüş zamanı Bakı 

xanlığının Rusiyaya birləşdirilməsi haqqında müqavilə imzalanmalı idi. 

Mövcud olan məlumatlara görə, fevral ayının 8-də tam piyada 

generalı Sisianov parad geyimində Bakı xanı ilə görüşə hazır olduğunu 

bəyan etdi. Bu görüşün onun üçün uğurla nəticələnəcəyinə əmin olan rus 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə