Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə63/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   59   60   61   62   63   64   65   66   ...   265

Mehman Süleymanov 

 

150



lansın. General Zavalişin də həmin nümayəndələrə çatdırdı ki, Allahverdi 

bəy tərəfindən imzalanan müqaviləyə əməl edilmədiyi üçün Bakı xanının 

cəzalandırılmasına gəlmişdir. General Zavalişin də öz növbəsində öz 

nümayəndəsini Bakı xanının yanına göndərdi və ondan qalanın təslim 

edilməsini və qaladakı silahların toplanıb rus gəmilərinə göndərilməsini 

tələb etdi. Bildirilir ki, bu tələblər Bakı xanı tərəfindən normal qarşılandı. 

Xan nümayəndələri xanlıq  əhalisinin Rusiya imperatorunun təbəəsi 

olduğunu təkrar etdilər. Guya Rusiya dövlətinin təbəələri kimi də 

Rusiyadan xahiş etdilər ki, xanlıq əhalisinin Quba və Şamaxı xanlıqları 

sərhədlərindəki mal-qaranı geri qaytarmağa kömək etsinlər. Rusların 

nəzərinə çatdırıldı ki, Bakı  əhalisinin onlara qarşı xoş münasibətdə 

olmasını Quba və  Şamaxı xanları  eşitsələr onda mal-qaranı geri almaq 

çətin olacaqdır. Mövcud məlumata görə, ruslar qalanın təslim edilməsi 

üçün bir-neçə gün möhlət verdilər (85). 

Ruslara görə, avqustun 15-də  şəhər təslim edilməli olduğu halda 

Hüseynqulu xan daha iki aylıq möhlət istədi. General Zavalişin bu təklifi 

qəbul etmədi və günün sonuna qədər  şəhərin təslim edilməyəcəyi 

təqdirdə onun top atəşinə tutulacağını bildirdi. Belə olanda qala 

daxilindəkilər də şəhərin müdafiəsi üçün hazırlıq görməyə başladılar. Elə 

həmin gün də ruslar şəhəri top atəşinə tutdular. Sonrakı bir neçə gün 

ərzində ruslar şəhərin bombalanmasını davam etdirdilər. Bununla belə, 

rusların göstərdiyi cəhdlər bir nəticə vermədi. Top atəşləri ilə bir nəticə 

hasil olmayanda general Zavalişin şəhərin mühasirəsi üçün sahilə desant 

çıxardı. Avqust ayının 22-də rusların iki dəstəsi  sahilə  çıxarıldı. Bu 

dəstələrdən birinə general Zavalişin, digərinə isə polkovnik Aseyev 

rəhbərlik edirdilər. Bildirilir ki, ruslar şəhər müdafiəçilərini qala daxilinə 

sıxışdıra bildilər. Avqust ayının 29-da rus dəstələri Bakının  ətrafındakı 

yüksəkliklərə  çıxarıldı. Güman edilirdi ki, bu yüksəkliklərdə mövqe 

tutmaqla şəhərin ətrafla olan əlaqələrini kəsmək olar. Rusların iki dəstəsi 

700 nəfərdən təşkil olunmuşdu. Bu dəstələrin ixtiyarında üç ədəd top var 

idi. Ruslar qala divarlarından kənara çəkildiyi üçün qala müdafiəçiləri 

daha azad şəkildə müdafiə olunmaq imkanı  əldə etdilər. Onlar hətta 

rusların cinahlarını da hücuma  məruz qoydular. Rus mənbələrinə görə

qala müdafiəçilərinin hər bir hücumu onların itkiləri ilə nəticələnirdi. Rus 

tarixçilərinin yazdığına görə, Bakı  ətrafındakı  kəndlərdə  də yerli silahlı 

dəstələr var idi və onlar öz mövqelərini inadcıllıqla qoruyurdular. 

Sentyabr ayının 3-də Zavalişin Bakı  ətrafında dayanmağı özü üçün 

təhlükəli saydı  və ona görə  də bütün qüvvələrin gəmilərə  çəkilməsinə 

göstəriş verdi. Ruslar general Zavalişinin geri çəkilməsini və Bakının 



Gülüstan müqaviləsi 

 

151



mühasirəsindən çəkilməsini Quba xanının və Qazıqumıx hakiminin 

Bakının müdafiəsinə kömək göndərməsi ilə bağlayırdılar (86). 

General Sisianova görə isə, general Zavalişinin geri çəkilməsi onun 

əməliyyatı qura bilməməsinin nəticəsi idi. Onun yazışmalarından görünür 

ki, Bakı  şəhərinin işğalını çox böyük səbirsizliklə gözləyirdi. General 

Zavalişinin geri çəkilməsi xəbəri isə onun sonsuz qəzəbinə  səbəb oldu. 

Onun fikrincə, general Zavalişinin uğursuzluğu Rusiyanın  şərəfini 

havaya sovurmaq demək idi. Sisianov general Zavalişinin qala divarları 

ətrafından şəhər ətrafındakı yüksəkliklərə çəkilməsinin mənasını da başa 

düşə bilmirdi. Ona fikrincə,  şəhər  ətrafındakı yüksəkliklərdə dayanmaq 

heç də Bakının mühasirəsi demək deyildi və ona görə də qoşun dəstəsinin 

uğursuzluğa düçar olmasına Sisianov təəccüb etmədi (87). 

Hər halda general Zavalişin Bakı müdafiəçilərinin iradəsini qıra 

bilmədi. Pəribazar  ətrafında olduğu kimi, Bakı  ətrafında da general 

Zavalişinin qazancı geri çəkilmək oldu. 

General Zavalişin Bakı buxtasında dayanmağı da özünə təhlükə say-

dı. O, dəstənin tərkibindəki zabitləri toplayaraq sentyabrın 8-də onlarla 

məsləhətləşdi və bu məsləhətləşmə zamanı qərara alındı ki, Sara adasına 

geri çəkilmək lazımdır. Doğrudur, geri çəkilmək üçün başqa bəhanə 

ortaya atıldı. Guya general Zavalişin  Şəqqaqi xanının təbəəliyində olan 

əhalinin Gəncə xanlığına köçürülməsinə yardım göstərməli idi (88). 

Lakin general Sisianov bu bəhanə ilə razılaşmadı. General Sisianov 

etiraf edirdi ki, o, doğrudan da Zavalişinə  şəqqaqilərlə bağlı tapşırıq 

vermişdi. Lakin Sisianov onu da təkidlə bildirirdi ki, general Zavalişin 

üçün  ən başlıca vəzifə Bakının işğal edilməsi idi. Bu tapşırıq icra 

ediləndən sonra general Zavalişin əlavə vəzifə kimi şəqqaqilərlə məşğul 

ola bilərdi. Amma şəqqaqilər bəhanəsi ilə general Zavalişinin Bakının 

mühasirəsini ataraq Sara adasına uzaqlaşmasını Sisianov düzgün qərar 

saymırdı (89). 

General Sisianov tapşırıq verdi ki, general Zavalişin dəstəsi ilə 

yenidən Bakı  ətrafına qayıtsın, Bakı  ətrafında su mənbəyi olan yük-

səkliklərdən birində  səngərlənsin və möhkəmlənsin. General Zavalişin 

rus dəstəsinin  ərzaq anbarının yerləşdiyi Nargin adasını  nəzarət altında 

saxlamaqla Bakı  ətrafında general Sisianovu dəsətəsi ilə  gəlməsini 

gözləməli idi. General Zavalişin də bu tapşırığı yerinə yetirməli oldu. Bir 

müddət Sara adasında istirahət etdikdən sonra o, Bakı  ətrafına gəldi və 

orada müdafiə mövqeyi qurdu. Mövcud məlumatlara  əsasən, belə bir 

qənaətə  gəlmək mümkündür ki, general Zavalişin 1805-ci ilin noyabr 

ayında Bakı ətrafında yenidən müdafiə mövqeyi tutdu (90). 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə